Orkhan Zeynalli ft. Nargis Majidli - Bulud (Live Orchestral) | "Buz Uşağı" Konserti

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Orkhan Zeynalli-nın Nargis Majidli ilə birgə konsertdə "Bulud" parçasının ifası.
    Orxan Zeynalli-ya RUclips-da abunə ol: mikpro.az/ozey...
    Musiqi: Nejc Razpotnik
    Söz: Orxan Zeynallı
    Orkhan Zeynalli sosial şəbəkələrdə:
    Facebook: mikpro.az/ozey...
    Instagram: mikpro.az/ozey...
    Genius: mikpro.az/ozey...
    Orkhan Zeynalli rəqəmsal platformalarda:
    Keçid: mikpro.az/ozey...
    Sözlər:
    [Bənd 1]
    Səninlə Günəşin arasında dayanıb arzu tutdum
    Ki, Günəş batmasın heç vaxt
    İki saat sonra arzum puç oldu
    Sən demə, aldadıblar, belə asan deyilmiş
    İki eyni ad arasında dayanmaqla alınan deyil iş
    Günəş uzaq, sən yaxın, buludam mən, sən yağış
    Məndə yazmaq yaxşı alınır, susum, sən danış
    Bu aralar səssizsən
    İşləri qaydasına salaram, təki işimə sən qarış
    Yenə çəkirəm ətrini sinəmə
    Yenə mənə qalan olur mahnı, sənə qəm
    Qayıdaram yenidən, nəyim olmasa da, qəlbim var
    Axı bilməliydin ki, mənim mən olmaq kimi bir dərdim var
    Anladım ki, mahnılarım bəzən son çarəm
    “Məni Xatırla” ‘’track’’i ilə tavana taxanda bir ip
    Aramızdan vaxtsız getdi - dediyimiz dostlar
    Bəlkə gecikən bizik ki, onlar elə vaxtında gedib
    [Nəqərat]
    Yenə soyuq əllərimdə
    İsidə bilmir o günlər
    Hisslərimiz dərində
    Geri baxmır o gözlər
    Məni yenə yada sal axı
    Yenə yada sal axı
    Səninçün heç kim olsam da
    Sən mənimçün hamısan axı
    [Bənd 2]
    Yazmaq istəyirəm hərdən, qələm üzümə baxıb deyir - həvəs hanı?
    Yazdıqlarımı unutmağımdırmı onların əbəs yanı?
    Dünyanın işi qəribədir, göyərçini xilas edirsən
    Sağalan kimi qanadın uzadıb deyir - qəfəs hanı?
    2016-cı il 15 may, yadıma hər qış-yay
    Gəlir son çıxış, son alqışlar
    Bəlkə də, dinləyiciyə bunu demədən
    Getməyim haqsızlıq idi
    Nə isə, çıx səhnəyə, gözləyir, tələs, hamı
    Həsr etdim hər hissə söz, hər bir hərfə cümlə
    Tükənib hər səhv edəndə qoyduğum əlfəcinlər
    Dedilər, böyü artıq, uşaqlığın gələr ziyanı
    Xalqın gözü tərəzidir! Hansı xalq? Tərəzi hanı?!
    Çoxunda sevgi saxta, ilk fürsətdə ələ salır
    Bir gözdən sevgi, birindən qərəz yağır
    Çoxu istəmir xoşbəxtliyini
    Elə deyir - yaz “Hekayəm 2”
    Axı çox insan bu cür mahnılarla nəfəs alır
    [Nəqərat]
    Yenə soyuq əllərimdə
    İsidə bilmir o günlər
    Hisslərimiz dərində
    Geri baxmır o gözlər
    Məni yenə yada sal axı
    Yenə yada sal axı
    Səninçün heç kim olsam da
    Sən mənimçün hamısan axı
    Yenə soyuq əllərimdə
    İsidə bilmir o günlər
    Hisslərimiz dərində
    Geriyə baxmır o gözlər
    Məni yenə yada sal axı
    Yenə yada sal axı
    Səninçün heç kim olsam da
    Sən mənimçün hamısan axı
    Məni yada sal axı
    Səninçün heç kim olsam da
    Sən...
    Bu videonun bütün hüquqları "mikpro" MMC tərəfindən qorunur. © 2024
    Etiketlər:
    #OrkhanZeynalli #Bulud #mikpro

Комментарии • 60