Uzm.Dr.Rəxşəndə Aslanova ilə həftə həftə hamiləlik səyahəti. Hamiləliyin 33. həftəsi.

Поделиться
HTML-код
  • Опубликовано: 11 апр 2019
  • 33-cü həftəmizdəyik. Dölümüz aktiv olaraq kilo yığır. Çəkisi 1900 qr, uzunluğu 43 sm-ə çatıb. 8 ayın içindəyik. Bu o deməkdir ki, artıq ağ ciyərlər öz ideal yetişkənliyinə yaxındırlar, içəridə dölün bütün hissiyyat orqanları inkişaf edib, dırnaqları uzanıb və artıq dırnaq ətini tam olaraq örtür. Həmçinin, işığa səslərə, hətta ananın yediyi qidalara belə reaksiya verir. Əgər qəbul olunan qida körpənin xoşuna gəlirsə, bunu aktiv hərəkətlə göstərməyə başlayır. Adətən axşama doğru hərəkət aktivlikləri daha da artır. Bu isə, axşam saatlarında şəkər səviyyəsinin daha yüksək olması ilə əlaqədardır.
    Anaların ayaqlarında bu həftələrdə bir az narahatlıq hiss olunur, kramplar, sıxılmalar şəklində özünü göstərə bilər. Çünki bu həftələrdə döl aktiv şəkildə sümük sistemini inkişaf etdirir. Belə hallarda hamilələrimizə yenə bol maye, kalsium tərkibli qidalar qəbul etməyi tövsiyə edirik. Kalium əskikliyi də qıcolmalara, kramplara səbəb ola bilər. Ona görə yenə də qaysı qurusu, banan kimi kaliumla bol qidalar qəbul eləməyi məsləhət bilirik. Həmçinin hamilələrdə varikoz genişlənmələri ola bilər bu həftələrdə. Bu da uşaqlığın böyüməsi, damarlara təzyiq göstərməsi ilə əlaqəlidir. Müəyyən idman hərəkətləri: üzgüçülük, pilates, hamiləlik yoqası etməyi, bundan əlavə, varikoz corablarını gündəlik olaraq istifadə etməyi tövsiyə edirik.
    Beləliklə, hamiləliyin 33-cü həftəsində baş verən bu və ya digər dəyişikliklər barədə daha ətraflı məlumat almaq üçün videonu sonadək izləyin.
    🏥Baku Medical Plaza Mərkəz filialı
    📞0552260635
    💻www.rexshendeaslanova.az
    #drrahshanda #drrexshende #hamilelik #pregnancy #pregnant #maternity #ginekoloq #ginekologiya #gynecology #40heftelikmocuzeler

Комментарии •