Orkhan Zeynalli ft. Ayni Khalid - İllər Sonra (Live Orchestral) | "Buz Uşağı" Konserti

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Orkhan Zeynalli-nın Ayni Khalid ilə birgə konsertdə "İllər Sonra" parçasının ifası.
    Orxan Zeynalli-ya RUclips-da abunə ol: mikpro.az/ozey...
    Musiqi: Clavis
    Söz: Orxan Zeynallı
    Orkhan Zeynalli sosial şəbəkələrdə:
    Facebook: mikpro.az/ozey...
    Instagram: mikpro.az/ozey...
    Genius: mikpro.az/ozey...
    Orkhan Zeynalli rəqəmsal platformalarda:
    Keçid: mikpro.az/ozey...
    Sözlər:
    [Bənd 1]
    Səni başqa sahildə görmək ürəyimi incitdi illər sonra
    Xoşbəxtliyin iki şəkli - biri dağ idi, biri yol
    Nağıl kimi idi evimizə qayıtmaq illər sonra
    Nağılı açdım ki, valideynimin biri var idi, biri yox
    Getmək-gəlmək, qalmaq, beyində əbədi dilemma
    Son dəfə qərar verirsən, çıxır yenə də bir əmma
    Xeyir dəftərində istədim şəhərə qaib qoymaq
    Mən sadəcə istədim hansısa şəhərə aid olmaq
    İllər keçir, böyüyür bədən, artır rəqəm, ürəksə
    Sanki daha çox sevgi tuturdu balaca vaxtı
    Evim dəniz, illər Günəş, dəniz sahilinə isə
    Ürəyimə çəkdiyi dağdan atam çay olub yarıcan axdı
    Nə qədər varıqsa, var bizlə bir yaşayanlar
    Pillə-pillə tərtib edəcək yaddaşı anlar
    Nə qədər varam musiqinin dəyişən axışı olacaq
    Gedəndə anam mesaj yazdı “hər şey yaxşı olacaq”
    [Nəqərat]
    Düşdü dənlər saçlarıma illər sonra
    Soyuq insan bağlarında güllər solar
    Yaşa dolmaq yaşla dolan gözlər kimi
    Gedir üzlər, qalır izlər illər sonra
    [Bənd 2]
    Zaman oğurlayır ruhu evimizdən, yerində tikir otel
    Böyük ailəlik çay süfrəsində indi iki ‘’latte’’
    Məndən qabaq görsən, atama de
    Bircə dəqiqəlik zəng vursun, ona əlvida deyim
    Bu şəhərin hər küçəsində, hər parkında xatirə
    Bütün izlər sanki uşaqlığımın yerini deyir
    Neçə yaxın tükəndi ki, doğmalaşdım yad ilə?
    Bütün mahnılarım eyni olsa da, hisslər eyni deyil
    Neçə ac ruha çörək verdim dərdlərimdən üyüdüb
    Bu şəhərdə, görən, neçə fərd dərdlərimlə böyüdü?
    İntihar edən gəmilər lövbərin atır dərinə
    Kəsib atmalı olduqlarımı da
    Həyat kəsib atır yerimə
    Xoşbəxtlik tapmaq çətin, olmadan güclü, varlı
    Necə ki, tikilə bilməz heç bir ev üç divarlı
    Bütün savablarımı puç edə biləcək günah sənsən
    (Mənim evim yoxdur, çünki dördüncü divar sənsən)
    [Nəqərat]
    Düşdü dənlər saçlarıma illər sonra
    Soyuq insan bağlarında güllər solar
    Yaşa dolmaq yaşla dolan gözlər kimi
    Gedir üzlər, qalır izlər illər sonra
    Düşdü dənlər saçlarıma illər sonra
    Soyuq insan bağlarında güllər solar
    Yaşa dolmaq yaşla dolan gözlər kimi
    Gedir üzlər, qalır izlər illər sonra
    Düşdü dənlər saçlarıma illər sonra
    Soyuq insan bağlarında güllər solar
    Yaşa dolmaq yaşla dolan gözlər kimi
    Gedir üzlər, (qalır izlər illər sonra)
    Bu videonun bütün hüquqları "mikpro" MMC tərəfindən qorunur. © 2024
    Etiketlər:
    #OrkhanZeynalli #İllərSonra #mikpro

Комментарии • 54