Uzm.Dr.Rəxşəndə Aslanova ilə həftə həftə hamiləlik səyahəti. Hamiləliyin 32. həftəsi.

Поделиться
HTML-код
  • Опубликовано: 3 апр 2019
  • 40 həftəlik səyahətimizin 32-ci həftəsinə gəlib çatdıq.
    32-ci həftədə dölümüz artıq 7 ayını tamamlayıb və 8-ci aya keçib. Çəkisi daha 200 qr artıb, 1700 qr olub, uzunluğu 42 sm olub.
    Bu həftələrdə dölün genital bölgələrində müəyyən dəyişikliklər baş verir. Əgər döl oğlandırsa, xayalar xayaya enməyə başlayır və bəzi döllərdə biz artıq xayaları xayanın içində görürük. Lakin 32-ci həftədə enməsi şərt deyil. Bəzən doğuşa yaxın, bəzən isə hətta doğuşdan sonra enmə baş verə bilər.
    Anaya bu həftələrdə nəfəs almaq bir qədər çətin olur. Çünki uşaq böyüyür və ananın ağciyərlərinə basqı göstərir. Ona görə təngnəfəslik müşahidə oluna bilər. Lakin bu, o demək deyil ki, uşağın da nəfəsi çatmır. Bu, sırf uşaqlığın basqısı ilə əlaqəli olan bir haldır. Yenə də hamilələrə məsləhət görürük gündə 1 saata qədər havada olsunlar, gəzsinlər, aktiv olsunlar. Bu, qan dövranını yaxşılaşdırır və dölün oksigen və qida ilə daha yaxşı təmin olunmasını təmin edir.
    Bu həftəyə qədər hamilələr 9-10 kq-a qədər çəki almış ola bilər və son trimestrdə daha 5 kq-a qədər çəki almaq ehtimalı var. Bu həftələrdə analar kilo almağa çox meylli olurlar. Ona görə özəlliklə son həftələrdə çəkiyə diqqət yetirmək lazımdır. Çörək, şirniyyat, makaron, düyü qəbulunu azaltmaq, təzə sıxılmış şirələrin yerinə meyvə və tərəvəz qəbul edin. Çünki şirələrin içində şəkər meyvənin özü ilə müqayisədə daha çox olur.
    Beləliklə, hamiləliyin 32-ci həftəsində baş verən bu və ya digər dəyişikliklər barədə daha ətraflı məlumat almaq üçün videonu sonadək izləyin.
    🏥Baku Medical Plaza Mərkəz filialı
    📞0552260635
    💻www.rexshendeaslanova.az
    #drrahshanda #drrexshende #hamilelik #pregnancy #pregnant #maternity #ginekoloq #ginekologiya #gynecology #40heftelikmocuzeler

Комментарии •