Tənqid nədir? | Kimi və nəyi tənqid edirik? | Söhbətgah | Münasibət

Поделиться
HTML-код
  • Опубликовано: 28 сен 2024

Комментарии • 173

  • @natiqmmmdov3316
    @natiqmmmdov3316 Год назад +111

    Siz meni cox deyişdiz , daha duzgun heyat yaşayiram , vaxtimi duzgun idare etmeye başladim , idman etmeye başladim , kitab oxuyuram paralel 2 dene .artiq 10 kitaba yaxınlaşır . Nese deyiwdirdiyimiz ucun de size tewekkur edirem.

    • @cameroemrah7950
      @cameroemrah7950 Год назад +8

      W əvəzinə Ş da yazsan dəyişim tamamlanar😄

    • @natiqmmmdov3316
      @natiqmmmdov3316 Год назад +11

      @@cameroemrah7950 tanımadığınız adama "Sən" əvəzinə "Siz" lə müraciət etmək baWka bir mədəniyyətdir.

    • @ismimcahitteniyioynams4478
      @ismimcahitteniyioynams4478 Год назад +4

      @@natiqmmmdov3316 dogrudan deyismisene👍

    • @azrxudaverdiyev3706
      @azrxudaverdiyev3706 10 месяцев назад

      Böyük bir dəyişimm😂

  • @humbetalizade
    @humbetalizade Год назад +9

    Əvvəla sizə çox böyük təşəkkürlər. Həqiqətən Söhbətgah həyatıma daxil olandan sonra həyatımda bir çox şeyi dəyişmişəm. Bu barədə Əli bəyə, demişəm və ümumi olaraq yazacam hər ikinizə. Digər məsələ də ondan ibarətdir ki, açığı bu mövzuda sizinlə razılaşmadığım hissələr də oldu. Xahiş edirəm sözümü dostyana qəbul edin. Dediniz ki, tənqid etmək üçün Patron olmaq lazımdır. Mən elə düşünmürəm açığı çünki, patron olmaq üçün tək fərq xidmətə pul köçürtməkdir(bu heç də kiçik bir şey deyil). Amma sadiq youtube izləyiciləri də əgər sizin hər videonuza baxırsa, abunə olursa, comment yazırsa, sizcə də onların tənqid etmək üçün bir addım yeri olmur mu? Təbii ki, tənqid etmək üçün təhlil olmalıdır hətta patron və ya dost olsa belə. Amma mən söhbətgahı sevərək, istəyərək tənqid edirəmsə, düşünürəm ki, bunun üçün patron olmağım şərt deyil. Amma söz verirəm ki, patron olacam). Təşəkkürlər, əziz Söhbətgah heyəti

  • @musicchannel800
    @musicchannel800 Год назад +3

    Tənqid və təhqir bir-birindən tamamilə fərqli məsələlərdir. Sizinlə razılaşmadığım mövzular oldu. Mənə görə tənqid hər kəsə şamil edilə bilər və bunun üçün xüsusi kriteriyalar olmamalıdır. Sizin dediyinizdən elə çıxır ki, əgər mən mənim qarşıma qoyulan yeməyi yeyirəmsə və bunun duzunun və ya şəkərinin çox olmasına baxmayaraq mən bundan hazırlaya bilmirəmsə bu yeməyi tənqid edə bilmərəm. Əgər mənim rejissorluq qabiliyyətim yoxdursa mən bir filmi tənqid edə bilmərəm. Burda məsələ mənim ona pul verib verməməyim deyil. Əgər buna istinad etsək belə mən hər hansı məhsula vaxtımı sərf etmişəmsə deməli mən buna dəyərli zamanımı xərcləmişəm və bu da ayrı bir məsələ olur. Yaxşı söhbətləriniz, qonaqlarınız olur alqışlayıram amma bu mövzuda olan söhbətinizin əksər hisslərində sizinlə razlışmadım.

  • @isfndiyarliyev3645
    @isfndiyarliyev3645 Год назад +12

    Hər ikinizə təşəkkür edirəm. Nəinki hər buraxılışı, hər dəqiqəni dəfələrlə dinləmək istəyirəm. Heçkimə fikir verməyin. İt hürər karvan keçər. Sizdən faydalanan çox insan var. Allah hər ikinizdən razı olsun. ❤️❤️

  • @aidasafarova3112
    @aidasafarova3112 Год назад +11

    "Sənin xoşunla bağlı bir problemin var" qəşəng cümlə idi👍😊

  • @vusalhacyev6363
    @vusalhacyev6363 Год назад +11

    işləriniz yaxşıdır, faydalı söhbətləriniz çox olub və son aylar mütəmmadi izləyirəm. tənqidlə bağlı fikrinizlə müəyyən qədər razılaşa bilmirəm. puldan daha vacib olan vaxtdır. vaxtını ayıran(pul ödəməyən amma) tənqid edə bilər deyə düşünürəm. baxırıqsa deməli dəyər veririk, tənqid ediriksə istəyirik dəyər verdiyimiz daha yaxşı olsun. sizi izləməyə davam edəcəm.uğurlar)

  • @gulyamammadova1718
    @gulyamammadova1718 Год назад +4

    Hər gün sizi dinləyirəm və təqdir edirəm rastlaşdığım və müzakirə qurduğum insanlara burada parıldayan almaz olduğundan bəhs edirəm. 😊
    Əla mövzu seçmisiniz bu barədə cəmiyyətimizdə böyük bir boşluq var, insanlar tənqid və təhqirin arasında incə detalı ayıra bilmədikləri üçün müzakirələr xoşagəlməz konfliktlərə keçir...
    Bir məsəl var " keçinin qoturu, bulağın suyun bəyənməz " bu məsəl hər şeyi tənqid edənlərin kasad təfəkkürünü təzahür etdirir. 🙂

  • @turanaaliyeva699
    @turanaaliyeva699 Год назад +5

    "Insanlar senin etdiyini ede bilmeyende seni tehqir etmeye baslayir" (Shuraltinda senin kimi olmaq isteyi,ama ola bilmemesidir) Oxumusdum bir yerde,mence dogru fikir 😊 (P.S Men sizden cox maariflenirem, teshekkur edirem)

  • @duamuradlive8879
    @duamuradlive8879 Год назад +1

    EQO- Yunancadan hərfi mənada MƏN deməkdir. Çox xoşdur sizi izləmək və dinləmək. Kanalınıza uğurlar!

  • @samiraismayilzada1991
    @samiraismayilzada1991 11 месяцев назад +1

    Deyerli vaxtiniz ücün Cox sagolun . Heqiqeten deyerli insanlarsiz coxxxxx . Size kitab kimi baxiram . Size qulaq asdixdan sonra heyatimda Cox deyisiklikler edirem en esasi özüme sual verirem . Cox sagolun deyerli insanlar yaxsiki varsiz Sizin kimi insanlarla fexr edirem .

  • @vaqifahmadov7674
    @vaqifahmadov7674 Год назад +6

    Çox saq olun. Əminəm ki yenə maraqli söhbet olacaq.

  • @ceyhunmanafov7612
    @ceyhunmanafov7612 Год назад +2

    Fikirleriniz cox maraqli idi. Tesekkurler.
    Amma futbol tenqidine geldikde ise, xalqi
    daha cox millinin ve klublarin neticeleri
    maraqlandirir, neinki derinden tehlil ve
    tenqid.

  • @Nizi_1987
    @Nizi_1987 Год назад +2

    Hərdən elə gəlirki biz aramızda söhbəti tənqidlə səhv salırıq.təşəkkür edirik.

  • @ramilsamedov6567
    @ramilsamedov6567 Год назад +2

    '' Biz Azərbaycana xas dadları gərək itirməyək". Əli, etdiyim köhnə tənqidimi lokanikləşdirdi.

  • @aynurazohrab
    @aynurazohrab Год назад +2

    Çox bəyəndim bu münasibəti.Tənqid və təhqir arasındakı incə çizgini əlaaa göstərirsiz.

  • @Biri11
    @Biri11 Год назад +4

    Yenə də əla videodur.Haluk Tatarla da video gözləyirik.

  • @aygunrzayeva4991
    @aygunrzayeva4991 3 месяца назад

    podkast üçün təşəkkür edirəm, insanın şüurunu nə qədər aydınlatırsınız. Hər insan bilgilərini paylaşmaz, biz eqoist millətik çünki, amma siz axına qarşı üzürsünüz✊🏼

  • @nicobaku8664
    @nicobaku8664 Год назад +1

    Çingiz Abdullayev haqqında çox gözəl təhlil və tənqid oldu 👍

  • @agilshiralizade4433
    @agilshiralizade4433 Год назад +1

    MÖHTƏŞƏMSİZ❤ Şahruddin və Qurban Qurbanov haqqında dedikləriniz tam mənim ürəyimdən gələnlərdir👏🏼

  • @hsynmhdzd6646
    @hsynmhdzd6646 Год назад +10

    Tural və Əli bəy nə vaxtsa Faiq Ağayevi, Kamran Həsənlini, İlkin Həsəni görə biləcəyik sohbetgahda? Sizi çox sevirik 💚💚💙💙

    • @nigaraslanova2982
      @nigaraslanova2982 Год назад

      Lazim deyil onlar

    • @nigaraslanova2982
      @nigaraslanova2982 Год назад

      Taniyiriq da onlari

    • @erdebilli
      @erdebilli Год назад

      İlkin həsəni nə idi daha 😂😂😂

    • @hsynmhdzd6646
      @hsynmhdzd6646 Год назад

      @@erdebilli Niyə maraqlıdı Tural bəy sual verə bilər ki, niyə insanları Bozbash yerinə qoyursunuz?

    • @erdebilli
      @erdebilli Год назад

      @@hsynmhdzd6646 Çünki bozbaş insanlar özləri istəyir onu

  • @vafaaslan9945
    @vafaaslan9945 Год назад +1

    Ay sizin gözünüzə dönüm. Bu mənə lazım idi. Bütün günü hamını bildiyi və bilmədiyi mövzuda qeyri-konstruktiv tənqid edənlərə bu podcastı dinlətmək lazımdır, amma qanacaqlarmı?

  • @anarorucov9744
    @anarorucov9744 Год назад +4

    Mohtesemsiniz! Var olun!

  • @ayten870
    @ayten870 Год назад +1

    Gördüyüm ən keyfiyyətli sevimli formatda olan podkastdır. Darıxdırıcı olmayan, danlşanlar bir mekanda üz üzə , səmimi olmağı çoox təbiidir. Baxımlı edir bu format. 👍🏻👏🏼👏🏼👏🏼Səliqəli formada hazırlanıb

  • @elaymmmdzad3609
    @elaymmmdzad3609 Год назад +4

    Nə çox tanınmış şəxsə toxunmusuz) Maraqlı buraxılışdı

  • @eldanizrustam
    @eldanizrustam Год назад +1

    Adama ruhən o qədər komfort aşılayırsız ki,adam hərdən qorxur ki,bir gün Söhbətgah olmayanda nə izləyəcəyik? Ümid edirəm hələ danışılmamış çox mövzular var. Növbəti münasibətlərinizi gözləyirik səbirsizliklə,ugurlar qardaşlar.

  • @huseynaliyev2535
    @huseynaliyev2535 Год назад

    Tənqid barəsində çox ətraflı biliyə sahib oldum təşəkkürlər sizə.

  • @ulkarimanova1601
    @ulkarimanova1601 Год назад +8

    Sizin xidmətinizi pulla almayan dinləyicilərinizin sizi tənqid edə bilməz fikriylə heç razı deyiləm. Hətta belə düşünməyiniz məni çox məyus etdi. Əgər pulsuz resursdan gələn rəylərə dəyər vermirsinizsə, onda podcastlarınızı yalnız pullu platformalarda paylaşa bilərsiz. Hər şeyin qarşılığını pula çevirmək insanın niyyətinin saflığına xələl gətirir, məncə izləyiciləriniz sizi belə görmək istəməz.

  • @redpill1519
    @redpill1519 Год назад +3

    Çox maraqla dinlədim və faydalandım

  • @namiqismayilsoy2775
    @namiqismayilsoy2775 Год назад

    Hər gün propkalarda dinləyirəm və həz alıram təşəkkür edirəm əməyə və əziyyətə görə

  • @gulniseagayeva9518
    @gulniseagayeva9518 Год назад +2

    ❤❤həmişəki kimi,çox əla.Zəhmətinizə və ürəyinizə sağlıq❤❤

  • @elvin_pasha
    @elvin_pasha Год назад +4

    Çox maraqlıdır ) 💚💙

  • @Faiqalii
    @Faiqalii Год назад +1

    Az ca parlaqlıq var yada elə zənn edirəm konstruktiv tənqid amma fikirləriniz doğrudur Yaxşı müşahidəçilərsiniz və yolunuz açıq olsun

  • @aydinaliyev7476
    @aydinaliyev7476 Год назад +1

    Hər səhər işə gedəndə və hər iş çıxışında evə gələrkən avtomobilimdə qulaq asdığım tək podcast kanalı

  • @leylaabbasova896
    @leylaabbasova896 Год назад +1

    Bu münasibətdə aydınlanma yaşadım. Təşəkkür edirəm! 👏

  • @muxtarmuxtarov3353
    @muxtarmuxtarov3353 Год назад +2

    Salam öncəliklə deyim ki bu videonu izləyənə qədər sizin daimi izləyiciniz idim.Tənqid haqqındakı fikirlərinizi dinlədikdə mənə elə gəldi ki kimsə kimlərsə sizi tənqid edib və bunu qəbul edə bilməməyin verdiyi əsəbmi deyim qıcıqmı deyim sizi bu vodeonu çəkməyə vadar edib.( Bu mənim şəxsi fikrimdir düz olmaya bilər ) Deməli tənqid haqdakı fikriniz bunnan ibarətdir ki tənqid edən insan etdiyi məhsula xidmətə və s. maddi cəhətdən mütləq xeyr verməlidir,onun haqqında hansısa datalar təqdim etməlidir. Mən və başqa izləyicilər sizin videoları izlədikdə ən dəyərli şeyimizi (Hansıki puldan daha dəyərlidir) vaxtımızı ayırmış oluruq.Baxmayaraq ki pul xərcləmirik amma siz bu baxışdan pul qazanırsınız ( Həmçinin bəyənmə və şərhdən ). Amma sizin dediyinizdən belə çıxır ki sizi tənqid etmək istəsəm edə bilmərəm çünki sizə birbaşa pul verməmişəm (Nə qədər kobud çıxsada ). Bu fikir birmənalı olaraq səhfdir . Hər kəs və hər şey düzgün şəkildə olunduqda tənqid oluna bilər maddiyat önəmli deyil. Qaldıki data mövzusuna sizinlə hardasa razıyam amma sizin də podkastlarınızda heç bir data təqdim etmədən etdiyiniz tənqidlər var və kimnənsə nəyisə tələb etdikdə öncə özümüzdən başlamalıyıq. Mən yenədə bu videonun tələm tələsik hansısa əsəb və qıcıqla çəkildiyini düşünürəm hansıki bunu sizin simanıza və üz cizgilərinizdə görmək olurdu. Bu videonun afişasını görəndə tənqidə açıq olmaq lazım olduğunu, bunun əsəbləşəsi və yaxud qıcıq olası bir şey olmadığını deməyinizi gözləyirdim təəssüf ki tam əksini gördüm. Bu video haqqında mənim kimi daimi izləyicilərinizə açıqlama verməyinizi gözlüyürəm. Gələcək layihələrinizdə uğurlar arzulayıram. Hörmətlə 🤝

  • @ibadovnazim
    @ibadovnazim Год назад +1

    Eşşəyə gücü çatmır,çuvalı döyəcləyirik.Əla təsbitdi

  • @Vulkanlı
    @Vulkanlı Год назад +1

    Mövzunun seçilməsinin səbəbi yəqinki o "tənqidçinin" məqaləsi olub. Bu yaxınlarda qarşıma çıxmışdı. Biraz oxuduqdan sonra adamın nə qədər səviyyəcə aşağı olduğunu gördüm heç axıra qədərdə oxumadım. Boş adamlara fikir verməyin supersiz belə davam edin.

    • @Vulkanlı
      @Vulkanlı Год назад

      @Naneks çox təssüf ki, bilmirəm google-da rastıma çıxmışdı . Əli bəylə bağlı axtarış edsəz bəlkə tapa bilərsiz google-da. Əgər silinməyibsə

  • @Slavik822
    @Slavik822 Год назад +1

    Super!!!!
    Artıq neçə vaxtdır istıyirım deyim:) Azərçayın mahnısı bu cür sakit diskusiyanın əvvəlində. ofis şəraitində dəli edir adamı :) Sən allah başqa mahnı qoyun ona:))) səs nauşnikdən kənara çıxır

  • @vusalhacyev6363
    @vusalhacyev6363 Год назад +1

    Yazıçılar birliyi yazıçılara dəstək olmalıdır amma funksiyalarını yerinə yetirmir. Buna görə də tənqid edilir. Düzdü inkişaf etmək istəyən müəllif ora müraciət etməli və arxayın olmalı deyil, indiki dövrdə onun inkişafına yazıçılar birliyi mane olmur.amma məsələ budur ki, birlik funksiyalarını yerinə yetirmir və nəticədə yazan şəxsin qayğıları artır.

  • @ВахидГаджиев-х8м
    @ВахидГаджиев-х8м Год назад +1

    Eladi. Tessekurler. ❤

  • @punhanmemmedova6779
    @punhanmemmedova6779 11 месяцев назад

    Salam. Rövşən Abdullaoğlu kitablarına münasibətinizi bilmək istərdim. "Relslər üzrəinə uzanmış" adam romanını tövsiyə edirəm şəxsən. Sizdən isə biraz ümumiyyətlə bu müəllifin əsərləri barədə təhlil və fikrinizi almaq çox faydalı ola bilər. Hər bir halda təşəkkür edirəm, fəaliyyətiniz daimi və bərəkətli olsun.

  • @leylaleyla1288
    @leylaleyla1288 Год назад

    Tehsili zeifledib, dini-cahilliyi tebliğ ederek kütleleri çox asan idarə etmək mümkündür. "Fakire şükretmeyi öğreteceksin ki, zenginin düzeni bozulmasın". Demokratiya tehsilin və digər sahələrin də inkişafının en əsas şərtidir.

  • @f.e.r.i.d.a9505
    @f.e.r.i.d.a9505 Год назад +1

    Hər nə olursa olsun düşünürəm ki jurnalistlə ünsiyyət də mədəniyyəti gözləmək lazımdır çünki o jurnalistdi hər cür sual verə bilər adekvat cavab vermək olar

  • @validcavid3805
    @validcavid3805 Год назад +1

    Cox doğma insanlarsınız mene

  • @rmziyyquliyeva8880
    @rmziyyquliyeva8880 Год назад +1

    Fikirləriniz həqiqətən çox dəyərlidir

  • @bossaze990
    @bossaze990 Год назад +1

    Salam. Zəhmət olmasa Müşfiq Ötgünü çağırın məncə çox baxımlı veriliş olar

  • @elektrotexnikamktbi9886
    @elektrotexnikamktbi9886 Год назад

    Salam, təlqin barədə də söhbət açsaz yaxşı olardı.

  • @meherremsuleymanzade
    @meherremsuleymanzade Год назад

    Salam.Xoş gördük yenə xoş verliş.🙂

  • @f.e.r.i.d.a9505
    @f.e.r.i.d.a9505 Год назад +1

    Divan analitikləri😁👍

  • @hhvbmammutbfhc997
    @hhvbmammutbfhc997 Год назад

    *1) İKİ ƏLLƏ ÇOX KÖMƏK ETMƏK.
    2) İKİ AYAQLA ÇOX GƏZMƏK.
    3) BİR AĞIZLA AZ YEMƏK.
    4) BİR DİLLƏ AZ DANIŞMAQ.
    5) BİR BURUNLA AZ QOXLAMAQ
    6) İKİ GÖZLƏ ÇOX MÜŞAHİDƏ ETMƏK.
    7) İKİ QULAĞLA ÇOX DİNLƏMƏK.
    8) İKİ BEYİNLƏ ÇOX DÜŞÜNMƏK.
    9) BİR ÜRƏKLƏ AZ QƏRAR VERMƏK.
    10)ÜRƏKDƏ HEÇ KƏSƏ QARŞI PİSLİK OLMAMALIDIR.
    KAMİL DÜŞÜNCƏYƏ VƏ ALLAHA APARAN YOL.*

  • @tabrizalizada3129
    @tabrizalizada3129 Год назад +1

    Türk dilində futbolla bağlı qrafik izahlarla və fərqli kontentlərlə dolu, möhtəşəm "Hastalık bu futbol" kanalını izləyə bilərsiniz.

  • @_shaxeens2343
    @_shaxeens2343 Год назад

    super

  • @gunayhesenova435
    @gunayhesenova435 Год назад +1

  • @Abd1837s
    @Abd1837s Год назад

    En boyük sirr bilirsiz neden ibaretdir?insanları yox onların hereketlerini tenqid etmek....ve bunu gzl şekilde etmek,leyaqete toxunmaq olmaz ve "sen kimsen?"sualindanda uzaqlashmaq eziz qardashlar ve dostlar ..."Biz insana leyaqet bexs etdik"Quran menaca...Allah Tala leyaqati insana bexsh edib..unutmayaq

  • @Edelveys198
    @Edelveys198 2 месяца назад

    Ela❤

  • @redpill1519
    @redpill1519 Год назад +1

    Mükəmməll

  • @zaurhabibov9835
    @zaurhabibov9835 Год назад

    Salam.tenqid olunursuzsa demeli varsiz.bu yolda ireli.Zaur

  • @bestloginame
    @bestloginame Год назад +1

    Текст по полочкам - Mətnin əlifbası (düzəni)

  • @guler6768
    @guler6768 Год назад

    9- cu dəqiqədə hansı fikriniz ilə razı deyiləm Tural bəy. Deyirsiz ki, məni ailəm , patronlar təndiq ede bilər. Axı biz izləyicilər izləməsək sizə baxış sayı gəlməz və video cəkməyə davam etmərsiz axı. Daha sonra ola bilərki sizə kiminsə maddi xeyri dəyməyib amma siz ekranda ictimaətin qarşısına çıxırsızsa deməli demirəm haqsız əgər varsa haqlı tənqidləri qəbul edə bilərsiz ( hər yaşda kiçikdə olsa səhflərimiz olur) Onda belə çıxırki sizdə bu podcastları sırf madiyyata görə ( düzdü işiniz budu) edirsiz cəmiyyətə faydanız olsun deyə etmirsiz. Minnət var sanki izləyicilərə qarşı

  • @aytacmemmedova9734
    @aytacmemmedova9734 Год назад +1

    💚💙

  • @kamranmaharram1529
    @kamranmaharram1529 Год назад

    Supersiz

  • @kamalmammadov3206
    @kamalmammadov3206 Год назад +1

    Tenqidi pul mövzusuna niye qatirsiz? siz mehsul satirsiniz (podcast) bir insan ona pul verib alirsa demek ki, sizin danishiqlariniz adama xosh gelib pulunu ödeyib mehsul faktiki satilib, ve istifadechi sizden yenilik gözleyir, onun fikri ola biler amma kritikasi 100% olmayacaq. Standard olaraq, kritik hemmishe 3 cü terefden gelir ki, hemen terefen satilan alinan mehsula hech bir adiyyati olmur ve kritik edir. (Auto Stop "adini düz yazmadimsa üzürlü sayin") özü bir 3 cü terefdi, mehsullari kritik eden bir programdi ve ya mehsuldur.
    Bu qeder hessas olub kritik yanashmalara conservativ yanashmayin. Pul puldur, inkishaf inkishafdir.
    Mehsulunuzu inkishaf ettdirmekde size ugurlar.

  • @cobu70
    @cobu70 Год назад +1

    Kamran Hesenlini devet etsez xosh olar

  • @azrap.shorts
    @azrap.shorts Год назад +1

    Telefonu söndürüb yenidən başlatdım səs düzəldi 😂

  • @turkanqenberova836
    @turkanqenberova836 Год назад +2

    Movlananin qesheng bir tviti var😂

  • @f.e.r.i.d.a9505
    @f.e.r.i.d.a9505 Год назад +1

    Kaşki məndə sizin əhatinizdə ola bilərdim..

  • @f.e.r.i.d.a9505
    @f.e.r.i.d.a9505 Год назад

    Sizi tənqid edənə ancaq gülərəm.

  • @bahar2109
    @bahar2109 Год назад +1

    Məncə o məqalənin sahibi elə Kəramətin ad günündə necə oynamağından yazsa daha yaxşıdı.

  • @niyamaddinallahverdiyev9241
    @niyamaddinallahverdiyev9241 Год назад +1

    Şahruddinə bəraət qazandırmayın))

  • @Faiqalii
    @Faiqalii Год назад

    İqtisadiyyat nedir new keys

  • @elsadeliyev6581
    @elsadeliyev6581 Год назад

    Studiyanız çox işıqlıdır işığı bir az azaltsaz yaxşi olardı

  • @aydan.qasimzade
    @aydan.qasimzade Год назад

    1:01:01😂😂👍

  • @aideaslanova6146
    @aideaslanova6146 Год назад

    Səs niyə yoxdur?

    • @amilsn9822
      @amilsn9822 Год назад +1

      @@Sohbatgah Test etdim. Chrome Brauzerdə səs gəlir. Ancaq android RUclips tətbiqində səs gəlmir.

  • @turalmubariz2950
    @turalmubariz2950 Год назад

    Razi deyiləm sizlə Tural bey.Kəramət Böyükçöldü kimi stedadli yaziçi,yaziçilar birliyini tanimadiği üçün kitablari kitabxanalatda satilmir.

  • @elaymmmdzad3609
    @elaymmmdzad3609 Год назад +1

    1:03:20

  • @nezrinhashimova2454
    @nezrinhashimova2454 Год назад

    Raketa dayçalarnan oynayıb 😁😁😁

  • @ramilxelilov905
    @ramilxelilov905 Год назад

    Səs yoxdur

  • @Yuspace
    @Yuspace Год назад +28

    1 saat 50 dəqiqə dayanmadan qulaq asdım. Həzz aldım. İmran Əsədova göndərmənizə görə ayrıca respect Tural və Əli!

    • @anna-qb2uc
      @anna-qb2uc Год назад

      @söhbətgah Yuspace ile olan verilish ne zaman gelecek 🤔

  • @kianschool-59-QQ-703
    @kianschool-59-QQ-703 Год назад +17

    İnnab sayıtına görə təşəkkür Əli bəy 💙❤️💚

  • @DjTural
    @DjTural Год назад +7

    Səs var))) Səhifəni yeniləyin))

    • @amilsn9822
      @amilsn9822 Год назад +1

      Səs var. Telefonu söndürüb yandıranda düzəldi))) (Azərbaycansayağı).
      Alternativ Chrome Brauzerində səs var.

  • @salehvalehoglu
    @salehvalehoglu Год назад +4

    O gün qarşıma bir video çıxdı. Türk oğlan danışırdı. Danışıq təqribi belə yadımda qalıb. Deyir mən istəmirəm artıq yaxşı yaşayım, yaxşı işim olsun, bahalı maşın sürüm və yaxud yaxşı təmirli evdə yaşayım. Çünki bu da heç nəyi düzəltməyəcək. Porshe ilə qırmızı işıqda ya da tıxacda dayansam yenə də arxadan siqnallayacaqlar. Bahalı evim olsa yenə də məhəlləmdə qışqıraraq danışan, mədəniyyətsiz insanlar olacaq. Yenə qadınlara baxıb ağzının suyu axan kişilərlə eyni dünyada yaşayacam. Yaxşı işim olsa qazandığım pulu hesablayacaqlar, iftira atacaqlar. Allah bilir nə işlə məşğuldu, nə yolla qazanır deyəcəklər. Çünki bu toplum xəstədir. Özündən irəli getmiş hər kəsi aşağı çəkməyə çalışırlar. Məsələ bizdə də eynidi. Nəyimiz yoxdusa ona fokuslanmışıq toplum olaraq. Budur təhqir edənlərimizin sayının çoxluğu. Əksikliklərimizi özümüzə göstərən hər şey qıcıq yaradır. Əlbəttə ki özünü idarə etməyi düşünməyən, özünün, hərəkətlərinin, davranışlarının fərqində olmayan şəxslərdə. Tənqidin kökündə nəfs dayanır. Nəfs bir şeyə əmək, enerji, zaman xərcləmədən, ehtiyacına görə deyil, aclığına görə onu istəmə hissidir ki, bu da özünü idarə ilə, özfərqindəliklə düzələ bilər. Məsələn nəfs deyir ki, Tural yaxşıdır, Əli, İmran yaxşıdır. Bəli, tənqid edən kəs bunun fərqində olmasa da şüuraltısı bunu bilir. Çünki nəfs şüuraltında toplananların nəticəsində yaranır. Şüuraltı səni səndən yaxşı tanıyır. Və əksikliyini göstərir və səni dümsükləyir: onun etdiklərini mən də etmək istəyirəm. Onun nailiyyətlərinə mən də nail olmaq istəyirəm. Ancaq beyin bunun üçün hərəkətə keçməli olduğunu bilir. Beyinin əsas funksiyası insanı qorumaq, həyatını davam etdirmək olduğuna görə və həmin nailiyyətləri qazanmaq üçün çətinliklər yaşamalı olduğunu bildiyinə görə, inkişaf etdirilməyibsə, möhkəmləndirilməyibsə, yalanı və həqiqəti müəyyənləşdirə bilmirsə qorxudan avtomatik olaraq özünümüdafiəyə keçir. Bu da təhqir formasında ifadə olunur. Adam əslində qarşısındakını pisləməklə, ona "palçıq atmaqla" beynini aldatmağa çalışır. Demək istəyir ki "Bax, bu yaxşı deyil, hərəkətə keçmə haa, çətinliklər var və bu təhlükəlidir. Bilinməzdir, naməlumdur, risklidir. Beyinin qorxduğu növdəndir." Yəni təhqir etmək əslində "qorxuram" deməkdir. O kəslər təhqir etmir ki, onlar cəsarətli insanlardır, yaxud qorxularının fərqindədirlər və daim onların üzərinə gedirlər, qorxduqları nöqtədə bir şeylərin naməlum olduğunu dərk edirlər və həmin naməlumları açığa çıxarmaq üçün yenə də şüurlarından istifadə edirlər. Təhqiri azaltmaq üçün əlimizdə olanlara yönəlməliyik. Nəfsimizi idarə etməliyik. Anlamalıyıq. Anlamalıyıq ki, nəfsimizi, özümüzü idarə edə bilmiriksə bu həyatda olan hər şeyə sahib olsaq belə məmnun olmayacağıq. Nəfsimizi idarə etməyi öyrənməsək filan şey belə olsun, feşman şey belə olsun dediyimiz şeylər düzəlsə belə yenə razı düşməyəcəyik. Tural saqqalını qırxsa onu əvvəl buna görə təhqir edənlər "aa nə yaxşı qırxdı" deyəcəklərmi? Yoxsa indi də başqa təhqirə keçəcəklər? Tənqid edən kimsələrsə bir şeyləri analiz edir və həqiqətən düzəlməsini istəyir, düzəlməsi üçün yollar düşünür, təkliflər irəli sürür, nəticədə düzələrsə buna sevinirlər. Çünki onun istədiyi şey gördüyü hansısa problemin həll olunmaması yox, qarşısındakını alçaltmaq, kimisə əzmək yox, gördüyü problemin həll olunması idi. Problem də həllini tapdı. vəssalam. Budur tənqidi düşüncə... Problemin həlli üçün işində problem olan şəxslə əməkdaşlıq da demək olar. Əla buraxılış idi. Sevgilər 🧡

  • @nigarquliyeva8897
    @nigarquliyeva8897 Год назад +9

    Futbol haqqında olan rəyləri oxuyanda hər dəfə ürəyim partlayırdı. Bu məsələyə aydınlıq gətirdiyiniz üçün çox sağ olun. Çox rahatladım.🤣

  • @rahmannuriyev
    @rahmannuriyev Год назад +8

    Tənqid dediniz, nədənsə İmran Əsədov ağlıma gəldi. Görmək istəyərik.💙💚

  • @elmirvelizade7684
    @elmirvelizade7684 Год назад +8

    Size insan baxanda her terefli zovg alir. Saatlarla bezmeden dinleyeceyim iki insan👍 Tural bey qonaq olaraq Sema xanimida gormek isteyerik 😊

  • @mulatkaaliyeva1503
    @mulatkaaliyeva1503 Год назад +6

    Təşəkkür.. Maraqlı söhbətə görə.. Ən sevdiyim siz mövzuları bir birinə insanı yormadan keçid edirsiz....

  • @huseynhuseynov1986
    @huseynhuseynov1986 Год назад +5

    Salam, çox maraqlı mövzu idi. Qısa bir nüans bildirim. İntro musiqinizi daha maraqlı bir musiqi ilə əvəzləyə bilərsiniz. İzləyici rəyi. Təşəkkür edirəm

  • @pervizseferov1728
    @pervizseferov1728 Год назад +8

    Heç vaxt təəssüflənməyəcəyim 1saat 51 dəqiqə❤️

  • @orxannagiyev7622
    @orxannagiyev7622 Год назад +4

    descriptionda daimi olaraq kitablarin adlarini yerlesdirin zehmet olmada. tesekkurler.

  • @nilufrhuseynova6459
    @nilufrhuseynova6459 Год назад +4

    Öncə ki buraxılışlar kimi möhtəşəm! Konstruktiv tənqid uğur gedən yolda bir təkandır. Tənqid etmək mədəniyyətini formalışdirmalıyıq. Sizin vurğuladiğınız kimi əlimizdəki datalarla, analizlərlə və faktalarla. Bunun üçünsə oxumalıyıq! O zaman inkişaf olar. Hər ikinizə uğurlar və əməyinizə sağlıq. Davamlı olsun!

  • @wazza9770
    @wazza9770 Год назад +3

    Məncə onları ciddiyə almaq lazım deyil. (Sizə qarşı mənfi məzmun yazanları) Yəni bizim onlar haqqında heç məlumatımız yoxdursa, heç danışmağın mənası yoxdur. Bu tip insanlar hər yerdə var və olacaqlar. İmran da gəlsə 3'lü olaraq möhtəşəm yayın görə bilərik. Sevgilər . 💙💚

  • @elaymmmdzad3609
    @elaymmmdzad3609 Год назад +2

    Açığı pul ödəməmisənsə tənqid etməməlisən söhbətini anlamadım. Məncə doğru yanaşma deyil.

  • @rashadkarimov622
    @rashadkarimov622 Год назад +3

    Birinci Rusiya Premyer liqasında ilk bombardir bir rus olmuşdur, Veli bey ikinci yerde(16 gol) oldu😊

  • @fatimemusayeva9755
    @fatimemusayeva9755 Год назад +2

    Hardan qarşıma çıxmışdınız xatırlamıram amma yaxşı ki çıxmısız. Ehtiyacım olan vaxtda çıxmısınız. Kanalınız, mövzularınız, söhbətləriniz hem aktualdır, həm maraqlıdır, həm də çox faydalıdır. Işiniz davamlı və uğurlu olsun.💫 Ve qeyd edim ki mövzularınızdan universitetde diskussiya mövzusu kimi istifadə edirik. Bir daha təşəkkürlər və uğurlar

  • @agvqara1151
    @agvqara1151 Год назад +3

    Qonaq qismində Bahadır Dinçaslanın olduğu millətçilik haqqında yeni bir video gözləyirik 🥰

  • @babayevavusale8041
    @babayevavusale8041 Год назад +1

    çox doğru dediz bir insana onu görməmək onun üçün ciddi bir cəzadır.

  • @gunnaaii
    @gunnaaii Год назад +3

    Günümüzdə ən aktual mövzu. Çoxları tənqidin nə olduğunu belə bilmir. Tənqidi təhqirlə qarışdırırlar. Mövzu üçün və söhbət üçün təşəkkürlər. Hər zaman olduğu kimi Möhtəşəmsiz💙💚

  • @sohrtseyidli
    @sohrtseyidli Год назад +2

    Hər kəs ümumbəşər davranışlara görə tənqid oluna bilər. Lakin doğru tənqid dəlillərə və ispata dayanmalıdır

  • @nigararzuqizi
    @nigararzuqizi Год назад +1

    Aydaaa, 1:49:15'de zarafati niye kesdiz? Biz de gulerdik. 🥴

  • @ZulfuqarKarabin
    @ZulfuqarKarabin Год назад +3

    Təşəkkür edirəm və sizin proyekti bəyənirəm Uğurlar 💙💚

  • @ayishememmedli6569
    @ayishememmedli6569 Год назад +2

    Bu cür beynler gundem olub,ınsanlara örnek olmalı 🙏🏼