Şərhlərdə savadlıdır, necə gözəl danışır deyənlər deməli həqiqətən savadlı nitqə, söhbətlərə çox qulaq asmayıblar. Ordan burdan bir iki fikir oxuyub öz fikriymiş kimi bəzəyib düzəyib danışmaq hələ savadlı olmaq deyil. Ümumiyyətlə, hansı sənətin sahibi olduğu, əsas işinin nə olduğu bilinməyən insanlar hazırda hamıya ağıl vermək həvəsindədirlər. Bloqqerlər, influenserlər və s. Öz həyat tərzlərini cəmiyyətə nümunə kimi sırımağa çalışırlar. Halbuki elə alim, elə savadlı xanımlarımız var ki, həm işində, həm ailəsində çox uğurludurlar, alim kimi də, ana və həyat yoldaşı kimi də. Onlardır danlşmalı, gənclərə yol göstərməli olanlar. Cəmiyyətin də ümumi səviyyəsi o qədər aşağı düşüb ki, iki doğru cümlə qura bilən insan absurd fikirlər səsləndirsə də vəcdə gəlirlər. Çünki nə efirlərdə normal aparıcılar var, normal insanlar iştirak edir, təhsilimiz də bərbad gündədir, o zaman da bu cür əsl işi əslində heç nə olmayanlar üçün münbit şərait yaranır. Təəssüf. Əslində belə insanlar özləri ilə barışıq deyillər, özgüvən problemlidirlər, özlərini yaxşı hiss etmək üçün daim xarici görkəmlərində dəyişiklik etməyə, estetik əməliyyatlara, fərqli görünməyə və fərqli fikirlər səsləndirməyə çalışırlar. Üzdə özlərini özgüvənli göstərməyə çalışsalar da, əslində bu sadəcə görünüş üçündür, daxilən əminlik yoxdur. Fikirlərdəki ziddiyyət, təzad da buradan qaynaqlanır.
Açar bir söz işlətdi..."mənim qismətimdə bu varsa"..cox qadınlar var ,Səmadan da agıllı və yenilikçı və gözəl şeylər yaratmağa qadır,amma onların tale qismetində nə dəstək olan ər,nə da başqa bir şey qismet deyil.Ona görə də onlar ga çabalayırlar bir yerə çıxa bilmirlər...
40yaşım var, 60cı illərdə mənim də bibilərim ən ucqar kənddən gəlib ali təhsil alıblar,inqilab ediblər. Və doğulduğum gündən onları misal götürüb daim mübarizə aparıram cəmiyyətdə, çünki adi "icazə" kəliməsini sevməmişəm heç zaman..papa da bacılarını görüb heç vaxt mənə təzyiq etməyib, "qızım xəbərim olsun, vəssalam" . İndi də arxamda dağ kimi dayanıb,bu qədər güclü formalaşmağımda kömək olub..ona görə Səma xanımın hər sözünə,cümləsinə əlli ayaqlı qoşuluram ❤❤ belə qafınlarlmız cəmiyyətdə çoxalsın🎉
Səma xanım, çox xoşum gəlir sizin fikirlərinizdən. Əgər biz inkişaf etmək istəyiriksə, cəmiyyətimizdə sizin kimi xanımların sayı mütləq artmalıdır👍🏼👍🏼👍🏼 əhsən!
Allah insani kamil şəkildə xəlq edib. Xəlq etdiklərinin içində də yalnız insana şüur təlqin edib. Deməli, bizlər ən ali varlıqlarıq. Qəbahət axtarırıqsa bunu toplumda deyil, fərdlərdə axtaraq. Hər bir fərd öz üzərinə düşən məsuliyyəti dərk etsə cəmiyyət bu hala düşməzdi. Bu problemin ən böyük səbəbi dinsizlik, İslamdan bixəbər olmaqdır. Çünki, Allah (subhənə və təalə) Quranı həyat nizamı olaraq göndərib. Quranı oxuyub əməl edən insan, başqa alternativ axtarmağa gərək duymayacaq. Orada qadın və kişi üçün həyatın bütün yönlərinə dair qaydalar, tövsiyələr var. Nə qadın, nə kişi özbaşına deyil. Etdikləri bütün günahlar da cəzaya məhkumdur. Sadəcə olaraq qadın əsalətin, iffətin ilk ağla gələn obrazı olduğu üçün qadında qeyri-qanuni əlaqələr daha çirkin səslənir. Bu belə qadını geri addım atmağa sövq etmirsə, o qadın adına layiq deyil. Siz elə bilirsiniz Avropa qadınları xoşbəxtdir? Həyatına hər cür insanı təcrübə adı ilə daxil edən qadın xoşbəxtdir? Əsla! Onlar sadəcə olaraq, çürük mənəviyyatlarını ötəri əyləncələrlə ört -basdır edən varlıqlardır. Ümumiyyətlə, Avropa, Amerika ölkələrində qadın bir əşyadır. Ona kariyera, reklam fiquru kimi yanaşılır. Bütün maşın və digər "pulgətirən" reklamlarını qadınlar üzərindən həyata keçirirlər. İslam isə deyir ki, qadın incidir, cövhərdir, zinətdir. Qadın zövcədir, anadır, ümmətin aliməsidir. Cəhalətin ən qorxulu silahıdır. Çünki qadın elmli, bilikli olacaqsa onu övladlarına da öyrədəcək. Bu səbəbdən də qadını sizin dediyiniz yönlərə çəkərək cəmiyyəti ifsad etmək istəyirlər. Ancaq fəhmli, zəhmli qadınlar sizin səsləndirdiyiniz düşüncələrdən tamamilə uzaqdır.
heyatimda bir nefese sebrle izlediyim yegane musahibedir, halal olsun bir cox qadinlarin ic sesi Semadir. Her cumle noqtesine kimi dogrudur duppe duzzz 👌👏👏👏
Çox maraqli musahibə idi . Gözəl fikirlər , savadli və mədəni dusuncələr . Halal olsun . Səma xanim sonuna qədər haklidir . Yolu hər daim aciq və ugurlu olsun . Ulvira xanimada sonsuz təsəkkur . ❤❤
Cox qadınların bu məxluqu ağız dolusu tərifləməyi məni cox təəssüfləndirdi..Doğrudanmı qadınları yolundan azdırmağa calışdığını görmürsüz ..bu o qadındır ki,əri həyat yoldaşımın cimərlik paltarında şəklini mən yaymışam"deyirdi..
O qədər arzusu ürəyində qalan qadın var ki. Elə bilirsiz elə bütün evdə oturan qadınlar xoşbəxtdir? Bir xalanızdan,bibinizdən soruşun görün ərlərinin diktə etdiyi həyatı yaşarkən özlərini məmnun hiss ediblər?
Səma və DJ Tural hər ikisidə çox aktiv və çox ağıllı jurnalistlərdir. Özlərinə dəyər cerən cütlüklərdulər hər zaman izləyirəm bu ikilini. Söhbətgahıda izləməyə dəyər.
Özünə sözünə hər mənada heyran olduğum Sema xanım. Çox istərdim cəmiyyətimizdə sizin kimi ağıllı qadınların sayı artsın. Çox əla müsahibə idi. Sona qədər maraqla izlədim 👏👍❤️
Səma xanım, çox sağ olun, keyfiyyətli söhbət olub, bu arada sonuncu dəfə sizi Söhbətgahda dinləmişdim, o vaxtdan bu vaxta qədər belə özünüzü ifadə etmədə böyük dəyişiklik yaranıb.
Müasihibəyə baxdım və dinlədim. Əks cinsdən olduğum üçün fərqli düşünürəm və fikirlərimi bölüşəcəm. Səma xanım dediyi kimi heç kimə sırımıram amma onun dediyi kimi hər şey sadə deyil. 1. Xanım "sıfırlanmaq" üçün ailəsini, 7 yaşlı qızını qoyub, Türkiyəyə gedir. Deyir, asan olmadı Turalı razı salmaq amma o bilir ki, mən ağlıma bir şeyi qoydumsa edəcəm. Açar ifadə də məhz budur. Tural onu bu fikrindən daşındıra bilməyib. Heç bir kişi bunu rahatlıqla qəbul etməz. Tural da kişi cinsinə aid olduğu üçün istisna deyil. Yəni bunu nümunə kimi qəbul etmək lazım deyil. Burdan bir sual yaranır, əcaba Səma xanımın "sıfırlanma" müddəti 5 ay yox 5 il olsaydı nə olacaqdı? 5 illik atıb gedəkdirmi ailəsini ? Tural da bunu rahatlıqlamı qəbuıl edəcəkdi? Bu müddət ərzində Tural "sıfırlanmaq" istəsə necə olacaqdı? Axı bu ailədə hər kəs bir birinin azadlığını tanıyır və hörmətlə yanaşır. Yəqin 7 yaşlı uşaq öz özünə baxa bilir, Səma xanım uşağı belə yetişdirib. 2. Deyir geyim tərzimi dəyişdim və hər kəsə də bunu qəbul etdirdim. Düşümürəm hər hansısa bir ər yoldaşına deyə ki, çimərlik paltarında şəklini paylaş. Xüsusən həmin ər dindardırsa. Yəni bir "influencer" bunu təlqin edirsə düşünmürmü ki, hər ailə onların ailəsi kimi deyil, hər ər onun yoldaşı kimi fərqli fikirli deyil. Yəni sizin səhifəni izləyənlər içində ömür boyu bir kitab oxumayan qadın var ki, Səmanın səlist nitqini, ədəbi cümlələrini eşidəndə deyir nə ağıllı qadındır, necə yaxşı deyir. Gedib əri ilə bu mövzuda mübahisə edəndə, ailəyə soyuqluq düşəndə, ailəsini dağıdanda düşünmür ki, onun bu ailə problemi Səma ilə Turalın hec vecinə deyil. Onıar öz doğru bildikləri həyatı yaşayır. Maddi rifah yaxşılaşanda bütün normalar ikinci plana keçir, o cümlədən əxlaq. 3. Minilliklərdən bəri kişi ilə qadının rolu bölünüb. Kişi ovçu olub, ov ovlayıb gətrirb, qadın ocağı qoruyub saxlayıb. Siz bunu necə eyniləşdirirsiz. Kişi uşaqmı əmizdirir? Kişi 9 ay uşaqmı gəzdirir bətnində, kişini təbiət sayıq yatmaq üçün hazırlayırmı? Ailəni qoruyan qadınmı olub? Müharinəyə gedən qadınmı olub? Ağır işlərdə işləyən qadınmı olub? 4. Bu kimi fikirlər cəmiyyəti, ailə məktəbini zəhərləyir. Sizcə Vətən müharibəsində canından keçən şəhidlər belə ailədəmi böyüyüblər? Əsla. Bu ailə nümunə ailə modeli deyil, istsnadır. İstisnalar isə ümumi qaydanı dəyişmir. 5. Səma xanım özünü sərbəst, özgüvənli, azad bir qadın kimi təqdim etdi. Başa düşdük. Bəlkə də müəyyən qadınlar bunu örnək kimi qəbul etdi. Bəs Səma xanım yoldaşını, Turalı hansı obrazda təqdim etdi, bunu heç düşündümü?
Bəli cox duz.İndi bəzi oxumus ,isləyən qadinlar cox agilli hesab edir.Ozguvənli olmaq qadinin ozunu kisi kimi aparmagi deyil.Siz yenədə qadinsiz.Kisi qadin kimi ,qadinda kisi kimi ola bilməz.Hər kəsin oz isi var.Kisilər sizinlə razilasir deyə ,hər isinizi kecirə bilmərsiz.Bu hər iki cinsə malikdir.Hər kəsin oz isi var bu həyatdda.Qadi qadin kimi ,kisidə kisi kimi oz boyunlarina dusən məsuliyyəti dasisalar ,cox seyləri yola vermək olar.
@@f19agsu36 Sizə görə yanlış yoxdu. Amma mənə görə, dəyərlərimizə görə, islamımıza görə bu yanlış fikirlərdi...Dildən səlist olmaq hələ düzgün olmaq demək deyil. Allah insan övladına zinanı, açıq-saçıqlığı haram buyurubsa, heç kəs bunu halallaşdıra bilməz.
yanaşmanız ferqlidir, maraqlıdır. amma sondaki sualınıza şəxsən mən belə cavab verə bilerem ki, Turalın özgüvəni yetir ki, özünü kiməsə teqdim etmək ya da anlatmaq məcburiyyətində hiss etməsin. Səma da Turalın həyat yoldaşı, 20 ilə yaxındır onu tanıyan biri olaraq yeqin bilir ki, Tural nəyi necə qəbul edə bilər və ona uyğun da danışıb 🙂
@@Babək_Xuduyev_ƏhmədBununla raziyam məndə, ama fakt biz cəmiyyətdə bəylərin əksəriyyətinin evlilik oncəsi etdiklərinin qarşisini ala bilmərik. Ona gorə də xanimlar da bunu təcrubə etməlidir.
Yazanlarin ekseriyyeti xanimlardi. Məlumdu ki, danisan xanimdir və danisilanda xanimdir. Əminəmki cox az sayda kisi bu sohbeti sonacan izleyib , esasende sebrle , qinamadan . Millet olaraq qinayan , paxilq . Bezen bu bizi musbete aparir bezen ucuruma . Menim səxsi dusuncelerimdi bunlar . Sema xanimi izleyirem her zaman . Taa youtube_da vidyolar cekdiyi vaxtdan. Cox boyuk simpatiyam var bu xanima. Anlayisli bir yoldasinin olmasi her qadini ugurlu eder mence . Qadinlar iki halda ugur qazana biler . Aileliyken mumkundu yalniz yoldasi dediyim kimi olsun yada bosanmalidi ki, isteklerinin ardinca gede bilsin . Bu movzular cox genisdi . Sebebleri ve helleride muxtelifdi . Ugurlar
Möhtəşəm məlumatlar... Lakin belə bir məsələ var Tural bəy də öz üzərində işləyib, dəyişib, inkişaf edib, möhtəşəm xanımın yanında dayanmağı bacarıb... Acı reallıq var ki, kişilərin 80% i belə deyil...
Men özüm hekimem, Turkiyede uzmanliq tehsili almışam. Çoxlu sayda qadınlar tanıyıram 4-5 il uşağından,ailesinden uzaqda ayda 10-12 növbe tutaraq yaşayıblar. Sena xanım gözel danışır çox şeyi ancaq etdiyi veya düşündüyü bir çox meqamı çox dramatikleşdirir.
Müəyyən mənada razıyam bu fikrinizlə. Hətta verliş boyu səsləndirdiyi fikirlərdə səsi də titrəyir. Burda bir məqam da var ki, Səma xanım inqilab edir, heç də asan deyil, bu yolu təkbaşına qət etmək.
5 ay başqa ölkede yaşamağı inqilab hesab etmirem. Etrafımdakı qadınlardan yola çıxaraq deyeremki aile ve uşaqlarından 4-5 il uzaqda yaşayib tehsiline ve özüne yatırım eden yeterince sayda qadın var. Azerbaycan toplumu ve qadına qarşı şablonlaşmış yanaşmalara qarşı onlar inqilab etmiş sayılır.
Allah razi olsun sizden Sema xanim sizin bizim butun qadinlarin ic sesi idiz sanki.Dillendiniz o qeder dogru ,duzgun yerinde aydin daniwirsizki her weyi.Ancaq bir wey varda bizim milleti anlatmaq cox zor weydi.Ona gorede mehv olub gedir cemiyetin yarisi.Mence bele veriliwler mubahiseler cox olmalidi.Hetta mitiqler olmalidi.Ehalini neyi var maariflendirmeliyik bu movzuda.Yaziqdi genc qizlarimiz.
Afeein size.Ruhunuzun,dusuncelerınızın üzerinde çox işlemisiz.Dedıklerinizin hamısında tam haqlısız.Ozune deyer veren,ne ıstedıyını bılen xanımın secımıde gozel olur,exlaqıda.
boşanmiş qadinin Heç evli olmayan oğlanla evlənməyinə Normal baxiram Məhəmməd Peyğəmbər əleyhisəlam ilk evliliyi dul Xanimla olub Biz kimiy ki boşanMiş qadina pis gözlə bAxaq İnsanin ruhu əqidəsi təmiz olmalidi Bizda bilirSiz problem nədədi ? Adamlar nə deyər məsələsi Adamlar 3 günə səni unudacaq ama Sən özünlə həmişəliysən
Siz fikir verdiniz adam oğlu haqqinda 18 yaşdan sonra azad olsun dedi.Qizi haqqinda bir kelme danişmadi.danişdiqlarinin 60 faizine özu inanmir.Sadece adam yenilikcilik etmek isteyir.Bu movzular hessas movzulardi deye populyarliqa girişi bele edir.Bilir ki cox adam risk edib danisa bilmir.
Ən sevdiyim aparci xanimlardan biri Səma xanim. 😮😮😮😮ama şoka duşdum deyişiminizden vəəə aileli olmanizdan mən sizi subay biliridm . Hə yeri gəlmişkən ama super yaraşir bu stil
Səma xanım möhtəşəmsiniz! Sizinlə çox Qürur duyuram ❤️ bizim kimi gənc xanımların, nəinki xanımların elə bəylərin də yoluna işıq tutursunuz. Minnətdaram ✨
Xanım ya bəy olduğunuzu bilmirəm. Amma qadınları kiçiltməyin. Kimsə özü istəməyincə kimsə tərəfindən bir yerlərə yüksələ bilməz. Həm də siz hardan bilirsiniz bu səviyyəyə gələnə qədər onlar hansı sınaqlardan keçiblər?! İnsan itirməyi gözə almayınca qazana bilməz. Bir şeyə nail olmaq üçün ilk öncə öz iradəsi olmalıdır hər kəsin.
Молодец браво 👏 стоя опладирую,полностью согласна с вами, я после того как вышла замуж не работала хотя у меня финансовое образование посвятила себя жому воспитанию детей и обслуживанию со стороны мужа гостей родни его ниакой личной жизни не прожила до сих пор, не смогла насладиться жизнью молодостью,толтко готовить падовать и убирать очень скучно и монотонно, после стольких совместной жизни я поняла что не правильно выбрала супруга и не правильно построила жизнь свою,так что девушки дорогие не торопитесь замуж обучайтесь сианьте образованнными работайте наслаждайтесь жизнью, ведь она дается один раз,очень понравилось видео и ведущая и гостья спасибо за видео🌸👍🏻
Elə bildim transdı.İlk dəfə görürəm özü danışan kimi yazım .Səhifənizə baxdım Səma xanım və burun əməliyyatı keçirməyən videonuz gəldi önümə və orda çox gözəlsiniz və güclü qadın kimi görünürsüz indi isə görünüşünüz boş boğaz və ciddi olmayan birinə bənzəyirsiz.Uşağları sevgisiz qoyub nə uğruna gedmisizki ?Sizin öyrəndiklərinizi bir evdar qadın daha böyük bilig və bacarığa sahibdir savadll danışığ tərzinə malikdir.Elə bil güngprməmiş uşağ danışır😂😂😂😂 əsəblərim korlandı.Siz hələ çox şeylər öyrənməlisiz .......
Şərhlərdə savadlıdır, necə gözəl danışır deyənlər deməli həqiqətən savadlı nitqə, söhbətlərə çox qulaq asmayıblar. Ordan burdan bir iki fikir oxuyub öz fikriymiş kimi bəzəyib düzəyib danışmaq hələ savadlı olmaq deyil. Ümumiyyətlə, hansı sənətin sahibi olduğu, əsas işinin nə olduğu bilinməyən insanlar hazırda hamıya ağıl vermək həvəsindədirlər. Bloqqerlər, influenserlər və s. Öz həyat tərzlərini cəmiyyətə nümunə kimi sırımağa çalışırlar. Halbuki elə alim, elə savadlı xanımlarımız var ki, həm işində, həm ailəsində çox uğurludurlar, alim kimi də, ana və həyat yoldaşı kimi də. Onlardır danlşmalı, gənclərə yol göstərməli olanlar. Cəmiyyətin də ümumi səviyyəsi o qədər aşağı düşüb ki, iki doğru cümlə qura bilən insan absurd fikirlər səsləndirsə də vəcdə gəlirlər. Çünki nə efirlərdə normal aparıcılar var, normal insanlar iştirak edir, təhsilimiz də bərbad gündədir, o zaman da bu cür əsl işi əslində heç nə olmayanlar üçün münbit şərait yaranır. Təəssüf. Əslində belə insanlar özləri ilə barışıq deyillər, özgüvən problemlidirlər, özlərini yaxşı hiss etmək üçün daim xarici görkəmlərində dəyişiklik etməyə, estetik əməliyyatlara, fərqli görünməyə və fərqli fikirlər səsləndirməyə çalışırlar. Üzdə özlərini özgüvənli göstərməyə çalışsalar da, əslində bu sadəcə görünüş üçündür, daxilən əminlik yoxdur. Fikirlərdəki ziddiyyət, təzad da buradan qaynaqlanır.
Siz elə aqressiv rəy yazmısınız ki sanki bunları yaşamınız. Kaş hər kəsin düzgün bir iki fikri olaydı başqalarının tələsinə dusmeyxe
@@DeyanetYusuflu yazdıqlarımda aqressiya var )))))) Sadəcə yaxşı müşahidə qabiliyyətim var.
@@S.H24.11. sizinlə razıyam
Cox savad
Ii xnimidr
Men bu xanimi çox sevdiyime baxmayaraq sonda seslendiyi fikir məni üzdü , san ki etibarsız bir həyat yoldaşı obrazını yaratdi.
Super danışır aktiv yox super aktivdir Səma xanım.Nərgiz Cəlilovanın gəncliyinə bənzəyir Xanım .Yolun Zaman hər zaman açıq olsun Allah qorusun
Açar bir söz işlətdi..."mənim qismətimdə bu varsa"..cox qadınlar var ,Səmadan da agıllı və yenilikçı və gözəl şeylər yaratmağa qadır,amma onların tale qismetində nə dəstək olan ər,nə da başqa bir şey qismet deyil.Ona görə də onlar ga çabalayırlar bir yerə çıxa bilmirlər...
Çox gərgin qadindir Səma 😅 harda problem köhnə mövzular var onu qabardir burda güclü deyilən heçnə yoxdur ancaq mənfi enerji ötürülür .
Möhtəşəm
Güclü xarakter.Təqdir olunası qadın xarakteri.Öyrəniləsi, nümunə olacaq xarakter.Sağlam düşüncənin özü.Heyran oldum. Maşaallah.Tək kəlimə ilə ƏHSƏN.❤
Men bu xanimi ayaq uste alqiwlayiram!!!! Menim ic sesimi dunyaya yaydi!!!! Bravo!!!!!!!👏
❤💫
🪄
Həyatda hər insana nəsib deyil, arxasında dayana biləcək güclü ərə sahib olmaq❤
KİM NƏ DEYİR DESİN BU QADIN ÇOX HAQLI DANIŞIR👍👍👍
Bahoo, sizi helem odda yandirmayiblar bo sozlere gore?!
56:38
40yaşım var, 60cı illərdə mənim də bibilərim ən ucqar kənddən gəlib ali təhsil alıblar,inqilab ediblər. Və doğulduğum gündən onları misal götürüb daim mübarizə aparıram cəmiyyətdə, çünki adi "icazə" kəliməsini sevməmişəm heç zaman..papa da bacılarını görüb heç vaxt mənə təzyiq etməyib, "qızım xəbərim olsun, vəssalam" . İndi də arxamda dağ kimi dayanıb,bu qədər güclü formalaşmağımda kömək olub..ona görə Səma xanımın hər sözünə,cümləsinə əlli ayaqlı qoşuluram ❤❤ belə qafınlarlmız cəmiyyətdə çoxalsın🎉
Mənim də 40 yaşım var. Atamgil 10 uşaq olublar kənddə.60 çi illərdə hamısı oxuyub
Səma xanım, çox xoşum gəlir sizin fikirlərinizdən. Əgər biz inkişaf etmək istəyiriksə, cəmiyyətimizdə sizin kimi xanımların sayı mütləq artmalıdır👍🏼👍🏼👍🏼 əhsən!
Cox selist nitqi ve diksiyasi,cox ince ve medeni jestler,qulaga xosh ses tembr,ferqli ve ozunemexsus gorunush ve en esasi saglam ve savadli beyin🌷❤️
Yox, heç təsirli nitqi yoxdur
Çox təşəkkür edirəm, Səma xanım, əhsən sizə, bu verliş bəlkədə ilk verliş olduki mənə şillə kimi təsir etdi
Valideynlər üçün təlim keçsəniz millət üçün çox xeyirli olar. Afərin!❤
Sema xanimin fikirlerine, dusunce terzine ve inkisafina heyranam. Kas ki sizde olan cesaret bizde de ola🙏🏻
Allah insani kamil şəkildə xəlq edib. Xəlq etdiklərinin içində də yalnız insana şüur təlqin edib. Deməli, bizlər ən ali varlıqlarıq. Qəbahət axtarırıqsa bunu toplumda deyil, fərdlərdə axtaraq. Hər bir fərd öz üzərinə düşən məsuliyyəti dərk etsə cəmiyyət bu hala düşməzdi. Bu problemin ən böyük səbəbi dinsizlik, İslamdan bixəbər olmaqdır. Çünki, Allah (subhənə və təalə) Quranı həyat nizamı olaraq göndərib. Quranı oxuyub əməl edən insan, başqa alternativ axtarmağa gərək duymayacaq. Orada qadın və kişi üçün həyatın bütün yönlərinə dair qaydalar, tövsiyələr var. Nə qadın, nə kişi özbaşına deyil. Etdikləri bütün günahlar da cəzaya məhkumdur. Sadəcə olaraq qadın əsalətin, iffətin ilk ağla gələn obrazı olduğu üçün qadında qeyri-qanuni əlaqələr daha çirkin səslənir. Bu belə qadını geri addım atmağa sövq etmirsə, o qadın adına layiq deyil.
Siz elə bilirsiniz Avropa qadınları xoşbəxtdir? Həyatına hər cür insanı təcrübə adı ilə daxil edən qadın xoşbəxtdir? Əsla! Onlar sadəcə olaraq, çürük mənəviyyatlarını ötəri əyləncələrlə ört -basdır edən varlıqlardır. Ümumiyyətlə, Avropa, Amerika ölkələrində qadın bir əşyadır. Ona kariyera, reklam fiquru kimi yanaşılır. Bütün maşın və digər "pulgətirən" reklamlarını qadınlar üzərindən həyata keçirirlər.
İslam isə deyir ki, qadın incidir, cövhərdir, zinətdir. Qadın zövcədir, anadır, ümmətin aliməsidir. Cəhalətin ən qorxulu silahıdır. Çünki qadın elmli, bilikli olacaqsa onu övladlarına da öyrədəcək. Bu səbəbdən də qadını sizin dediyiniz yönlərə çəkərək cəmiyyəti ifsad etmək istəyirlər. Ancaq fəhmli, zəhmli qadınlar sizin səsləndirdiyiniz düşüncələrdən tamamilə uzaqdır.
Bucur gozel serh yazdigniz ucun sizi alqislayiram cox sagolun qadaniz alim sizin hz Eli buyrub heya gozeldir qadinda daha gozeldir
👏👍
heyatimda bir nefese sebrle izlediyim yegane musahibedir, halal olsun bir cox qadinlarin ic sesi Semadir. Her cumle noqtesine kimi dogrudur duppe duzzz 👌👏👏👏
Çox maraqli musahibə idi . Gözəl fikirlər , savadli və mədəni dusuncələr . Halal olsun . Səma xanim sonuna qədər haklidir . Yolu hər daim aciq və ugurlu olsun . Ulvira xanimada sonsuz təsəkkur . ❤❤
Çox gözəl söhbət idi.Teşekkurler
Cox savadli,medeni, agilli xanimdi Sema xanim.men beyenirem her dediyi ilede raziyam
Cox qadınların bu məxluqu ağız dolusu tərifləməyi məni cox təəssüfləndirdi..Doğrudanmı qadınları yolundan azdırmağa calışdığını görmürsüz ..bu o qadındır ki,əri həyat yoldaşımın cimərlik paltarında şəklini mən yaymışam"deyirdi..
O qədər arzusu ürəyində qalan qadın var ki. Elə bilirsiz elə bütün evdə oturan qadınlar xoşbəxtdir? Bir xalanızdan,bibinizdən soruşun görün ərlərinin diktə etdiyi həyatı yaşarkən özlərini məmnun hiss ediblər?
Nə gözəl dediniz Səma xanım,valideyin yalnız ana deyil,həm də ata da valideyindi.Çooox gözəl ifadə.👏👏👏❤Bavo.
Ulvira xanim, Sema xanim, bu sohbete gore cox sagolun. Cox maragli oldu. Cox dusunceli sohbet oldu!!!!
Halaldi sizə.İstərdim bizdə belə xanimlar cox olsun.Kişilərin arxasinda gizlənməsinlər🤲🤲🧿
Cox gozeldi Nergiz xanima oxsatdim hemde.Cox gozel selis danisir.Halal Olsun.
Səma xanım nümunə götürələck qadındı. Nə gözəl Azərbaycanda belə ağıllı qadlnlar var❤
Ərə getmədən bir batalyon kişiyə verməyi təblig edən ideal fahişədir.))
@@bozkardinal.1581düppbə düz belələrini aĝıllı qadınkimi nə qədərki millətin gözünə soxacaqlar milət pis günə qalacaq
Icaze almaq baresunde ne gozel aciqlama verdi.❤cox saqolun Sema xanim❤
Səma və DJ Tural hər ikisidə çox aktiv və çox ağıllı jurnalistlərdir. Özlərinə dəyər cerən cütlüklərdulər hər zaman izləyirəm bu ikilini. Söhbətgahıda izləməyə dəyər.
Özünə sözünə hər mənada heyran olduğum Sema xanım. Çox istərdim cəmiyyətimizdə sizin kimi ağıllı qadınların sayı artsın. Çox əla müsahibə idi. Sona qədər maraqla izlədim 👏👍❤️
Bravo çox düzgün fikirler.Razitam bu fikilerle
Səma xanım, çox sağ olun, keyfiyyətli söhbət olub, bu arada sonuncu dəfə sizi Söhbətgahda dinləmişdim, o vaxtdan bu vaxta qədər belə özünüzü ifadə etmədə böyük dəyişiklik yaranıb.
Əhsən Səmaaaa. AZƏRBAYCANIN SƏSİİİİİ. Azərbaycanın qadınları belə olsa gərək❤❤❤❤❤❤❤
Qurur duyuram sizinle! ❤️❤️ Her bir genc qıza chox gozel bir orneksiz❤️
Bu qadın mənə görə çox sünidi,özündən razıdı.Pozğunluğu da azadlıq,müasirlik deyə qəbul etdirmək istəyir.
Halal olsun Size! Yolunuz daima aciq olsun!❤
bir sözlə möhtəşəm ! 🧡
Agilli xanim halaldi nitqi səlist supe heyran oldum🤲💯💐👍🧿☀️
Möcüzə cəsarətli xanım, bəxtiniz orda gətirib ki, sizi başa düşən əriniz var.
Erdi o..??kupalnikde cekib paylasir..biz o deyilik..qebul edek
Hörmətli , Yoldaş vətəndaş biz həm də onu qəbul etməliyik ki, hər kəsin öz gercəyi var. Hörmətlərlə:
Ruhən yüngülləşdim.Sağ olun Səma xanım.
Nə möhtəşəm xanımdı , saatlarca qulaq as. gözəl nitq,savad ,fərqlilik
😂
Turalin yoldashidi. Mashallah. Nece olmaliydi bes. 👏👏👏
İstanbulda azerbaycanlilarla gorus kecirdi ve men de gorusdum.cox semimi,savadli,daima yenilik axtaran xanimdir.agzindan bal damlayir❤❤
Sema xanimi her gorunuw, her sesi, hem de daniwiq terzine gore Nergiz xanim Celilovaya oxwatdim.Cox savadli daniwigi var.
Çox fərqlidirlər
Qadinin heyati cokur ana olandan sonra. Sohbet savadli calishqan qadinlardan gedir
13:45 ehsen Sema 👍
Çox faydalı oldu . Çoxsaqolun. 💜👍🏻✨️
Ne qederde olmasa dj Tural bu ugurlu karyeranizda cox yer tutur menevi destek olarag
möhtəşəmsiz Səma xanım !!!! 👏👏👏
Müasihibəyə baxdım və dinlədim. Əks cinsdən olduğum üçün fərqli düşünürəm və fikirlərimi bölüşəcəm. Səma xanım dediyi kimi heç kimə sırımıram amma onun dediyi kimi hər şey sadə deyil.
1. Xanım "sıfırlanmaq" üçün ailəsini, 7 yaşlı qızını qoyub, Türkiyəyə gedir. Deyir, asan olmadı Turalı razı salmaq amma o bilir ki, mən ağlıma bir şeyi qoydumsa edəcəm. Açar ifadə də məhz budur. Tural onu bu fikrindən daşındıra bilməyib. Heç bir kişi bunu rahatlıqla qəbul etməz. Tural da kişi cinsinə aid olduğu üçün istisna deyil. Yəni bunu nümunə kimi qəbul etmək lazım deyil. Burdan bir sual yaranır, əcaba Səma xanımın "sıfırlanma" müddəti 5 ay yox 5 il olsaydı nə olacaqdı? 5 illik atıb gedəkdirmi ailəsini ? Tural da bunu rahatlıqlamı qəbuıl edəcəkdi? Bu müddət ərzində Tural "sıfırlanmaq" istəsə necə olacaqdı? Axı bu ailədə hər kəs bir birinin azadlığını tanıyır və hörmətlə yanaşır. Yəqin 7 yaşlı uşaq öz özünə baxa bilir, Səma xanım uşağı belə yetişdirib.
2. Deyir geyim tərzimi dəyişdim və hər kəsə də bunu qəbul etdirdim. Düşümürəm hər hansısa bir ər yoldaşına deyə ki, çimərlik paltarında şəklini paylaş. Xüsusən həmin ər dindardırsa. Yəni bir "influencer" bunu təlqin edirsə düşünmürmü ki, hər ailə onların ailəsi kimi deyil, hər ər onun yoldaşı kimi fərqli fikirli deyil. Yəni sizin səhifəni izləyənlər içində ömür boyu bir kitab oxumayan qadın var ki, Səmanın səlist nitqini, ədəbi cümlələrini eşidəndə deyir nə ağıllı qadındır, necə yaxşı deyir. Gedib əri ilə bu mövzuda mübahisə edəndə, ailəyə soyuqluq düşəndə, ailəsini dağıdanda düşünmür ki, onun bu ailə problemi Səma ilə Turalın hec vecinə deyil. Onıar öz doğru bildikləri həyatı yaşayır. Maddi rifah yaxşılaşanda bütün normalar ikinci plana keçir, o cümlədən əxlaq.
3. Minilliklərdən bəri kişi ilə qadının rolu bölünüb. Kişi ovçu olub, ov ovlayıb gətrirb, qadın ocağı qoruyub saxlayıb. Siz bunu necə eyniləşdirirsiz. Kişi uşaqmı əmizdirir? Kişi 9 ay uşaqmı gəzdirir bətnində, kişini təbiət sayıq yatmaq üçün hazırlayırmı? Ailəni qoruyan qadınmı olub? Müharinəyə gedən qadınmı olub? Ağır işlərdə işləyən qadınmı olub?
4. Bu kimi fikirlər cəmiyyəti, ailə məktəbini zəhərləyir. Sizcə Vətən müharibəsində canından keçən şəhidlər belə ailədəmi böyüyüblər? Əsla. Bu ailə nümunə ailə modeli deyil, istsnadır. İstisnalar isə ümumi qaydanı dəyişmir.
5. Səma xanım özünü sərbəst, özgüvənli, azad bir qadın kimi təqdim etdi. Başa düşdük. Bəlkə də müəyyən qadınlar bunu örnək kimi qəbul etdi. Bəs Səma xanım yoldaşını, Turalı hansı obrazda təqdim etdi, bunu heç düşündümü?
Tam razı,hər sözünüzlə
Bəli cox duz.İndi bəzi oxumus ,isləyən qadinlar cox agilli hesab edir.Ozguvənli olmaq qadinin ozunu kisi kimi aparmagi deyil.Siz yenədə qadinsiz.Kisi qadin kimi ,qadinda kisi kimi ola bilməz.Hər kəsin oz isi var.Kisilər sizinlə razilasir deyə ,hər isinizi kecirə bilmərsiz.Bu hər iki cinsə malikdir.Hər kəsin oz isi var bu həyatdda.Qadi qadin kimi ,kisidə kisi kimi oz boyunlarina dusən məsuliyyəti dasisalar ,cox seyləri yola vermək olar.
Serf elemedi? Dediyi sözlerde 1 dene yalnış yoxdu!😊
@@f19agsu36 Sizə görə yanlış yoxdu. Amma mənə görə, dəyərlərimizə görə, islamımıza görə bu yanlış fikirlərdi...Dildən səlist olmaq hələ düzgün olmaq demək deyil. Allah insan övladına zinanı, açıq-saçıqlığı haram buyurubsa, heç kəs bunu halallaşdıra bilməz.
yanaşmanız ferqlidir, maraqlıdır. amma sondaki sualınıza şəxsən mən belə cavab verə bilerem ki, Turalın özgüvəni yetir ki, özünü kiməsə teqdim etmək ya da anlatmaq məcburiyyətində hiss etməsin. Səma da Turalın həyat yoldaşı, 20 ilə yaxındır onu tanıyan biri olaraq yeqin bilir ki, Tural nəyi necə qəbul edə bilər və ona uyğun da danışıb 🙂
İlk dəfə gördüyüm insan. Yarıya kimi qulaq asdım. Dedim gözəl danışır. Yarıdan sonra korlandı söhbət.
niye!?
Ehsen Sema xanim 👏👏👏👍 hamisini duz deyirsiz ele AyaPrima kimi, çox isteyirik 👏👏
Türkiye size yaramış Sema hanım ❤ Sesinize tavırlarınıza sakinlik, huzur gelmiş ❤ Başarılar dilerim 🎉
Türkiyeye getmədən öncədə elə idi Səma xanım xarakter məsələsi yani.
Çox gözəl müsahibə idi , bir çox qadının ifadə edə bilməyəcəyi hissləri nə gözəl izah etdi❤ ama sondakı sual heç uyğun gəlmədi nəsə elə bil 🫣
Men de hiss etdim
Sema xanimi heyatda cox gormushdum yalniz bu videodan sonra danishigina medeniyyetine heyran qaldim, qurur duyuram bele Azerbaycan xanimlariyla.
Bir insan bu qədər haqlı ola bilər mi 🤌 möhtəşəm 💥
Evlilik öncəsi cinsi əlaqəyə normal baxmasın bəyənmədim.İstər kişi istər qadım nilahsız evlilik zinadır.
Elbetdeki yox. Baxir kime gore
@@Babək_Xuduyev_ƏhmədBununla raziyam məndə, ama fakt biz cəmiyyətdə bəylərin əksəriyyətinin evlilik oncəsi etdiklərinin qarşisini ala bilmərik. Ona gorə də xanimlar da bunu təcrubə etməlidir.
Bir iki nüansı çıxmaq şərti ilə qalan fikirler mohdesemdi😊
BU QADİNİ AXMAQ OLANLAR BAŞA DÜŞMEZ...😂😂😂😂😂
Hələ dəstək verənlərə bax...
Qeyrət ona görə ayaq altındadır....
Yeri gəlmişkən, Azərbaycan reallığı: burnunu kəsdirmiş 2 xanım üz-üzə oturub söhbət edir )))
Güclu qadinlari sevirem ❤
Yazanlarin ekseriyyeti xanimlardi. Məlumdu ki, danisan xanimdir və danisilanda xanimdir. Əminəmki cox az sayda kisi bu sohbeti sonacan izleyib , esasende sebrle , qinamadan . Millet olaraq qinayan , paxilq . Bezen bu bizi musbete aparir bezen ucuruma . Menim səxsi dusuncelerimdi bunlar . Sema xanimi izleyirem her zaman . Taa youtube_da vidyolar cekdiyi vaxtdan. Cox boyuk simpatiyam var bu xanima. Anlayisli bir yoldasinin olmasi her qadini ugurlu eder mence . Qadinlar iki halda ugur qazana biler . Aileliyken mumkundu yalniz yoldasi dediyim kimi olsun yada bosanmalidi ki, isteklerinin ardinca gede bilsin . Bu movzular cox genisdi . Sebebleri ve helleride muxtelifdi . Ugurlar
Əhsən👏
Sema Abiyeva bir mohtesemlik abidesidir, herterefli inkisaf etmis bir qadin missiyasini mukemmel yerine yetirir.
Yaxşı danışırdın maraqla qulaq asırdım.36-cı dəqiqədə qatıqladın😊
Cox medeni xanimsiz.Qatig size cox yarasdi
Möhtəşəm məlumatlar... Lakin belə bir məsələ var Tural bəy də öz üzərində işləyib, dəyişib, inkişaf edib, möhtəşəm xanımın yanında dayanmağı bacarıb... Acı reallıq var ki, kişilərin 80% i belə deyil...
Düzdür...
Belelerini gorende basa dusuremki metbexden basqa heyatimda hecne yoxdu😏
Ər arvad ikisida savadlidir isarinda uğurlar❤
Qizlar evlilikden evvel cinsel tecrube qazanmalidi fikrile gorurem ki, hami razilasib. Milletimiz bu derecede “muasirlesmeye” nece de hevesliymiss👏🏻
Hava limanına ancaq 1 təyyarə gəlirki?
😂
😂😂😂
Ay oldum gulmekden😂😂😂😂😂
Ulviranin nenesidi de.bawqa ne fikir gozldmek olardi ki?
😅😅
Səma xanım hər kəlməsi ilə möhtəşəmdir,illərdir tanıyırıq❤
cox gözəl dilimizdə danişir . afərin
Men özüm hekimem, Turkiyede uzmanliq tehsili almışam. Çoxlu sayda qadınlar tanıyıram 4-5 il uşağından,ailesinden uzaqda ayda 10-12 növbe tutaraq yaşayıblar. Sena xanım gözel danışır çox şeyi ancaq etdiyi veya düşündüyü bir çox meqamı çox dramatikleşdirir.
Müəyyən mənada razıyam bu fikrinizlə. Hətta verliş boyu səsləndirdiyi fikirlərdə səsi də titrəyir. Burda bir məqam da var ki, Səma xanım inqilab edir, heç də asan deyil, bu yolu təkbaşına qət etmək.
5 ay başqa ölkede yaşamağı inqilab hesab etmirem. Etrafımdakı qadınlardan yola çıxaraq deyeremki aile ve uşaqlarından 4-5 il uzaqda yaşayib tehsiline ve özüne yatırım eden yeterince sayda qadın var. Azerbaycan toplumu ve qadına qarşı şablonlaşmış yanaşmalara qarşı onlar inqilab etmiş sayılır.
@@elinm-ova5590 o senin dusunduyun kimi tekbasina deyil eslinde. onun arada ozunun de dediyi kimi rahat heyati olub bu da en boyuk destekdi
Səma xanımın bəzi fikirlərini qəbul etməsəm də maraqlı müsahibə oldu.Ulvira xanımı isə hər dəfə daha cox bəyənirəm💖.
Qadınlarımızı güclü görmək urəyimi açır
Salam xanım 3 qepıye etır qazanmaq ısdıyırsız?
Semanin nitqi huzur verir❤❤❤
Allah razi olsun sizden Sema xanim sizin bizim butun qadinlarin ic sesi idiz sanki.Dillendiniz o qeder dogru ,duzgun yerinde aydin daniwirsizki her weyi.Ancaq bir wey varda bizim milleti anlatmaq cox zor weydi.Ona gorede mehv olub gedir cemiyetin yarisi.Mence bele veriliwler mubahiseler cox olmalidi.Hetta mitiqler olmalidi.Ehalini neyi var maariflendirmeliyik bu movzuda.Yaziqdi genc qizlarimiz.
Sevindim ki belə bir proqressiv fikirli xanımlarımız var həm Səma xanım həm Ulvira xanım.
Cox isteklerini içində boğmağa çalışan, çooox qadına motivasiya.
Amma anlayışlı heyat yoldaşda olmalıdı bir qadının irəliyə getmesi üçün.
Afeein size.Ruhunuzun,dusuncelerınızın üzerinde çox işlemisiz.Dedıklerinizin hamısında tam haqlısız.Ozune deyer veren,ne ıstedıyını bılen xanımın secımıde gozel olur,exlaqıda.
Bir kəlimə ilə möhtəşəm söhbət alınıb.
Nə deyir düz deyir ancaq biz onun etdiyini edə bilmərik deyə neyləyək öz həyatımıza davam edək😂
En maraqli musahibe. 👏👏
Səmanın fikiri ilə razı olanların 99.99%qadınlardır ama mən razı deyiləm ən azından evində kişi olduğunu bildirəcək bir kişi lazımdır ona
Fəxr edirəm bu xanımla❤
boşanmiş qadinin Heç evli olmayan oğlanla evlənməyinə Normal baxiram
Məhəmməd Peyğəmbər
əleyhisəlam ilk evliliyi dul Xanimla olub
Biz kimiy ki boşanMiş qadina pis gözlə bAxaq
İnsanin ruhu əqidəsi təmiz olmalidi
Bizda bilirSiz problem nədədi ? Adamlar nə deyər məsələsi
Adamlar 3 günə səni unudacaq ama Sən özünlə həmişəliysən
😂😂😂Hava limanıda bir çox təyyarə qəbul edir. Mənim anam amma deyir ki, mən papağ deyiləm hər kişinin başına qonum. 😊
Sema xanım siz ve Tural bey Qemzenin 18 yaşa çatdığı zaman nigahdan kenar seksle meşqul olmağını.alqışlayacaqsız ?
Siz fikir verdiniz adam oğlu haqqinda 18 yaşdan sonra azad olsun dedi.Qizi haqqinda bir kelme danişmadi.danişdiqlarinin 60 faizine özu inanmir.Sadece adam yenilikcilik etmek isteyir.Bu movzular hessas movzulardi deye populyarliqa girişi bele edir.Bilir ki cox adam risk edib danisa bilmir.
Ne gozel,ne ozel qadinsiniz Sima.Ucalin,yukselin 🍀
Ən sevdiyim aparci xanimlardan biri Səma xanim. 😮😮😮😮ama şoka duşdum deyişiminizden vəəə aileli olmanizdan mən sizi subay biliridm . Hə yeri gəlmişkən ama super yaraşir bu stil
Eyni düşüncədəyəm amma eyni cəsarət yoxdu❤
Səma xanım möhtəşəmsiniz! Sizinlə çox Qürur duyuram ❤️ bizim kimi gənc xanımların, nəinki xanımların elə bəylərin də yoluna işıq tutursunuz. Minnətdaram ✨
Valideyn-övlad münasibəti ilə bağlı hissədə kövrəldim, öz gözləri də yaşarmışdı..
Bu xanimi sevmedim evvel basqa cur taniyirdim sonra ise taniyiriq belelerini
Bu eybecerin ozguveninden versin Allah butun qadinlara😂
Sema xanm gözəl deyirsiniz ,eyni fikirdeyem👏
Bəs mən subay qiz olaragdan bunu desem özüde bele cemiyyetde ne olar😂😂
Semanın Tural kimi həyat yoldası var ,arxasında durur,dəstək verir,ona görə Səma olub
Səma xanım özü də qeyd edir ki, bəzən həyat yoldaşı da onun fikirlərinə qarşı çıxır. O kiməsə görə Səma olmayıb. Özü özünü sübut edib.
@@elinm-ova5590nə qədər qarsi cixsa da ,cox seyde destekliyir. Ona görə Sema tək başına Sema olmuyub.bura Azerbaycandi,.
Xanım ya bəy olduğunuzu bilmirəm. Amma qadınları kiçiltməyin. Kimsə özü istəməyincə kimsə tərəfindən bir yerlərə yüksələ bilməz. Həm də siz hardan bilirsiniz bu səviyyəyə gələnə qədər onlar hansı sınaqlardan keçiblər?! İnsan itirməyi gözə almayınca qazana bilməz. Bir şeyə nail olmaq üçün ilk öncə öz iradəsi olmalıdır hər kəsin.
Молодец браво 👏 стоя опладирую,полностью согласна с вами, я после того как вышла замуж не работала хотя у меня финансовое образование посвятила себя жому воспитанию детей и обслуживанию со стороны мужа гостей родни его ниакой личной жизни не прожила до сих пор, не смогла насладиться жизнью молодостью,толтко готовить падовать и убирать очень скучно и монотонно, после стольких совместной жизни я поняла что не правильно выбрала супруга и не правильно построила жизнь свою,так что девушки дорогие не торопитесь замуж обучайтесь сианьте образованнными работайте наслаждайтесь жизнью, ведь она дается один раз,очень понравилось видео и ведущая и гостья спасибо за видео🌸👍🏻
Maraqlı və haqlı söhbət oldu
Möhtəşəm❤
Səma xanım, çox səmimi intervyu oldu. Sadə, savadlı, səmimi bir qadınsınız. Sizə uğurlar!!!!!!
Düz deyirsiniz arxanızdayıq🤯💗🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Elə bildim transdı.İlk dəfə görürəm özü danışan kimi yazım .Səhifənizə baxdım Səma xanım və burun əməliyyatı keçirməyən videonuz gəldi önümə və orda çox gözəlsiniz və güclü qadın kimi görünürsüz indi isə görünüşünüz boş boğaz və ciddi olmayan birinə bənzəyirsiz.Uşağları sevgisiz qoyub nə uğruna gedmisizki ?Sizin öyrəndiklərinizi bir evdar qadın daha böyük bilig və bacarığa sahibdir savadll danışığ tərzinə malikdir.Elə bil güngprməmiş uşağ danışır😂😂😂😂 əsəblərim korlandı.Siz hələ çox şeylər öyrənməlisiz .......
😅😅😅buboyda söhbətdən bunları çıxardız😂