Orkhan Zeynalli x Çinarə Məlikzadə - Buz Uşağı (Live Orchestral)

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Orkhan Zeynalli-nın Çinarə Məlikzadə ilə birgə konsertdə "Buz Uşağı" parçasının ifası.
    Orxan Zeynalli-ya RUclips-da abunə ol: mikpro.az/ozey...
    Musiqi: Clavis
    Söz: Orxan Zeynallı
    Orkhan Zeynalli sosial şəbəkələrdə:
    Facebook: mikpro.az/ozey...
    Instagram: mikpro.az/ozey...
    Genius: mikpro.az/ozey...
    Orkhan Zeynalli rəqəmsal platformalarda:
    Keçid: mikpro.az/ozey...
    Sözlər:
    [Bənd 1]
    Həyətimizdə soyuq hava
    Günəş düşür, amma ki pəncərədə soyuq adam
    Gözlərim çəkirdi yol, ruhum tərki-bədən, qəm
    Həmişə kimisə gözlər, nə vaxtsa tərk edilənlər
    Yaralarım çətinləşdirir yolu
    Gedirəm bir yuxarı, yüz aşağı, var səbəbi pis uşağın
    Soyuq əllər, daha soyuq ürəkli qız uşağı
    Qar adamlarının böyütmək istəmədiyi buz uşağı
    Fəsillər oynadıqca yeni günə nifrət etmək
    Səhərlər oyandıqca yanımda dərd var idi
    Dərs, bir də ibrət var idi, sən yox idin
    Adımı da sevə bilmədim heç cür onu sən qoymadıqca
    Ad günümdə boş açıqca bəs edərdi, sevgini əşya sandım
    Gündəlik sevinc vermirdi, kimsə gündəliyimə beş yazanda
    Bu gün artıq şaxta baxışlardır öz vədim
    Amma ki məktəbin həyətində yolunu çox gözlədim
    [Nəqərat]
    Qaç, yenə gizlən
    Görməsin gözlərin yaş
    Yenə gözdən
    Axmasın, istədim
    Mahnılarda, nağıllarda
    Orada varam, ağrılarda
    Səhv yenə bizdə
    Qaç, yenə gizlən
    Görməsin gözlərin yaş
    Yenə gözdən
    Axmasın, istədim
    Mahnılarda, nağıllarda
    Orada varam, ağrılarda
    Səhv yenə bizdə
    [Bənd 2]
    Bütün həyat yolunu mən, bir də tək ana
    Zərif olmaq istəyirdim
    Amma bu gün poladdan da bərk adam
    Tənhayam, sarı simlərimdə çalır sənsizlik tar-kaman
    Bu yoxluqda var xeyir, sevə bilmir ürəkdən
    Atası tərəfdən qəlbi bir dəfə sınanlar, deyib
    Bədən ruha dar geyim
    Bütün seçimlərdə sən, səhvlərimdə sən
    Bağlı gördüyüm hər qapıda elə bilirəm ki, içəridəsən
    Ağlamaq istəyəndə çiyin axtarırdım, sən yox idin
    Məni incidənləri incitməyə cəsarətim də çatmayanda
    Sən yox idin, görəsən, harada idin?
    Sən başqa evi isidəndə mən soyuq qarda idim
    Səni aparan geniş yollarda, darda idim
    Nə qədər səslədim, səs gəlmədi, naləmin imdadı idin
    De görüm, sağmı idin?
    Nə hissdir açarı olmaq əbədi qapısı bağlı evin?
    [Nəqərat]
    Qaç, yenə gizlən
    Görməsin gözlərin yaş
    Yenə gözdən
    Axmasın, istədim
    Mahnılarda, nağıllarda
    Orada varam, ağrılarda
    Səhv yenə bizdə
    Qaç, yenə gizlən
    Görməsin gözlərin yaş
    Yenə gözdən
    Axmasın, istədim
    Mahnılarda, nağıllarda
    Orada varam, ağrılarda
    Səhv yenə bizdə
    Bu videonun bütün hüquqları "mikpro" MMC tərəfindən qorunur. © 2024
    Etiketlər:
    #OrkhanZeynalli #BuzUşağı #mikpro

Комментарии • 56