Böyrəkləri Təmizləyən Qidalar - Həkimlər Gizlədir

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2023
  • #sağlamlıq #demədidemə #böyrək
    Hər gün orqanizmdə 3-5 litr qan dövr edir. Onun filtrlənməsinə böyrəklər cavabdehdir. Qanın təmizlənməsi və zərərli maddələrin qandan atılması böyrəklərin işidir. Buna görə də, rasionumuza elə qidalar daxil etməliyik ki, vacib orqanımızı dəstəkləyə bilək. Həmçinin, böyrəklərin sağlamlığını qoruyan, onun işinə kömək edən qidalar da rasionumuzun bir hissəsi olmalıdır.
    Hansı qidalar böyrəklər üçün faydalıdır?
    Siyahının “lider”ləri göyərtilər, meyvə və tərəvəzlərdir. Onların mineral və vitaminlərlə zəngin olmasını bildiyimizə görə, bu hal təəccüb doğurmur. Üstəlik, əksəriyyəti sidikqovucu xüsusiyyətə malikdir və sidik yollarını təmizləməyə qadirdir. Böyrək üçün ən faydalı göyərti cəfəri və kərəvizdir. Onlar böyrəkdə və sidik yollarında yaranmış daşı əridən efir yağı ilə zəngindir.
    Tərəvəzlərdən isə ən faydalıları yerkökü, bolqar bibəridir ki, bu xüsusiliyi onlar malik olduqları bol A vitamini sayəsində qazanıblar. Ayaqlardakı şişkinlikdən yaxa qurtarmaq və artıq mayenin orqanizmdən sürətlə xaric edilməsinə nail olmaq istəyənlər isə bacardıqca çox balqabaq və qarpız yeməlidir.
    Alma da “böyrək dostu” sayılır. Çünki alma böyrək hüceyrələrinin məhvinin qarşısını alan antioksidantlarla zəngindir. Böyrəyə dəstək olmaq üçün meyvələri təzə-təzə, yaxud püre halında yemək olar. İtburnu da böyrəyə faydalıdır. C vitamini ilə zəngin olan itburnu infeksiyalarla mübarizə aparmaqda böyrəyə və sidik yollarına kömək edir.
    Zülalla zəngin yeməklər böyrəyi gücə salır. Ona görə də, çalışın ki, bu cür qidaları ölçülü şəkildə qəbul edəsiniz. Zülallı qidalardan tamamilə imtina etməyi isə ağlınıza da gətirməyin. Çünki zülal orqanizmdə, bir növ, “tikinti materialı” rolunu oynayır. Məsələn; balığı qızartma yox, buğda, yaxud sobada bişirin və bu zaman ona acılı, duzlu ədviyyatlar vurmaqdan çəkinin.
    Böyrəklərin sağlamlığını dəstəkləmək üçün orqanizmin maye balansının da qeydinə qalmaq lazımdır. Konkret olaraq, “filan qədər su içilməlidir” demirəm, çünki hər orqanizmin özünəməxsus maye balansı var. Orta ölçüdə desəm, orqanizmin hər 1 kilosu gün ərzində 30 ml su tələb edir.
    Böyrəyin bərpasına kömək edən qidalar.
    Böyrəklər dayanmadan işləyir: qanımızı təmizləyir, sidik ifraz edir və s. Amma bir məsələni etiraf etməliyik ki, narahatlıqlar başlamasa, kimsə böyrəyin sağlamlığı haqda düşünmür. Ən sadə 3 məqamı qeyd etmək istəyirəm ki, böyrəyin sağlamlığına faydalıdır.
    1. Alkoqol qəbulundan imtina etmək;
    2. Lazımi qədər su içmək;
    3. Faydalı qidaları rasiona əlavə etmək;
    Bu 3 sadə addımla böyrəyin uzun müddət sağlam fəaliyyət göstərməsinə nail olmaq mümkündür. Bir məsələ də var ki, heç kim böyrəkdə hər hansı problemin baş qaldırmayacağına zəmanət verə bilməz. Xalq təbabəti bu zaman yada düşür.
    “Böyrək çayı”nın qəbulu. Bu çay böyrəyə faydalı olan bitkilərin qarışımından ibarətdir. Bura tozağacı, ayıqulağı, gicitkən daxildir. Bu bitkilər böyrəyin təmizlənməsinə və işinin asanlaşmasına xidmət edir.
    İtburnu çayı C vitamini ilə zəngindir və sidik yollarındakı istənilən infeksiyaya qarşı savaşa bilir. Yumurta, süd və bal ilə hazırlanan “yumurtalı qarışım” da böyrəklər üçün faydalıdır. Düzdür, indi heç kim qayğanağı bu cür yemir, amma “dərman acı olur” sözünü unutmamalıyıq. Böyrəkləri zərərli maddələrdən təmizləmək üçün “may atpıtrağı” şirəsi də köməyə çatır.
    Bayaq da qeyd etdiyim kimi, alkoqol qəbulu böyrəklərin sağlamlığı üçün təhlükəlidir. Etil spirti orqanı zədələyir və funksiyasına mənfi təsir edir. Bu da böyrəkdə iltihablanmaya səbəb olur. Nəticədə isə, xroniki böyrək çatışmazlığı yaranır. Xəstəlik böyrəyin iş qabiliyyətinin aşağı düşməsi, qanda toksin miqdarının artması ilə xarakterizə olunur. Amma vəziyyət kəskinləşmədən böyrəyi bərpa etmək mümkündür. Bunun üçün rasiona soğan, yerkökü, balqabaq, alma, qarpız və balıq daxil etmək lazımdır.
    Böyrəyi təmizləyən qidalar.
    Bir çox qidaların qəbulu böyrəkləri toksinlərdən təmizləyir və daş əmələ gəlməsinin qarşısını alır. Həmin qidaların köməyilə 1 sm həcmində olan daşlar və qumlar asanca orqanizmdən xaric olunur. Əvvəlcə, ultrasəs müayinəsindən keçərək böyrəyin vəziyyəti ilə tanış olmaq lazımdır. Daşın həcminə görə qərar verilməlidir ki, evdə bu daşı salmaq olar, yoxsa mütəxəssis müdaxiləsi mütləqdir? Xırda daşların salınması üçün “isti vanna” üsulu da köməyə çatır.
    Böyrəyin təmizlənməsi üçün aşağıdakı üsullar mövcuddur:
    1. Həftə içində bolluca qarpız yemək. Xüsusilə, yay aylarında qarpız yemək böyrəkdəki çöküntüləri təmizləyir.
    2. 1-2 həftə ərzində hər gün təzə xiyar yemək. Unutmayın, təzə xiyar, turşusu deyil.
    3. 1 ay boyunca sidikqovucu xüsusiyyətə malik giləmeyvələr yemək. Mütəmadi olaraq, mərcanı və mərcangilə yeyənlərin böyrəyi təmiz olur. Amma bir daha vurğulayıram ki, daşın həcmi böyükdürsə bu üsullardan qabaq həkimə müraciət edin.
    4. Çiyələk şirəsi. Hər gün yeməkdən əvvəl yarım stəkan çiyələk şirəsi içmək böyrəyi təmizləyir.
  • НаукаНаука

Комментарии • 146

  • @dasgncfrov9392
    @dasgncfrov9392 Год назад +33

    Yaradan işünüzü avand eləsin AMİN 🇦🇿🇦🇿🇦🇿👍👍👍

  • @user-nv2mn8bt3m
    @user-nv2mn8bt3m Год назад +19

    Allahin verdiyi bütün nemetlerine şükür
    Allah razi olsun
    Baliq en sevdiyim yemey
    Myasa ni hiç sevmedim

  • @zizseyidova8103
    @zizseyidova8103 Год назад +25

    FAYDALI MƏLUMATDIR.ÇOX SAĞ OLUN.

  • @slalmrahova6966
    @slalmrahova6966 Год назад +10

    SAĞ OLUN.GÖZƏL BİLGİLƏR

  • @user-lr4ue7xp3y
    @user-lr4ue7xp3y 11 месяцев назад

    Təşəkkürlər faydalı məsləhətlər üçün

  • @aytacibrahimova3114
    @aytacibrahimova3114 Год назад +1

    Aydın izahat üçün çox saq olun

  • @ganiramaharramova8541
    @ganiramaharramova8541 Год назад +1

    Size cox tesekur edirem

  • @haqyolu9499
    @haqyolu9499 Год назад +18

    Mən sizin səhifəyə abunəyəm.Faydali məsləhətlər üçün sonsuz təşəkkürlər və uğurlar

  • @tamilekerimova7143
    @tamilekerimova7143 Год назад +12

    Tesekkur edirem cox saqolun 👍👍👍

  • @iconsaida9900
    @iconsaida9900 7 месяцев назад +1

    Cox sağ olun.

  • @leylaaliyeva9081
    @leylaaliyeva9081 4 месяца назад

    Çox sağ olun sizin verlişə sevə-sevə baxıram

  • @seyidovamelahet8324
    @seyidovamelahet8324 Год назад +7

    Maaşa Allah Allah hamımızın yardımçısı olsun.Amin

  • @zeyneb_eliyeva1998
    @zeyneb_eliyeva1998 8 месяцев назад

    Allah razı olsun maariflendirirsiniz

  • @violetline1460
    @violetline1460 2 месяца назад

    Tewekkurler

  • @resmiyyeabbasova9333
    @resmiyyeabbasova9333 5 месяцев назад

    Allah razı olsun🤲🤲🤲🤲🤲🤲

  • @azadzulfuqarov1001
    @azadzulfuqarov1001 Год назад +2

    Var olun

  • @guliveliyeva1033
    @guliveliyeva1033 Год назад +2

    Sizin sayenizde,aqrilarmin odden olduqnu oyrendimve tez bir zamanda yoxlanib emeliyat olundum.size minnetdaram,cox saq olun.kanalniza uqurlar arzulayiram

  • @gulzarlutfi2147
    @gulzarlutfi2147 Год назад +10

    Salam çox təşəkkür edirəm çox insana lazım olan faydalı məsləhətlər verirsiz Allah sizə bərəkətli və sağlam ömür nəsib eləsin

  • @nusabememmedova8828
    @nusabememmedova8828 Год назад +4

    Cok faydali firler soylediz tewekurler

  • @sevdaqdimova6008
    @sevdaqdimova6008 11 месяцев назад +7

    Faydalı məsləhətə görə çox sağ olun!

  • @validkuskun9064
    @validkuskun9064 Год назад

    Salamlar çok ğözəl verliş var olun

  • @cennetingulu2780
    @cennetingulu2780 Год назад +2

    Vallah bu dediklerini faydasi keçmiş zamanlarda olan meyveləre aiddi

  • @user-mu4py1vp5d
    @user-mu4py1vp5d 9 дней назад

    Deyerli meslahatlarlnlza göre Cox sadolun,Allah razl olsun, AminnnAllah 🤲

  • @efsanehesenova2494
    @efsanehesenova2494 7 месяцев назад

    Sag olun ki bizi dogru melumatlandirirsiz

  • @musviqabbasov2037
    @musviqabbasov2037 7 месяцев назад +1

    Sağ olun

  • @GulnarSerdarova
    @GulnarSerdarova 3 месяца назад

    Allah razı olsun amin inşallah

  • @elieli6919
    @elieli6919 Год назад +3

    Allah komeyniz olsun

  • @hesenovagulnare191
    @hesenovagulnare191 11 месяцев назад +1

    Məsləhətinizdən yararlanırıq Cox Saq olun Var olun Təşəkkür edirəm Məşhədi Kəbleyi xanım Gülnarə

  • @dasqinqedirov7526
    @dasqinqedirov7526 Год назад +17

    Çox təşəkkürlər ətraflı məlumatlarınıza görə Allah bütün işlərinizi avand etsin velisləriniz uzun ömürlü olsun

    • @dasqinqedirov7526
      @dasqinqedirov7526 Год назад +2

      Salam dəyərli insan kanalınıza abunəyəm və çox qiymətli bilgilərinizdən faydalaniram və sizə çox minnətdaram bu işdə uğurlarınız bol olsun Allah yar ve yardımçınız olsun

  • @shekibememmedova9520
    @shekibememmedova9520 Год назад +15

    Tək böyrəklərin deyil bütün orqanların sağlamlığı üçün faydalı məlumatlardır, hər şey qidadan başlayır kaş bunu dərk etsəydik hamımız ❤

    • @omeragayev3856
      @omeragayev3856 5 месяцев назад

      Truteiəi üçün iri yeliyirəm bu 😢😂

    • @omeragayev3856
      @omeragayev3856 5 месяцев назад

      5uüethdorj yu eutyuri ı ı ueiəuttjeuduygedifuriyuə ❤

    • @omeragayev3856
      @omeragayev3856 5 месяцев назад

      Ejyu i iyirmi il uyu ❤😂😂

  • @user-qp9vp1br1p
    @user-qp9vp1br1p Год назад +4

    Аллах сизден разы олсун

  • @aybenizheziyeva8592
    @aybenizheziyeva8592 Год назад +3

    Təşəkkürlər faydalı oldu mən əziyyət çəkirdim böyrəyimden həkimdə mənə bunları məsləhət görüb Allah hamını qorusun amin

  • @hqiqtcahangirova2517
    @hqiqtcahangirova2517 8 месяцев назад +14

    Kasıbcılığın üzü qara olsun dediklərini necə alaq 320 manat pensiya ilə şəkərə müalicə edək qara ciyərə müalicə edək böyrəyə müalicə edək və yemək alaq şəkər yeməyləri hamsı baha burda yaşamaq çox çətindir ağır şərtlərlə yaşayırıq nə vaxta kimi davam edəcək onu Allah bilir bizə məlum deyil bu millətin qeydinə qalan yoxdu......

  • @mhparpiriyeva3303
    @mhparpiriyeva3303 Год назад +5

    Allah köməyin olsun 🤲

  • @rasulpatriot3601
    @rasulpatriot3601 Год назад +2

    Allah razı olsun

  • @Ranaldo120
    @Ranaldo120 Год назад +5

    Bes deyler piyve içmey xeyirdi böyreye

  • @farana736
    @farana736 Год назад +17

    Allah Samir qardaşimiza kömək olsun.

  • @Cema-cu1nk
    @Cema-cu1nk Год назад +4

    🙌🙏

  • @teranehacizade9580
    @teranehacizade9580 3 месяца назад +1

    Salam, Doktor ! Faydalı məsləhətiniz üçün təşəkkür edirəm ! Bilmək istərdim , Böytək problrmində , səhər yeməyinnən sonra 1 çay qaşığı Kakaonu 1 stəkan istii suda dəmləyib içmək zərərli olmaz mı? Xahiş edirəm yazasınız Təranə Hacızadə ❤🎉❤🎉❤🎉

  • @Jenniex_777
    @Jenniex_777 Год назад +1

    🙏🌺

  • @eminqenberli1233
    @eminqenberli1233 Год назад +3

    Salam mənim yodaşımın sağ böyrəyi götürülüb oda dediklərini istifadə edə bilər əvvəlcədən təşəkkür🙏

  • @movlansarxanov6432
    @movlansarxanov6432 Год назад +1

  • @leylateymurova4265
    @leylateymurova4265 9 месяцев назад

    👍👍👍👍❤

  • @cosumamedov6876
    @cosumamedov6876 10 месяцев назад +1

    👍🏻👍🏻👍🏻👍🏻

  • @samirdavudov145
    @samirdavudov145 Год назад +28

    Iki boyreyimde salamatdi yaxwidi sadece boyrekden harasa geden damar quruyub stent var tezyigin yuxari olur😭😭😭

    • @muradmamedov904
      @muradmamedov904 Год назад +3

      Ğğğğğğğ

    • @haqyolu9499
      @haqyolu9499 Год назад +5

      Allah köməyiniz olsun

    • @ilahhmdova1131
      @ilahhmdova1131 Год назад

      Darı var rusca pşeno deyirlər toyuqlara da verirlır yumru sarı xırda olur.Onu kaşa kimi boranı ilə bişirmək çox xeyurdii.Yutubda da var 1 stəkan darının üzərinə 3 stəkan su tökülüb blendirnən çalınır süzülür yeməjdən 1 saat qabaq yarım stəkan içiliir.Dialez xəstələrinə də köməkdir.

    • @erkinazquliyeva2332
      @erkinazquliyeva2332 Год назад +3

      Day salamat hardan oldu😏Allah özü kömek olsun

    • @nizamivliyev9080
      @nizamivliyev9080 Год назад

      Ü m

  • @minaraadicco3547
    @minaraadicco3547 Год назад +6

    Böyrək əməlyatı oldum öldüm dirildim..böyrəklərə yaxşı baxın…Böyrək insanda çox önəmli bir organdır

    • @muradfuadov9541
      @muradfuadov9541 Год назад +1

      Vallah mende əməliyyat oldum helede aqriyir

    • @minaraadicco3547
      @minaraadicco3547 Год назад

      @@muradfuadov9541 nə qədər vaxt olar ki, əməliyyat olmusunuz? Nə problem idi sizdə?

    • @muradfuadov9541
      @muradfuadov9541 Год назад

      DaŞ

    • @muradfuadov9541
      @muradfuadov9541 Год назад

      5 aydi

    • @minaraadicco3547
      @minaraadicco3547 Год назад +1

      @@muradfuadov9541 mən 10gün əziyyət çəkdim əməliyatımın yeri çox agrı verirdi 10gün sonra heçnə olmamış kimi həyatıma davam..çox şükür ki heç bir agrı problem yoxdur..məndədə daş idi lazer lakraskopik əməliyatla çıxartdılar.. hə birdə sizə bir töhfsiyə çox su için…təmiz su inşAllah yaxşı olarsınız birdə tərəvəz məhsulları çox yeyin….yatmagınəza diqqət edin…Allah şəfha versin…🙏

  • @user-cn2fw4gp6n
    @user-cn2fw4gp6n 2 месяца назад

    Böyrekler 2side büzüşüb jeratin 543 neylemek olar dialez olmalıdı?

  • @vuqarqenberov5133
    @vuqarqenberov5133 11 месяцев назад

    Su icen kimi ayaqyoluna gedirem tez tez borek pozulub yoxsa ??

  • @aygunnazarova9562
    @aygunnazarova9562 3 месяца назад

    Zehmet olmasa deyerdiniz stend qoyulan bõyreye sarmisax ziyan ede bilermi xaiw edirem cavablandirasiniz

  • @jaleagarzayeva9015
    @jaleagarzayeva9015 Год назад +1

    Cox sagolun faydali melumat verirsiz sizin kanaldan cox sey orgenirem . Men cayi cox icirem gun erzinde 1 stekan su icirem ele olur onuda icmirem🤦‍♀️ bu cayi azalda bilmirem ne meslehet gorerdiz cvb yazsaz sevinerem

    • @lihuseynqurbanzad9031
      @lihuseynqurbanzad9031 Год назад +1

      Məndə çayı çox içirəm demək olarki təsadüfi hallarda su içərəm hərdən özümü məcbur edirəm su içim ürəyim istəmir

    • @jaleagarzayeva9015
      @jaleagarzayeva9015 Год назад

      @@lihuseynqurbanzad9031 mende😏

  • @lsmsksm
    @lsmsksm 10 месяцев назад +1

    👍🏽👍🏽🙏🏻🙏🏻

  • @necefqarayev6652
    @necefqarayev6652 3 месяца назад

    KİM BAXIB BƏYƏNLƏ DÜYMƏSİN TIKLAMIRSA SƏHV EDİR UNUTMA.😮❤

  • @hafizememmedova6541
    @hafizememmedova6541 Год назад +1

    💚💛👍👍👍👍👍

  • @reyhanquliyeva9075
    @reyhanquliyeva9075 Год назад +2

    Salam xahiş edirəm cavablandırın böyrəkdən zülalı necə təmizləmək olar?

    • @gulayhuseyinova4996
      @gulayhuseyinova4996 Год назад

      Salam. Sualınızı RUclips-də yazın məlumat gələcək

    • @gulayhuseyinova4996
      @gulayhuseyinova4996 Год назад +1

      Burdakı deyilənlər də böyrəyi təmizləyir. Deyilən resepti yazın əməl edin

  • @user-pb7ev4th1v
    @user-pb7ev4th1v 10 месяцев назад

    ❤❤🎉🎉🎉

  • @rozaaliyeva977
    @rozaaliyeva977 Год назад +3

    Bir oyun onlara hagsiz olarag verildi.Buse kafayla vurub etmemisdi.Tekrarini izledik ele bir sey olmamis.Muradin sayesinde bir oyun sahibi oldular.

  • @Hgigt-ji2jv
    @Hgigt-ji2jv 2 месяца назад

    MEYVƏ TƏRƏVƏZLƏRDƏN İSTİFADƏ EDİN. ÇOXLU SU İÇİN Kİ BÖYRƏKLƏRİNİZ TƏMİZLƏNSİN. YUYULSUN. ❤🎉❤

  • @anavtn572
    @anavtn572 Год назад +3

    50 yaşıma qədər bilmirdim böyrəyim var , yoxsa yox , amma 1 ildi böyrəklərim mənə zülüm edir. 6 aydır müalicələrdə 😪

  • @user-up8qw2gt5t
    @user-up8qw2gt5t 5 месяцев назад

    men alkoqol icmemisem zulalimda cratinde coxdu

  • @bakibaki201
    @bakibaki201 Год назад +2

    🙏🇦🇿☝️🕋

  • @laylalayla2591
    @laylalayla2591 Год назад +2

    Salam.Mercangile tercumede boyarisnikdir bilen varsa zehmet olmasa yazin🙏🌹

  • @my_favorite_song_56
    @my_favorite_song_56 Год назад +1

    Goresen doğrudur?

  • @user-lx9gp8tr2g
    @user-lx9gp8tr2g День назад

    Böyrək kistasını necə təmizləmək olar

  • @iraismaylzade4356
    @iraismaylzade4356 Год назад +2

    Sizin kanalı cok sevirem abuneyem ama bu final yagını terif etmeyini beyenmirem

  • @salehhsnov7433
    @salehhsnov7433 Год назад +2

    Reklaml zəhlə tokur

  • @talehsirinov9547
    @talehsirinov9547 3 месяца назад

    Bir yerde dediz gobelek boyreye xeyirdi bir terefde dediz ziyandi hansi duzdu? Butun bunlari etmeye maddi imkan yetmez.

  • @lihuseynqurbanzad9031
    @lihuseynqurbanzad9031 Год назад +1

    Salam əleyküm mən bir sirdə vermək istəyirəm əyər böyrəkdə daş varsa bunu türkə çarə salmaq mümkündür. Əgər sizin evdə itburnu sokunuz varsa yəqinki bir çoxunuz bunu necə hazırlandığınıda bilirsiniz 😊 İnşAllah itburnunun sezonuda gəlir. Evdə çoxda qaynar olmayan su vannasında oturun və başlayın sokdan için taki 3litirlik balon qurtaranacan bilirəm təzyiqidə salır arada birdə şirin çay içinki təzyiqiniz düşməsin sizi əmin edirəmki əziyyət çəkmədən daşlardan qurtulacaqsınız şəxsən şahidiyəm 🤗

    • @lihuseynqurbanzad9031
      @lihuseynqurbanzad9031 Год назад +1

      Hamıya sağlam ömür arzulayıram hər birimiz öz sağlamlığımızın qeydinə mümkün qədər qalmalıyıq

    • @AzMetbex
      @AzMetbex Год назад

      Salam. Ph aşagı olanlar itbirnu istifadə etsə daş böyüyəcək

    • @AzMetbex
      @AzMetbex Год назад

      Salam. Blemaren var, çoxtəsirli dərmandır, Rusiya dərmanıdır. Çox təsirlidir. Ozünün içində, testi də olur. Sidik vasitəsiylə tes edə bilirsiz

  • @gunesgunes5691
    @gunesgunes5691 Год назад

    Böyrəydən zülalı necə təmizləmək olar?

  • @ismayilrustemov9093
    @ismayilrustemov9093 Год назад +4

    Salam daşlar 4çur olur dediyləriniz bunun hamslna aid deyil məsələn oksalar daşlna limon itburnu olmaz yəni c vitamini olmaz

    • @aydanismixanova8742
      @aydanismixanova8742 Год назад

      Büzüşmüş böyreyə nə məsləhət görürsüz

    • @AzMetbex
      @AzMetbex Год назад

      Salam. Blemaren var, çoxtəsirli dərmandır, Rusiya dərmanıdır. Çox təsirlidir. Ozünün içində, testi də olur. Sidik vasitəsiylə tes edə bilirsiz

  • @rubabexankishiyeva6525
    @rubabexankishiyeva6525 Год назад

    Salam x. Mənim sağ böyrəyimdə kista var deyib həkim mənə nə məsləhət verərdiz 🙏

    • @maqamm6961
      @maqamm6961 2 месяца назад

      Məndə hər ikisində var çoxdu davamlı müalicə almaq lazımdı. Hava qarişanda təzyiq verir baş ağrisi olur

  • @nikoasadov3944
    @nikoasadov3944 11 месяцев назад

    👍👍👍👍🇦🇿🇦🇿🇦🇿❤️

  • @stephancon7293
    @stephancon7293 Год назад

    ... dayanmadan işləyir deyil,... fasiləsiz çalışır... Daha gözəl səslənir

  • @AzMetbex
    @AzMetbex 3 месяца назад

    Böyrək daşı elə bir məsələdir, bax burda kankret söz demək olmaz. Deyilməməliidr. Məsələn, yerkökü çəfəri və. S bir çox böyrək daşlarına əks təsir edir. Məsələn kalsium oksalat daşını varsa, (insanların 80 faizində məhz kalsium oksalat daşıdır) yerkökü cəfəri itbirnu vəs istifadəsi olmaz.

  • @feridesedov8150
    @feridesedov8150 10 месяцев назад

    Zibilliyə atırlar

  • @ArzuIbrahimova-qy1dl
    @ArzuIbrahimova-qy1dl Год назад

    Böyrəyin birində daş birində kisda var nə edim zəhmət olmasa?

    • @AzMetbex
      @AzMetbex Год назад

      Salam. Blemaren var, çoxtəsirli dərmandır, Rusiya dərmanıdır. Çox təsirlidir. Ozünün içində, testi də olur. Sidik vasitəsiylə tes edə bilirsiz

  • @rozaaliyeva977
    @rozaaliyeva977 Год назад +2

    Bu konulluler acam degib dururlar.Elebilki unluller bir goyun yeyibler.Dun yeyilen piza dun getti bir gun kecdikden sonra onlarda sizi kimi acdilar.O gurtardilar.Busede Kardelini udmusdu.Ancag Muradin sayesinde oyun garsiya verildi.Tekrarini izledik kafayla vurub etmir Buse.hagsizlig oldu.

  • @user-er4jm1sw3f
    @user-er4jm1sw3f 9 месяцев назад

    Çox. Ezyet. Çekrem. Döreymnen

  • @xaverabbasova7028
    @xaverabbasova7028 Год назад +1

    Qabaq qanı qatılaşdırır axı

  • @muradhuseyn5822
    @muradhuseyn5822 5 месяцев назад

    Donuz əti haramdı müsəlmanlar onu yemir xanum.

  • @aydanismixanova8742
    @aydanismixanova8742 Год назад

    Büzüşmüş böyreyə nəməslhət görürsüz

  • @ilknurhuseynov8387
    @ilknurhuseynov8387 Год назад +3

    Deyesen sende markov əkmisen indi sata bilmirsen reklam edirsen

  • @s.s.s.b.2480
    @s.s.s.b.2480 Год назад +31

    Allah size komey olsun. Siz dediklerinizi almaq uçun 3000 manat maawimiz olmalidir. Day deki yaxwi yawamaq uçun avropa olkelerine koçun.

    • @nrmmahmudova7144
      @nrmmahmudova7144 Год назад +5

      😂😂😂👍👍👍MƏN demək istəyirdim

    • @tanziletuluyeva2738
      @tanziletuluyeva2738 9 месяцев назад +2

      Allah sizə kömək olsun şirin balalarım

    • @zeyneb_eliyeva1998
      @zeyneb_eliyeva1998 7 месяцев назад +1

      Eslinde problem varsa onsuzda dermanlar ne qeder pul tutur elave de bedene ne qeder ziyandi gerek yixilmayasan yixldinsa day fso evin de yixildi

    • @Texno_464
      @Texno_464 6 месяцев назад +2

      Boyreyin qiymeti bes neciyedi ?

    • @seidebedelova1743
      @seidebedelova1743 4 месяца назад

      ​@@nrmmahmudova7144❤😂