Qaraqan və Bîdar - Bənövşə

Поделиться
HTML-код
  • Опубликовано: 31 янв 2025

Комментарии •

  • @dfgh_xhagva
    @dfgh_xhagva 11 месяцев назад +51

    Çox dinləyici itirdik, şəhid oldu, vəfat etdi, Allah hər birinə rəhmət eləsin❤ biz burdayıq #birincidərəcə səngərdə öz yerimizi almışıq❤

  • @Desconocido7219
    @Desconocido7219 11 месяцев назад +52

    Klip çox əla idi . Xüsusilə Elçibəyin rəqsi ayri bir hava qatıb.🕊️

  • @onezero1825
    @onezero1825 Год назад +932

    Sənin yolunu gözləməkdən artıq qocaldıq ustad. Çoxumuz artıq burda deyilik. Bəzilərimiz xaricdə, şəkillərdə, bir kitabın arasında ya da soyuq divarda qaldı. Çoxumuz şəhid oldu ya da bəzi hisslərimizi itirdik amma yenə səni gözlədik.

    • @miramammadli2631
      @miramammadli2631 Год назад +34

      bəzi hisslərimizi itirdik 😔

    • @Rahimlyss
      @Rahimlyss Год назад +27

      Cümlələr içimi parçaladı..

    • @mahiralizade3
      @mahiralizade3 Год назад +3

      😞

    • @azadinsan7128
      @azadinsan7128 Год назад +10

      Elxan bu diqqətə və hörmətə layiq biridir! Əhsən qaqa.

    • @drmuradrasul
      @drmuradrasul Год назад +9

      Çoxumuz şəhid oldu hissədə gözlərim doldu qardaş ((((

  • @eljafa8963
    @eljafa8963 Год назад +89

    Doymuram Qaraqanın "Bənövşə" klipindən. Həm sözlərindən, həm melodiyasından, həm də vizual seçmələrindən. Xalqımızın önəmli simvollarını, önəmli mədəni irsini və əsas psixoloji kodlarını bir araya gətiribdir Qaraqan. Klipdə göstərilən bütün tanınmış sənətkarlarımızdan tək bir şəxsə hələ ki dövlətimiz, xalqımız tərəfindən yetərincə dəyər ve diqqət yetirilməyibdir Azərbaycanda. Əfsuslar olsun, böyük filosofumuz Asif Atanı yeniyetmələr, gənclər tanımır. Nə televiziyadan onun haqda deyilir, nə də radiodan. Sanki belə prinsipial, mərd, güclü və dərin idraklı ziyalımız heç olmayıb bu dünyada. Amma olub axı!! Qərb dünyası onu tanımırsa, ondan ağızdolysu danışmırsa, demək deyil ki, o filosof deyil və ya kiçik, əhəmiyyətsiz insandır.... Sadəcə onu tanıdan yoxdur dünyada, onun əsərləri dünya dillərinə çevrilməyib, təbliğ edilmir. Bunun da səbəbi var: Asif Ata Mütləqə İnama çağırırdı dünyanı. Doqmasız, xurafatsız, hədə-qorxutmalarsız, ölümdən sonrakı aqibət ilə şirnikdirmələrsiz. Ləyaqətli bəşər naminə ləyaqətli yaşama haraylayırdı insanları. Deyirdi: "İnsanlaşın, insanlaşdırın!"

  • @elnurisgandarov1485
    @elnurisgandarov1485 Год назад +39

    Qraqan - seni 2007 ci ilden qulaq asiram. 2 olke deyismisem , 30 yasim var artiq amma yenede kecmise baxanda sen gelirsen yadima

  • @roshkaismayilzada
    @roshkaismayilzada Год назад +2082

    Budur Qaraqan. Fərq, keyfiyyət, və yaraşan tərzdə geri dönüş. Mükəmməlsən ustad🫠

    • @m.azimovski
      @m.azimovski Год назад +20

      😂😂😂😂

    • @roshkaismayilzada
      @roshkaismayilzada Год назад +20

      @@m.azimovski nəyə gülsən qaqa? Öyrənə bilərəm?

    • @alicebiyev1230
      @alicebiyev1230 Год назад

      ​@@roshkaismayilzadaoda bir cahildi qaqa vecinə alma

    • @KenanHesenli
      @KenanHesenli Год назад

      ​@@roshkaismayilzadaFikir vermə, olan şeydir. :)

    • @m.azimovski
      @m.azimovski Год назад

      @@roshkaismayilzada Fəqr Keyfiyyət hamısını illər əvvəl Xpert eliyəndə heç biriniz demirdiz ki əla super indi bilinmir heç nə deyir onu elə böyüdürsüz ki o çatmır sadəcə düzdü bu sənin zövqün sevimli ifan heç nə deyə bilmərəm dinlə ama o Qaraqan bu "Qaraqan" deyil .

  • @knanhuseyn5111
    @knanhuseyn5111 Год назад +672

    7 il sonra qayıdıb trendə girirsənsə böyütdüyün gənclərin səni necə gözlədiyini görürsən yəqin ki🙂

  • @massaka3621
    @massaka3621 Месяц назад +5

    Can Elxan qurban olaram sənə dahi insan. Senin adin kitablara yazilmalidir. Mekteblerde senin felsefen barede dersler keçilmelidir. Sen çox dahi insansan

  • @samxalneo3197
    @samxalneo3197 Год назад +344

    Biz demişdik axı, "Qara kapişon altda HOST, çox qalacaq yadda HOST". 7 ildir dəyişmədik, səni gözlədik. Gəldin! Xoş gəldin. Keçmişimizdən bir parçada olsa qaytardığın üçün təşəkkür edirik QARAQAN!

    • @selinrehmanli
      @selinrehmanli Год назад +4

      Sozunu uzune deyenin dibedek gedenin bil qaninda host)

    • @samxalneo3197
      @samxalneo3197 Год назад +4

      @@selinrehmanli Sağda HOST solda HOST)

    • @sirliii-gw3lw
      @sirliii-gw3lw Год назад +2

      Zibilçələri yandır host

    • @bedelbedelov434
      @bedelbedelov434 Год назад +1

      ELƏDİ👍👍👍👍👍👍

    • @hafiznurmammadov6064
      @hafiznurmammadov6064 Год назад +1

      ​@@sirliii-gw3lwnə işiniz var o yazıq qoca arvadlarnan(

  • @rəhimlinailə
    @rəhimlinailə Год назад +559

    Müəlliməyəm, ölkəmin cəmiyyətinə necə şəxsiyyətlər yetişdirmək lazımdır ki şüur inqilabı olsun bilirəm amma bu cəmiyyətin Rəsulzadə və Elçibəyə sahib çıxan sənətçiyə, sənətçilərə də ehtiyac olduğunu 100 faiz bilirəm. Bu artıq ehtiyac məsələsi idi, Var olun Əsl Sənət İnsanı ❤

    • @nemesisss0
      @nemesisss0 Год назад +6

      Doğrudur.

    • @miryusifkazimov379
      @miryusifkazimov379 Год назад +1

      Olke bu inqilaba cox derinden ehtiyyacdir

    • @rafo_sultanoff
      @rafo_sultanoff Год назад +4

      Cox rey yazib trendde birinci edsk

    • @Sallvatorre
      @Sallvatorre Год назад

      Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz, vətəndaşlar

    • @rafo_sultanoff
      @rafo_sultanoff Год назад +1

      🚬🤘

  • @ilkinmemmedzade6101
    @ilkinmemmedzade6101 Год назад +437

    Qaraqana yaraşar tərzdə geri dönüş. Var ol müəllim!🖤

    • @TOF1Q
      @TOF1Q Год назад +10

      O deyil eləbil

    • @eminhesenovmusic
      @eminhesenovmusic Год назад +3

      @@TOF1Q məncə də

    • @YakuZZaDubbBandBaku
      @YakuZZaDubbBandBaku Год назад +3

      @@TOF1Q Bəli

    • @cbraylorucov3853
      @cbraylorucov3853 Год назад +2

      ​@@TOF1Qəşşi həmin qaraqandı da nəyini şişirdirlər başa düşmürəm. Tələsmiyin 1 2 aya başdıyar yenə barları yandıraq, məçidləri çoxaldaq nə bilim şəriət gətirək. Elə bil hamı bunun kimi yaşamalıdı.

    • @rovshanjafarli6012
      @rovshanjafarli6012 Год назад

      ​@@cbraylorucov3853Qaraqan heç vaxt şəriəti gətirək zad deməyib heç dindar adamda deyil bu hardan çıxdı

  • @N777_55
    @N777_55 Год назад +55

    11-ci sinifde oxuyanda Qaraqan, HoST dinleyerdik. İndi 29 yaşım var, yeniden sizi dinlemek xoş oldu. Kövreldim.

    • @moonlover.13
      @moonlover.13 Год назад

      Azərbaycan qız uşağlarını abort etmək üzrə birinci yerdədi,
      Qaraqan-Qızım mahnısı ilə buna qarşı inqilab yaradmağa çalışır.Mahnıya qulaq asıb bəyənərək,yayılıb daha bir körpənin qurtulmağına dəstək vermək istəyərsiniz? İndidən təşəkkürlər🖤

  • @zhraalsoy6810
    @zhraalsoy6810 Год назад +397

    27 yaşımda olmağıma baxmayaraq 12-13 yaşlarımda dinlədiyim tracklərin verdiyi hislərlə eyni hissi yaşadım 🖤

  • @Taghizadeh2004
    @Taghizadeh2004 Год назад +260

    Zamanın necə dəyərli olduğunu və necə tez ötüb keçdiyini o qədər gözəl göstərir ki..

    • @Nicat_IV
      @Nicat_IV Год назад +8

      amma bura baxanda boşa keçmədiyini görürsən - belə gözəl insanlar çoxu Fəxri Xiyabandadır.

    • @Taghizadeh2004
      @Taghizadeh2004 Год назад

      @@Nicat_IV eynən, o gözəl insanlar vaxtlarını dəyərli bilib zamanlarında çox işlər görüblər.. ruhları şad olsun..

    • @rafo_sultanoff
      @rafo_sultanoff Год назад

      Her tracki bir sah eseridi sanki

    • @setir6
      @setir6 3 месяца назад

      ⏳🌑🌒🌓🌔🌕🌖🌗🌘

  • @b7sbes7
    @b7sbes7 Год назад +130

    Azərbaycan’da o qədər sənətçi var ama Qaraqanı onlardan fərqləndirən yeganə şey dahi olmasıdı və həmçinin elədiylərinin heç biri boş mənasız bir şey deyil. Mahnıları və mahnıda keçən hər cümlə o qədər böyük məna daşıyır ki. Belə sənətçiləri daha çox dəstəkləməliyik

  • @Ruslan_100-RR
    @Ruslan_100-RR Год назад +372

    Elxan səni Dinləyən Çox Oğlanlar Şəhid Oldu Ruhu Qarşısında Baş əyirik!!!!!
    H.O.S.T🤝❤️

    • @Tural396
      @Tural396 Год назад +14

      Qaraqanın rəsmi saytının linki var klipin altında.
      Saytda "Birinci dərəcə" bölməsindən qeydiyyatdan keç;
      Keçməmisənsə
      Ətraflı məlumat saytda var

    • @moonlover.13
      @moonlover.13 Год назад

      Azərbaycan qız uşağlarını abort etmək üzrə birinci yerdədi,
      Qaraqan-Qızım mahnısı ilə buna qarşı inqilab yaradmağa çalışır.Mahnıya qulaq asıb bəyənərək,yayılıb daha bir körpənin qurtulmağına dəstək vermək istəyərsiniz?İndidən təşəkkürlər🖤

    • @Gencmuselman
      @Gencmuselman Год назад

      sehid deyil hecbiride

    • @Ruslan_100-RR
      @Ruslan_100-RR Год назад +2

      @@Gencmuselman Qarabağda Döyüşənlər Şəhid Deyil ????

    • @Gencmuselman
      @Gencmuselman Год назад

      xeyir tağutun esgeri nedir bilmirsenmi nisa 76 oxu @@Ruslan_100-RR

  • @madanimationn
    @madanimationn Год назад +431

    Həmişə zamanına görə ən keyfiyyətli işi görməyi necə bacarır bu insan ? Sadəcə mükəmməl.Həmişəki kimi hazırlıqlı gəlib adam.

    • @eternal_turco
      @eternal_turco Год назад +5

      Qaqa 3 aydı yeni videonu gözleyirem😢

    • @rafo_sultanoff
      @rafo_sultanoff Год назад +3

      Rey yazdim gelib bide dinleyesiz))

  • @KimBu13
    @KimBu13 Год назад +1561

    Neçə addım, neçə şəhər
    Neçə min kilometr uzaqlaşdım evimdən
    Yoruldum qırağında yolun oturdum
    Neçə sevinc, neçə kədər
    Neçə sirr dolu günlər yazıldı izimdən
    Hamısı duzumdu, suyumdu, unumdu - yoğruldum [1]
    Məni mən elədi, ömür boyu gedirəm özümə doğru
    Edirəm nəyi bilirəm doğru
    Mən 100% bilirəm nədi doğru
    Mən 100% bilirəm nədi doğru
    Mən 100% bilirəm!
    Bax üç dəfə dedim bilirəm nədi doğru.
    Jeez [2] deməli mən 100% bilirəm
    ***
    Bənövşə [3] bəndə düşə, bizdən sizə kim düşə?
    Adı gözəl, özü gözəl, sazı gözəl, sözü gözəl
    ***
    Dünya gül açıb əlimdə şaxələndi, bax yetişdi bənövşə
    Bizdən sizə kim düşə? Məndən sizə nə gərək?
    İki düz, bir kələk:
    Sizə tapmaca deyim mənə sükutun öyrətdiyi
    Deyin görüm o zirvə nə zirvə ki, ən uca nöqtəsi qalxılır enərək
    Bunlar Pünhani [4] dilim sirrimin zindani
    Sizi cismani tərk etdim həzərat,
    Ki süzülsün gövhəri-nihani [5]
    Köksünə vursun atəş ölmüş şairin ehsani
    Yeddi ildir torpaq idi ismim [6] üfürdü Yaradan doğuldu Ruhani…

  • @77nahidd
    @77nahidd Год назад +261

    Azərbaycan gənclərinin sənə ehtiyacı var idi. Respect Qaraqann🫠

  • @nicathacizade1951
    @nicathacizade1951 Год назад +33

    Hal-hazırda əsgərlikdəyəm buraxılışa gəlmişdim.Qaraqan sənin qayıtmağın çox xoş oldu.Sevdiyimiz və seçdiyimiz insansan 🙏🏻🙏🏻

  • @gamemusicandcomedy
    @gamemusicandcomedy Год назад +268

    "Əgər müəllimlər öz borclarını yerinə yetirməsı bu dözlət ancaq cahillərlə dolar" gözəl və mənalı sözlər RESPECT

  • @rashadra1468
    @rashadra1468 Год назад +578

    Bu qədər milli, bu qədər tarixi və həm də bu qədər doğma bir musiqi olmayıb olmayacaq. Oldu- Bənövşə

    • @orxanmuradov8261
      @orxanmuradov8261 Год назад +3

      yaxsi get

    • @ALQST
      @ALQST Год назад +28

      @@orxanmuradov8261 orxan sən get nefes darixmisam dinlə

    • @orxanmuradov8261
      @orxanmuradov8261 Год назад

      @@ALQST senle bir yerde 8 nefer de yanib, bu mahninin neyi tarixi, neyi dogmadi aq

    • @Aaaa-fj4rl
      @Aaaa-fj4rl Год назад

      ​@@x13_____13dostum bu qaqas mahnin tam olaraq mentalitetnən,tarixnən uygun oldugunu gosdərib,yəni nə təkcə tariximiz,nə də təkcə millilik,hamisi var bu mahnıda ona gorə belə mahnilar cox azdı

  • @gsmzd64
    @gsmzd64 Год назад +2764

    Azərbaycan gəncliyinin bir hissəsi sənin tracklərinlə, sözlərindəki mesajlarınla, fikirlərinlə gül açdı əlində şaxələndi.. Yetişdik Qaraqan yetişdik..

    • @rafo_sultanoff
      @rafo_sultanoff Год назад +17

      Cox baxaq cox rey yazaq trend olsun

    • @azizli.012
      @azizli.012 Год назад +4

      ​@@huseyn_xileməndə sənə

    • @ulvi1844
      @ulvi1844 Год назад +2

      @@huseyn_xile bilmək olar niyə bu fikirdəsən?

    • @salmanoffs1361
      @salmanoffs1361 Год назад

      @@huseyn_xileget s****r topunla oyna malış blət

    • @incirrecelisendinaskim1
      @incirrecelisendinaskim1 Год назад +3

      ​@@huseyn_xilemen de sene

  • @Andromedae.galaxy
    @Andromedae.galaxy 11 месяцев назад +8

    Qaraqanın musiqilərində sanki özümü tapıram.Dünyanın iyrəncliyinə, pisliklərə etirazımı və nə vaxtsa mənimdə insanlığa yuxudan oyanması üçün səslənişimə sanki təşviq edir.

  • @lymansj
    @lymansj Год назад +136

    7 ildən sonra bir rahatlama gəldi. Səs öz yerində, klip isə öz intellektuallığı ilə öz damğasını vurdu 🖤

  • @Quseynof97
    @Quseynof97 Год назад +271

    Reylerde ki gözel insanları yığasan sahilde bir qesebeye, orda heçkimnen ziyan gelmez..
    Yaxşı ki varsınız ❤

  • @cefer0vh_
    @cefer0vh_ Год назад +120

    Bir də heç zaman getməmək ümidiylə davamı gəlsin QARAQAN...❤

    • @natiq6932
      @natiq6932 Год назад +1

      Nə vaxtsa hamı gedəcək

  • @ayt.moon23
    @ayt.moon23 Год назад +9

    Afərin sənə Elxan!Bayağı mövzular insanlar üçün daha maraqli ola bilər keyfiyyət isə bir kəsimə uyğundur. Sən də onlara xitab edirsən. Bu ölkənin elit gənci səni dinləyir anlayir..Söz yox ki hər zaman cəmiyyəti də iləri aparan qarşıda gedənlərdir.Ziyalı,düşünən,qorxaq olmayan təbəqəsi bunu edə bilir. Sizin qrupu ilk dəfə dinləyəndə 11ci sinifdə oxuyurdum. O vaxt mahnılarınızdakı o cəsarət hər kəsi cox təəccübləndirmişdi! Hardandi bu cəsarət bu gənclərdəki bu qədər açıq aydın qorxmadan bu fikirləri ifadə edə bilirlər! Sənin tracklarin İnsanlar,esmeralda,işıq,bayraq...nə qədər dinlədiyimi bilmirəm..Qələmin necə ruhunun olduğunu göstərirdi bizə..Yaxşiki varsan.. Səni tənqid edənlər sənin azad ruhun,insanlığın,cəsarətin qarşısında sadəcə susmalıdırlar.Bir çoxu qorxularından bu ölkədəki problemlərin yanindan belə keçmirlər. Səni sevirik. Özünü qoru , özünə yaxsi bax , bizə sadəcə sənin kimi düşünür bir gəncimizin olamağini bilməyimiz belə yetir..Var ol..Qaraqanı kim dinləyir desələr biri mən prezident teqaüdçüsü..Ətrafimda mənim kimi gənclər..Sadəcə özünü deyildə ,ölkənin də gələcəyini düşünən gənclər..

  • @LilSamad-d3r
    @LilSamad-d3r Год назад +484

    Çox intelektual və fəlsəfi bir əsərdi. İnsana yaşatdığı hissin adı yoxdur - deməli yeni hissdir! Rəssam kimi bizə görmədiyimizi göstərir! 🖤

    • @rafo_sultanoff
      @rafo_sultanoff Год назад +1

      Cox rey yazaq trend edek bunu

    • @KA-rt2vh
      @KA-rt2vh Год назад

      Eserdi yox, eserdir. Bele de yani cox da super deyil

    • @douglasmara
      @douglasmara Год назад

      ​@@KA-rt2vhbir dene yazdığınız kiçik bir bendi gösterin ve deyinki qaraqanın lüboy 1 mahnısının 1bendinden daha keyfiyyetlidi

    • @moonlover.13
      @moonlover.13 Год назад

      Azərbaycan qız uşağlarını abort etmək üzrə birinci yerdədi,
      Qaraqan-Qızım mahnısı ilə buna qarşı inqilab yaradmağa çalışır.Mahnıya qulaq asıb bəyənərək,yayılıb daha bir körpənin qurtulmağına dəstək vermək istəyərsiniz?İndidən təşəkkürlər🖤

  • @djavadovfarid
    @djavadovfarid Год назад +320

    Qaraqanın geri gəlməsi,yeni bir dövrün başlanğıcı deməkdir.Onu anlayan gənclərin onun ardıyıa getməsi möhtəşəmdir.💙

    • @tork5109
      @tork5109 Год назад

      ​@@motherlandmars5999dostum dediyinin heç əlaqəsi yoxduye din yolu deyil bu yeni düşüncə insnaları yaşxı yola çəkməkdi

    • @sirliii-gw3lw
      @sirliii-gw3lw Год назад

      ​@@motherlandmars5999 və qaraqan qədər Allahdan bəhs edən,sevən,hörmət edən və Allahın yaratdıqlarını araşdıran bir şəxs halhazırda tapammazsız

    • @nicobaba2363
      @nicobaba2363 Год назад +7

      @@motherlandmars5999Joker necə demişdi? “Sən anlamazsan.”

    • @mmmdova1981
      @mmmdova1981 Год назад +4

      Qaraqan🌙💙

    • @arazazadoglu
      @arazazadoglu Год назад +1

      Sizcə indi ki gənclik anlayacaq onu ? Bizə tutunacaq budaq, qapını açacaq dəstək lazım idi. İndi ki gəncliyin meyli də başqadır, bir çox şeyləri də.

  • @AzerbaijanRapGlobal
    @AzerbaijanRapGlobal Год назад +60

    Gözəl günlər.Qaraqan fərqi budur.Azərbaycan repini qlobala qaldıra biləcək şəxslərdən biridə Qaraqandır.Kəlbəcərdən kadrlar var.Çox gözədir.

  • @ibrahimli628
    @ibrahimli628 Год назад +68

    80 və 90-ların cavanları bilər. Qaraqanın şərhində old-school-lara salam olsun🇦🇿

    • @moonlover.13
      @moonlover.13 Год назад

      Azərbaycan qız uşağlarını abort etmək üzrə birinci yerdədi,
      Qaraqan-Qızım mahnısı ilə buna qarşı inqilab yaradmağa çalışır.Mahnıya qulaq asıb bəyənərək,yayılıb daha bir körpənin qurtulmağına dəstək vermək istəyərsiniz?İndidən təşəkkürlər🖤

  • @Leman-gb5rv
    @Leman-gb5rv Год назад +139

    Aydaa, nə gözlədir! Sanki Zamanın Ruhu bizə bizi göstərir və deyir, pis yaşı kim olursan ol özünlə barış, birləş.

  • @vusalsirin-ov8534
    @vusalsirin-ov8534 Год назад +203

    Azərbaycanın ən Şəxsiyyətli insanlarını gördük.Nostalji hissler,düşündürücü ifadeler...

    • @Leman-gb5rv
      @Leman-gb5rv Год назад +4

      'Ayırıram şəxsiyyəti sürüdən' - Qaraqan . Söz

  • @yeganrfiyeva4740
    @yeganrfiyeva4740 Год назад +61

    Qaraqanın kimə görə nə olduğu necə olduğunu bilmirəm amma mənim üçün EVdir Qaraqan tracklar mahnılar kitaplar ona aid olan hərşey özümü rahat hiss etdiyim tək yerdir evsiz birinə ev olduğun üçün təşəkkürlər Qaraqan☺️

  • @fidybeanbird
    @fidybeanbird Год назад +37

    Repə qulaq asmadığım üçün (mən o vaxtlar roka qulaq asırdım ən çox) Qaraqan və HOST dinləyicisi olmamışam. Amma indi bu treki xarici ölkədə dinlədim klipinə baxaraq və gözlərim doldu.

  • @br.030
    @br.030 Год назад +54

    Bunları dinleye bildiyimiz üçün sene çox minnetdarığ QARAQAN. ❤

  • @fidaninideyalari
    @fidaninideyalari Год назад +22

    90-larin özeti ...Televizorun ciziltisi üçün bele darıxdığımı hiss etdim .

  • @ravilrsulzad619
    @ravilrsulzad619 Год назад +269

    Qaraqanın konsertini səbirsizliklə gözləyirik 🖤

    • @RextonMusic
      @RextonMusic Год назад +10

      gözləmə bro qaraqan hələ təzə qayıtdı indidən konsert deyərək boğmuyun daha 2 3 ili var

    • @cbraylorucov3853
      @cbraylorucov3853 Год назад +1

      O da elə onu gözdüyür. Gördü orxan gündə konsert verir pul qazanır tüfürdüyün yaladı.

    • @Bextiyar
      @Bextiyar Год назад

      ​@@cbraylorucov3853tüfürdüyün yalamir sadece sen anlamirsan, Qaraqan niye qayidib. qoy ele anlmada

    • @tagiyevazerniyar
      @tagiyevazerniyar Год назад +2

      Özüdə Gəncədə gözləyirik konserti ❤❤ Qaraqan bizi daha da gözlətmə❤

    • @rafo_sultanoff
      @rafo_sultanoff Год назад +2

      Baki hemin gun terpenecek esas)

  • @ContentX11
    @ContentX11 Год назад +54

    Nə gözəl yaraşır xalqıma çalıb oynamaq, sevinmək, inkişaf etmək 🥹.
    #birincidərəcə
    #intibah
    #dərəcə

    • @Abdulyv
      @Abdulyv 11 месяцев назад

      Çalıb oynamağla inkişaf bir arada ola bilməz. Biri varsa biri yoxdu

  • @nermintalibxanli2935
    @nermintalibxanli2935 Год назад +86

    Biz də dəyişdik, Qaraqan da dəyişdi. Amma Qaraqana olan sevgimiz heç vaxt dəyişmədi..

  • @elariznerimanov493
    @elariznerimanov493 Год назад +74

    Tam sənə yaraşan qayıdış, tam sənə yaraşan sözlər, düşüncələr, vəs. Yenə mükəmməlsən Qaraqan. Xoş gəldin❤🫂

  • @Aiszeynalova
    @Aiszeynalova Год назад +83

    Hər bir hissəsi ayrı mənadır, ayrı bir həzzdir, ruhu oxşayır🩷 Amma trackin başlarındakı “Mən daşı yox, onun sirrini gətirmişəm” hissəsi çox gözəl mesajdır✨ İnsanlar bəzən səndən sadəcə track istədi, sən isə çatdırmaq istədiklərini, maarifləndirici yanaşmalarını track vasitəsilə ötürmək üçün bu yolu seçmişdin. İndi də “daşın sirrini gətirmək” cümləsində çatdırmaq istədiyin fikrin millətin əsas ehtiyacı olan maariflənməni və inkişafı bildirmək olduğundan şübhəm yoxdur🩷 Yaxşı ki gəldin🩷

  • @NihadQQ
    @NihadQQ Год назад +71

    Yetdimi Mahnısı ilə QQ-a qarşı olan bütün tənqidlər bitdi, çünki Elxan bütün ona qarşı olacaq tənqidlərin hamısını düşünmüşdü. Çünki adamın analiz və analitik qabiliyyəti çox mükəmməldir. Elxan çox yaxşı bilirdi ki, ona qarşı şər və böhtan olacaq. Elxan bilirdi ki, ona deyəcəklər ki, pul üçün qayıdıb, Elxan bilirdi ki, ona deyəcəklər ki, sən ərgənsən, köhnə beyində qalmısan, Elxan bilirdi ki, "Bəyaz Duman" çoxuna toxunacaq.
    Bilirsən
    Elxan, mən də çox müşahidə edirəm insanları. Universitetdə, yorumlarda, yollarda. Universitet bufetində meyxana qoşub var səsi ilə möhkəm gülürlər, sazları kefdir, çox bəyağıdılar. Mən səni 4 ildir ki, tanıyıram Elxan, amma sənin ta 2007-dən 2016-a qədər yazdığın bütün sözləri sənin ruhundan çox fikirləşmişdim. Məsələn, "epiloqda" çox ağlamışdım ki, insan bu qədər nankor olmaz. "Soyuq ulduzlar" trackında həmin körpənin göz yaşlarını da hiss etmişdim. Səni qınayanlara da göz gəzgirdim. 4 dənə körpənin həyatını xilas etdin, nifrətlərindən əl çəkmədilər. Bilirsən, mən bu xəbəri hər kəsə yaydım, anama, qohumlarıma, müəllimlərimə, qrup yoldaşlarıma. Ki bəziləri görəndə sənə qulaq asıram, deyiridlər ki, bu nədir qulaq asırsan, mən də cavabında deyirdim ki, sizlər kimi "Vəfaya" qulaq asmağımı gözləyirsizsə gözləməyin. Mən siz olmayacam. Nə də ki, "narkotikanı, kriminallığı" təbliğ edən meyxanaya qulaq asacam.
    Bilirəm, indi bəlkə biri çıxıb deyəcək ki, guya repdə yoxdur bu? Buna da cavabım var. Mən sonradan anladım ki, mənim sevdiyim rep yox sən demə Elxanın, Orxanın, Pranganın, Okaberin, Badclausenin insanın ruhunu biz-biz edən, yerindən çıxaran sözləri imiş. Hə Elxan, leykemiyə sənə olmasa da mənim dərin yaranlarıma çarə idi, qısa qapanma bəlkə də haçandan baş çəkmədiyik duyğularıma məni aparmışdı. Sanki uzun müddət görüşmədiyin dost kimi, ya da ölmüş bir doğmanı yuxunda görmək kimi.. Səni qınayan, səni söyən, sənə kini olan kəs utansın Elxan. Nəsə olan kimi Nitşe ilə, Dostayevski müqayisə edirlər səni. Onlar iz qoymuş yazıçıdırlar, amma bu o demək deyil ki, Onlar var deyə biz Qaraqana zəif, bəsit deyək. Bilirsən, biz əlimizdəkinin qədrini bilmirik.. Mən daim sənin yanında olacam Elxan, sən hər yaxşı anın, hər pis anında yanında olacam, qulaqcıqlarımın səsi xaric etdiyi nöqtələrdə ən çox sən olacaqsan. Ümid edirəm ki, birinci dərəcə olaraq biz belə olmağı bacaracağıq. Axır qədər oxuyanlara təşəkkür edirəm ❤
    #birincidərəcə
    #intibah
    #dərəcə
    #yetdimi

    • @Wisdomandgrowth
      @Wisdomandgrowth Год назад +3

      Qatılıram dediklərivə.Bizdə də sinifdə meyxanaya varovskoy mahnılara qulaq asan çoxdu.Təkcə nən repə qulaq asıram QQ.Okaber,QQ,Orxan,Host.bunlarda məna var boş boş deyil.Tamimilə haqlısan!

    • @Wisdomandgrowth
      @Wisdomandgrowth Год назад +2

      bir də Vəfa kimdiki?

    • @Anyonefrom99999
      @Anyonefrom99999 10 месяцев назад +2

      Kimsən ey insan. Dünyanı dəyisdirəcəyinimi sanırsan?Nə demək olar haqlısan.İnsandir özünü idarə edən

    • @emilnurullayev299
      @emilnurullayev299 8 месяцев назад +1

      Bu düşüncələri oxumaq maraqlı idi

  • @r.s.pro.6125
    @r.s.pro.6125 Год назад +81

    Bu adam hələ də bizim ölkə üçün çoxdu vallah
    ✌️Respect Qaraqan (bu sözü yazmaq üçün çox darıxmışdım)

  • @nazrinsalimzadeh
    @nazrinsalimzadeh Год назад +538

    7 ildir torpaqda ismim,
    üfürdü Yaradan, doğuldu ruhani.
    Yenidən doğulduğun üçün təşəkkürlər, Elxan!

  • @Ulya_Kerimli78
    @Ulya_Kerimli78 Год назад +87

    Çox möhtəşəm idi...Göz yaşlarımı saxlaya bilmədim.Bu cavan ruhda nə qədər dərin mənəviyyat olar. Bütün yaşadıqlarımız göz önümdən keçdi...Duyğularım titrədi.Sən həqiqəti tapmısan mənim kimi...

  • @feridcafarli8200
    @feridcafarli8200 11 месяцев назад +9

    Repin əfsanəsi Hüseyn Dəryadan sonra ən çox qulaq asdığım Qaraqan❤.hem musiqi həmdə sözlərinin her birində bir məna var.şərt o deyilki qulaq asmaq anlamaq lazımdı.hal hazirda ən çox ruhumu rahatladan özüme repidi maşında qulaq asdığım.

  • @MadKamran
    @MadKamran Год назад +23

    Niyə bu qədər mükəmməldir axı?! artıq neçə dəfə qulaq asdığımın sayını itirmişəm.

  • @elmirzeynalov8501
    @elmirzeynalov8501 Год назад +210

    Bu cəmiyyətin sənin kimi yaradıcı insana ehtiyacı var, sağ ol, var ol🙏

    • @rafo_sultanoff
      @rafo_sultanoff Год назад +1

      Bizede destey olmaq duser

    • @elmirzeynalov8501
      @elmirzeynalov8501 Год назад

      @@outlander955 Qaraqanın yazdığı əsərləri oxusan,niyə belə dediyimi başa düşərsən

  • @elminasharifova
    @elminasharifova Год назад +41

    Eyni hisslər eyni insan və seni dinləyən bizler. Usagligimiza rəng katdigin üçün çox sağol. Keçmişə yolçuluq)))

  • @blackburnejoseph
    @blackburnejoseph Год назад +34

    Beni böyle bir eserle tanıştırdığın için teşekkür ederim -A-, belki denk gelirsin. Bir şarkıdan fazlası bu, o yüzden dinleyip geçmekten de fazlasını hak ediyor :)

  • @clalclalzad8924
    @clalclalzad8924 Год назад +24

    Qaraqandan yenə gözlədiyim həmin bildiriş və yenə gözəl bir track. Respect Qaraqan!

  • @vuqarmecidzade2469
    @vuqarmecidzade2469 Год назад +56

    Hər mahnıda hər bir klipdə şüuraltına yeridilən həqiqətlər. Səninlə irəliləmək intişafa gedən yoldur..Ugurlar ❤

  • @Gayibzade
    @Gayibzade Год назад +151

    Çox şeyi itirdik, Qaraqan.. Çox gözəl itirdik. Sənlə qazandıqlarımız vardı, səninlə tapdıqlarımız, sayəndə yollarımızın kəsişdiyi adamlar vardı..Səndən sonra onları itirdik, bitirdik realda bəlkə amma bitirə bilmədik içimizdəkiləri.. Yorulduq, sovrulduq sözdən-sözə, izdən-izə, qocaldıq, Qaraqan... Onlar getdilər, sən qayıtmışkən bir də getmə..

  • @OosterweldeeNolikolas
    @OosterweldeeNolikolas Год назад +58

    Old School'lara salam olsun. 90's ♥️

    • @DarnellLinkous
      @DarnellLinkous Год назад

      Old school da saymasaq mid-school termini cx pecat oturar 90's-a. Forever young

  • @MadinaAbbasova-tw6ns
    @MadinaAbbasova-tw6ns Год назад +81

    Cahil və yaramaz adamlardan ibarət bütöv bir nəslin gözünü açmağa çalışmağın çətinliyini hamıdan yaxşı bilsən də, yenə bu böyük işə başladığın üçün minnətdaram..🖤

  • @guler5555
    @guler5555 Год назад +14

    o qədər gözəldirki hər şey,bildirişin özü,klip,baxış sayları,hamısı. bilsən nə qədər gözləyirdik bu günü.o bildirişlərin xəyalını necə qururduq,ümidlə gözləyirdik,arzulayırdıq. sonunda gerçək oldu. bizi tək qoymadığın üçün çox sag ol Qaraqan. Elxan yox,Qaraqan olaraq döndüyün üçün. Çox sağ ol ümid edirəm ki konsert verəcəksən və bu mahnıları konsertdə oxuyacağıq. çox sag ol❤

  • @dahiyane
    @dahiyane Год назад +102

    İllərlə yoxa çıxıb geri dönən kimi gündəmi alt üst edən adam. Berlindən Salamlar✌️

  • @lastspecter7759
    @lastspecter7759 Год назад +37

    MÖHTƏŞƏM!!!! Müasir azrepin ən yaxşı parçası. Bunu 500-ə yaxın kitab oxumuş biri kimi deyirəm. Davam edin, Elxan👏🏻👏🏻

  • @elus7ed
    @elus7ed Год назад +191

    Bənövşə - bəndə düşə,
    Sizdən bizə kim düşə?
    Bizim zənciri qırsan,
    Bir nəfər apararsan.
    Əgər qıra bilməsən,
    Özün əsir olarsan.

  • @gunel13
    @gunel13 Год назад +66

    Böyük bir kütləyə adı olmayan hislər keçirdirsən, yaxşı ki qayıtdın, yaxşı ki bizimləsən🖤

  • @arzuilhamsoy5991
    @arzuilhamsoy5991 Год назад +144

    “Qarabağ qayıdanda evimə qayıdacam.”
    Xoş gəldin evinə!❤

  • @sadicklyatifi7530
    @sadicklyatifi7530 Год назад +14

    Düzdür,bu nəsil Qaraqana xitab etmir.Mənasız "musiqiçilərə" qulaq asan çoxdur.Amma,belə bir insanın qayıdışı əvvəlki nəsillər üçün çox sevindirici bir haldır.

  • @kitaplarsarkilar
    @kitaplarsarkilar Год назад +35

    illər sonra qulaqlarımız əsl rep eşitdi. Təşəkkürlər Qaraqan!

  • @togrulmahmudov
    @togrulmahmudov Год назад +67

    Qaraqanı sevgi ile Salamlayırıq ❤

  • @lalarasulova3775
    @lalarasulova3775 Год назад +137

    Sən Özün bir dəyərsən bizim üçün, Elxan, dəyərlimizsən💙 Nə yaxşı ki varsan. Uzaq, isti adalardan bu payız günü göndərdiyin, ruhumuza toxunan sözlərin, səsin üçün çox sağ ol. Biz sənə minnətdarıq💙

  • @senanmemmedzade5675
    @senanmemmedzade5675 Год назад +13

    Bravo . Bir necə zamandır düşünürdüm ki o vaxtlar uşağ idim bəlkə , və ya həyatın əsl üzünü qörməyə başlıyan gənc bu qədər ideal etmişdir Qaraqanı , Hostu. Tamda bu fikirdə idim , ailə , iş , çətin zamanlar tamda “Bir vaxtlar” düşüncəsinə qəlmişdim. Lakin bu track ilə 25 yaşımda anladım həmən ki həssaslıq, söz və məna , fəlsəfi yanaşma , öz dünyam və diqər instinklərimi itirməmişəm.

  • @yaqutrustemova3908
    @yaqutrustemova3908 Год назад +27

    Gozumu yumaraq dinleyirem,gedirem 2009a 2010 10cu 11ci sinifime...Bu hissleri yasatdiginiz ucun tesekkur

  • @veQIRMIZI
    @veQIRMIZI Год назад +18

    Müəllim, ikinci dəfə qayıdıb gənclikdən kiçik də olsa (bəlkə də böyük) bir kütləni xilas etməyə. Var ol, Elxan. 👍

  • @zeynblkbrova
    @zeynblkbrova Год назад +170

    Bizim fikirlərimiz,idealogiyamız,düşüncələrimiz biz sənlə özümüzü tanıdıq.Sənin kitablarınla,musiqilərinlə,sözlərinlə biz biz olduq.Sənlə yetişən nəsil həqiqətən də fərqlidir.Uğurlarının davamını gözləyirik Elxan.Bizim üçün yaratdığın bu qədər düşüncə gücü olan böyük kütlə üçün.💙QARAQAN 💙

    • @sadiqasedbeyli3922
      @sadiqasedbeyli3922 Год назад +1

      Kohne hostculara salam olsun men kohne leqebli Alov o iller basqa idi saf ve temz indiki kimi içlerde qurd yox idi.

  • @Kepler57
    @Kepler57 10 месяцев назад +5

    Sonda soylenenler bashimiza geldi, tebrikler.. mahni bitenden sonra qara ekrana baxa baxa qaliram.

  • @Dark49238
    @Dark49238 Год назад +56

    Klip isə o qədər möhtəşəmdir ki, kövrəlməmək əldə deyil! 2023-dən 90-lara, 2000-lərin əvvəlinə aparır insanı... Hörmətlər, Qaraqan!

  • @ZülfüSüleymanov
    @ZülfüSüleymanov Год назад +110

    Bir neçə ay bunnan qabaq Qraqanın portretini çəkməyə başlamışdım və uzun müddətdir yarımçıq qalıb fikirləşirdim ki onsuz da qayıtmayacaq amma qayıtdı və bu o deməkdir ki portreti bitirmək lazımdır . Çox xoş hisdir . Çox sağolun❤

    • @ZülfüSüleymanov
      @ZülfüSüleymanov Год назад +1

      @@nurayart_ Çox sagolun sizin də əl işləriniz Əladı 👍

    • @ZülfüSüleymanov
      @ZülfüSüleymanov Год назад

      @@nurayart_ mənim əl işlərim tıktoqdadı istəzəz baxarsız suleymanovzulfu

  • @nurayismayilova4520
    @nurayismayilova4520 Год назад +38

    Bu insanın bizə ötürdüklərini kaş daha çox gənc başa düşərdi..halal olsun Ustad Yaratmısan🖤

  • @neytrino7
    @neytrino7 Год назад +44

    Texmini 4 deq erzinde ele bil yasadigim bir Cox xatireler canlandi. Kadrlarin gozelliyi bir yandan, sozlerdeki derin Mena..ve sonluq..❤

  • @shamilnuri8962
    @shamilnuri8962 Год назад +31

    Möhtəşəm! Qaraqan yenə sübut etdi ki, yaxşı sözlərlə də maraqlı tərzdə musiqi eləmək olur. Klip də çox gözəl hazırlanıb, keçmişimiz gözümüz önündən keçdi sanki.
    Nə yaxşı ki, qayıtdın, Elxan!

  • @semakerimova21
    @semakerimova21 Год назад +36

    Uşaqlığımın ən depressiv, ən şən, ən kədərli anlarınsa sən olmusan yanımda Qaraqan. Və indiyə kimi uşaqlığım ucun darıxdıqca, bir məsləhətə ehtiyac duyduqca tracklərini dinləyib yebi baxış açısı yaradıram özümdə. Ilər sonra böyüdüm və müəllimə oldum, və klipdəki son sətirlər mənə həqiqətən çox təsir elədi "əgər uşaqların müəllimləri öz borclarını ləyaqətlə ödəməsələr , məmləkətdə cahil və yaramaz adamlardan ibarət bütov bir nəsil peyda olar". Bu sənətdə uşaqlara nəsə qatmaq üçün əlimdən gələni etməyimə səbəb oldu bu sətirlər, yenidən həyata başqa gözlə baxmama səbəb olduğun üçün minnətdaram Qaraqan💙

    • @Tural396
      @Tural396 Год назад +1

      Birinci dərəcəyə qoşulun!!!
      Klipin altındakı linkdən.

    • @NoName-j2g5b
      @NoName-j2g5b Год назад +1

      Mendede eledi

  • @sabihsyn
    @sabihsyn Год назад +56

    Keyfiyyət, fərq, unikallıq budur!💙

  • @sudenisaakyldz2252
    @sudenisaakyldz2252 Год назад +23

    Çok geç fark etsem de 4 yıldır bekliyordum ve rüyamada girmişti bu konu şarkı çıkacağına emindim ve hislerim bir kere daha yanıltmadı. Dönmeniz çok çok iyi oldu, kendi adıma teşekkür ediyorum çünkü bu şarkılara ihtiyacımız vardı şarkıdan çok bi dert paylaşma yeri olarak görüyorum.)

    • @meryem.77
      @meryem.77 Год назад +1

      Qaraqanın dəstək məqsədilə yaratdığı xüsusi və şəxsi saytından ona dəstək olmağınız xahiş olunur

  • @АзерКеримли-ь4ч
    @АзерКеримли-ь4ч Год назад +66

    Qayıtdı keyfiyyət, dağılacaq kəmiyyət🖤❤️

  • @vugar.jafarov
    @vugar.jafarov Год назад +20

    Estetika,zövq,hiss,müxtəlif duygular ve derin mena ,cox sagol Elxan )

  • @kenanm4483
    @kenanm4483 Год назад +25

    Öz'ümüzü xatırlatdığın üçün çox sağ ol, hər nə qədər unutdurmağa çalışsalar da.

  • @AfaAli-r8x
    @AfaAli-r8x Год назад +34

    Kadrlarda Asif atanı görmək və digər şəxsiyyətləri gostərməklə, klipdə zəhməti olanlara xüsusi 👏👏👏. Davamı olsun Qaraqan. ❤

    • @senanibrahimov538
      @senanibrahimov538 Год назад +1

      asif ata
      Ama qavramağ söhbəti biraz vaxt tələb eliyir

  • @risscool
    @risscool Год назад +49

    Keyfiyyət, istedad, ustad geri dönüb!
    Əladır, Qaraqan ❤
    Həmişə olduğu kimi!

  • @taryelmemmedov6945
    @taryelmemmedov6945 Год назад +44

    Azerbaycanda dogru duzgun,Keyfiyyətli mahnı yazan bir adam varsa oda Qaraqandir. Sənin tracklerinle ayaq üstə dururq🖤

  • @errantisbad
    @errantisbad Год назад +17

    Mukemmel setir ve mukemmel ses tonu. 7ildir gozledik axirki geldin xos geldin ustad❤

  • @KamranPanahov
    @KamranPanahov Год назад +17

    klipindeki insanlar bizim özümüz eslimiz Azerbaycanlılarımızdır. o teesüratı hiss ede bildiyim üçün çox xoşbextem. bu günkü Azerbaycanlıları tanıya bilmediyim üçün de üzgünem. bize özümüzü xatırlatdığın çox MİNNETDARAM …! Çox yaşa eziz Qardaş !!!

  • @agahacizade1673
    @agahacizade1673 Год назад +81

    Tüklərim biz biz oldu və Azərbaycanın dahi insanlarını təqdim elədiyin üçün çox sağol Dahi insan🖤

  • @ArzuIsgenderova
    @ArzuIsgenderova Год назад +82

    Bəli, məhz belə bir dönüş yaraşardı Qaraqana.....hər sətrdə bütün hisslərin yaşanması. Mükəmməlsən 🐦‍⬛🖤😍

  • @elvinoruclu7024
    @elvinoruclu7024 Год назад +92

    Reper olasan (həmdə şair yazar əsl ustad) ruhu qidalandırıb ucaldasan bax bu əsl QARAQAN işidi sonsuz RESPECT

    • @moonlover.13
      @moonlover.13 Год назад

      Azərbaycan qız uşağlarını abort etmək üzrə birinci yerdədi,
      Qaraqan-Qızım mahnısı ilə buna qarşı inqilab yaradmağa çalışır.Mahnıya qulaq asıb bəyənərək,yayılıb daha bir körpənin qurtulmağına dəstək vermək istəyərsiniz?İndidən təşəkkürlər🖤

  • @AbbasovaNuray
    @AbbasovaNuray Год назад +111

    Bütün Azərbaycanı klipinə sığdıran ustad - QARAQAN❤

    • @moonlover.13
      @moonlover.13 Год назад

      Azərbaycan qız uşağlarını abort etmək üzrə birinci yerdədi,
      Qaraqan-Qızım mahnısı ilə buna qarşı inqilab yaradmağa çalışır.Mahnıya qulaq asıb bəyənərək,yayılıb daha bir körpənin qurtulmağına dəstək vermək istəyərsiniz?İndidən təşəkkürlər🖤

  • @ayselaliyeva8892
    @ayselaliyeva8892 Год назад +19

    Çox da fəlsəfi yazmayacağam əminəm ki bəzəkli cümlələrə ehtiyac yoxdu. Sənin sözünü sevdik bizə sözlərinlə geri döndün. Bunun üçün minnəttarıq. Bizə səsə deyil sözə hörmət etməyi öyrədən bu şəxsiyətə olan sevgim və hörmətim heç zaman bitməyəcək☘

  • @Nis-uo8ry
    @Nis-uo8ry Год назад +13

    Sevincdən duyğulandım😢😢😢🖤Nəhayət döndün Qaraqan! Nəhayət sən yenə bizimləsən!🖤

  • @fidanabdullayeva1
    @fidanabdullayeva1 Год назад +27

    Klibin mükəmməlliyi,sözlərdəki məna.Bir sözlə mükəmməlsən Qaraqan,əsl sənə yaraşan dönüş🎉❤

  • @Michaeljacksonfan588
    @Michaeljacksonfan588 11 месяцев назад +4

    Ureyi Azerbaycanan döyunur ki böyuk menali eserler yaradir.axirinci sözler Cox tesir edir.❤

  • @ilham548
    @ilham548 Год назад +31

    Azərbaycanda yaşayan insanlar və bu şüurun davamçıları , öz dəyərli ənənələrini dərindən anlamalı,özünü yenidən tapmalı və bu dəyərlərin ən yaxşılarını yenidən öyrənməlidir, yəni əsl özünü tapmalıdır! Asif Ata ocağı hamımızı isidə bilər !
    Elxan nə anlatmaq və nə etmək istədiyinizi anlayıram, təqdir edirəm və qəbul edirəm.

  • @giyassalah
    @giyassalah Год назад +75

    Dörd dəqiqyə butün Azərbaycanın tarixin göstərən usta ☝🏻

    • @NurlannAli
      @NurlannAli Год назад +4

      Muasır tarixini*

    • @giyassalah
      @giyassalah Год назад

      ⁠@@NurlannAliKlipdə köhnə kadırlar var, Rəsulzadənin, Səməd Vurğunun və s. bu isə müasir tarix deyil

  • @fidanmacid
    @fidanmacid Год назад +68

    Keyfiyyət, ustad, intellektual, istedad hər şey çox ama çox gözəldir🖤. Nə yaxşı ki qayıtdın Qaraqan 🖤🫀

  • @asadzada.a
    @asadzada.a Год назад +19

    İlk H.O.S.T-la, Qaraqanın track’ləri ilə tanışlığım 2010cu ildə, 13-14 yaşlarımda olmuşdu. İndi isə 26 yaşındayam, amma hələ də 13 il əvvəlki maraq və həyəcanla, sətiraltı mənalara fikir verərək, heçnəyi qaçırtmaq istəməyərək dinləyirəm. Düşünürəm ki, bugünkü xarakterimin, düşüncələrimin formalaşmasında Elxanın misralarındakı mənaları anlamağımın və əməl etməyə çalışmağımın rolu böyükdür.
    H.O.S.T - *Qaraqan* , AiD, Promete və.s uşaqlıq və gənc yaşlarında tanımış, onların izah etmək istədiyi şeyləri anlayan gənclərimiz nələrdəsə bəxtləri gətirməsə belə, düşünürəm ki, mental cəhətdən, düşüncə formalaşması baxımından çox şey qazanmış sayılırlar. Hər birimizə uğurlar, gənclər ! Və bu möhtəşəm dönüş üçün hər birimizi təbrik edirəm 💜