Hər gün Türk kofesi içsək, orqanizimdə nələr baş verər?

Поделиться
HTML-код
  • Опубликовано: 7 май 2024
  • Türk kofesi: hər gün içmək nəyə faydalıdır?
    Türk kofesi artıq dünyada məşhurdur. Kofe dənələrinin üyüdülməsi, qovrulması ilə əldə edilən türk kofesinə zövqə görə, şəkər və süd də qatılır. Türk kofesi dəmlənmir, suda bişirilir. Bəli, bu kofenin özəlliyi məhz bundadır. Tarixi Həbəşistana gedib çıxan kofe XVI əsrdə Osmanlı sarayına daxil olur, ondan bəri də, türk mədəniyyətinin bir parçasına çevrilir. Bəs türk kofesi içməyin faydaları varmı?
    Türk kofesinin faydaları bunlardır:
     Bağırsaq, döş, pankreas, qalın bağırsaq, uşaqlıq xərçənglərinə tutulmaq riskini azaldır;
     Xolesterol səviyyəsini aşağı salır;
     40% ağrıkəsici effektə malikdir;
     II tip diabet riskini azaldır;
     Parkinson xəstəliyinin əmələ gəlməsinə mane olur;
     Depressiyadan çıxarır;
     Enerji və gümrahlıq verir;
     Yaddaşı gücləndirir;
     Beyinin sağlamlığını dəstəkləyir;
     Sirroz riskini 50% azaldır;
    Qalın bağırsaq riskini azaltmağı ilə bağlı araşdırma Harvard Tibb Məktəbində aparılıb. Araşdırmaçılara görə, türk kofesi qalın bağırsaq xərçəngi riskini 25%, bağırsaq xərçəngi riskini 45% aşağı salır.
    Başqa bir araşdırmanın nəticələrinə əsasən, təzyiqi stabilləşdirən türk kofesi II tip diabetin əmələ gəlməsinə mane olur.
    “The Encyclopedia of Healing Foods” (“Müalicəvi qidalar ensiklopediyası”) kitabında yazılıb ki, hil qatılmış türk kofesi həzmə kömək edir, Parkinson xəstəliyi riskini azaldır. Eyni zamanda, türk kofesinə qatılmış hilin bağırsaqlardakı qazın çıxarılmasında önəmli rolu olduğu da vurğulanıb. “Yeməkdən müəyyən müddət sonra içilən şəkərsiz türk kofesi həzmi asanlaşdırır”-bu da mütəxəssis qənaətidir.
    Türk kofesi insanı ayıldır, zehni imkanlarını artırır. Bir araşdırmada məlum olub ki, gün ərzində 6 fincan türk kofesi içən insanlar içməyənlərə nəzərən 6 dəfə çox zehni aktivlik nümayiş etdirirlər.
    Türk kofesinin sinir sisteminə faydalı olduğu da dilə gətirilməkdədir. Bir çox şair və yazıçıların əsərlərini yazmamışdan öncə türk kofesi içdikləri məlumdur. Türk kofesi içən uşaqların 3 saat, yetkin insanların isə 5-7 saat boyunca enerjili, aktiv olduğu da müşahidələr sırasındadır.
    Türk kofesini dəriyə qulluq vasitəsi kimi istifadə etmək olar. Seul Dövlət Universitetinin əməkdaşlarının gəldiyi qənaətə görə, türk kofesi dəridəki qızarıqlığı, bir çox digər problemləri yox etməyə qadirdir.
    Türk kofesi ilə bağlı aparılan elmi araşdırmalar:
    “Araşdırma sübut etdi ki, türk kofesi içmək Parkinson xəstəliyi, depressiya, qaraciyər xərçəngi, II tip diabet riskini azaldır”. Mənbə: Grosso, G., Godos, J., Galvano, F., & Giovannucci, E. L. (2017). Coffee, caffeine, and health outcomes: an umbrella review. Annual Review of Nutrition, 37, 131-156.
    “Araşdırmadan əldə edilən nəticələr göstərir ki, kofe qəbulu insanın əhval-ruhiyyəsini yüksəldir, kardiovaskulyar xəstəliklər və xərçəng riskini azaldır”. Mənbə: Crippa, J. A., Discacciati, A., Larsson, S. C., Wolk, A., & Orsini, N. (2014). Coffee consumption and mortality from all causes, cardiovascular disease, and cancer: a dose-response meta-analysis. American Journal of Epidemiology, 180(8), 763-775.
    “Kofe demansiya və Alzeymer xəstəliyi riskini aşağı salır”. Mənbə: Eskelinen, M. H., Kivipelto, M., & Caffeine & ACT Study Group. (2010). Caffeine as a protective factor in dementia and Alzheimer’s disease. Journal of Alzheimer’s Disease, 20(Suppl 1), S167-S174.
    “Bu incələmə kofe ilə ürəyin koronar xəstəliyi arasındakı əlaqəni dəyərləndirib. Məlum olub ki, kofe içmək vərdişinə sahib insanlarda ürəyin koronar xəstəliyinə daha az rast gəlinir”. Mənbə: Wu, J. N., Ho, S. C., Zhou, C., & Ling, W. H. (2009). Coffee consumption and risk of coronary heart diseases: a meta-analysis of 21 prospective cohort studies. International Journal of Cardiology, 137(3), 216-225.
    “Türk kofesi qəbulu endometrial (uşaqlıq divarı) xərçəngi riskini aşağı salır”. Mənbə: Je, Y., Giovannucci, E., & Coffee Consumption and Risk of Endometrial Cancer Collaborators. (2011). Coffee consumption and risk of endometrial cancer: findings from a large up-to-date meta-analysis. International Journal of Cancer, 131(7), 1700-1710.
    Bütün bu araşdırmalar türk kofesinin müxtəlif sağlamlıq problemlərinin həllinə kömək etdiyini göstərir. Bununla belə, bilməlisiniz ki, kofe qida sayılır və hər qidanın hər orqanizmə təsiri individualdır. Öz orqanizminizi tanımağa çalışın, sonra kofe vərdişinizi ona uyğunlaşdırın.
    Türk kofesinin qida dəyəri haqqında da danışmaq istəyirəm.
    1 fincan (40 ml) türk kofesinə nəzər salaq:.
    Kalori - 2 kcal
    Protein - 0,3 qr
    Karbohidrat: - 0,3 qr
    Yağ - 0 qr
    Lif- 0 qr
    Şəkər- 0 qr
    Kofein- 30-100 mqr
    Bunlar sadə türk kofesinin göstəriciləridir. Zövqə görə, süd, şəkər, başqa dadlandırıcılar əlavə edilirsə, rəqəmlərin dəyişəcəyindən əmin olun.
    Türk kofesinin zərərləri və əks təsirləri.
    Türk kofesinin zərərləri ilə bağlı da araşdırmalar aparılıb. Bilinən hər hansı zərəri aşkarlanmayıb. Lakin mütəxəssislər onun da ölçülü, nizamlı qəbulunun tərəfdarıdırlar.
  • НаукаНаука

Комментарии • 16

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu Месяц назад +4

    ÇOX SAĞOLUN FAYDALI VIDEODIR

  • @BabkAzman
    @BabkAzman Месяц назад +4

    ilk bəyəni məndən olsun

  • @user-km9sx5hu8z
    @user-km9sx5hu8z Месяц назад +2

    Allah sizden razi olsun var olasiz🙏🙏🙏👐👐👐

  • @juliya3076
    @juliya3076 Месяц назад +2

    Təşəkkür edirəm bilginize görə 🙏

  • @turkankarimova5434
    @turkankarimova5434 Месяц назад +1

    Verdiyiniz malumatlar üçün teşekkür edirik Çox sağ olun

  • @gulnarseyidova5194
    @gulnarseyidova5194 Месяц назад +1

    Çox sağolun

  • @user-mg3fz5sx9h
    @user-mg3fz5sx9h Месяц назад +2

    🍀👍

  • @ALTUNAY...
    @ALTUNAY... Месяц назад +2

    Təşəkkürlər❤🌹😊

  • @ALTUNAY...
    @ALTUNAY... Месяц назад +3

    Kofe içməyi sevirəm, amma onun necə istehsal olmağını öyrənəndən sonra imtina etdim😊

    • @babekcassidy
      @babekcassidy Месяц назад

      Necə istehsal olunur ki? Təbii şəkildə olur da. İnanın ki başqa markalar kim bilir nələrdən istifadə edir. Uzun uzadı yazmayacam amma araştırsanız görərsiniz

  • @emilmmmdov5655
    @emilmmmdov5655 Месяц назад

    Salam.marketlırdə olur türk kofesi?

  • @user-nv2mn8bt3m
    @user-nv2mn8bt3m Месяц назад +2

    Hercüre kofe alib içmişem amma Türk kofesi indi eşidirem
    Vabşe günde 4/5defə aci kofe içerdim menə hekim qadağan edibeee
    Herden dözmürem risk edib içirem pis oluram srazu diyandiriram 🥺

    • @ALTUNAY...
      @ALTUNAY... Месяц назад +1

      Ola bilməz ki, eşitmiyəsiz😊Üzr istəyirəm, öyrətmək kimi qəbul etməyin😊Kofe elə kofedi.Hazırlanması fərqli olduğu üçün Türk qəhvəsi deyilir😊

  • @ugurburjal7287
    @ugurburjal7287 Месяц назад +2

    Melumata gore minnatdaram amma, dilimiza hormet edek kofe yox QAHVA ))

    • @s.e5112
      @s.e5112 Месяц назад

      Ayıbdı o nə sözdü

  • @durasanseyidov4238
    @durasanseyidov4238 Месяц назад

    Tapa bilmirəm təmmizindən