Gündə 2 Mixək Çeynəyin - Bir Həftədən Sonra...

Поделиться
HTML-код
  • Опубликовано: 30 сен 2024
  • #demədidemə #azerbaycan #mixək
    Mixəyin sağlamlığa faydaları
    Yəqin hamının evində mixək var. Etiraf edirəm ki, onun insan sağlamlığına faydaları haqqında mən də çox şey bilmirdim. Buna görə, azacıq da olsa, araşdırmağa ehtiyac duydum. Bu videoda hər gün 1 mixək qəbul edildikdə, yaxud çeynəndikdə nələr baş verəcəyi haqqında danışacağam.
    Mixək təbiət möcüzəsidir desək yanılmarıq. O, insan orqanizminə olduqca faydalıdır. İndiyədək mixək haqqında çox sayda elmi araşdırma aparılıb. Ağrıkəsici xüsusiyyəti ilə, yəqin ki, çox adam tanışdır. Diş ağrısı zamanı ağızda çeynəmək, yaxud ağrıyan dişin dibinə qoymaq kimi bir üsulu tətbiq edənlər rəylərdə yaza bilərlər.
    Mixəyin tərkibində evgenol adlı bir maddə var. O, xüsusi aromasını və özünəxas dadı məhz evgenoldan alır. Mixəkdə insan orqanizminin ehtiyac duyduğu bir çox bitki mənşəli maddələr də mövcuddur. Ümumiyyətlə, təbii otlar və ədviyyatlar istifadə edildikdə orqanizmə vitaminlər, minerallar kompleks şəkildə daxil olur.
    Mixəyin faydaları
    Mixəyin malik olduğu faydalı xüsusiyyətlər, əslində, onun yaşam mübarizəsi üçün yaratdığı mexanizmlərdir. Bəli, bitkilər də daim təhdid altındadırlar. Mixəyin düşməni mikroblardır. Bu səbəblə onun güclü antimikrobial xüsusiyyətə malik olması sizə təəccüblü gəlməsin.
    Ağzında candida yəni göbələk varsa, mixək çeynəmək kifayət edir. Mixək çeynəmək dişlərin üzərindəki ərp yığıntısının qalınlığını azaldır, diş əti xəstəliklərinə müalicəvi təsir edir. Ağız boşluğunun sağlamlığını arzulayanlar mixək yağından, yaxud mixəyin özündən istifadə etsələr, yaxşı olar.
    Təbii ki, mixəyin təkbaşına hansısa xəstəliyi müalicə etməsini iddia etmək düzgün deyil. Hətta mixək çeynəməyə başlamamışdan qabaq həkim məsləhəti almanız daha məqbuldur. Nə də olsa, hər orqanizm fərqlidir və hər bir vasitə-istər bitki mənşəli olsun, istər heyvan mənşəli, istərsə də kimyəvi,-orqanizmə individual təsir edir.
    Baş dərisindəki göbələkləri, yaxud hər hansı patogenləri yox etmək istəyənlərin də mixək yağına üz tutduqları məlumdur. Orqanizmdə göbələk infeksiyası varsa, toksikləşmə prosesinin başlaması, yavaş da olsa, irəliləməsi labüddür. Mixək bu zaman da orqanizmin ən yaxın dəstəkçisinə çevrilir; toksikləşmənin müddətini və həcmini, irəliləmə sürətini azaldır.
    Mixək yağının Helicobacter pylori ilə mübarizə apardığı da elmə məlumdur. Qeyd edim ki, Helicobacter pylori mədənin və onikibarmaq bağırsağın müxtəlif nahiyələrinin selikli qişasında aşkar olunan spiralşəkilli, qrammənfi patogen bakteriyadır. Mədə xoralarına, qastritlərə səbəb olur. Mixək Helicobacter pylorinin fəaliyyətinə mane olur, xoraları, qastriti, həzmsizliyi, qazı, köpü aradan qaldırır.
    İltihab əleyhinə xüsusiyyəti ilə mixək artritdən əziyyət çəkənlər üçün əlçatan vasitədir. Ağciyər xərçəngi başda olmaqla, bir çox xərçəng növlərinin əmələ gəlməsinə mane olur.
    Tərkibində mixək, yaxud mixək yağı olan pəhriz proqramı II tip diabet xəstəliyinə tutulma riskini azaldır. Mixək qəbulu qanda şəkərin səviyyəsini nizamlayır, insulin ifrazını artırır, insulinlə əlaqədar olan hüceyrə funksiyasını yaxşılaşdırır.
    Mixək sümüklərin sağlamlığı üçün də faydalıdır; osteoporozun meydana çıxmasına mane olur. Qadın orqanizmi osteoporoza qarşı daha həssasdır. Yaş artdıqca sümüklərinin qayğısına qalmaq hər bir insanın borcudur. Mixəkdəki manqan sümükləri gücləndirir. Təbii şəkildə qəbul edilən manqan sümüklərin böyüməsinə, sümük sıxlığının artmasına və illər boyunca sağlam qalmasına kömək edir.
    Sarımsaq və soğan kimi qidaların istifadəsindən sonra ağızda xoşagəlməz iyin qarşısını almaq xüsusiyyəti var. Yeməkdən sonra mixək çeynəmək kariesdən qoruyan ən təsirli vasitələrdən biri hesab edilir.
    Təzəliyini və keyfiyyətli olmasını yoxlamaq üçün bir neçə ədəd mixək 1 stəkan suyun içərisinə atılır, suyun dibinə batması və ya mayenin içərisində üzməsi onun keyfiyyətinin yüksək, yana çevrilərək suyun üzərində qalması isə köhnə və yararsız olduğunu göstərir.
    Mixəyin zərərləri və əks təsirləri
    Bəribaşdan qeyd edim ki, sadalayacaqlarım mixəyin özündən çox, yağına aiddir. İndi isə tərəziyə çıxın və kilonuzu dəqiqləşdirin. Sonra da çalışın ki, gündəlik qəbul etdiyiniz mixək yağı norması orqanizmin çəkisinin hər kiloqramına görə, 2,4 milliqramı keçməsin.
    Lakin müəyyən hallarda dozanı azacıq artıra bilərsiniz. Sadəcə, normanı həddən artıq aşmağa çalışmayın ki, qaraciyərdə toksikləşmə prosesi başlamasın.
    Mixək bəzi orqanizmlərə allergik təsir edir. Məhz bu səbəbdən, qəbul etməzdən əvvəl, həkim məsləhəti almağınız yaxşıdır.
    Hamilə və süd verən qadınlar mixək istifadə etməməlidirlər.
    Sizinlə həmişə evinizdə olan bir vasitədən-mixəkdən danışdım. Hindistanda və Çində mixəyin istifadəsinin tarixi 3 min il əvvələdək uzanır. Onun müalicəvi faydaları haqqında çox öyrənilib və öyrənilməkdədir. Əminəm ki vieomuz sizing üçün faydalı oldu. Bu kimi videolarımızın davamını görmək istəyirsinizsə, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.

Комментарии • 202

  • @natiqagamaliyev6410
    @natiqagamaliyev6410 3 месяца назад +53

    biz illərdi hər gün qara çayla birlikdə dəmləyib içirik ,biz ailəlikcə mixəyi sevirik❤

  • @tofiqhuseynov1859
    @tofiqhuseynov1859 2 месяца назад +11

    Demleyib sacinizi yuyun sac tokulmessine komek edir. 15 eded mixeyin uzerine yarim stekan qaynar su elave edi demleyin. Tund cay rengi alandan sonra biraz soyudub her gun basinizi yuyandan sonra hemin su ile yaxalayin. Bu proseduru 10 gun her gun olmaqla. Novbeti 10 gun bir gunden bir, sonuncu 10 gun ise uc gunden bir tekrarlayin.

  • @realmusayev2159
    @realmusayev2159 3 месяца назад +30

    Məlumatlara görə əməkdaşlarınızla birlikdə çox sağ olun!!!

  • @mahiragayev6449
    @mahiragayev6449 3 месяца назад +27

    Sizə yalnız təşəkkürlər.Var olun faydalı insan olduğunuz üçün.

  • @aliyaabasova3725
    @aliyaabasova3725 3 месяца назад +14

    Salam mən mixeyi çaya qatıram hem xeyirlidir həm de çaya dad verir

  • @ilqaraslanov7190
    @ilqaraslanov7190 3 месяца назад +9

    Mixeyden və hildən daimi istifadə olunsa xərçəngə yoluxma sıfır olar

  • @Tenha_Delimamedinfanı
    @Tenha_Delimamedinfanı 3 месяца назад +14

    Her seher mixeyin 3 - ün yeyirem ağızı zeher kimi eliyir amma xeyirlidi

  • @AfətAqaliyeva
    @AfətAqaliyeva 3 месяца назад +19

    Mən bu kanaldan çox yararlanmışam buna görəd də sizə minnətdaram.

  • @SeideGozelova
    @SeideGozelova 3 месяца назад +12

    Qarın ağrısının birinci dostu suyla uda bilsəz mükemmel 5 10 dene .

  • @seherg.4231
    @seherg.4231 3 месяца назад +20

    Bir sizin kanala baxiram, bir de Ibrahim Saracogluna! ALLAH sizden razi olsun! AMIN!❤❤❤❤

  • @ГультакинИсмаилова
    @ГультакинИсмаилова 3 месяца назад +8

    Cox sagolun maariflendirici meslehetiz ùcun,men diger bir kanalda da gòrmuwdum bu hakda ve hardasa 1 ay olar her seher ac qarjna 3 mixek ceyneyirem ve uduram.Ama sizden bir xaiwim var hamj meslehet verir ,ama hec kim demir bunu neqeder istifade etmek lazjmdj,su meselesi,bir ince safljgj varsa da suda cox icilende derd verer oda😊,eyer cavablandjrsaz memnun olardjg,evvelceden tewekkurler 😊😊😊😊

  • @refiqerzayeva5728
    @refiqerzayeva5728 3 месяца назад +97

    Salam mən mixəyi çayda istifadə edirəm acı olduğu üçün çeynəyə bilmirəm. Məlumat verdiyiniz üçün çox sağ olun.

    • @ilqaraslanov7190
      @ilqaraslanov7190 2 месяца назад +4

      Kofemalkoda hər gün 10dene mixey, 2-3 dənə hil üyüdüb təmiz çiy suya qatıb için!

    • @ZeynebSuleymanova-cu4ct
      @ZeynebSuleymanova-cu4ct 25 дней назад

      Nəyə xeyirdi? ​@@ilqaraslanov7190

    • @vasifrasulov5980
      @vasifrasulov5980 23 дня назад

      Məncə Çeynəmək deyil, ağızda saxlamaq; ağızda yumşalır. Yumşaldıqda yavaş-yavaş çeynəmək olur , əriyib mədəyə gedir. Mən belə edirəm

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 3 месяца назад +18

    ÇOX SAĞOLUN BAHADIR MÜƏLLİM

  • @hicranmuradova5301
    @hicranmuradova5301 3 месяца назад +10

    BALASİ... PATİ QEN YOX PATOQEN.. :)) OSTROPOROZ YOX OSTEOPOROZ.. :)) TESEKKURLER

    • @Низамеддин
      @Низамеддин 3 месяца назад +2

      Unutmayın ki,nə azərbaycan dili dərsi keçir,nə də həkimdir.hər şeydə bir pislik axtarın.

    • @Низамеддин
      @Низамеддин 3 месяца назад +7

      Balasi yox- balası,tesekkurler yox- təşəkkürlər ,bir sözdə 5 səhv.

  • @gulnarseyidova5194
    @gulnarseyidova5194 3 месяца назад +58

    Min bir dərdin dərmanı mixək👍çox sağolun.

  • @semayememmedova6348
    @semayememmedova6348 3 месяца назад +22

    Mikeyi defne yarpağı ile 10 deqiqe qaynadın sonra 2saat deme qoyun öz özüne dem alacaq soyuyacaq sonra bası temiz yuyandan sonra sonda həmin suyâ bir az isti su qatıb basıb həmin su ile yaxala qoy belece qalsın iki günden bir edin basda qasıntı kepek sebariya olmayacaq

  • @Mcidhmdov
    @Mcidhmdov 10 дней назад +1

    60 yaşım var. Mən uşaq olanda hər evdə mixək ətirşah hil darçın kərə yağı Azərbaycan çayı olardı.Amma nədənsə həkim yox idi xəstə

  • @feridequrbanova5710
    @feridequrbanova5710 3 месяца назад +12

    Çox saqolun faydalı məsləhətlərə görə

  • @kifayetmutallimova5039
    @kifayetmutallimova5039 3 месяца назад +29

    Allah Sizi qo=uzun.Çox gözəl maarifləndirici işlər görürsünüz.❤ var olasınız.

  • @nusabebabayeva1128
    @nusabebabayeva1128 3 месяца назад +8

    Dogurdann Ciyniyək və Sorada udag oldu.Cox gözəll məsləhətniz ücün

  • @sssssubhan
    @sssssubhan 3 месяца назад +10

    İlgim firmasi cox bahadi

  • @heqiqethuseynova9055
    @heqiqethuseynova9055 3 месяца назад +5

    Mən mxəngi sevirəm.cayjda istifadə edirəm.həm də bəzi yeməklər varki onlarda istifadə edirəm.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ГульшанГаджиева
    @ГульшанГаджиева 3 месяца назад +8

    Cox maraqli oldu gerek mende yoxluyam cox saq olun

  • @HakverdiƏlizadə
    @HakverdiƏlizadə 3 месяца назад +3

    Kocam dişağrısın mixənglə sakitləşdirir düz!!

  • @rahileeliyeva8341
    @rahileeliyeva8341 3 месяца назад +8

    Allah sizdən razı olsun amin super halal olsun sizə

  • @tranvliyeva1690
    @tranvliyeva1690 3 месяца назад +10

    Təşəkkür faydalı məsləhətə görə

  • @karabax9688
    @karabax9688 3 месяца назад +11

    Var olun

  • @cemilemirzeyeva962
    @cemilemirzeyeva962 3 месяца назад +3

    Bilen varml acmasl nedi bir valaca boyu var dam dolusu toyuvar????

    • @Gülər-72
      @Gülər-72 3 месяца назад

      Çıraqdı.

    • @nusuhebibova
      @nusuhebibova 3 месяца назад

      Mixək😂

    • @Papatya152
      @Papatya152 3 месяца назад

      Yeni ozu balacadi,faydası cooooox🤔🤔

  • @AZERBAYCAN-RESPUBLIKASI
    @AZERBAYCAN-RESPUBLIKASI 3 месяца назад +9

    Mixeyi o qeder terifledizki novbeti 5 illik orezident seckilerine namized sececeyik 😂❤

  • @nusabebabayeva1128
    @nusabebabayeva1128 3 месяца назад +4

    Allah canızı sag eləsin🤲Mən hər gün sizə baxırsm.Deyiyin Demədi demədi verlişnə baxıram.Cox sag olun🤲👏👏👏👏👏👏

  • @dilqendhumbetova165
    @dilqendhumbetova165 3 месяца назад +5

    Salam sizi izlemeyi sevirəm çoxda faydalanıram sizə bizi bilgiləndirdiyiniz üçün çox tşk edirəm 🙏🙏

    • @demedideme1
      @demedideme1  3 месяца назад

      ❤ təşəkkür edirəm

  • @arzumancebrayilov4057
    @arzumancebrayilov4057 3 месяца назад +9

    Coxx sagolun

  • @telliquliyeva2371
    @telliquliyeva2371 3 месяца назад +18

    Cox sagolun mən mixəkdən illərdir istifadə edirəm Sizində faydalı məlumat verdiyiniz ücün tşk.edirəm 🤲

  • @elxanramazanov190
    @elxanramazanov190 Месяц назад +3

    Çoxsağ olun Təşəkkür edirəm ❤

  • @vefamirzeyeva7564
    @vefamirzeyeva7564 3 месяца назад +3

    Salam tronb olan damarları necə müalicə edmək olar ?

  • @xoneorhan1706
    @xoneorhan1706 3 месяца назад +2

    Salam coxsaqolun ama mixək ceynemek olmur bes udsaq tesiri olmazzz???

  • @TofiqAğayev-p1i
    @TofiqAğayev-p1i 3 месяца назад +1

    Siz ancaq şirketleri birde özünüzü reklam edirsiz ,nolub alə

  • @ruslanbagirov363
    @ruslanbagirov363 3 месяца назад +7

    ALLAH sizdən razı olsun.

  • @Gülər-72
    @Gülər-72 3 месяца назад +2

    Mən də həmişə çaya mixək atıram. Ama nə kimi xeyiri, ya zərəri olduğunu bilmirəm.

  • @telmanwabanov9792
    @telmanwabanov9792 3 месяца назад +4

    Bahadur Seyidov ceyneyib sora udmaq lazimdimi?

  • @rizvanhuseynov3227
    @rizvanhuseynov3227 Месяц назад +1

    Neca muddet ceynamak lazimdi bu mixeyi ??

  • @telmanwabanov9792
    @telmanwabanov9792 3 месяца назад +4

    men vaz kecdim niye cunku yuksek tezyig var mendw

  • @mirjalalmemmedli2047
    @mirjalalmemmedli2047 3 месяца назад +4

    Çox sağolun dəyərli sözləriniz üçün var olun

  • @lotfireza5776
    @lotfireza5776 2 месяца назад +1

    Mixək yox Gərənfil . Mixək farscadır və balaca mıx deməkdir

    • @Rahman-yx8bd
      @Rahman-yx8bd 2 месяца назад

      Bız adeten qerenfıle de qerenfıl deyırık. Bes qerenfılın adı nedır ?

    • @lotfireza5776
      @lotfireza5776 2 месяца назад

      @@Rahman-yx8bdbu Ədviyyat Qərənfilidir , obirisi Gül Qərənfili

  • @gullu7168
    @gullu7168 15 дней назад

    İlğımın dəfələrlə hil tozun almışam,içərisindən razyanaya oxşayan toz çıxıb.Ona görə də məhsullarına inanmıram

  • @SamirManafov-u9b
    @SamirManafov-u9b 3 месяца назад +2

    Sipirt virsu olmuşam onu icsem gedrmi virsumu

  • @Zehraselim370
    @Zehraselim370 3 месяца назад +6

    Eladi

  • @xanimismayilova1916
    @xanimismayilova1916 3 месяца назад +2

    Mede bagirsaginda problemi olanlara mixekden istifade etmek olmaz❤❤

  • @zamirzamir5208
    @zamirzamir5208 3 месяца назад +8

    Teşəkürlər❤

  • @turaleliyev3053
    @turaleliyev3053 3 месяца назад +3

    Məlumat verdiyiniz üçün təşəkkür edirəm

  • @EsmiraMamedova-t2k
    @EsmiraMamedova-t2k День назад

    Melumatlnlza göre Cox sağolun, teşekkürler

  • @akifisayev-uo9ov
    @akifisayev-uo9ov 25 дней назад

    Üzr dilerim ramil şeydayev moldeyə deyil Genk ə penaltini vura bilməmişdi 16 1 finalda Bakıda eyni stadionda sıçraya şıçraya qaçırmışdı 11 mtr

  • @MirsareAbiyeva
    @MirsareAbiyeva 3 месяца назад +3

    Acı olduğu üçün mədəmə pis təsir edir

  • @Dkkdkfksk
    @Dkkdkfksk 11 часов назад

    50 yaşdan yuxari istifadə etmək olmazmi??

  • @arzumusaeva8679
    @arzumusaeva8679 3 месяца назад +3

    Sağol teekkür allah razi olsun

  • @CosqunXelilov-um1qm
    @CosqunXelilov-um1qm 3 месяца назад +5

    Salam

  • @ZerifeDadasova-ji8kc
    @ZerifeDadasova-ji8kc 3 месяца назад +4

    Deyerli.bilgi.ucun.cox.sag.olun

  • @rasimboyukkisili2837
    @rasimboyukkisili2837 2 месяца назад +1

    Salam mixək ağıza atıb sormaq lazımdır. Bu zaman o səsi xırıldayan adama kömək edir.

  • @islam.mesimov
    @islam.mesimov 3 месяца назад +3

    Mixek cox seyə faydası var.

  • @sahraqurbanova2908
    @sahraqurbanova2908 18 дней назад

    BƏS NƏDƏN MƏN AGZIMDA CEYNİYƏN KİMİ BOGAZIM GƏLİR MİKROB KECİR ELƏ BİL QAYNAR SUYLA YUYURAM

  • @ElxanSultanov-b7g
    @ElxanSultanov-b7g 3 месяца назад +8

    Çox sağolun məlumatlara görə

  • @sssssubhan
    @sssssubhan 3 месяца назад +5

  • @Papatya152
    @Papatya152 3 месяца назад +2

    Mixeyi coxx sevirem,fadali meslehete gore cox sag ol ay bahadur🤗🤗

  • @YusifovYusif-v5t
    @YusifovYusif-v5t 3 месяца назад +2

    İcdifade Edirem Cox Sağolun👍♥️

  • @FrankSchubert-wt6yo
    @FrankSchubert-wt6yo 3 месяца назад +1

    Zencefil haqda da danisin melumatlansin lar

  • @zeynepmesic6619
    @zeynepmesic6619 3 месяца назад +2

    Karanfil

  • @dinivideolar8864
    @dinivideolar8864 2 месяца назад +3

    Melumat ucun teşekkür edirem 🙏🙏

  • @ulviyyeeliyeva8127
    @ulviyyeeliyeva8127 3 месяца назад +1

    Məndə.caya.4ədəd.tötürem.cox.dadli.olur.cay

  • @feqanabbasov7811
    @feqanabbasov7811 3 месяца назад +3

    Biz sizə təşəkkür edrik

  • @ceyhunqurbanov3210
    @ceyhunqurbanov3210 3 месяца назад +1

    Faydalı məlumatlar üçün sağol .Ama elə qaydada anladırsan ki ancaq həkimlər baş düşər.

  • @BabekWhheyege
    @BabekWhheyege 3 месяца назад +4

    Saqol

  • @ИсматМурадова-в4п
    @ИсматМурадова-в4п 2 месяца назад +1

    Cox gözəl məlumatlar verirsiz Cox sagolun danşiqda super 👏👏👏

  • @MuradMemmedov-jb8vg
    @MuradMemmedov-jb8vg 3 месяца назад +1

    Zererlerini öncə soyleseydiz heç iki eded mixengi zazar ermezdim yuksek tezyiqim var

  • @validkuskun9064
    @validkuskun9064 3 месяца назад +4

    Əhsən

  • @parvizsamadi3772
    @parvizsamadi3772 24 дня назад +1

    Gərənfıl.

  • @ElnareMustafayeva-y3h
    @ElnareMustafayeva-y3h 3 месяца назад +4

    👍👍👍👍👍🙏❤️

  • @nusabebabayeva1128
    @nusabebabayeva1128 3 месяца назад +7

    Maşallah Tək mən Sizi dinləmirəm .Mənən başqqada Coxlu İnsanllar sizə baxır

  • @ilqarnecefov3283
    @ilqarnecefov3283 3 месяца назад +2

    Sizin verlişlərnizi izdəyirəm

  • @latafatjabbarli4426
    @latafatjabbarli4426 2 месяца назад +1

    Var olun. Həmişə faydalı məsləhətlər və məlumatlar verirsiniz. 2:43

  • @roma7410
    @roma7410 3 месяца назад +4

    👍👍👍

  • @semarahimova8339
    @semarahimova8339 3 месяца назад +2

    Teşekurler melumat verdiz mixek haqda

  • @RecebMecidli
    @RecebMecidli Месяц назад +1

    5:17

  • @nusabebabayeva1128
    @nusabebabayeva1128 3 месяца назад +3

    🎉🎉🎉🎉🎉🎉

  • @RecebMecidli
    @RecebMecidli Месяц назад +1

    ❤❤❤❤❤❤❤eladi

  • @SevdaNovruzeliyeva
    @SevdaNovruzeliyeva 26 дней назад

    Her gün istifade edirdim amma bir faydasını görmedim😮

  • @CagtuSinem
    @CagtuSinem 2 месяца назад +1

    Axsaminiz xeyirli olsun men çayda Cox sevirem

  • @HediyyeQasimova
    @HediyyeQasimova Месяц назад +2

    Təşəkkürlər

  • @rafiqebalakishiyeva
    @rafiqebalakishiyeva 13 дней назад

    Uşaqlar çeynəsə ziyan olmaz?

  • @NazimRəsulov
    @NazimRəsulov 2 месяца назад +2

    Cox sağ olun məlumat ücün

  • @xatiramamedova9279
    @xatiramamedova9279 3 месяца назад +1

    Mende cayda istifade edirem

  • @kamelahesenova9763
    @kamelahesenova9763 20 дней назад

    Gözəl məlumatlarınıza görə sağ olun

  • @shahinsamedov1357
    @shahinsamedov1357 2 месяца назад +1

    Бизим аилемиз михейи чох севир

  • @khalidamekhdiyeva4121
    @khalidamekhdiyeva4121 2 месяца назад

    Михейн ийи мени бихуш ЕДИР чайда ичирем

  • @FrankSchubert-wt6yo
    @FrankSchubert-wt6yo 3 месяца назад +1

    Sukur indi bilir bildirirsiz kiloyla alira 40 Azn dir

  • @atl-1413
    @atl-1413 19 дней назад

    Əla ! Mixək həm də çayla gözəl olur!

  • @GulyaAllahverdiyeva-c1t
    @GulyaAllahverdiyeva-c1t 3 месяца назад +9

    🎉Sizin vidiolarınız davamlı olsun .

  • @tahirabbasov8950
    @tahirabbasov8950 27 дней назад

    bu derecede,xeyirli olacaqini bilmirdim

  • @nrgizfndi8137
    @nrgizfndi8137 3 месяца назад +1

    Salam .təzyiqi olan istifadə edə bilərmi .?

  • @elekbereliyev627
    @elekbereliyev627 12 дней назад

    Mixeyi Cox içmeyin üyeyi zeifledir

  • @sebnem3049
    @sebnem3049 Месяц назад

    İki dene mixeyi hamilede çeyneye biler?