Uzm.Dr.Rəxşəndə Aslanova ilə həftə həftə hamiləlik səyahəti. Hamiləliyin 31. həftəsi.

Поделиться
HTML-код
  • Опубликовано: 26 мар 2019
  • 31-ci həftəmizə gəldik. Üçüncü trimestrin ilk ayının son həftəsindəyik. Dölümüzün çəkisi 1500qr-dır, uzunluğu isə 41 sm-dir. Bundan sonra dölümüz hər həftə 200-225 qr çəki alacaq və 1 sm uzanacaq. Bütün orqanlar inkişaf edib, hətta beyin inkişafının böyük qismi tamamlanıb. Adətən bu həftədən sonra doğulan körpələrdə beyin qanaması nadir hallarda müşahidə olunur. Eyni zamanda dərialtı toxumalar, yağ toxuması inkişaf edir. Ona görə döl daha çox kilo almağa başlayır.
    Bu həftələrdə anaları daha çox şişkinlik problemi narahat edir. Əgər hamilənin təzyiqi yoxdursa, sidik ifrazatı normaldırsa, bu şişkinlikləri biz normal kimi qəbul edirik.
    Dölümüzün yuxu və oyanıqlıq saatları var. Döl hardasa 2-3 saat yatıb, 2-3 saat oyaq qalır. Oyaq qaldığı müddətdə hamilələrimizə artıq bu həftələrdə dölü aktivliyinə nəzarət etmələrini tapşırırıq. Həmin müddətdə ana dölün hərəkətini ən azı 10 dəfə hiss etməlidir...
    Beləliklə, hamiləliyin 31-ci həftəsində baş verən bu və ya digər dəyişikliklər barədə daha ətraflı məlumat almaq üçün videonu sonadək izləyin.
    🏥Baku Medical Plaza Mərkəz filialı
    📞0552260635
    💻www.rexshendeaslanova.az
    #drrahshanda #drrexshende #hamilelik #pregnancy #pregnant #maternity #ginekoloq #ginekologiya #gynecology #40heftelikmocuzeler

Комментарии •