TikTok gəncliyi | Sosial şəbəkə bizi poza bilərmi? | Münasibət | Söhbətgah

Поделиться
HTML-код
  • Опубликовано: 11 окт 2024

Комментарии • 191

  • @elladamustafa
    @elladamustafa Год назад +10

    Adam bizə uzun illər yol hərəkəti qaydalarını öyrətdi. İndi də həyat yolunun qaydalarını öyrədir! Var olun!

  • @allahverdiabdullazad1606
    @allahverdiabdullazad1606 2 года назад +9

    "Patreon"olmasamda,"Azərçayın"belə bir işə diqqət ayırmasına və sponsurluq etməsinə çox sevindim.Bu iş xüsusi diqqətə layiqdir.Təşəkkürlər.

  • @gulnarismayilova3719
    @gulnarismayilova3719 2 года назад +36

    Deməli o qədər önəmli mövzuya toxunmusuz ki.. Gənclərə yersiz müdaxiləni ən sərt şəkildə yaşamışam. Mən orta məktəbdə əla oxumuşam, 2-ci qrupa hazırlaşıb maliyyəçi olmaq istəyirdim. İmkanımız yox idi, amma mən bütün günü riyaziyyat işləyirdim, sinifkom idim deyə sona qalıb qapını mən bağlayırdım, bundan istifadə edib xəritəni götürüb evə gətirib öyrənirdim, səhər gedəndə aparırdım qoyurdum yerinə. Amma anam qoymadı 2-ci qrupa hazırlaşmağa. Qız sənəti yoxdur orda, ver 3-cü qrupa müəllimə ol. Nə qədər ağladım, dalaşdım, xeyri olmadı. Sonra məcbur razılaşdım. Dedim amma müəllimə olmayacam. Yenə əla oxudum, 673 bal yığdım, hüquq fakültəsinin ingilis bölməsinə daxil oldum. Amma ayıldım ki, mən bunu istəmirdim. Mənim kimi oxumağa həvəsli biri, uni dövründə depressiyaya düşdüm, yarım semester heçkimlə danışmadım, ancaq ağladım, oxumadım, həkimə düşdüm, dərmanlar atdım. Sonra özümə gəldim, oxumağa başladım. Amma o tutkum yox idi deyə yola verirdim. Düzdü bitirdim, ama o qədər məqsədsiz idim ki, qarşıma çıxan ilk iş yerinə getdim. Bankda işləyirəm 2 ildir. Ancaq hüquq deyil, və burda da xoşbəxt deyiləm. Özümü tapmağa o qədər çətinlik çəkirəm ki… Düzdür mən özümdəki əzmə heyranam, bu cür psixologiyaya malik valideynlər ilə inkişaf etdim, hələ onları da dəyişdim. Anam sonradan peşman da oldu, hətta o günü birlikdə sizin podkasta qulaq asırdıq)) Amma artıq kifayət qədər böyümüş 23 yaşı olan mən üçün gecdir biraz. Özümü tapmaqda, nə istədiyimi bilməkdə çətinlik çəkirəm. Heçnəyə qərar verə bilmirəm. Hərdən istəyirəm, kimsə mənə sıra ilə nə etməli olduğumu desin, mən də edim)) Amma hamının dediyi bir şey var, nə istiyirsən, onu tap. Əsas məsələ də odur, nə istədiyimi tapa bilmirəm…

    • @fidanizzetli
      @fidanizzetli 2 года назад +3

      axtarışa davam ❤️

    • @rahibcfrov7703
      @rahibcfrov7703 2 года назад +4

      Hər şeydən imtina etmək ,uzaqlaşmaq uzun illər eyni proseslərin içində olmaq yorğunluq əlaməti kimi qiymətləndirmək olar, buna görə də nəyisə planlaşdırmaq və gələcək hakda düşünmək də lazım deyil, həyat bizim gözlədiyimizdən fərqli mənfi və müsbət hallarla üzləşməyimizi qarşılaşdıra bilər. Buna görədə sadəcə gözləmək və sənə lazım olan hadisələrin səni gəlib tapacağına inanmaq

    • @ehlimanquliyev1072
      @ehlimanquliyev1072 Год назад +1

      Doğurdan eee bu xanımın dediyi məni düşündürdü. Biz nə isdəyirik biz hardayıq söhbət belə insanlardan gedir yanlış anlamayın.
      O xanıma bircə bildiyim bir şey var, özünə özgevən və yaşında çox deyil əyər mühit və şərayid varsa get yenidən imtahan ver oxu məncə düzdü ikindici dəfə inuda oxumaq olar olmaz bilmirəm əyər madiyatın çatırsa işdəmək sənə o qədər vacib deyilsə get oxu oxmaq heç vaxtı gec deyil

    • @asenad.cavidan.3591
      @asenad.cavidan.3591 Год назад +2

      Heyatınız bundan donra başlayır.inanaınki 23 yaşdan sonra her şeyi yeniden başlayın 2ci tehsil alın.öz güveniniz varr.sizin yazınlzı oxuyanda hiss etdimki siz artıq özünüz ayaq üste durmağı bacarırsız.Sadece telesmeyin özünüze her zaman inanınn.itelide sizi her şey gözleyir))

    • @zenitsu9037
      @zenitsu9037 Год назад +4

      Mənim 3 əsas məqsədim var :
      1. Nə istədiymi tapmaq
      2. Istədiyim işi etmək
      3. Etdiyim işi sevmək

  • @sabimourad1235
    @sabimourad1235 2 года назад +5

    Siz iki əfsanəsiz! Daim öyrənib araşdırıb özünüzü inkişaf elətdirməklə yanaşı bizləridə marifləndirməyə çalışırsız.Bəzi gözümüzdən qaçan şeyləri üzümüzə vuruursuz bizə xatırladırsız.Hər şey üçün çox sağolun.İnsanları(bizi)bataqlıqdan çıxarmağa çalışırsız🤍

  • @ArzuShirin
    @ArzuShirin 2 года назад +7

    "+Məni atmamısaaan?
    - yox, səni tanıyıram daa"
    Amma gözəl ifadə edir axı dostluğunuzu😍😍
    Sevilirsiniz. Çox təşəkkürlər, əməyiniz dəyərlidir..

  • @mamiyevaminare6383
    @mamiyevaminare6383 2 года назад +12

    "Əgər sən cinayətkarı deyil cinayətə məruz qalanı təqsirkar görürsənsə,sən psixi cəhətdən sağlam deyilsən " möhtəşəm, sadəcə möhtəşəm

  • @mesudveliyev164
    @mesudveliyev164 2 года назад +5

    Əla buraxilis idi. Bu buraxilishan siz subut etdinis ki bədbəxt cəmiyyətdə yasayiriq.

  • @rmziyyquliyeva8880
    @rmziyyquliyeva8880 2 года назад +7

    Gün ərzində qədər məşğul olsam da, söhbətgah bölümünü ötürmədiyim və səbirzizliklə gözlədiyim platformalardan biridir. Lahiyəhə görə çox sağ olun

    • @faridaabbasova
      @faridaabbasova 2 года назад

      ruclips.net/user/shortsuJxLSaJGCR0?feature=share

  • @АллахяроваГюнай
    @АллахяроваГюнай 2 года назад +34

    Cox sagolun oz dilimizde bize nelerse haqda dusundurmeyi ve onemli fikirler qatirsiz heyatimiza tesekkurler

  • @sevincecemli8088
    @sevincecemli8088 2 года назад +4

    Bir veriliş ərzində o qədər vacib nüanslara toxunursuz ki..Baxa-baxa mütləq dayandırıb, özüm-özümlə müzakirə edib ,müəyyən şeyleri öyrənmiş oluram.Bunun üçün ayrıca təşəkkürlər 💚💙💚💙 Bir gün Murad Arifi qonaq etsez çox gözəl olar🥰.

  • @kanan564
    @kanan564 2 года назад +5

    "Fantastic planet" dunen gece baxdim, ela idi! Sevirem bele az taninan ve mohteshem eserleri. Teshekkurler Ali Xayyam. Minnetdarligimi bildirmek uchun, mende Size az taninan ve mene gore mohteshem kinolari meslehet verim:
    1. The Man from Earth - 2007
    2. The Thirteenth Floor - 1999
    3. Nocturnal Animals - 2016

  • @veffzey9922
    @veffzey9922 Год назад +3

    Çox çox intellektual, maarifləndirici kanal açmısız. 2 savadlı şexsin dialoqu çox lezet etdi. Dinledikce dinlemek isteyirem. Bütün mövzular maraqlıdır. Emeyinize və zehninize saglıq.

  • @nigarquliyeva8897
    @nigarquliyeva8897 2 года назад +4

    Eyni düşüncədə olacağın insanları tapmaq çox gözəldir. Bizi yalnızlıqdan qurtarırsınız🤣 Təşəkkürlər.🌿

  • @ferideveliyeva9506
    @ferideveliyeva9506 2 года назад +3

    Bu tərz məlumat dolu sadə dillə danışılmış çox önəmli mövzulara toxunulan dolu dolu video görmək çox qürurverici və sevindiricidir. Əminəmki Çox insanların həyatına toxunacaqsız. Ümid edirəm milyonlarla izlənilər çünki tam ehtiyac olunandir məncə. Çox sağolun və uğurlar❤️

  • @mehmanmammedov
    @mehmanmammedov Год назад +5

    17:51 Tural sözünə qüvvət arif deyir ki, "Baxdığın mənəm, Gördüyün sənsən"

  • @eljafa8963
    @eljafa8963 2 года назад +3

    Sizi sevirəm, gözəl oğullarım! Hər zaman üzünüz, gözünüz, ürəyiniz gülsün! Camaata insanlığın əlifbasını öyrədən canınıza qurban!

  • @eldanizrustam
    @eldanizrustam 2 года назад +3

    Yeni mövsümə super başlamısınız. Mikrofon, səs düzəlib artıq,bu bir yana. Sağ yuxarı küncdə logo gözümüzdən qaçmadi,mavi və yaşılın tandemini Söhbətgah sayəsində sevdik, uğurlar!

  • @-Mustafazade
    @-Mustafazade 2 года назад +4

    Salam,35yasima qeder baxdiqim ve gorduyum en medeni ve lazimli insanlar ve podcastlar,tesekkurler,qulaqimiz ve gozlerimiz dincelir,aqlimizi,fikirlerimizi yenileyirsiz bunu bilesiz

  • @sebnemqasimova
    @sebnemqasimova 2 года назад +6

    mövsüme ayrıldığınız müddət erzində yoxluğunuzu çox hiss edirdim. yeni mövsümünüz xeyirli uğurlu olsun. Cəmiyyətimizə sizin kimi savadlı və dərin dünya görüşlü şəxslərə ehtiyyacımız çoxdur. 😊

  • @ulkrmmmdova8648
    @ulkrmmmdova8648 2 года назад +3

    O qədər zövq alıram sizin söhbətlərinizdən. Davamlı olsun, nə yaxşı ki,belə maarifləndirici kanal var👏 Cəmiyyətimizin çox ehtiyacı var bu cür söhbətlərə.😊

  • @faridaramazanli219
    @faridaramazanli219 2 года назад +3

    Sohbet maraqlıdı, oyredıcıdı hemıse kı kımı👍🏻 yene nelerse dusundurur , deyer qatır , Elının ınce yumoru ıse sohbetı cox yuxarı qaldırır ve xususı reng qatır 💫 , sohbetlerınız davamlı olsun, var olun 🤗

  • @aminasgerov
    @aminasgerov 2 года назад +3

    Görünüş, intro, loqo dəyişilib çox gözəl alınıb. Əlasınız ❤️

  • @reactorgorunmezpodcast
    @reactorgorunmezpodcast 2 года назад +3

    Əvvəla salam. Verlişləriniz çox maraqlıdır. Sevərək izləyirəm (və ya dinləyirəm). Lakin bir ricam olacaq sizdən. Növbəti verlişlərinizdə mikrafonu başqa cür tənzimləyin. Masanın üzərində olan əşyaları götürüb qoyduğunuzda, fincanı masaya qoyanda çox səs edir. Gerçəkdən adamın diqqətini yayındırır. Uğurlar!

  • @asenad.cavidan.3591
    @asenad.cavidan.3591 Год назад +1

    Size teşekkür edirem.O qeder rahat düzgün danışırslz..Davamlı olsun.Belkede sizi bunu deyen olmayıb amma deyim))sizin danlşarken eşitdiyimiz Tural ve Əli səsi o qeder semiidirkii eşitdikce cox xoş tesir edir.

  • @rafichx
    @rafichx 2 года назад +4

    Etibar Əsədli part 2 olsa əla olar. Möhtəşəmsiz💥

  • @alimaharramov7886
    @alimaharramov7886 Год назад +6

    Qapını döyən kişi olsun, evdə kişi olub olmamasının fərqi yoxdur..... Bəxtiyar Vahabzadə🤍🖤

  • @nihadr06
    @nihadr06 2 года назад +1

    Əla buraxılış oldu, təşəkkürlər Söhbətgah! 💙💚 Bu mövzuya toxunmaq lazım idi. Bu vəziyyəti bir az daha "çılpaqlığı" ilə İmran Əsədov öz kanalında şərh etmişdi. İzləməyi məsləhət görürəm

  • @seymurali33
    @seymurali33 2 года назад +3

    Ruhdaşlar💙

  • @ElnurVahidzade
    @ElnurVahidzade 2 года назад +4

    Keçən mövsüm Zəngilan, Qubadlı istiqamətindən sizi izləmişəm. İndi isə maşallah Laçından sizi izləyirəm. Qəribə olduğum ilk hadisə sizin çay reklamınız oldu. Keçən mövsüm kofe idi İÇ-in dediyiniz, indi çay. Reklam nə qədər həlledici rol imiş. Şükür Allaha tiktok kimi önəmsiz ( dəyərsiz, tullantıların bol olduğu) sosial şəbəkəsindən uzağam. Təsiri bilirsinizmi nə oldu? Daha çox əsəb, daha çox stress.. Ümumiyyətlə düşünürəm ki, sosial şəbəkələrdə bu qədər hegemonluq etmək düzgün deyil. Çox çətin problemdir. Allah bizi dəyərsiz hesab edilən şeylərə dəyər verməkdən uzaq etsin.

  • @nicatmlikli
    @nicatmlikli 2 года назад +2

    Önyargı həqiqətən çox böyük problemimizdir.Çox incə detallara qədər endiniz bu mövzuda.Əli bəyin nümunəsindən tutmuş gətirdiyiniz sitatlara qədər hər şey möhtəşəmdir.Ümidvaram daha çox insana çatar.

  • @goldagayev7247
    @goldagayev7247 2 года назад +1

    - Yeni sezon xeyirli ve ugurlu olsun.Cox beyendim,bu defe bu potkastdan Bir meseleye bir defe yox,iki uc defe baxib ve ferqli tereflerden baxmagi,tekce gozegelimli yox daxilimize gozel gelen seyleri de tapmagi oyrendim,hem deinsanlara bir qram bele qarismamagi ve bize zerer vermediyi halda istenilen secimlerde azad oldugunu xatirladim.Tesekkurler

  • @nikabagirova7226
    @nikabagirova7226 2 года назад +7

    Mence bu verliw TVde numayiw olunsun,daha cox insanlar baxsin bele keyfiyyetli proektleri TVye yoneldin

  • @RufetMuslimzade
    @RufetMuslimzade 2 года назад +4

    Məncə çox fəlsəfə eləmədən də cavab gözə görüləndir.
    Tik tok istifadəçilərinin bir çoxu bütün həyatını 20-25 sözlə yaşayan adamlardı və bu sözlərin 8-9 dənəsini söyüş təşkil edir.
    O insanları qadın bədəni, qurşaqdan aşağı zarafatlar, axmaq üz mimikaları və buna bənzər şeylər ilə tətmin olur. Və ən əsası videolara baxanda heçnə düşünmək istəmirlər sadəcə göz həzzi yaşamaq istəyirlər. İradəsi özünə keyfiyyəti qadağan etdiyi üçün keyfiyyət səsləndirəni söyürlər.
    Tiktok insana balığ yaddaşı verən 10-15 saniyəlik videolardan ibarətdir.
    Məs elə ona görə Tiktok elə insanların mövcud olması üçün ən komfortlu ortamıdır.

  • @pervuzemusayeva7696
    @pervuzemusayeva7696 2 года назад +2

    Çox maraqli ve deyerli fikirler idi ,dinleye -dinleye işlerimi bitirdim ve size teşekkur etdim😊

  • @cobu70
    @cobu70 2 года назад +3

    👍👍👍 gelen verlish Kamran Hesenlini devet elesez ellaaaa olardi

  • @mltis_rzali8285
    @mltis_rzali8285 2 года назад +1

    Bu söhbət əsl ləzzət elədi👏. Tural bəy, dünyagörüşünüz, danışıq tərziniz ayrıca zövq verdi. İnkişafınız daimi olsun.

  • @ilhammehdiyeva7599
    @ilhammehdiyeva7599 Год назад +1

    Çalışacam indiyə qədər baxmadığım bütün verilişlərinizə baxlm. Axır ki düşündüklərimi eşidirəm. Arzuladıqlarımı eşidirım👍👍👍👍

  • @RaufGuliyev-rh8yk
    @RaufGuliyev-rh8yk 2 года назад +6

    yeni introdan sonra adam elə istəyir oxusun: "First İ was afraid, I was petrified" 😅
    nəysə, hər zaman olduğu kimi, əməyi keçən hər kəsə və patronlara təşəkkürümü bildirirəm. Buraxılışdan bir neçə məqamı xüsusən qeyd etmək istəyirəm:
    24:45 "O qədər utandım... Mən bir tərəfdən baxırdım"
    32:00 "Deyirlər ki, sən cinayətə məruz qalanda günah görürsənsə, sən psixi pozğun insansan"
    40:28 "Məzmundan pul qazanmaq söhbəti içəri girəndə böyük biyabırçılıqlar baş verir"
    40:40 "Tik-tok'un sirrini tapıb...Meyvələr havada uçuşurdu..."
    58:05 "Öz soyundan olan adama hörmətə bax e sən..."
    1:13:30 "Adamlar qeyri-qanuni şeyi belə düşünəndə vizyonlu düşünürlər"
    1:24:00 "Heyvana niyə təcavüz edirlər ki, o da mini-yubka geyinmişdi..?"

  • @onuryusubov702
    @onuryusubov702 2 года назад +1

    Yeni Logonuzu çox bəyəndim. Kanalın kontentləri çox yaxşıdır. Videonuza görə təşəkkürlər.
    Danışdığınız mövzu ilə bağlı olaraq:
    Hamının tanıdığı çox məshur bir insan uşaqlığında kök olduğu üçün bəyənilmədiyini düşünürmüş. Buna görə də böyüyüb arıqlayandan sonra həyatında (özünün dediyinə görə) ən pis qərarı verib. Sonra isə o qərarı geri çevirib.

  • @sebuhi_video_editor
    @sebuhi_video_editor 2 года назад +4

    Çox doğru!

  • @ilhammehdiyeva7599
    @ilhammehdiyeva7599 Год назад +2

    Əli və Tural xoş tanıdım sizi. Çox təıssüf edirəm ki, sizi gec tanıdım, amma bir yandan da sevinirəm ki, nəhayət qulaq asmağa nəsə tapdım

  • @arzumankrimov9938
    @arzumankrimov9938 2 года назад +1

    Nəhayət. Gözlənilən . podcast..

  • @tahminaali2349
    @tahminaali2349 2 года назад +4

    Bəylər qızıl xırdalayıb👌🏻

  • @shukufaahmadova9116
    @shukufaahmadova9116 2 года назад +4

    1 saat 30 deqiqəm çox səmərəli keçdi sayənizdə😊 Söhbətlərinizi hər zaman səbirsizliklə gözləyirəm.

  • @rovsenhuseynov8368
    @rovsenhuseynov8368 2 года назад +1

    Həmişəki kimi gözəl və faydalı buraxılış idi. Çox sağ olun. Məqsədinizə çatırsınız - iz qoyursunuz.

  • @voosale5467
    @voosale5467 2 года назад +2

    Daha bir maraqlı podcast üçün minnətdaram, əlasız✨ Apollo süni zəka ilə bağlı linki də paylaşsaz, sevinərəm

  • @gullusohbetler
    @gullusohbetler 2 года назад +1

    Yeni sezonunuz uğurlu olsun. Can sağlığıyla keçsin. Mənim oğlumun 8 yaşı var, özunun telefonu var. Hamı deyirdiki ay uşağa telefon niyedi? Ama indi oğlum youtube.da öyrədici videolara baxır bəzən mənədə öyrədir. İnsan çox vaxt əkdiyini biçir. Əgər ana tiktokda söyüşlü videolara baxırsa övladınnan başqa şeyi tələb edə bilməz. Çünki uşaqlar eyni anda fikrini bir neçe şeyə verə bilir, ele bilirsənki oyuncaqla oynuyur, ama görursənki baxdığın videodan sual verir 🙄 qısacası övladımızın tərbiyeli olmasını istəyiriksə, özumuz də elə olmalıyıq.

  • @mov1an
    @mov1an 2 года назад +2

    Hər podcast bir kitab, yaxud da bir neçə kitabın ən faydalı hissələrinin birləşməsi-bərabərliyindədir 💙

  • @orxannagiyev7622
    @orxannagiyev7622 2 года назад +2

    Tural ve Eli bey novbeti videolardan birinde usaqlariniz raziliq vererse, isteyerse onlari da dinlemek isteyerem.

  • @alimusayev17
    @alimusayev17 2 года назад +1

    Salam, xoş gördük yeni mövsümdə:) çox maraqlı bir buraxılış idi. Sadəcə işıqlandırma daha yaxşı ola bilər, təşəkkürlər:)

  • @musicallove6300
    @musicallove6300 2 года назад +2

    17:32də səsləndirdiyiniz fikrə istinad olaraq demək istəyirəm ki çox haqlısınız Psixologiyada da bir deyim varki, Mübahisə zamanı mübahisə 3dqdən artıq davam edirsə, mübahisəni davam elətdirən şəxsin problemi sizinlə deyil, Özü ilə əlaqədardır.

  • @faridmammadzada7755
    @faridmammadzada7755 11 месяцев назад +1

    Netflixde Black Mirrorda Shut up and dance epizodu yadima dushdu. Mence Black Mirrordan daha çox misal çekseniz mükemmel olar.

  • @AnarRamazanov
    @AnarRamazanov 2 года назад +1

    Ciddən zəhmət çəkmisiz, var olun..

  • @elcinquliyev7649
    @elcinquliyev7649 7 месяцев назад

    Mohtesemsiniz... qaldi caya isleye isleye qulaq asdigim ucun cemi iki stakan cay icdim😊

  • @aynurazohrab
    @aynurazohrab 2 года назад +6

    500 nəfərlik bir wp qrupunun adminkası olaraq sizinlə qürur duyuram.və o qrupdakılara dünya podcast və videoları ilə bərabər əsasən Sohbatgahı təbliğ edirəm.Çünki Azərbaycanlılar informasiyanı azərbaycanlıdan azəebaycan dilində alsın istəyirəm💚💙 siz "ölümsüz" olmusuz artıq

  • @maharrampashayev714
    @maharrampashayev714 2 года назад +1

    Ən sevdiyim buraxlışlardan biri.
    Tam düşündüklərimi və görə bilmədiyim, yaxud mənim üçün bilmədiyim yeni məlumatları eşitdiyim üçün sizə sonsuz təşəkkürlər !!!!
    Var olun !!!

  • @zaurshixaliyev5086
    @zaurshixaliyev5086 2 года назад +2

    24 saat yorulmadan dinləyərəm sizin söhbətləri. Uğurlar.

  • @akvariumist1747
    @akvariumist1747 11 месяцев назад +3

    Belə bir hədis var: " Əgər bir adamda xəta görürsənsə ona 70 bəhanə (оправдание) axtar, əgər tapa bilmirsənsə onda sən özünü qınamalısan."

  • @snanvefadaroglu8710
    @snanvefadaroglu8710 2 года назад +1

    Podcastin yorumlarina baxiram belə görürəm ki, çoxu "alone" ve psixoloji travma yaşayan adamlardır. Tural sənin beyninin və yanaşmalarının fanatı olduğum üçün bütün bölümlərinizi izləyirəm. Azərbaycan dilini danışığında çox qəribə (maraqlı çıxır ama bəzən karizmatik olmayıb ama onun kimi görsənmək istəyən kimi çıxır) istifadə edən 2 nəfərsiniz də. Biri sənsən digəri Dj Fatehdir)))

  • @ravidtaghiyev3780
    @ravidtaghiyev3780 2 года назад +1

    Maraqlı söhbət idi. Təşəkkürlər!

  • @tamerlanqasimov2289
    @tamerlanqasimov2289 2 года назад +5

    Ay qardaslar, gelin cixin da , hardasiz bu nece vaxtdir? ))

  • @Babek_Cumsudov
    @Babek_Cumsudov 2 года назад +4

    Sizi dinləmək çox xoşdu mənə. Bəlkə bir gün görüş keçirsəniz, birlikdə müzakirə etsək yaxşı olar

  • @gulnarhesenova6523
    @gulnarhesenova6523 2 года назад +2

    Sizi izlerken hem gülürem hem öyrenirem.bu lezzet edir.Əli beyin yuxulari 😂Tural beyin sene ne ))aile qur get hara isteyirsen .niye aile qurmursan alanmi yoxdur.kiminse mali alinacaq esyasi olmadigimiz anlayan cemiyyet insallah görerik.🙏

  • @munhenazrbaycanllarmdniyyt1406
    @munhenazrbaycanllarmdniyyt1406 2 года назад

    Çox sevindiricidir sizi kimi düşünən insanların bizim cəmiyyətdə olmağı. Ümumiyyətlə fikir vermişəm ki, ətrafda bütün cahillərin mütləq və mütləq tiktokda accountu var. Məncə şəbəkə insanı yox, insan şəbəkəni pozur!!!

  • @sadiqmammadli9191
    @sadiqmammadli9191 2 года назад +2

    Sizi çox isdirem beyler var olun👍👍👍❤

  • @Meryem.Xelilovaa
    @Meryem.Xelilovaa 9 месяцев назад +3

    Sosial medya vəyaxutda tiktok bizi tərbiyəsizləşdirmir əslində isə bizlərin əsil şəxsiyətimizi ortaya qoyur

    • @aygunhuseynova7059
      @aygunhuseynova7059 5 месяцев назад +1

      Zeif xarakterli, tesir altina düşen , öz fikiri olmayan kütleni teessüf ki terbiyesizleșdirir

  • @dayanatvali6322
    @dayanatvali6322 2 года назад +6

    Daim xoşəbəxtsənsə kayfdasan 😂

  • @nemomammadov5325
    @nemomammadov5325 Год назад +1

    Cox super ve maragili sobtehagdir mutleq bezi dostlarimiza da izilse super olar berkede ozuleri hardasa tapa bileler.

  • @Nizi_1987
    @Nizi_1987 2 года назад +1

    Super.təzə logonuzda mübarək

  • @meherremsuleymanzade
    @meherremsuleymanzade 2 года назад +1

    Salam.Yene men...Mövzulariviz gözeldi her biri amma son zamanda paylasiqlariviz movzular lap adamin ureyinden kecennelerdi...Sizde demey isdediylerimizi deyirsiniz.Orda sizlerle söhbet etmey isteyerdim...Tesekurler

  • @servialekberova
    @servialekberova 2 года назад +1

    Əla buraxılışlardan daha biri.

  • @kianschool-59-QQ-703
    @kianschool-59-QQ-703 2 года назад +2

    3-©i dəfədi rusiyadaym 9 aya yaxındı burdayam.Tək Azərbaycanın çayı deyil bütün məhsulu burda sevilir bunun özü bizim üçün fəxrdi.

  • @isfndiyarliyev3645
    @isfndiyarliyev3645 2 года назад +1

    Əla söhbət idi TƏŞƏKKÜRLƏR. Getdim evə HAVAYI 😀👍

  • @mehribanliyeva3548
    @mehribanliyeva3548 Год назад +2

    Ə var,sənə nə (ən çox işlətdiyiniz cümlə)😆👏👍

  • @AliBaghirov-Physio
    @AliBaghirov-Physio 9 месяцев назад

    Çox gözəl, çox önəmli mövzular. Hər şey üçün təşəkkürlər. Olgunlaşmaq, böyümək mövzusunun müzakirəsini görmək istəyərdim Söhbətgahda.

  • @KristalAbseron-j1c
    @KristalAbseron-j1c 9 месяцев назад +1

    Gozel sohbetler edirsiz. Cox sey oyrenirik. It hurer karvan kecer meseli eslinde itlerin hurerek yirtici heyvanlari qovmasina gore karvan hereket edir. Yeni karvanin rahat hereket etmesine sebeb itlerdir.

  • @orxanmemmedov9594
    @orxanmemmedov9594 2 года назад +3

    Ay Qerdeş vallah billah hər qoyun öz ayağınnan asılır. Sadə misaldi amma çox möhtəşəm misaldi . İnsan özüynən mewgul olsaydı Full paket dünya olardi

  • @Nizi_1987
    @Nizi_1987 2 года назад +2

    Üzr istəmə xoşdur😀

  • @AfqanQuliyev
    @AfqanQuliyev 2 года назад +1

    Çox gözəl məzmunlara toxunursunuz. Bu arada Apollo HR linkini göndərə bilərsiniz bura:?

  • @_gunay_aliyeva_
    @_gunay_aliyeva_ Год назад +1

    Hər zaman kı kimi, sizi dinləmək çox xoş idi! 😍

  • @Elnurhasanovful
    @Elnurhasanovful 2 года назад +1

    1:00:52 Bunu yəqin ki, Da Vinci's Demons serialında görmüsüz. maraqlı səhnə idi. Podcast-a görə təşəkkürlər!!!💙💚

  • @notlikevery1
    @notlikevery1 2 года назад +1

    Yeni sezonda yeni logo yeni dizayn 😍🥰💚💙

  • @nerminallahyarova295
    @nerminallahyarova295 Год назад

    1:05:00 👌wunderbar 👏 Demeki hardasa terbiyeni düz vermemisen👌.

  • @ВахидГаджиев-х8м
    @ВахидГаджиев-х8м 2 года назад +1

    Salam eleykim. Dediyiniz her soze gore. Tessekur edirem. Cox minnetdaram

  • @leylaleyla1288
    @leylaleyla1288 2 года назад

    Darıxmışdıq. Yeni sezonda uğurlar✌❤

  • @elvino.
    @elvino. 2 года назад +3

    Əli Xəyyam, Nietzsche eşitsəydi ki, "almanlar Nietzscheni yetişdirdi" deyirsiz, yəqin qəşəng yüksək dağ havası aldırardı sizə.

  • @Huseynehmedow
    @Huseynehmedow 2 года назад +1

    Əla uğurlu 👍👍👍👏

  • @eyyubmemmedoglu5499
    @eyyubmemmedoglu5499 2 года назад +1

    Orxan Mustafazadəni (OKABER) dəvət etsəniz çox xoş olardı . Əfsanəvisiniz 🔥👏

  • @orxannagiyev7622
    @orxannagiyev7622 2 года назад +2

    biz ozumuzun insan oldugunu qebul etmemisik ki, qarsimizdakinin da insan oldugunu anlayaq.

  • @sarkhanmammadov1121
    @sarkhanmammadov1121 2 года назад

    Var olun dostlar 👍Söhbətlərə doymaq olmur

  • @elnaraaghayeva6711
    @elnaraaghayeva6711 2 года назад +1

    Uğurlar 🌿 sizi dinləmək xoş oldu

  • @asefdadashov6534
    @asefdadashov6534 2 года назад +1

    xeyrli olsun, 10000 də görüşək :)

  • @bakhishaliquliyev6636
    @bakhishaliquliyev6636 2 года назад +2

    Gələn buraxılışlarda Erkin Qədirlini də dəvət etsəniz çox gözəl olar.

  • @nicatmemmedov9194
    @nicatmemmedov9194 Год назад +3

    Bir çox fikirlərinizle razılaşıram,amma OSHO haqqında nə dediniz tam anlamadım, ümumiyyətlə bu məsələni tam açsanız minnətdar olaram.OSHOnun fikirləri tam komfort zonadan çıxmış fikirlərdi.mən belə düşünürəm.Zeka,Ego, Yetkinlik bu 3 kitabı milyon kitablara bədəldi.Bəlkədə oxumusunuz, bəlkə də yox,amma OSHO deyirdi qısaca "həyatdı hər şey ola bilər,iktidar eşqiylə yanıb tutuşma, kimdən sə necəsə üstün olmağa çalışma,insan ol,insan kimi yaşa".Və OSHO oxuyandan sonra mənə elə gəldi ki, bütün digər şəxsi inkişaf kitabları,(Ekhart tolle istisna) bir şey etmək üçün motivasiyadır
    Ekhart tolle haqqında danışmışdıniz bir dəfə, baxın OSHO onun dediklərini çoxdan demişdi.təmbəl olun demirdi, kimsə olmağa çalışma deyirdi, sən sadəcə insan ol, özün ol, Ancaq bir şey olum, məşhur olum, yüksək olum" hər şey düzələcək" fikriylə yaşama deyirdi.Özünü əşya ilə tanınlama deyirdi,pulla tanîmlama deyirdi, və həmişə deyirdi,.Ugurun gətirdiyi özgüvənin tamamilə saxta olduğunu deyirdi.Insan olmaq üçün çabalayıb rəqabət aparmaq lazımdı demirdi.OSHO real düşüncə idi, və deyirdi məndə səhv danışa bilərəm,.OSHO haqqında böyük tənqid buraxılışlarınızī gözləyirəm,amma dediyim kitablara nəzər yetirsəniz lap əla olar.Bəlkədə OSHO səhv deyirdi,amma" qarşı tərəfin düz olabilecek ehtimalını nəzərdən qaçırmamaq" fikrini belə OSHOdan almışam. Bu rəyi görsəniz,mənfi və müsbət tənqidlərinizə səbirsizliklə gözləyirəm

  • @vusalabbasov4453
    @vusalabbasov4453 2 года назад +1

    Valideynler umimiyyetle her zaman haqlidirlar .bu bizim cemiyyetde heleki deyisilmir.deyismesini umid edirik

  • @joanmadu1244
    @joanmadu1244 2 года назад +1

    Təşəkkürlər,maraqliydi..Cəmiyyətdə olan problemləri dilə gətirdiyiniz üçün ayrica təşəkkür edirəm👏👏Bir şey maraqlı geldi mənə,Əli bəy 2-ci dəfədir ki,Oshoyla bağlı fikir bildirir ama müsbət deyil fikri məncə)Səbəb??Mən Oshonu sevərək oxuyan biriyəm,ziddiyyətli fikirləri var düzdü,ama doğrulari qorxmadan dilə gətirə bildiyi üçün (ki çoxlari bunu bacarmir) ona münasibətim müsbətdi.Əli bəyin Oshoyla bağlı mənfi fikrinin səbəbini bilmək istərdim.Cavablandirsaniz sevinərəm.

  • @ziyafataliyev
    @ziyafataliyev 2 года назад +2

    Bəylər youtube.da hamı Tural və Əlidir deyəndəki, podcastların çox olması yaxşı əlamətdir. Qoy lap sizdən sonra bucür podcastların sayı çox olsun. Siz özünüz də Türkiyədən köçürmüsüz. Misal üçün Açıq Beyin kanalının bənzəridir. Burda heç bir qəbahət yoxdur məncə.

  • @kzlelma1148
    @kzlelma1148 2 года назад +7

    Tamamilə bu videoya aid edilməyəcək şərh yazıram.
    Mosbetə bənzər reklam hazırlayırlar.
    Həmin o videoda çalışan şəxslərin də o videonu çəkənin də qeyretinə namusuna iffətinə tüpürüm. Həmin orda oturan "aktyoru" da söyürəm. Əsəblərimi pozdu videosu. Keçmək düyməsi də yoxdu ki, keçəm
    Həyatımdan bezdim. Nə qədər insanın qarşısına çıxar bu reklam. Halbuki youtube algoritminə görə maraqlandığım şeylər haqqında reklam çıxmalı deyil'mi? Mən mosbet və yaxud başqa mərc saytları ilə əlaqəsi olmayan insanam.

    • @Bayelçin
      @Bayelçin 2 года назад

      @@Sohbatgah 😅

    • @kzlelma1148
      @kzlelma1148 2 года назад

      @@Sohbatgah 🙂doğrudur

  • @peryqulieva1225
    @peryqulieva1225 2 года назад +2

    Möhtəşəm!

  • @samiryolcuyev7815
    @samiryolcuyev7815 2 года назад +2

    Çox sağolun.