Uzm.Dr.Rəxşəndə Aslanova ilə həftə həftə hamiləlik səyahəti. Hamiləliyin 34. həftəsi.

Поделиться
HTML-код
  • Опубликовано: 18 апр 2019
  • 34-cü həftəmizə gəlib çıxdıq. Dölümüzün çəkisi 2100 qr, uzunluğu 45 sm-dir. 34-cü həftənin ən əlamətdar hadisəsi ağciyər inkişafının tamamlanmasıdır. Çox riskli hamiləliklərdə biz bu həftəni səbirsizliklə gözləyirik. Belə ki, bu həftədən sonra ehtiyac olarsa, dölü doğuzdura da bilərik. Məsələn, hamilənin çox yüksək təzyiqi var, dərman yardımı ilə heç cür bunu tənzimləmək mümkün deyil, belə hallarda biz gözləyirik ki, 34 həftə tamam olsun və biz uşağı doğuzduraq. Bu həftədə doğulan uşağın əlavə dəstək olmadan sərbəst nəfəs almaq imkanı vardır. Artıq dölün beyin strukturları formalaşmış olur, əmmə refleksi, tutma refleksi formalaşır, çəkisi yetərincə yüksək olur, bədən temperaturu tənzimlənir. Çünki bəzən erkən doğulmuş körpələr sırf bədən temperaturunu saxlaya bilmədiyi üçün küveyzə düşə bilirlər. Çünki körpənin bədənində yetəri qədər yağ toxuması toplanmayıb. Ona görə də küveyzdə lazımi çəki alanadək saxlamaq lazım olur...
    Beləliklə, hamiləliyin 34-cü həftəsində baş verən bu və ya digər dəyişikliklər barədə daha ətraflı məlumat almaq üçün videonu sonadək izləyin.

Комментарии •