Diqqət! - Hamilə Qadınlar Bunları Etməyin!

Поделиться
HTML-код
  • Опубликовано: 29 авг 2022
  • #Ginekoloq #Qidalanma #Hamilə
    Uzman Dr. Rəşad Sultan
    Facebook: / uzm.dr.resadsultan
    İnstaqram: Ginekoloq.uzman.dr.resadsultan
    Tel: (+994) 51-717-55-15
    Hamiləliyin birinci trimestrində qidalanma tərzində ciddi dəyişiklik tələb olunmur. Hamiləliyin ikinci trimestrindən etibarən gündəlik qida qəbulunu əsasən zülallar sayəsində olmaqla 250-300 kkal artırılması tövsiyə olunur. Bədən çəkisinin həftədə 300-350 q artması hər şeyin yaxşı getdiyini göstərir. Ümumilikdə, hamiləliyik dövründə 8-13 kq çəki artımı olur.
    Hamilə üçün qidalanmanın əsas qaydaları:
    Hamilə qadın iki nəfərlik posriya həcmində qida qəbul etmək məcburiyyətində deyil. Hamiləliyin ilk üç aylıq dövründə qida həcmində fərqin yaranması zəruri deyil, ancaq vitamin və mikroelementləri iki dəfə artıq qəbul etmək olar. Əgər həkim sizə vitamin və minerallar tövsiyə edirsə, onları qəbul etmək lazımdır.
    Hamiləlikdə qidalanma rejimi də çox vacibdir. Səhər yeməyi, nahar və şam yeməkləri mütləq olmalıdır, onların arasında isə yüngül qida ola bilər. Son qida qəbulunu yuxuya 4 saat qalmış tövsiyə olunur, lakin axşam saat 8-dən gec olması da vacibdir.
    Qida rasionunuzda çoxlu meyvə-tərəvəz olmalıdır. Yeməkləriniz təzə və yüksək keyfiyyətli olmalıdır. Yeməkləri elə bişirməlisiz ki, bütün makro və mikronutriyentlər qidada qalsın. Çalışın yarımfabrikatlar, hazır qiymə, sosiska və kolbasa yeməyin.
    Laktoza qarşı dözümsüzlük yoxdursa, bütün süd məhsullarını (süd, pendir, kəsmik, kefir və qatıq) qəbul edə bilərsiniz, çünki bu məhsullarda uşaq orqanizminin formalaşması üçün çox vacib olan zülal var. Bu qidalar həm də zəngin kalsium mənbəyidir. Onu kifayət qədər miqdarda istifadə etmək çox vacibdir ki, körpənin normal sümükləri olsun və ana doğuşdan sonra kövrək sümüklər və diş problemləri ilə qarşılaşmasın.
    Qidanızda ət, toyuq və balıq olmalıdır. Balıqdan imtina etməyin, ancaq diqqətli olun. Bəzi qadınlar hamiləlik dövründə balıq və dəniz məhsulları yeməməyi üstün tutur. Bu ehtiyat tədbirinin məntiqli bir izahı var: balıqlarda az miqdarda civə ola bilər ki, bu böyüklər üçün təhlükəli olmasa da, embriona zərər verə bilər. Ancaq dəniz məhsullarından tam imtina etmək də düzgün deyil. Həftədə iki dəfə balıq yeyilməlidir, çünki balıqda Omeqa-3 yarımdoymamış yağ turşuları var ki, bu da körpənin beyninin normal inkişafı üçun vacibdir.
    Hamiləlik dövründə bədəndəki ümumi qan həcmi artır. Bu, qırmızı qan hüceyrələrinin sayının da artdığını göstərir. Qırmızı qan hüceyrələrində toxumalara oksigen apara bilən dəmir tərkibli bir zülal olan hemoqlobin lazımdır.
    Hamilə qadınlara tez-tez dəmir çatışmazlığı anemiyası diaqnozu qoyulur. Bu, azalmış hemoqlobin şəklində özünü göstərir. Belə olan halda dəmir çatışmazlığı və nəticədə toxumalar oksigenlə doymur, hamilə qadın tez yorulur, yuxulu olur. Bunun qarşısını almaq üçün dəmirlə zəngin qidalar (qırmızı ət, qarabaşaq, yulaf, ağ lobya, noxud, soya, mərci, ispanaq, alma və s.) qəbul etmək lazımdır.

Комментарии • 46

  • @ruzgarliyev4747
    @ruzgarliyev4747 Год назад +2

    Salam hekim necesiz 5hefdelik hamileyem çəhrayı rengde lekeler olur bu dusuye sebeb ola bilermi?nə etmeliyəm

  • @user-fh3hk7lf8n
    @user-fh3hk7lf8n Год назад +1

    Salam həkim xaiş edirəm ca ab yazın mənim nəvəmə ür ək böyüklüyü qüsuru qoyublar diaqnozda bu nə demıkdir və ciddi bir qüsurdurmu

  • @naileamiraslanova6596
    @naileamiraslanova6596 Год назад +2

    Salam revmariz artrit xesdesiyem usaq yoxdu usaq sahibi olmaq isdeyirem usaqa ziyan deyilki bu haqqda vidyo meslehet vererdiz zehmet olmasa dok

  • @BaharKerimova25
    @BaharKerimova25 5 месяцев назад +2

    Tanidigim qadin var dogana kimi icib cekib top kimide uwaqi var mende hefdesine 600 tokurem uwaqin 1 dene pis verdiwim yoxdu en xeyirli qidalari yiyirem ama uwaqimda inkiwaf lengimesi var😢

  • @user-ju6rc7oi8o
    @user-ju6rc7oi8o 10 месяцев назад

    Salam dokdur hamileliyde duzlu tursu yemey ziyanlidirmi?

  • @nzirkrimova7133
    @nzirkrimova7133 2 месяца назад

    Salam hamile Qadin qaw permanent elede biler yoxsa hamileliye gore olmaz ?

  • @Kelebek-ni2bq
    @Kelebek-ni2bq 6 месяцев назад

    Salam.hekim usagin bobeyi anaya birlesirmi?

  • @aqshinsadis9349
    @aqshinsadis9349 Год назад +2

    Ay hekim təzyiqin yüksək olur necə yiyim oları su içirəm şişir bədənim üzüm burnum

  • @Nermin0499
    @Nermin0499 3 месяца назад

    Həkim axşamınız xeyir. Mən 4 aylıq hamiləyəm, məndə yod artıqdır. Nə etməliyəm?
    Bundan əlavə 4 kq çəki artmışam, necə çəki ata bilərəm ? Yardim edin zəhmət olmasa

  • @mingcevirodlaryurdupitomni5335
    @mingcevirodlaryurdupitomni5335 2 месяца назад

    Kömür yeyirəm ziyandırmi

  • @user-bl5ly6gq1t
    @user-bl5ly6gq1t Год назад +2

    Hamiləlikdə ananın özündə sarılıq yaranarsa ne etmelidir?

  • @ayanhesenli9372
    @ayanhesenli9372 Год назад +1

    Men kofeni sevirem 9 ayin icindeyem ☹️

  • @kemale323
    @kemale323 4 месяца назад

    Kofe uşaq da qüsur yaradır belə çıxır? Cavab versəz sevinərəm 🙏🏻

    • @MehribanMerac
      @MehribanMerac 24 дня назад

      Vallahi hamileyem 3cune hec bir qusur yaratmir iciremde ))

  • @elxanmemmedov64
    @elxanmemmedov64 11 месяцев назад

    Çaxır olar hamiləlikdə görəsən?

  • @user-sr4wj7rt6k
    @user-sr4wj7rt6k 11 месяцев назад +1

    7+1 hefdelik hamileyem çox yuxum gelir ve demek olar çox yatıram bunun zərəri olmaz ki???

    • @GulnurKerimova
      @GulnurKerimova 8 месяцев назад

      Eksine yatmaq isteyirsizse yatin .men 8 ay yatmisam demek olar )

  • @user-yz2ls5gs9c
    @user-yz2ls5gs9c Год назад +10

    Salam doxdor mən bir adam tanıyramm seqarət çəkib içib hamilə zamanı amama bir uşaxı var bunya gözəli qusurda yoxdu anası uşaxın alkaşdıı amma uşaxı gözəldii

    • @zrehimli9237
      @zrehimli9237 10 месяцев назад

      Ay Allah 😱😱

    • @user-gt5we1py1f
      @user-gt5we1py1f 3 месяца назад

      Onun bexdi getiribde indi neyneyek siqaret cəkek 😂

  • @gulsumismayilova9959
    @gulsumismayilova9959 Год назад +4

    Salam həkim mən 11 həftəlik hamiləyəm ürək bulantım qusmam keçmir nə yesəm nə içsəm qayıdır mənə nə məsləhət görərdiniz?
    Öncədən Çox sağolun həkim yaxşıki sizin kimi həkimlərimiz var Allah sizi qorusun

    • @arufat9093
      @arufat9093 Год назад +2

      Normal bir seydi men 16 hefteye qeder ele oldu sora oz ozunden kecir

    • @fidanugur6747
      @fidanugur6747 Год назад +1

      Xanım bu normal birşeydir.3 cü aya qədər davam edə bilir,bəzən bəzi qadınlarda hamiləlik bitənə qədər davam edir.

    • @aslanaska5801
      @aslanaska5801 Год назад

      Mən 6 aydayam ,və hələ də davam edir , səbrli olun

    • @milaqasmova1058
      @milaqasmova1058 Год назад

      Vomiklon için derman

  • @Niyetquliyev62
    @Niyetquliyev62 Год назад +5

    Salam həkim necəsiz?Mən birinci hamiləliyimdə 8 həftəlik uşağ inkişafdan qaldı və abort olundum?Qorxuramki ikinci hamiləliyimdə inkişafdan qalar 😔 ikinci dəfə uşağın inkişafdan qalma ehtimalı nə qədərdir?Çox xaiş cavab verərdiz. 19 yaşım var

    • @aslanaska5801
      @aslanaska5801 Год назад +1

      Düzgün müalicə olunarsa yox, inkişafdan qalma olmur

    • @Niyetquliyev62
      @Niyetquliyev62 Год назад +1

      @@slfisunna8913 valla mənə həkimim dediki bədənin zəifdir ona görə inkişafdan qalib.Ama yenə qorxuramki ikinci də inkişafdan qala.Abortdan sonra ama 1 il qorunacam hamilə qalmayim deyə

    • @Niyetquliyev62
      @Niyetquliyev62 Год назад +2

      @@slfisunna8913 Qorxuramki bu səfər də hamilə qalaram 6,7 ayında inkişafdan qalar 😔birinci 8həftəsində qalmışdı

    • @Niyetquliyev62
      @Niyetquliyev62 Год назад +1

      @@slfisunna8913 həkimim tanınmış yaxşı həkimdi ama yenədə mənim qorxularım bitmir indi hələki zülal üçün müalicə alıram.Hamilə deyiləm ama zülalım var ona müalicə götürmüşəm

    • @Niyetquliyev62
      @Niyetquliyev62 Год назад +1

      @@aslanaska5801 müalicə götürmüşəm inşallah yaxşı olar

  • @turaneabdullayeva9081
    @turaneabdullayeva9081 Год назад +2

    Salam doxdur südlü hazır kofe vəya kapicino icirəm bunda ziyanı varmı ?

  • @Zeyneb2024
    @Zeyneb2024 6 месяцев назад

    Ayyy men icirdim kofee 😢😢😢

  • @celalresulov7525
    @celalresulov7525 Год назад +3

    Hekim salam aybaşı ola ola hamilə qalmaq olar

    • @arufat9093
      @arufat9093 Год назад +1

      Ilk ayda?

    • @celalresulov7525
      @celalresulov7525 Год назад +1

      @@arufat9093 beli

    • @arufat9093
      @arufat9093 Год назад +1

      @@celalresulov7525 men aybasinin 6 ci gununde hamile qalmisam

    • @celalresulov7525
      @celalresulov7525 Год назад +1

      @@arufat9093 xanım mən aybaşıdan sonra qan testi etdim çoxu deyir hamiləsən çoxu deyir yox bilmirəm kime inanım ürək bulanmalarda dayanmır Heda qaytaram dediler yeniden analiz ed ki faizlər de yüksəklik varsa demek hamiləsən yoxdusa yox inkişafdan qalıb dua edin bacım 🌹

    • @arufat9093
      @arufat9093 Год назад +1

      @@celalresulov7525 inşAllah yaxsi olar ureyini sixma mende vaxtim 1 hefte kecenden sonra mendr test gosterdi