Məhşur həkim bütün sirləri açdı - PANİK ATAK, YORĞUNLUQ... | Qalib Əsədov | Qara-Qırmızı

Поделиться
HTML-код
  • Опубликовано: 3 окт 2024
  • Jurnalist Bahadur Seyidov və yazıçı Cəlil Cavanşir "Qara-Qırmızı" adlı yeni verilişini izləyicilərə təqdim edir. Verilişin budəfəki qonağı məşhur həkim nevraloq Qalib Əsədovdur. Verilişidə bir-çox sosial-iqtisadi problemlərə işıq tutmağa çalışmışıq.
    Qalib Əliəfsər oğlu Əsədov 1968-ci il yanvarın 20-də Azərbaycan Respublikasının Şəki şəhərində hərbçi ailəsində anadan olub.
    1984-cü ildə Şəki şəhər M. Fizulin adına 3 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1984-1985-ci illərdə Şəki şəhəri Mərkəzi Rayon Xəstəxanasının nəzdində olan 652 saylı aptekdə fəhlə işləyib. 1985-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitunun müalicə profilaktika fakültəsinə qəbul olunub. 1986-1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətdən tərxis edildikdən sonra təhsilimi davam etdirib. Təhsil aldığı dövrdə Bakı şəhər Təcili yardım stansiyasında və Respublika Neyrocərrahiyyə Mərkəzində tibb qardaşı vəzifəsində işləyib.
    1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra Tibb Universitetinin Nevrologiya Kafedrasinda işləyib, elmi fəaliyyətlə məşğul olub. 1993-cü ildə "Epilepsiya xəsətəliyinin əmələ gəlməsində meyilli faktorlar" adlı elmi işinə görə Bakı Dövlət Universitetinin Elmi Şurasının keçirdiyi müsabiqdə "İlin ən yaxşi gənc elmi tədqiqatçisi" nominasiyasında birinci yeri qazanıb. İki çap olunmuş elmi məqalənin müəllifidir. Sonra Şəkiyə qayıdaraq Mərkəzi Rayon Xəstəxanasının əsəb xəstəlikləri şöbəsində nevroloq vəzifəsində çalışmışdır. 2005-ci ildə Şəkidə Əlillərin Regional Bərpa Mərkəzi yaradılarkən, oranin ilk Baş Həkimi vəzifəsinə təyin olunub. 2009-cu ildə, yuxarı ətrafları işləməyən xəstələrin reabilitasiyasında yeni metod işləyib hazırladığına görə Səhiyyə sahəsində "İlin qalibi" olub və xüsusi diplomla mkafatlandırılıb.
    2010-cu ildə Ukrayna Respublikasında Burdenko adına Spinal sanatoriyada klinik təcrübə keçib. Eyni zamanda dəfələrlə İstanbul, Vyana və digər şəhərlərdə keçirilən elmi konfranslarda iştirak edib.
    2012-ci ildə İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin Nevroloji Ana Bilim Dalında klinik təcrübə keçmişdir. Türkiyə Respublikasından qayıtdıqdan sonra Bakı şəhərində müxtəlif özəl tibb müəssisələrində çalışmışdır. Avropa Nevrologiya Akademiyanin Həqiqi üzvüdür.
    Evlidir. Bir qizi və bir oğlu var.

Комментарии • 131

  • @tomahsnli9978
    @tomahsnli9978 3 месяца назад +23

    DOKTOR möhtəşəm! Təkcə bilgili olmasına görə yox, ifadə bacarığına , səlis nitqinə və xoş səsinə görə..
    Ziyalılıq aydınlıq budur.👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @aiseabdullayeva9524
    @aiseabdullayeva9524 2 месяца назад +6

    Təşəkkür edirəm əziz xala nəvəsi Qalıb həkim.Allah sizdən razı olsun.Nəslimizin fəxrisən.

  • @liismaylov1990
    @liismaylov1990 2 месяца назад +10

    Doktorun şirin ləhcəsi adamı lap valeh edir,belə maraqlı söhbətləri dinlədikcə faydalı çox şey öyrənirik,əməyinizə sağlıq, davamı gəlsin,👏

  • @tomahsnli9978
    @tomahsnli9978 3 месяца назад +16

    QALİB Əsədov sadəcə peşəkar həkim deyil , həm də istedadlı publisistdir.Dinləməkdən doymursan. İNSAN ÖZÜ ÖZÜNÜ BELƏ MÜKƏMMƏL YETİŞDİRİB👍👍👍👍👍
    Ömrü uzun və sağlıqlı olsun👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @bc524
    @bc524 2 месяца назад +12

    Nə qədər alicənab ,nə qədər səmimi alim Allah sizə ömür versin ❤

  • @AynureZohrab
    @AynureZohrab 3 месяца назад +16

    Çox hörmətli Qalib doktoru dinləmək, öyrənmək xoş oldu.

  • @denizmesimli
    @denizmesimli 2 месяца назад +9

    Qabil dokturu dinlədikcə insan rahatlaşır ❤️

  • @MetanetSixaliyeva
    @MetanetSixaliyeva 3 месяца назад +4

    Podkast su kimi axdı getdi.Çox maarifləndirici, düşündürücü.Hər ikinizə minnətdaram.Davamı gəlsin.

  • @govherabasova694
    @govherabasova694 3 месяца назад +24

    Çox xoşum geldi bu cümlədən
    Beynimizi qidalandırmaq üçün nə ürəyimiz istəyir yeməliyik😊
    Doktoru tez tez çağırın ,xahiş edrem

  • @fidanbayrami2356
    @fidanbayrami2356 3 месяца назад +16

    Hər ikinize təşəkkür. Tez-tez dəvət edin.cox zövq aldım❤

  • @shahlamagerramova2400
    @shahlamagerramova2400 2 месяца назад +5

    Maraqlı söhbətiniz üçün təşəkkürlər.

  • @ofelyamva4742
    @ofelyamva4742 2 месяца назад +5

    Cox gozel veriliw oldu, cox melumat aldiq, tewekkurler.

  • @QsngMovsumov
    @QsngMovsumov 2 месяца назад +2

    Xaiş edirəm belə verlişlərinız davamlı olsun

  • @yusiffrcli
    @yusiffrcli 2 месяца назад +3

    Maarifləndirici proqram üçün,çooox təşəkkür edirəm..Xalq olaraq bu cür proqramlara çoox ehtiyacımız var.Həqiqətəndə Vətənə xidmət edirsiniz

  • @telliquliyeva3616
    @telliquliyeva3616 3 месяца назад +6

    Allah sizdən razı olsun. Həm aparıcı həm də qonaqlarınızı dinliyib mariflənmək çox fayda verir. Ancaq nədən ən çox dinləyən analardı deyəsən mən olanlarıma və yoldaşıma dinlədə bilmirəm.

  • @myvillageeeeee
    @myvillageeeeee 2 месяца назад +4

    Hara qonaq kimi cagirilsa Qalib bə mutleq saniyesini oturmeden baxiram💛

  • @DilshadMusaeva
    @DilshadMusaeva 29 дней назад

    Allah razi olsun her ikinizden

  • @incixanum
    @incixanum 3 месяца назад +7

    Verliş cox xoşuma gəldi.
    Qaib həkim mükəmməl və təbii bir həyatı oputları ilə doğurdanda hər kəsdə bir adrenalin yaratdı.
    "Maneken ifritələr" kəlməsi də əsil yerində deyilmiş oldu😂Hər ikinizə də təşəkkür edirəm.

  • @QsngMovsumov
    @QsngMovsumov 2 месяца назад +1

    Çox sağ olun ürəyim açıldı ,var olsun hekimimiz. Verlişə görə teşekkürler

  • @abuhayatmirzayeva352
    @abuhayatmirzayeva352 3 месяца назад +7

    Salamlar olsun hər birinizə.Çox təşəkkür edirəm hər ikinizə.Doktor o qədər qızıl kimi sözlər söylədi ki.Əgər saglam dövlət qurmaq istəyiriksə saglam düşüncəli insanlar yetiş dirməliyik.Bu baxımdan televiziyalara nəzarət güclənməlidi.Məktəblərdə təlim tərbiyə güclənməlidi.Məktəblərdə narakotikiin necə təhlükəli oldugunu göstərən sənədli filmlər göstərilməlidi.

  • @omurkecir9980
    @omurkecir9980 2 месяца назад +7

    Salam aleykum, söhbət dolu ziyalımızı tanıtdığınıza görə minnətdarıq. Necə də axıcı danışıq qabiliyyətinə malik bir insandır. Gərək biz gənclər özümüzə belə bir şəxsiyyətləri örnək götürək. Məsləhət vermir sadəcə tövsiyyə edir. Bu özü böyük bir ustalıq tələb edir. Sizinlə tanışlığımıza çox şad olduq Qalib həkim. Sizi yenidən görmək istəyimizi də bildirmək istərdik. Sağ olun

    • @zerifeabbasova7727
      @zerifeabbasova7727 2 месяца назад +1

      Çox sağ olun,siz də ,həkim də insanları maarif ləndirirsiz.

  • @Sevinc-bf6zk
    @Sevinc-bf6zk 2 месяца назад +4

    Belə söhbətlərin sayı çooox olmalıdı!!!

  • @leyla3272
    @leyla3272 3 месяца назад +5

    Sizə də, hörmətli doktorumuza da təşəkkürlər🙏

  • @MM-rr7ji
    @MM-rr7ji 3 месяца назад +6

    Çox sağ olun,dəyirli söhbət və məlumat üçün

  • @mubarek6908
    @mubarek6908 2 месяца назад +5

    İkinizdən də Allah razı olsun.

  • @aynur5534
    @aynur5534 3 месяца назад +5

    Çox sag olun
    Belə mövzular davamll olmalıdı

  • @svetlanahuseynova9598
    @svetlanahuseynova9598 3 месяца назад +5

    Allah sizi qorusun Qalib bəy!

  • @ДамировХикмет
    @ДамировХикмет 2 месяца назад +4

    Təşəkkur, hər ikinizə!!!!!!!

  • @nergizehmedova6727
    @nergizehmedova6727 3 месяца назад +5

    Təşəkkür edirəm,hər iki şəxsə,bu günki proqrama görə.Çox şey mənimsədim.

  • @elevsetmuxtarov5390
    @elevsetmuxtarov5390 2 месяца назад +3

    Təşəkkürlər ❤

  • @Gamer_girl-8
    @Gamer_girl-8 2 месяца назад +3

    Cox sag olun maraqla baxdim....

  • @leyleabdulova9585
    @leyleabdulova9585 3 месяца назад +3

    Size cox tesekkur edirik bu verlislerin davami gelsin

  • @sehlatalibova9360
    @sehlatalibova9360 2 месяца назад +1

    Çox maraqlıdı axıra kimi dinlədim.Çox ehtiyacımız var belə şəxsiyyətləri dinləyək.

  • @nazidrisova1183
    @nazidrisova1183 2 месяца назад +1

    Lazımi məlimatları verdiyiniz üçün Sizə çox təşəkkür edirəm

  • @IntizarMahalova
    @IntizarMahalova 2 месяца назад +3

    Cox sağ olun❤❤❤

  • @ХумараАгаева
    @ХумараАгаева 2 месяца назад +3

    Cox sag olun , bele savadli sohbetiniz ucun🙏🏻

  • @sonaabdullayeva3937
    @sonaabdullayeva3937 Месяц назад +1

    Cox maraqli sohbetlerdi bele verlisler cox olsun men teleye baxmiram yutubdan istifade edirem infarmacialara gore tesekkurler

  • @LAZZY_gaming77
    @LAZZY_gaming77 2 месяца назад +6

    Belə ziyalı insanları çox çox dəvət etsəniz biz də bəhrələnərdik

  • @AxmadAxmadli
    @AxmadAxmadli 3 месяца назад +4

    Saq ol' hekim nece yaxsi sozler danisirsiz

  • @gulnarseyidova5194
    @gulnarseyidova5194 3 месяца назад +7

    Çox sağolun

  • @allahasiginiram8178
    @allahasiginiram8178 3 месяца назад +3

    Təşəkkürlər sizə.

  • @shebnemhuseynova6489
    @shebnemhuseynova6489 3 месяца назад +4

    Çox maraqla dinlədim və əməyi olan hər kəsə təşəkkür edirəm

  • @CR7_kral_
    @CR7_kral_ 2 месяца назад +2

    İlk dəfə dinlədim həkimi çox sevindim tanıdığıma

  • @a.ahlibeytasiqi
    @a.ahlibeytasiqi Месяц назад +1

    Cox savadlı doktordur ve xalqını seven bir insandır. Bele insanlar cox azdır, Allah canın sağ elesin.
    Doktora demek isteyirem ki, xalqı qalxmağa qoymurlar.Azerbaycan xalqı mehve doğru gedir, cox heyif 😢

  • @sevilaliverdiyeva5204
    @sevilaliverdiyeva5204 2 месяца назад +2

    Çox sağ olun

  • @Catopiy2015
    @Catopiy2015 Месяц назад +2

    Mən artıg 3 ildiki televiziyadan imtina eləmişəm Qoy mən Xoşqədəmsiz Zaursuz qalım.

  • @anarzeynalov9886
    @anarzeynalov9886 3 месяца назад +5

    ALLAH SİZDƏN RAZI OLSUN

  • @a_aliyeva04
    @a_aliyeva04 2 месяца назад +1

    Qalib doktoru Sogbetgahdan tanidim cox hormet edirem fikirlerine maraqli insandi.dedikleri cox faydalidir

  • @nergizehmedova6727
    @nergizehmedova6727 3 месяца назад +14

    QALİB HƏKİMİ TEZ-TEZ DƏVƏT EDİN.

  • @mubarek6908
    @mubarek6908 2 месяца назад +3

    Məlumatlara görə tşk.

  • @chimnazhuseynova721
    @chimnazhuseynova721 2 месяца назад +5

    Sizin düşüncəniz hərbir Azərbaycanlıya lazımdı

  • @HurzadEsedova
    @HurzadEsedova Месяц назад +1

    Təşəkkürlər

  • @reyhansdova1897
    @reyhansdova1897 2 месяца назад +2

    Qalib həkim Allah Sizdən razı olunsun. Həkimin qəbuluna necə düşmək olar.

  • @elcinmirzeyev9787
    @elcinmirzeyev9787 2 месяца назад +1

    Belə verilişlər çox olsun

  • @ZohrabBalakisiyev-bu7et
    @ZohrabBalakisiyev-bu7et 2 месяца назад +3

    Sagolun, Qalib doktor aydın insanlardandı.

  • @samira4929
    @samira4929 2 месяца назад +3

    Çox gözəl! 👏

  • @mehribanhajiyeva9683
    @mehribanhajiyeva9683 2 месяца назад +2

    👍🏽👍🏽👏👏təşəkkurlər

  • @elnurisgenderov7656
    @elnurisgenderov7656 3 месяца назад +4

    Çox sağ olun 👍

  • @firuzehuseynova9025
    @firuzehuseynova9025 Месяц назад

    Nə xoş təsadüf,belə bir həkimin söhbətinə rast gəldim!
    Panikatak icnatından oğlum evlənmək istəmir,QƏTİ.
    Övlad sahibi olmaq istəmir,səbəb:uşaq xəstə,promlemli doğula bilər və ömrünün qalan hissəsini
    onun xəstəliyi ilə məşğuliyyətə sərf etməli olar😢
    Psixoloq qəbulunda da olub,
    psixotrop dərmanların uşağa yan təsirini fikirləşir...
    Nə etsin???Dərmanların təsiri ola bılər uşağa,əgər evlənsə,təbii ki,?
    Özünə həyat yoldaşı seçimində də cox tərəddüd edir,darıxır,səbri çatmır,bezir insandan və yarıda buraxır...

  • @tomahsnli9978
    @tomahsnli9978 3 месяца назад +4

    👍👍👍👍👍"Demədi demə"👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @baba1815
    @baba1815 3 месяца назад +4

    Halaldir bele marifleme aparin

  • @fahireseferova4155
    @fahireseferova4155 2 месяца назад +1

    Allah sizinkimiləri qorusun inşallah 🎉🎉🎉🎉

  • @tomahsnli9978
    @tomahsnli9978 3 месяца назад +4

    "SÖHBƏTGAH"da da maraqlı idi doktor👍👍👍👍👍

  • @Romeo-kw8lg
    @Romeo-kw8lg 2 месяца назад +1

    Грамотно и доступно всё разъяснил👍

  • @LeylaR-r2v
    @LeylaR-r2v 2 месяца назад +4

    O qeder savadli hekimdi. Inanin ki, noqtesine ve vergulune kimi bir kelimeni bele eskik demedi

  • @Ebilesen
    @Ebilesen 2 месяца назад +9

    Qalib həkim çox savadlı həkimdi dəvət etdiyiniz üçün təşəkkürlər

  • @Hayat_bitmedi_bitti
    @Hayat_bitmedi_bitti 3 месяца назад +2

    Sabaha saxlamiyaq verlişi superdi ela aparicillardi baxiramda

  • @CreateHome2011
    @CreateHome2011 2 месяца назад +2

    Ilahi nece gozel basa saldi .Ele bildim orda otrub derdimi danisiram eyni hislerimi danisiram.6ay mualice almisam yenede tez tez tutur heyif azerbaycanda yasimiram birinci bu hekimin yani a gedrdim.

  • @ZulfiyyaAsgarova
    @ZulfiyyaAsgarova 3 месяца назад +8

    Qalib müəllimi çox böyük zövqlə dinlədim. Doğrudan da, informasiyanı çox maraqlı şəkildə insana çatdırır.

  • @baba1815
    @baba1815 3 месяца назад +2

    Aparici boba sualar verdi halaldir

  • @КрисКулиева
    @КрисКулиева Месяц назад +2

    Азербайчаны еле бир везиййете салыблар ки, реабилитасыйасы мумкун дейил.Мегседйонлу инсанлары стрессе салырлар. Чемиййети зомбилешдириблер.

  • @tomahsnli9978
    @tomahsnli9978 3 месяца назад +4

    "Maniken ifritələr"😂😂😂😂😂👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Aqil333
    @Aqil333 3 месяца назад +4

    Salam aleykum.
    Allah hamımıza kömək olsun.
    Demirəm bu Həkim pisdi zəifdi.Allah razı olsun.Ama İzzət Gülü həkim var,onuda izləyin..
    İZZƏT GÜLÜ YAZIN GƏLƏCƏK

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 3 месяца назад +3

    ALLAH KÖMƏYNİZ OLSUN

  • @valdakhanjanova7212
    @valdakhanjanova7212 2 месяца назад +2

    Men illerdi eziyyet cekirem panikatakdan Allah hamiya komey olsun

  • @a_aliyeva04
    @a_aliyeva04 2 месяца назад +1

    en dibin goren adam kimi deyirem Izzet Gullunu dinleyib aydinlana bilersiz

  • @nergizehmedova6727
    @nergizehmedova6727 3 месяца назад +3

    Kitabın adınl tam yadda saxlamadım.Onu əldə edəcəm.Yalnız Beyin sözü yadımda qaldı.

    • @Qalib-dr
      @Qalib-dr 3 месяца назад +2

      Beyin. Qırışlarda gizlənən sirr

  • @sevaaliyeva3394
    @sevaaliyeva3394 2 месяца назад +2

    Doktoru dinləmək xoşdu

  • @BaharYaqubova-uz9vk
    @BaharYaqubova-uz9vk 2 месяца назад +1

    Başlıqda söz məhşur yox, məşhur olmalıdır. Xahiş edirəm ,səhvi düzəldin! Mövzu isə çox gözəldir, təşəkkür edirəm

  • @shahlagudulova1354
    @shahlagudulova1354 3 месяца назад +2

    Azərbaycanın Sinan Canani❤

  • @vippro359
    @vippro359 3 месяца назад +6

    BELEBIR ZIYALILARIMIZLA GORUSLERINIZIN DAVAMLI OLMASINI ISTEYIRIK ❤

  • @zeriheesgerova
    @zeriheesgerova 2 месяца назад +4

    Həkim hansı klinikada işləyir?

  • @Aynurrr-g6l
    @Aynurrr-g6l 2 месяца назад +2

    Tələbələri ancaq əl çalmağa çağırırlar nə sual nə cavab elə şeymi olar

  • @МарияМехпара
    @МарияМехпара 2 месяца назад +1

    Чох хош олду сизе гулаг асдыг..🎉

  • @galiyevas2989
    @galiyevas2989 Месяц назад +1

    Doktor deyesen Şekilidir 😊

  • @НамигНаджафов-ь3п
    @НамигНаджафов-ь3п 3 месяца назад +3

    Salam çox gözəl verilişdir mən panik atak oldum Rusiyada 4 il xəstəxanada yatdım sagala bilmədim gecələri tuturdu bu hadisə

  • @heyderheyderli3783
    @heyderheyderli3783 Месяц назад +2

    Quranda deyilir ürəyin ayrılıqda beyin kimi istey qabiliyyəti var. 14 əsr bundan qabağ deyilib bu hələ indiki texnologiya ilə onu bilmir. Hələ çox şey öyrənməli olduğunuz şeyler var həkim

  • @Hayat_bitmedi_bitti
    @Hayat_bitmedi_bitti 3 месяца назад +1

    Qalib doktor mohtəsəm həkimlərdəndi

  • @leyleabdulova9585
    @leyleabdulova9585 3 месяца назад +1

    Sovet dovrunde usaqlar butun bilikleri mektebde alirdilar indi kim hansi senede yiyelenecek o elimi oyrenir hazirliqlara gedirler o vaxdi hazirliq yox idi

  • @bayramovaleyla5522
    @bayramovaleyla5522 3 месяца назад +2

    Sizi yenə istəyirik

  • @zb1138
    @zb1138 Месяц назад

    Salam,bes tez ve sebebsiz halda heyacanlanmaq,sanki pis xeber esedeceksen deye qorxmaq,ehvalim tez tez deyismesi,oz ozunu neqativ seyleri dusunerek eseblesdirmek,kecmisden ayrila bilmemek neyin elametidir?

  • @sahibzeynalov5691
    @sahibzeynalov5691 2 месяца назад +1

    👍🏻

  • @НЕПОВТОРИМЫЙ-ф8й
    @НЕПОВТОРИМЫЙ-ф8й 3 месяца назад +2

    Amma doktor səhf deyir o barede ki ağılsız qiza soz atir agilli yox,adam var 3univer bitirib amma terbiyesizdi

  • @cahanhuseyn7980
    @cahanhuseyn7980 2 месяца назад +1

    Bu hekimin qebuluna nece dusmek olar?

  • @Hayat_bitmedi_bitti
    @Hayat_bitmedi_bitti 3 месяца назад

    Bizde fikir bildirməkdədə geri qalınib

  • @emilbayramov5686
    @emilbayramov5686 2 месяца назад

    TWk edirem meluamtlar ucun

  • @cahanhuseyn7980
    @cahanhuseyn7980 2 месяца назад

    Qesten savadsizligi yayirlar qorxulu infarmasiyani yayirlar

  • @huseynfilmanov3950
    @huseynfilmanov3950 2 месяца назад

    Panik atak xəstə var evdə tez tez olç deyir və həyəcanlsnır hə bax qalxıb.belə adamlara azcs çoxdursa demiyib, normaldır desək yaxşıdır? Biləndə dsha da streslənir

  • @MM-rr7ji
    @MM-rr7ji 3 месяца назад +1

    Kitabı necə əldə etmək olar, Azərbaycanın hər bölgəsində tapmaq olar

    • @Qalib-dr
      @Qalib-dr 3 месяца назад

      Əksər kitab mağazalarında var. Əhmədli tərəflərdə olursunuzsa məndən götürə bilərsiniz. Rayonda olursunuzsa poçtla göndərə bilərəm

  • @kamilebayramova2725
    @kamilebayramova2725 Месяц назад

    Bu həkim hansi xəstəxanada isləyir xahiş edirəm ünvani və xəstəxananin adini yazin