Gəncədə böyümüşəm. 36 yaşım var. H.O.S.T- la qarşılaşana qədər günüm ancaq avaraçılıq, dava-dalaş içində keçirdi. Kriminala həddən artıq həvəsli idim, çünki mühitimiz elə idi.Həbsə düşmək üçün çox həvəsli idim. Amma 2007-ci ildə Host-u dinləyəndən sonra tamamilə dəyişdim. Özünü inkişafa kökləndim. Ətrafımda hər cür adam olub, minlərlə hadisələr görmüşəm. 15 ildir kamil insan olmaq üçün müdrikləşmək üçün ancaq öyrənirəm. Müxtəlif elmlər öyrənirəm, hal hazırda pianoçu bəstəkar, rəssam, heykəltəraşam. Planetdə mövcud olmayan kəşflər etmək üçün qeydlər aparıram. Cəmiyyətə və Planetə faydalı insan olmaq üçün özümü borclu hesab edirəm. Həyatımdakı bütün dəyişikliklərin təməli H.O.S.T musiqiləri olub. Qaraqan, Az-Ya, Okaber, Rg-yə təşəkkür edirəm.
30 yaşım Bakı kəndlərində böyümüşəm. Oğurluq, narkotik, dava-dalaş və eyni sizdəki hekayə demək olarki məndə. Uğurlar bizə, bu işdə əməyi keçənlərə isə təşəkkürlər!
Mənim əvvəllər yaşadığım bölgədə çoxlarına məlum olan Sumqayıt Corat ərazisində narkomaniyaya qurban olanlar çoxdur. Çox istərdim ki bu mahnı məhz ordakı gənclərə çatsın, onları qorumağa kömək etsin. Məktəbə gedən yolda atılan iynələr, dar dalanlarda gizlin “alış-veriş” edənlər və digər bir çox şey azyaşlı uşaqların, məktəblilərin gözü qarşısında olur. Aptekdən hər dəqiqə iynə alanlar… Hər biri narkotik təsirindən həddindən artıq çəkisini itirib, gəzməyə belə çətinlik çəkirlər. Narkotik heç zaman həll yolu olmayıb, o sadəcə insanları dəhşətli ölümə aparan yoldur. Kaş ki, o gəncləri xilas etmək mümkün olsa… Təşəkkürlər Qaraqan
Polis bu barədə heç nə etmir, elədir? Məktəblilər təhlükədədir belə görünür. Nəsə etməliyik. O uşaqları yoldan çıxartmaq çox asandır, axı hələ uşaqdılar :(
H.O.S.T-a ilk qulaq aldığımda 16 yaşım var idi 2010-cu il. Universitetə yeni qəbul olmuşdum və atam çox konservativ idi, evə hava qaralmadan gəlməyimi tələb edirdi. O vaxtı məhz Qaraqanın track ləri idi məni özüm üçün nəisə etməyə həvəsləndirən, azadlığımı heç kimin əlinə buraxmamağı öyrədən və indi gəlib çatdığım səviyyədə o track lərin rolu var. Elxan, unudulmamısan. Sən bu gəncliyə lazımsan. Bunu özün də bilirsən, ona görə də qayıtdın
Biri mən😅 Rep dinləyicisiyəm, amma Qaraqanı dinləmirdim (dinləməyi də düşünmürdüm) maraq üçün bir neçə repinə qulaq asmışdım gördüm mənlik deyil, amma indi qayıdışından sonraki əsərlərini gördüm. Mesajlarla dolu, böyük əmək sərf edilmiş işlər qoyur ortaya. Dəyərləndirmək lazım.
Bilirsizmi nədir yaşamaq millət üçün, nədir yaşamaq dövlət üçün, xətt çəkib öz taleyinə, düşünmək xalqın taleyin və bunu etmək nə qəhramanlıq nə də cənnət üçün
İllər səsini dəyişib, insanları da o cümlədən.Bakı da dəyişib,həm də çox.Heç nə əvvəlki kimi deyil.Dəyişməyən təkcə ümidlərimizdir,bitib-tükənməyən ümidlər..
Oyat bu yatmış gəncliyi,qaranlıqda boğulan ,cəhalətdə boğulan avam gəncliyi.Qarada qırmızını bizə sevdirən qanımıza qarışıb bizi insan edən düşüncə dəryasına aparan Qaraqanımız
Xalqımızın gələcəyini həhv edənlərin ALLAH bəlasın versin. Durum çox ürək ağrıdandı həqiqətən😓 Azərbaycanda narkotikin istifadəsi təkcə kefnən başlamır, buna işsizlik, stressdə səbəb olur. Mən cənub bölgəsində yaşayıram, bu zibilin nə böyük bəla olduğunu çox görmüşəm. ALLAH kimsəyə yaşatmasın. O gözü yaşlı analar çox yazıqdılar. Balaları gözleri önünde şam kimi əriyir. ALLAH özü yardımçıları olsun. Bu trek İNŞAALLAH ki gənclərimizin gələcəyini aydınladmaq üçün bir çıraq olar... Təşəkkür Qaraqan 👏👏👏
H.O.S.T.-a qulaq asmağa başlayanda 5-ci sinifdə oxuyurdum, 2008-ci il idi. Qəribə dövr idi, HOST-a qulaq asdığımız üçün ələ salınırdıq, illər keçib, o ələ salanların böyük hissəsinin təəssüf ki, axırı yaxşı olmadı, ya həyat olaraq, ya həyat tərzi olaraq. Özümlə bağlı isə onu deyə bilərəm ki, beyni yuyulmuş bir uşaq idim. Bəlkə də kiminsə ehtiyacı olmayıb HOST-a normal düşüncəli insan olmaq üçün. Amma mənim situasiyamda bu hava, su kimi önəmli rol oynadı. Çox dəyişdim. Düşüncəm heç vaxt ətrafdakılarla eyni olmadı. Ancaq özüm kimilərini tapıb dost ola bildim. Və hamımız bu qayıdışı gözləyirdik. Əgər HOST olmasa idi mənim həyatımda, (I don't want to underestimate myself, but ...) çox böyük güman ki, mən standart, tipik, adi azərbaycanlı bir qız olacaqdım. Heç vaxt heç nəyi sorğulamayacaqdım. Bu qədər düşüncəli ola bilməyəcəkdim. İnkişafa bu qədər bağlı olmayacaqdım. Bu qədər həssas da olmayacaqdım. Qızıl ortanı tapacaq qədər xarakterimi yaxşılaşdıra bilməyəcəkdim. Ona görə də, çox sağ ol, hər şey üçün, Dost! Səni izləyirik, arxandayıq, sevirik və dəstəkləyirik!
Mən Azərbaycandan 2015 də çıxmışdım onda bu rəqəmlər 3000 falan idi, keçən il ölkəyə qayıdanda hər tərəfdə bu barədə məlumatlar, rəqəmləri gördükdə dəhşətə gəldim. Bizim demək olar qonşuluğumuzdaki bütün ailələrin cavanları bu zəhirmara dadanıb və qurtula da bilmirlər. Bu mövzuya toxunduğun üçün təşəkkür edirəm.
İndi qayıtdığına əmin oldum uşaqlığımın və gəncliyimin örnək aldığı insan. Məsələ cismən burda olmağın deyil, burda, bu Vətəndə olmasan belə varlığını hiss etdirməyin, sözlərinlə ruhumuza toxunmağın hər şeyə dəyər.
Bəzi narkoman və treklerinde narkotik, tüstü təbliğ edən bəzi reperləri incidir bu kimi treklər. Sənin yeni trek paylaşmağın, əksəriyyətin səni dinləməsi,“şəxsiyyətin sürüdən ayrılmağı” bir nəfəri çox incidib, ama sənin qaqaş deyil necə “şəxsiyyət” olduğunu mən və mənim kimi əsl dinləyicilərin çox yaxşı bilir, səni başa düşür və hər zaman dəstəkləyir. O “qaqaş tip”ləri bizlərdən ayırdığın üçün, qulaqlarımızı pasdan, avazı küydən, şəxsiyyəti sürüdən ayırdığın üçün bir daha təşəkkürlər sənə! Yaxşıki qayıtdın 🖤
O qədər gözəl bir mövzuya toxunmusan ki,kaş bu mahnı bütün bu bəladan əziyyət çəkənləri qurtarsa. Sən bu mahnı ilə birlikdə mələk kimi o insanların həyatına toxunasan və möcüzəvi şəkildə hamısı qurtulsun bu bəladan.Bu mahnı özü ilə birgə möcüzə gətirsin o insanlara və sən yenə bizim Qəhrəmanımıza çevriləsən. Sənin qayıdışınla birgə onlar da sağlam həyatlarına qayıtsınlar.Yaxşı ki, qayıtdın🖤
Hər anında insanın gözü dolur, dinlədikcə qürur və ümid hissləri keçirirsən🥹 Yaxşı ki gəldin, yaxşı ki🩷 Dəstəyimiz əbədidir✨ Yaxşı ki bu nəsli düşünürsən. Yaxşı ki ümid olduğunu xatırladırsan🙏🏻
Qaraqan əvvəlcədən hər şeyi ölçüb-biçib. Son 3 treki əvvəlki tərzdə deyil. Çünki özü deyib : "Sənə dərman verəcəm yeməklə". Görünür ki, zamanla həzm edib, təsirini görəcəyik dərman kimi. Bununla yanaşı məncə Qaraqan istəyir bilsin, dinləyicilər qalacaqmı onun yanında sonadək, ya yox. Miri Yusifin "Məna" mahnısında (müəllif Qaraqandır) Elxan ele bir sözlər yazıb: "Mən istədim olum adi insan və sən qəbul edəsən məni və azca sevəsən yəqin" . Yani Qaraqan öz yaradıcılığını möhkəm silkələyib, bilmək istəyir kim qalacaq.
O qədər gözəl bir mövzuya toxunmusanki. Qəlblər doludu ama heçkim danışa bilmir. Hər şeyi göz ardı edib unutmağı seçirik. Gəlişinlə hərşeyi dəyişəcəyinə hərzaman inanmışam siz mənim uşaqlığm dünənim və bu günüm olmusuz. Hər zaman demişəm insan dinlədiyi musiqinin psixologiyası ilə görür dünyanı və necə xoşbəxt bir gəncəmki məndə Host QQ psixologiyası var.
Qaranliq uzun yollarda istedik olaq şam size. Amma isiq verdikce xalqa, ozumuzu icden yandirdiq. Bu sozleri pesimanciliq hissiyle desende sonda tekrar bize qayitdin😍
Qaraqan siz həqiqətən möhtəşəmsiz. Sizi cəmi 1ildi dinləyirəm. Amma sizin 3romanınızı oxumuşam, bütün tracklərinizi dinləmişəm.sizin düşüncə tərzinizdə olan 2ci bir reper yoxdur, bu sözsüzdür. Bu nəsilin gənclərinin sizə çox ehtiyacı. Ölkədə gənclər göz görə-görə məhv olur. Ölkədə qalmaq istəmillər içi mən qarışıq. 17yaşım var amma artıq problemler çox yorur. Bu ölkəni necə qoyub getmişdinizsə ondan 10qat artıq geri gedib.
Mən də şahidi olduğlarımı danışım icazənizlə. Biz tərəfdəki bütün məktəblərin arxa həyətləri hər gecə narkamanlarla dolu olur. Ən çox da bizim məktəbdə rast gəlinir bu hala. Məktəbin arxası, darvazanın qabağı, ətrafdakı kənar bucaq tənha yerlər həmişə nazik şprizlərlə dolu olur. O qədər iyrənc bir mənzərədir ki, bəziləri qanlı belə olur. Uşaqlıqda bu şprizləri xeyli əlimə almışam.Hətta keçən il məktəbimizin arxasındakı ən iri ağacın dibinə basdırmışdılar bu maddələrdən. Orda gizlədib, gecə gəlib götürüb elə ordaca çəkirdilər. Düz 2 dəfə narkaman şəxslərlə heç kim olmayan yerdə tək qalmışam. Bir dəfə, məktəbin arxasında bir gənc gördüm, arxası mənə idi və ağaca yapışmışdı əllərilə. Sanki başı gicəllənib ağaca tutunmuşdu. Həm kömək etmək istəyirdim, həm də bir qədər tərəddüdlü idim, nə edəcəyimi düşünəndə bir addım geri çəkildim, anında mənə döndü və dəhşətə gəldim. Üz gözü nə gündə, gözləri qıpqırmızı, ovuclarında da nəsə var. Hələ tam dərk etmirdi nə baş verir, mənə zərər yetirəcək enerjidə deyildi. Hiss olunurdu ki təzə başlıyıb bu işlərə və o gün də hələ az dəqiqələr keçmişdi qəbul etdiyi vaxtdan. Bir dəfə də, tənha köhnə binaların birinin önündən keçəndə, birinin çömbəlib oturub qoluyla əlləşdiyini görmüşdüm, o tez hiss elədi məni və yetərincə ayıq və enerjili idi, ancaq çalışdım ona baxmıyım özümü rahat apardım o da fikir vermədi mənə. Ama əminəm bircə anormal baxışım bəs idi cumardı üstümə. Binamızın arxa tərəfi həyət evləridi, doludu ora narkamanlarla. Bir dəfə biri ilə danışırdım, sonradan bu işlərlə adı çıxdığını öyrənib əlaqəni kəsdim onla. Hər gecə yarısı pəncərədən baxanda kimlərisə görürəm şübhəli, bəziləri sərxoş kimi gəzir, bəzisi stolbaya sürtünür, biri qışqırır, biri asvalta uzanır. Bunların hamısını görmüşəm. Bir ara, gecə saat 12 -1 kimi aralıqlı vaxtlarda qapımızı döyürdülər, qlazokdan baxanda 3-4 nəfər olduğunu sezirdim, sonralar narkoman olduqları bəlli oldu.
@@blackberry_185inanın rayonlarda, sərhəd yaxınlığında və əsasən ucqar rayonlarda bəlkə də daha çoxdu belə hallar. Sadəcə paytaxt olduğu üçün daha çox diqqət buranın abadlaşdırılmasına ayrılır, daha çox burda işıq üzü görür bu məsələ. İrandan sonra ikinci növbədə, rayonda əkilən otlardı Bakıya gətirilən. Heç yer təmiz qalmayıb, hər yerə yayılıb bu zəhrimar və dediyiniz kimi, bir olmasaq sonu yoxdu bunun
İdealım Okaberdir. Tanıyan varsa, gedin ona deyin ki, qayıdanda QARAQAN kimi qayitmaq lazimdir!!! Respect QARAQAN... Senin yazdiqlarinnan 10 il geride olan insanlar var ve onlar bunu başa düşende 2033 cü ilde olacaqsan. 🖤 Durma, yaz + davam ele. ♥️
@@Vahhed yanliş düşünce. Okaber özü kimi qayidannan sora 2 geşey track buraxib "Günah" ve "Mekr". Tam özüdü. Lakin mesele budur ki, her ayın 13 gelmelidi davamı. Artiq 4 aydir ki, ortada yene hecne yoxdu. Mesele budur...
Papanində yaşayıram və doğulandan bəzi şeylər gözümün qarşısında baş verir , bu dünyada ən nifrət etdiyim şey də bu toxunduğunuz mövzudu bəlkədə gözümün qarşısında olanlara görə, ona görə də həmişə uzaq qalmışam belə şeylərdən, sadəcə çox sağol üstad sən yenə cəmiyyətə necəsə dəstək olmağa kömək etməyə çalışırsan 🔥
Bu şəhərdə Qaraqan fanatları ilə birlikdə olduğuma çox sevinirəm...birbirimizi tanimasağ belə hamınızı salamlayıram...#Qaraqan sən bizim fəxrimizsən...
Özümü dərk etdiyim gündən səni dinləyirəm. Dərin düşüncələrimin təməli HOST-un track'ləri ilə yarandı. Üzərindən illər keçib və mən böyümüşəm. Bəli məhz elə sənin çöhrəndə baş verdi bütün bunlar. Eyni əsrdə yaşadığımız üçün Tanrıya minnətdaram!
Qaraqan...O qədər lazımi mövzulara toxunmusanki!Nəhayət uzun aradan sonra evinə döndün:)Artıq bəzi şeylərə son qoymağın vaxtı gəldi. GƏLIN BIRINCI DƏRƏCƏYƏ QOŞULMAQLA İNTIBAH YARADAQ.HƏR ŞEY BİZDƏN ASILIDIR. Məktubu səbirsizliklə gözləyirəm:)
92% az qalıb. Evdəki bütün telefonlardan qoşulmaq olar birinci dərəcəyə. + yaxınları tanışları dəvət etmək və onların da paylaşmağını istəmək olar. Bu yolla Daha tez 100% olar
..Axı kimdir Qaraqan. O kimdir ki, özümüzə bu qədər məhrəm hiss edir, özümüzü onda tapırıq. Sanki illərdi yoldaşlıq etdiyimiz bir şəxsdir. O qədər yaxın, o qədər doğmadır bizə. Bəzən onunla üz-üzə oturub danışmaq, onu özümə nə qədər yaxın hiss etdiyimdən söz açmaq istəyirəm. İstəyirəm ona sübut edim ki, fikirlərimiz nə qədər üst-üstə düşür. İstəyirəm ona təriflər yağdırım, nə qədər ona qəribə gəlsə də. Bu absurd səslənə bilər, başqasının ona qulaq asdığını biləndə və ya eşidəndə bir qısqanclıq yaranır hərdən. Bəzəndə aləmə car çəkib, mən Qaraqanın dinləyicisiyəm, baxın onun replərini dinləyir, kitablarını oxuyuram" demək istəyirəm. Onu sanki özümə "brend" seçmişəm. Onun dinləyicisi olmağın başqa bir duyğusu var axı. Axı biz bilirik ki, onu sadəcə keyfiyyətli insanlar dinləyir. Ya da həyatda həqiqətn nəyəsə nail olmaq istəyənlər. Bu yazını yazdım ki, bəlkə, kimsə də özünü bu sətirlərin arasında tapdı.
Qaraqan deyil bizim özümüzə yaxın hiss etdiyimiz, şəxsin təzahüründə onun fikir və ideyalarıdır. İdeyanı ilahiləşdirin, özünüzə brend seçin, bayraq edib hamıya car çəkin. Mən heç vaxt Qaraqana xəyanət etməyəcək sadiq oxucular və dəstəkçilərdənəm. Ama belə deyim ki, əgər sabah öz biliklərimi kitablara töksəm məni də brend seçənlər olacaq, səni də. Çünki alov hamımızın ruhundadı. Sadəcə istifadə qaydası və onu özünüzdə aşkara çıxarma gücü və dərk etmə üstünlüyü var) inanın ki, Qaraqan özlüyündə mükəmməl şəxsiyyətdi, bu danılmazdır. Ancaq onu mükəmməl edən düşüncə tərzidir. Ümumi şəxsiyyəti sevə bilərsiz, ama təkcə zahir və təzahürlə yox, daxil və səciyyəvi xüsusiyyətlə dərk edin şəxsiyyəti və sevməyinizin başlıca əsası bunlar olsun. Olmasın populyarlığı, cəlb etmə bacarığı, hansısa sizdə olmadığını düşündüyünüz qabiliyyətləri, özünüzdə əksik hiss etdiyiniz xüsusiyyətləri. Özünüzdən artıq bilib ilah seçməyin onu. Sadəcə mənimsəyin, qavrayın fikirlərini, bunları bəyənin, bunları sevib əzizləyin, öyüb başınıza tac edin. Şəxs şəxsdən üstün deyil, ancaq ideya ideyadan üstündü. Müsbət üstünlüyü ilə səciyyələnən tərəfi seçin, bu onsuzda sizi onu təbliğ edən şəxsə yönləndirəcək. Amma şəxs vasitə və yol kimi qalacaq, səbəb məqsəd və yolun sonundakı işıq ideya olmalıdır. Yaxşısı budur.
Qaraqan dinləyicisi olmaq çünki sizin bir səviyyə yuxarı olmağınızın göstəricisidir. Söhbət pərəstişdən getmir sadəcə statusdan gedir. Qaraqan intellektuallıq, mədəniyyət göstəricisidir. Nə qədər cütlüklər tanıyıram xoşbəxt çünki Qaraqanın oxucuları olub ikisi də eyni dəyərlərə malik olublar.
Əvvəllər qaldığımız məhəllələrdədə , yaşı 40,50 olan kişilər cavan cavan uşaqlara satırdılar . Hansı ki , rahatlıqla adları çıxmışdı ki , "narkomandılar yaxın durmayın" amma heç kim heç ne ede bilmirdi . Ölkənin bir ucundan tutmuş o biri ucuna qədər axın edir yayılır . Biri var idi hələ 30,35 yaşlarnda bir kişi idi 2 körpə uşaqı var idi . Amma artıq bağımlı olduğu üçün yoldaşı evi tərk edib gedmişdi . İllərlə tək yaşadı . Bədənini özünü məhv etdi bu "narkotik" onun . Bütün həyatını əlindən aldı . Sondada Ölüb getdi . Hər gün keçdikcə saylar çoxalır . Susma səndə danış. Danış ki , göz önündə olsun bu məsələlər . Çoxları düşünür ki, danışmaqla nə olasıdı amma elə deyil . Heç nə edə bilmirsizsə də ən azından gündəmə gətirməyə köməy edin . 5 fərqli barmaq amma yumruq bir ... 3 meymun olaraq dəvam etməyin
Dünən "ikinci addımı"oxuyub bitirdim...gecəni yatabilmirdim beynim dayanmadan düşünürdü və qəlbimdə dayanmadan sozsuz təşəkkürlər deyirdim sənə bu kitaba görə Qaraqan!
İkinci addım insana ruhən xəncər saplayır sanki.. amma Üçüncü addım insanı ruhən öldürür, heç cürə acımır ruhumuzun saf və məsum xarakterinə. Öldürdükcə öldürür, sonda o əvvəlki uşağın bütün fərdi və səciyyəvi təriqətlərini, anlayışlarını məhv edənə kimi də dayanmır.
@@meryem.77 kitabda həqiqətin üçüncü adı yə ufolara aid olan yerdə sonuncu ufoların bizə mesajını oxuyanda ordakı sözlər quranın ayələrini xatırlatdı dəhşət bürüdü məni kitabın davamını oxuya bilmədim,söndürdüm telfonu dərindən nəfəs alıb ağladım və Allaha böyüklüyünə görə təriflər yağdırdım doğurdanda yaradan necədə böyükdür buqədər milyonlarla tarixi,dnt kimyəvi elementləri ufoları dinləri planetləri günəş sistemləri hamısın necədə qüsursuz yaradım bu həqiqətən dəhşətdir
Və ən dəhşətlisi budurki bu fantastik əsər deyil,həqiqi faktlarla yazılmış kitabdı insanı əsas budur qəlbinə xəncəri sapan.biz kimik?nə üçün bu dünyadayıq?bu dünya necə bir yerdi?suallar bitmir.
@@rahibbabayev6166 salam gözəl insan,mən telefonda oxuyuram,pdf faylı şəklində istəsəz ata bilərəm pdfni yada ki özünüz gogoldan yükləyə bilərsiz.A romanına gəldikdə isə onu 11il əvvəl oxumuşam kitab şəklində amma əlimdən aldılar və yandırdılar😔elə bildilərki qəlbimdəki sevgini bitirəcəklər amma bacarmadılar!
Gəncədə böyümüşəm. 36 yaşım var. H.O.S.T- la qarşılaşana qədər günüm ancaq avaraçılıq, dava-dalaş içində keçirdi. Kriminala həddən artıq həvəsli idim, çünki mühitimiz elə idi.Həbsə düşmək üçün çox həvəsli idim. Amma 2007-ci ildə Host-u dinləyəndən sonra tamamilə dəyişdim. Özünü inkişafa kökləndim. Ətrafımda hər cür adam olub, minlərlə hadisələr görmüşəm. 15 ildir kamil insan olmaq üçün müdrikləşmək üçün ancaq öyrənirəm. Müxtəlif elmlər öyrənirəm, hal hazırda pianoçu bəstəkar, rəssam, heykəltəraşam. Planetdə mövcud olmayan kəşflər etmək üçün qeydlər aparıram. Cəmiyyətə və Planetə faydalı insan olmaq üçün özümü borclu hesab edirəm. Həyatımdakı bütün dəyişikliklərin təməli H.O.S.T musiqiləri olub. Qaraqan, Az-Ya, Okaber, Rg-yə təşəkkür edirəm.
S.O.S.
🖤
❤
Torpağımın adamı 💪🏻💪🏻
30 yaşım Bakı kəndlərində böyümüşəm. Oğurluq, narkotik, dava-dalaş və eyni sizdəki hekayə demək olarki məndə. Uğurlar bizə, bu işdə əməyi keçənlərə isə təşəkkürlər!
Həmişə burdayıq və yaymağa çalışacayıq bu möhtəşəm əsərləri!
Böyütdüyün gənclik səni qarşılayır 🔥
Qarwiliyir qarwilagimina amma gencliy hec hindi gotdu bawdi dogul...uzu ucuruma...ataw((
Keşke bizim ülkede de sanatçı diye gezen bazı soytarılar yerine senin gibi efsaneler olsaydı qaraqan
Bizim ülkemizdeki soytarılar sa da Qaraqanı beğenmiyor. Sanat bu değil diyor
şanışer var ya işte
Ceza var
@@itsnoneofyourbussinesŞanışer ve Sokrat ne güne duruyor?❤❤
@@i.j7693 aynenn
Mən adamımı tanıyıram...Əgər başına bir şeyi qoyubsa ki, görünür qoyub, 100% nəsə edəcək !!! respect Qaraqan.
Qaraqan reper olmağa gəlməyib onun artıq daha ali bir məqsədi var. Xalqından ümidi kəsib gedə bilmədi ❤səninləyəm , səninləyik,
kaş bunu hamı anlasa
Geeey yazdun heri raziyam ataw
Qaraqanla böyüyəcək yeni bir nəsil 🔥
Qara Qırmızı, bu günləri nə qədər gözlədik! Yenə sən, Qaraqan, yenə cəhalətlə üz-üzə.
ama tek değil
@@x13_____13 cennet cehennem (ölümden sonra mükafat/ceza inancı) insan uydurmasıdır. Allah adlı tanrı obrazı ereb uydurmasıdır
Demek qaraqanin trekleriyle boyuyen tekce bizler olmuyaciyig🙂
Respect Qaraqan!
❤🔥@@x13_____13
14 yaşımdan bu yana qulaq asdığım mahnilar Qaraqan ,miro, Aslixan ,yap10,: Qaraqan yaxşı ki qayıtdız🤌🏻
Mənim əvvəllər yaşadığım bölgədə çoxlarına məlum olan Sumqayıt Corat ərazisində narkomaniyaya qurban olanlar çoxdur. Çox istərdim ki bu mahnı məhz ordakı gənclərə çatsın, onları qorumağa kömək etsin. Məktəbə gedən yolda atılan iynələr, dar dalanlarda gizlin “alış-veriş” edənlər və digər bir çox şey azyaşlı uşaqların, məktəblilərin gözü qarşısında olur. Aptekdən hər dəqiqə iynə alanlar… Hər biri narkotik təsirindən həddindən artıq çəkisini itirib, gəzməyə belə çətinlik çəkirlər. Narkotik heç zaman həll yolu olmayıb, o sadəcə insanları dəhşətli ölümə aparan yoldur. Kaş ki, o gəncləri xilas etmək mümkün olsa… Təşəkkürlər Qaraqan
Polis bu barədə heç nə etmir, elədir? Məktəblilər təhlükədədir belə görünür. Nəsə etməliyik. O uşaqları yoldan çıxartmaq çox asandır, axı hələ uşaqdılar :(
H.O.S.T-a ilk qulaq aldığımda 16 yaşım var idi 2010-cu il. Universitetə yeni qəbul olmuşdum və atam çox konservativ idi, evə hava qaralmadan gəlməyimi tələb edirdi. O vaxtı məhz Qaraqanın track ləri idi məni özüm üçün nəisə etməyə həvəsləndirən, azadlığımı heç kimin əlinə buraxmamağı öyrədən və indi gəlib çatdığım səviyyədə o track lərin rolu var. Elxan, unudulmamısan. Sən bu gəncliyə lazımsan. Bunu özün də bilirsən, ona görə də qayıtdın
Bahalı maşınlar YOXDU,
Rəqs edən çılpaqlar YOXDU,
Qır-qızıl, n*rkotik vasitələr YOXDU,
VAR olan tək şey Keyfiyyətdi.
#Respect 🖤
Paster kimi kucuylerde hurmeyle mesğul
Ümmiyetle klip yoxdu😁
@@humbethuseynov1617 qalaqan plosta supet də
@@ruzgarhaci7109adamlar əziyyət çəkib o qədər vizualla klip düzəldib necə yoxdu😂
Shutdown@@humbethuseynov1617
Yenə də, bir şeyləri düzəltməyə çalışan, kömək etməyə çalışan QaraQan... Yaxşı ki, varsan...❤
Bu bəyaz vərəqlərin zindanlarında olmuşam həbs,
Bu ağlayan qələmin gözyaşlarında olmuşam həbs...
Illər keçsə də, dəyərlər dəyişməyib🖤✌
@ConiYT1 sg
Əla şərhdi
Like eledimki yene dinleyesen)
@@rafo_sultanoff mende seni like eledim bi defede dinle , masterpiece di
Yegane Reperdir ki axira kimi qulaq asiram Qaraqan....
"Səni aldadıblar deyiblər ki, yoxdu adın
Sən heç kəssən, lazım deyilsən heç kəsə "
Ne yaxşı ki qayıtdın 🥹
#birincidərəcə #intibah #dərəcə
Adn
Bəlkədə Qaraqanın qayıdışını gözləyən minlərlə azərbaycanlı var idi yaşayın yenə o günləri❤
Bu dəfə Qaraqan çox təsirli gəliş sərgiləyir, və inanın ki daha çox insanları özünə çəkəcək) ,,🎧
Inşallah
Biri mən😅
Rep dinləyicisiyəm, amma Qaraqanı dinləmirdim (dinləməyi də düşünmürdüm) maraq üçün bir neçə repinə qulaq asmışdım gördüm mənlik deyil, amma indi qayıdışından sonraki əsərlərini gördüm. Mesajlarla dolu, böyük əmək sərf edilmiş işlər qoyur ortaya. Dəyərləndirmək lazım.
Böyük qardaşın qayıdıb deməklə yeni nəsil üçün gəldiyini və dəqiq hədəflərinin olduğunu görürük. #QQ 🙏
Bəyənək bütün şərhləri trendden dusmesin dahada önə getsin
Bilirsizmi nədir yaşamaq millət üçün, nədir yaşamaq dövlət üçün, xətt çəkib öz taleyinə, düşünmək xalqın taleyin və bunu etmək nə qəhramanlıq nə də cənnət üçün
Gənclik cahilləşir, məhv olmağa doğru gedir, həyat və onu yaşayanlar eyniləşir. Köhnələrin iyisi burundan getmir.Mübarizə aparırıq…hər gün, hər gün.
Mübarizə davam edir. Sən tək deyilsən :)
Yüzminlərlə ürəyi dolu gənclərimizin ürəklərinin ifadəçisi. Hamımızın uzaqda yaşayan yaxın dostu ❤
Like eledimki yene dinleyesen)
Son cümlə məni məndən aldı, möhtəşəmdir👍❤
Bakı üzərində nəhəng hörümçəklər, alovlanan qılınc ilə Ruhun at belində qayıdışı, xeyir və şər qüvvələrin müharibəsi. Heç bir vizual təsadüfi deyil.👍
Respect - ✔️👈🏽
Bütün mədəniyyətlər üçün bir Azərbaycan brendi
İllər səsini dəyişib, insanları da o cümlədən.Bakı da dəyişib,həm də çox.Heç nə əvvəlki kimi deyil.Dəyişməyən təkcə ümidlərimizdir,bitib-tükənməyən ümidlər..
Cəmiyyəti, gəncliyimizi məhv edən böyük bir bəlaya qarşı çox fərqli, Qaraqansayağı mübarizə üsulu. SAdəcə möhtəşəm.
Oyat bu yatmış gəncliyi,qaranlıqda boğulan ,cəhalətdə boğulan avam gəncliyi.Qarada qırmızını bizə sevdirən qanımıza qarışıb bizi insan edən düşüncə dəryasına aparan Qaraqanımız
Kohnelerin ,üstunü ortmesek ,yeniler oyana bilmez.Bura Azerbaycandi,boyüklere hörmet var,sehvleri düzümüz ,düzlerimiz sehvimizdir!
Qaraqana qulaq asanlar ne yasayir
Çox sağ olun sualınızla yaşadığımın fərqinə vardım
Xalqımızın gələcəyini həhv edənlərin ALLAH bəlasın versin. Durum çox ürək ağrıdandı həqiqətən😓 Azərbaycanda narkotikin istifadəsi təkcə kefnən başlamır, buna işsizlik, stressdə səbəb olur. Mən cənub bölgəsində yaşayıram, bu zibilin nə böyük bəla olduğunu çox görmüşəm. ALLAH kimsəyə yaşatmasın. O gözü yaşlı analar çox yazıqdılar. Balaları gözleri önünde şam kimi əriyir. ALLAH özü yardımçıları olsun. Bu trek İNŞAALLAH ki gənclərimizin gələcəyini aydınladmaq üçün bir çıraq olar... Təşəkkür Qaraqan 👏👏👏
H.O.S.T.-a qulaq asmağa başlayanda 5-ci sinifdə oxuyurdum, 2008-ci il idi. Qəribə dövr idi, HOST-a qulaq asdığımız üçün ələ salınırdıq, illər keçib, o ələ salanların böyük hissəsinin təəssüf ki, axırı yaxşı olmadı, ya həyat olaraq, ya həyat tərzi olaraq.
Özümlə bağlı isə onu deyə bilərəm ki, beyni yuyulmuş bir uşaq idim. Bəlkə də kiminsə ehtiyacı olmayıb HOST-a normal düşüncəli insan olmaq üçün. Amma mənim situasiyamda bu hava, su kimi önəmli rol oynadı. Çox dəyişdim. Düşüncəm heç vaxt ətrafdakılarla eyni olmadı. Ancaq özüm kimilərini tapıb dost ola bildim. Və hamımız bu qayıdışı gözləyirdik.
Əgər HOST olmasa idi mənim həyatımda, (I don't want to underestimate myself, but ...) çox böyük güman ki, mən standart, tipik, adi azərbaycanlı bir qız olacaqdım. Heç vaxt heç nəyi sorğulamayacaqdım. Bu qədər düşüncəli ola bilməyəcəkdim. İnkişafa bu qədər bağlı olmayacaqdım. Bu qədər həssas da olmayacaqdım. Qızıl ortanı tapacaq qədər xarakterimi yaxşılaşdıra bilməyəcəkdim.
Ona görə də, çox sağ ol, hər şey üçün, Dost! Səni izləyirik, arxandayıq, sevirik və dəstəkləyirik!
Yenə bilir nə yazır ,həmişəki kimi
Kənardan gördü və sakit qala bilmədi indiki hala. #birinci addım
Mən Azərbaycandan 2015 də çıxmışdım onda bu rəqəmlər 3000 falan idi, keçən il ölkəyə qayıdanda hər tərəfdə bu barədə məlumatlar, rəqəmləri gördükdə dəhşətə gəldim. Bizim demək olar qonşuluğumuzdaki bütün ailələrin cavanları bu zəhirmara dadanıb və qurtula da bilmirlər. Bu mövzuya toxunduğun üçün təşəkkür edirəm.
Hansı ölkədə yaşayırsınız?
İndi qayıtdığına əmin oldum uşaqlığımın və gəncliyimin örnək aldığı insan. Məsələ cismən burda olmağın deyil, burda, bu Vətəndə olmasan belə varlığını hiss etdirməyin, sözlərinlə ruhumuza toxunmağın hər şeyə dəyər.
Bəzi narkoman və treklerinde narkotik, tüstü təbliğ edən bəzi reperləri incidir bu kimi treklər. Sənin yeni trek paylaşmağın, əksəriyyətin səni dinləməsi,“şəxsiyyətin sürüdən ayrılmağı” bir nəfəri çox incidib, ama sənin qaqaş deyil necə “şəxsiyyət” olduğunu mən və mənim kimi əsl dinləyicilərin çox yaxşı bilir, səni başa düşür və hər zaman dəstəkləyir. O “qaqaş tip”ləri bizlərdən ayırdığın üçün, qulaqlarımızı pasdan, avazı küydən, şəxsiyyəti sürüdən ayırdığın üçün bir daha təşəkkürlər sənə! Yaxşıki qayıtdın 🖤
Bizim ölkede bu mövzunu bu qədər doğru və açığ şəkildə bizlərə ötürən yeganə insandır.
Qaraqan Okaber Pranga ölkədə yaşananları cəmiyətə musiqi formatında çatdırır 🖤
#respectQaraqan
O qədər gözəl bir mövzuya toxunmusan ki,kaş bu mahnı bütün bu bəladan əziyyət çəkənləri qurtarsa. Sən bu mahnı ilə birlikdə mələk kimi o insanların həyatına toxunasan və möcüzəvi şəkildə hamısı qurtulsun bu bəladan.Bu mahnı özü ilə birgə möcüzə gətirsin o insanlara və sən yenə bizim Qəhrəmanımıza çevriləsən. Sənin qayıdışınla birgə onlar da sağlam həyatlarına qayıtsınlar.Yaxşı ki, qayıtdın🖤
Respect!
Necə gondərə bilərəm?
ağlamamaq üçün kendimi zorla tutuyorum
bunu necə etmisiz? donation?
@@AzRapLyrics14 şərh hissəsinin yanında super like olur. Ona klikləyərək edə bilərsiniz ✌️🍀
@@Leman-gb5rv şərh hissəsinin yanında super like olur. Ona klikləyərək edə bilərsiniz ✌️🍀
Bütün mahnılarının hər cümləsi min bir məna daşıyır,Qaraqan.Sən əsl sənətkarsan.
Bir Sözlə Mükəmməldir ! Qaraqan Əbədi Musiqilərin Qəlblərdə Yaşayacağ QARAQAN #Respect
" Sen tek deyilsen ! " yazilanda gozlerim doldu. Halal olsun ustad sen bu ölkeye lazimsan Allah seni qorusun.
Sözlərin bu qədər keyfiyətli olmağı respect Qaraqan
Klip, musiqi, sözlər, məna, fikir... və dinləyici heyrəti..
Asan sözlər, dərin cümlələr🤍 Nə yaxşı ki qayıtdın. Həm keçmişimizi, həm bu günümüzü xatırladıq… Varol🤍
Adam hər kəlməsi ilə cəhalətə əsir olmuş gəncləri çağırır. Məqsəd xalqıdır məncə❤ SEVİLİRSƏN!
Belə bir dahi ilə eyni dövrdə yaşadığımız üçün şanslıyıq
Her zamanki kimi meqsed: vetene millete gencliye xeyir vermek.Teshekkurler QaraQan
Xalqina millətinə canin yanan bir insan.
Elə o vaxtdan burdayıq…
Bu kanalda yenə gözəl işlərin yayımlancağını böyük ümidlə gözləyirdik.. Nə xoş ki, artıq dinləyirik💙
Qaraqan in varligi coxsuna derd olub. Qayitmagi gelusi coxsunun yerin dar edir
Əzizinəm, çökəndə
Bəyaz duman çökəndə
Büküldü beli yarın,
Hər dəfə ot bükəndə
#Legend Qaraqan 🖤
bilən bilir 😉
@elnarmmdov8185 Bu nə deməkdir?
Sənin təbinnən
Bu adam həqiqətən də məktəbdir. Kim nə deyir, desin.
Qorxma yapış əlimnən,səni çıxarım içinnən,cəhənnəmin tam dibindən.
Hər anında insanın gözü dolur, dinlədikcə qürur və ümid hissləri keçirirsən🥹 Yaxşı ki gəldin, yaxşı ki🩷 Dəstəyimiz əbədidir✨ Yaxşı ki bu nəsli düşünürsən. Yaxşı ki ümid olduğunu xatırladırsan🙏🏻
Gencliyimin tergide bilmediyim tek adetim. Mene kitablari sevdiren insan
Qaraqan əvvəlcədən hər şeyi ölçüb-biçib. Son 3 treki əvvəlki tərzdə deyil. Çünki özü deyib : "Sənə dərman verəcəm yeməklə". Görünür ki, zamanla həzm edib, təsirini görəcəyik dərman kimi. Bununla yanaşı məncə Qaraqan istəyir bilsin, dinləyicilər qalacaqmı onun yanında sonadək, ya yox. Miri Yusifin "Məna" mahnısında (müəllif Qaraqandır) Elxan ele bir sözlər yazıb: "Mən istədim olum adi insan və sən qəbul edəsən məni və azca sevəsən yəqin" . Yani Qaraqan öz yaradıcılığını möhkəm silkələyib, bilmək istəyir kim qalacaq.
Boyuk qardaşın qayıdıb, kim xetrinə dəyib...
Qaraqanın bu böyük qayıdışına heyranam 😍
Demişdin ki Qarabağ alınsın Repə qayıdacam☝️🇦🇿Sözünün ağası həmin o adam kimi Adam❤️ Ürəklərdəsən Əqlimizdəki ritimlərin əfsanəsi🧠🫀🎶🎙
Birinci dərəcəyə qoşulmusuz və tanışları da dəvət etmisiz qoşulmağa?
hansi mahnida demisdi qarabag qayidsa qayidacam sozunu
@@memmedova996
@@memmedova996 Xeyir
H.O.S.T yene gundemde inshAalah. 2008 ci ilden ancax dinlediyim H.O.S.T.
O qədər gözəl bir mövzuya toxunmusanki. Qəlblər doludu ama heçkim danışa bilmir. Hər şeyi göz ardı edib unutmağı seçirik. Gəlişinlə hərşeyi dəyişəcəyinə hərzaman inanmışam siz mənim uşaqlığm dünənim və bu günüm olmusuz. Hər zaman demişəm insan dinlədiyi musiqinin psixologiyası ilə görür dünyanı və necə xoşbəxt bir gəncəmki məndə Host QQ psixologiyası var.
Dərəcəyə üzvsünüz ??
Hər zaman xalqın yaxşılığı üçün çalışan Qaraqanımız💛
Saxta qorxduqların müqəvvadı, içləri dolu saman!
Birinci dərəcə artıq 93%-dir. Qaraqan org saytından qoşulub 100%-edək
100 oldu😊
❤ indiki zamanda eşq,sevgi mahnılarından daha çox bu cür məzmuna malik mahnılara ehtiyac var
Qaranliq uzun yollarda istedik olaq şam size.
Amma isiq verdikce xalqa, ozumuzu icden yandirdiq.
Bu sozleri pesimanciliq hissiyle desende sonda tekrar bize qayitdin😍
Qorxma yapış əlimdən
Səni çıxarım içindən cəhənnəmin tam dibindən
Sən tək deyilsən, biz dəstə 🙏 #QQ
Qaraqan❤ Eyni yashid insanlarig. Yenede shedevr bir shey elemisen😊 Halal olsun❤
Allah bu yolda yardımcın olsun. Azda olsa kömək ola biləsən bu çürük nəslə
Hamı güclü olmalıdır, lazımsız eyforiya dalınca qaçmayaq. Möhtəşəmsən QQ 🙏🙏
Sağ ol Qaraqan, verdiyin mesajlara görə.. həmişə belə mesajlarla dolu mahnılar bəxş eliyəsən bizlərə👏👍✌
Xalqın səsi Qaraqan!
Budur mükəmməllik,keyfiyyət QaraQan🖤#qaraqan #qq #birinciderece
Qaraqan siz həqiqətən möhtəşəmsiz. Sizi cəmi 1ildi dinləyirəm. Amma sizin 3romanınızı oxumuşam, bütün tracklərinizi dinləmişəm.sizin düşüncə tərzinizdə olan 2ci bir reper yoxdur, bu sözsüzdür. Bu nəsilin gənclərinin sizə çox ehtiyacı. Ölkədə gənclər göz görə-görə məhv olur. Ölkədə qalmaq istəmillər içi mən qarışıq. 17yaşım var amma artıq problemler çox yorur. Bu ölkəni necə qoyub getmişdinizsə ondan 10qat artıq geri gedib.
Mən də şahidi olduğlarımı danışım icazənizlə. Biz tərəfdəki bütün məktəblərin arxa həyətləri hər gecə narkamanlarla dolu olur. Ən çox da bizim məktəbdə rast gəlinir bu hala. Məktəbin arxası, darvazanın qabağı, ətrafdakı kənar bucaq tənha yerlər həmişə nazik şprizlərlə dolu olur. O qədər iyrənc bir mənzərədir ki, bəziləri qanlı belə olur. Uşaqlıqda bu şprizləri xeyli əlimə almışam.Hətta keçən il məktəbimizin arxasındakı ən iri ağacın dibinə basdırmışdılar bu maddələrdən. Orda gizlədib, gecə gəlib götürüb elə ordaca çəkirdilər. Düz 2 dəfə narkaman şəxslərlə heç kim olmayan yerdə tək qalmışam. Bir dəfə, məktəbin arxasında bir gənc gördüm, arxası mənə idi və ağaca yapışmışdı əllərilə. Sanki başı gicəllənib ağaca tutunmuşdu. Həm kömək etmək istəyirdim, həm də bir qədər tərəddüdlü idim, nə edəcəyimi düşünəndə bir addım geri çəkildim, anında mənə döndü və dəhşətə gəldim. Üz gözü nə gündə, gözləri qıpqırmızı, ovuclarında da nəsə var. Hələ tam dərk etmirdi nə baş verir, mənə zərər yetirəcək enerjidə deyildi. Hiss olunurdu ki təzə başlıyıb bu işlərə və o gün də hələ az dəqiqələr keçmişdi qəbul etdiyi vaxtdan. Bir dəfə də, tənha köhnə binaların birinin önündən keçəndə, birinin çömbəlib oturub qoluyla əlləşdiyini görmüşdüm, o tez hiss elədi məni və yetərincə ayıq və enerjili idi, ancaq çalışdım ona baxmıyım özümü rahat apardım o da fikir vermədi mənə. Ama əminəm bircə anormal baxışım bəs idi cumardı üstümə. Binamızın arxa tərəfi həyət evləridi, doludu ora narkamanlarla. Bir dəfə biri ilə danışırdım, sonradan bu işlərlə adı çıxdığını öyrənib əlaqəni kəsdim onla. Hər gecə yarısı pəncərədən baxanda kimlərisə görürəm şübhəli, bəziləri sərxoş kimi gəzir, bəzisi stolbaya sürtünür, biri qışqırır, biri asvalta uzanır. Bunların hamısını görmüşəm. Bir ara, gecə saat 12 -1 kimi aralıqlı vaxtlarda qapımızı döyürdülər, qlazokdan baxanda 3-4 nəfər olduğunu sezirdim, sonralar narkoman olduqları bəlli oldu.
Qorxu filmi yazmısız sanki 😳
@@memmedova996 hələ bular harasıdı ki, bəzi şeyləri risk edib yaza bilmirəm.
Dəhşətdir.Göz görə-görə gənclərimiz məhv olur.Mən rayonda yaşayıram deyə Bakıdakı qədər çox yoxdu istifadə edən.Bir olmasaq axırımız yaxşı olmayacaq..
@@blackberry_185inanın rayonlarda, sərhəd yaxınlığında və əsasən ucqar rayonlarda bəlkə də daha çoxdu belə hallar. Sadəcə paytaxt olduğu üçün daha çox diqqət buranın abadlaşdırılmasına ayrılır, daha çox burda işıq üzü görür bu məsələ. İrandan sonra ikinci növbədə, rayonda əkilən otlardı Bakıya gətirilən. Heç yer təmiz qalmayıb, hər yerə yayılıb bu zəhrimar və dediyiniz kimi, bir olmasaq sonu yoxdu bunun
İdealım Okaberdir. Tanıyan varsa, gedin ona deyin ki, qayıdanda QARAQAN kimi qayitmaq lazimdir!!! Respect QARAQAN... Senin yazdiqlarinnan 10 il geride olan insanlar var ve onlar bunu başa düşende 2033 cü ilde olacaqsan. 🖤 Durma, yaz + davam ele. ♥️
Özüdü brom 😎👍
Okaberide xpert korladi gic gic beatler sozler menasiz okaber qaraqangilnen olanda bele deyildi
@@Vahhed yanliş düşünce. Okaber özü kimi qayidannan sora 2 geşey track buraxib "Günah" ve "Mekr". Tam özüdü. Lakin mesele budur ki, her ayın 13 gelmelidi davamı. Artiq 4 aydir ki, ortada yene hecne yoxdu. Mesele budur...
@@Vahhed insanlar musiqi edir istədiyini edə bilər qaraqan kimi illərdi eyni şeyi versinlər kütləyə? Okanın bu tərzini də bəyənən var
Sən heç vaxt qəlbimizdən silinməzsən! Sən bizim uşaqlığımız və gəncliyimizsən!
Sənətkarın təbiətində var, cəmiyyətə yararlı olmaq, həqiqətləri qorxmadan hər kəsə çatdırmaq 🙏🏻
Papanində yaşayıram və doğulandan bəzi şeylər gözümün qarşısında baş verir , bu dünyada ən nifrət etdiyim şey də bu toxunduğunuz mövzudu bəlkədə gözümün qarşısında olanlara görə, ona görə də həmişə uzaq qalmışam belə şeylərdən, sadəcə çox sağol üstad sən yenə cəmiyyətə necəsə dəstək olmağa kömək etməyə çalışırsan 🔥
Hörmətlə, sənətin və yazdıqların möhtəşəmdi
Bu şəhərdə Qaraqan fanatları ilə birlikdə olduğuma çox sevinirəm...birbirimizi tanimasağ belə hamınızı salamlayıram...#Qaraqan sən bizim fəxrimizsən...
Özümü dərk etdiyim gündən səni dinləyirəm. Dərin düşüncələrimin təməli HOST-un track'ləri ilə yarandı. Üzərindən illər keçib və mən böyümüşəm. Bəli məhz elə sənin çöhrəndə baş verdi bütün bunlar. Eyni əsrdə yaşadığımız üçün Tanrıya minnətdaram!
Ölkəsinin inkişafı üçün fədakarlıq göstərən insan ❤
Qaraqan...O qədər lazımi mövzulara toxunmusanki!Nəhayət uzun aradan sonra evinə döndün:)Artıq bəzi şeylərə son qoymağın vaxtı gəldi.
GƏLIN BIRINCI DƏRƏCƏYƏ QOŞULMAQLA İNTIBAH YARADAQ.HƏR ŞEY BİZDƏN ASILIDIR.
Məktubu səbirsizliklə gözləyirəm:)
90-lar uşaqları üçün bu səs, bu bildiriş nə ifadə edir bilə bilməzlər) 🖤
Yo yo respect. Əladı!
Uşaqlar yorumların hamısını bir bir like edin trendde qaldıraq. Unutma intibah elə sennen başlayır 🔥
Bu treckə qulaq asıb hələdə 1 ci dərəcəyə qoşulmayan qoşulurmu görəsən. Artıq ürəyimiz partlayır bircə gəlsə idi bu məktub
Eyni vəziyyətdi😂
@@memmedova996 pasterin Storisinə baxmısız?
Eynilə)
Nə məktub gəldi?
Hər şey üçün çox sağ ol böyük ürəkli insan❤Sözlər acizdi böyük ruhunun qarşısında
Birinci dərəcənin tamamlanmasını səbrsizliklə gözləyirəm ❤
92% az qalıb. Evdəki bütün telefonlardan qoşulmaq olar birinci dərəcəyə. + yaxınları tanışları dəvət etmək və onların da paylaşmağını istəmək olar. Bu yolla Daha tez 100% olar
Biz həmişə burda olacağıq, bu treklər heç vaxt köhnəlməyəcək.
Gen keçdikcə sevindirirsən Qaraqan bizii çox sağol həyatımda seviniləcək hadisələrin yaradıcısı.....🖤
..Axı kimdir Qaraqan. O kimdir ki, özümüzə bu qədər məhrəm hiss edir, özümüzü onda tapırıq. Sanki illərdi yoldaşlıq etdiyimiz bir şəxsdir. O qədər yaxın, o qədər doğmadır bizə. Bəzən onunla üz-üzə oturub danışmaq, onu özümə nə qədər yaxın hiss etdiyimdən söz açmaq istəyirəm. İstəyirəm ona sübut edim ki, fikirlərimiz nə qədər üst-üstə düşür. İstəyirəm ona təriflər yağdırım, nə qədər ona qəribə gəlsə də. Bu absurd səslənə bilər, başqasının ona qulaq asdığını biləndə və ya eşidəndə bir qısqanclıq yaranır hərdən. Bəzəndə aləmə car çəkib, mən Qaraqanın dinləyicisiyəm, baxın onun replərini dinləyir, kitablarını oxuyuram" demək istəyirəm. Onu sanki özümə "brend" seçmişəm. Onun dinləyicisi olmağın başqa bir duyğusu var axı. Axı biz bilirik ki, onu sadəcə keyfiyyətli insanlar dinləyir. Ya da həyatda həqiqətn nəyəsə nail olmaq istəyənlər. Bu yazını yazdım ki, bəlkə, kimsə də özünü bu sətirlərin arasında tapdı.
Sən tək deyilsən.)
Qaraqan deyil bizim özümüzə yaxın hiss etdiyimiz, şəxsin təzahüründə onun fikir və ideyalarıdır. İdeyanı ilahiləşdirin, özünüzə brend seçin, bayraq edib hamıya car çəkin. Mən heç vaxt Qaraqana xəyanət etməyəcək sadiq oxucular və dəstəkçilərdənəm. Ama belə deyim ki, əgər sabah öz biliklərimi kitablara töksəm məni də brend seçənlər olacaq, səni də. Çünki alov hamımızın ruhundadı. Sadəcə istifadə qaydası və onu özünüzdə aşkara çıxarma gücü və dərk etmə üstünlüyü var) inanın ki, Qaraqan özlüyündə mükəmməl şəxsiyyətdi, bu danılmazdır. Ancaq onu mükəmməl edən düşüncə tərzidir. Ümumi şəxsiyyəti sevə bilərsiz, ama təkcə zahir və təzahürlə yox, daxil və səciyyəvi xüsusiyyətlə dərk edin şəxsiyyəti və sevməyinizin başlıca əsası bunlar olsun. Olmasın populyarlığı, cəlb etmə bacarığı, hansısa sizdə olmadığını düşündüyünüz qabiliyyətləri, özünüzdə əksik hiss etdiyiniz xüsusiyyətləri. Özünüzdən artıq bilib ilah seçməyin onu. Sadəcə mənimsəyin, qavrayın fikirlərini, bunları bəyənin, bunları sevib əzizləyin, öyüb başınıza tac edin. Şəxs şəxsdən üstün deyil, ancaq ideya ideyadan üstündü. Müsbət üstünlüyü ilə səciyyələnən tərəfi seçin, bu onsuzda sizi onu təbliğ edən şəxsə yönləndirəcək. Amma şəxs vasitə və yol kimi qalacaq, səbəb məqsəd və yolun sonundakı işıq ideya olmalıdır. Yaxşısı budur.
Əmin ol, Qaraqan bütün şərhləri oxuyur məncə) gözəl sözlərini də oxudu)
Qaraqan dinləyicisi olmaq çünki sizin bir səviyyə yuxarı olmağınızın göstəricisidir. Söhbət pərəstişdən getmir sadəcə statusdan gedir. Qaraqan intellektuallıq, mədəniyyət göstəricisidir. Nə qədər cütlüklər tanıyıram xoşbəxt çünki Qaraqanın oxucuları olub ikisi də eyni dəyərlərə malik olublar.
" Qorxma yapış əlimdən, Səni çıxarım içindən, Cəhənnəmin tam dibindən, Sən tək deyilsən, biz dəstə.
Əvvəllər qaldığımız məhəllələrdədə , yaşı 40,50 olan kişilər cavan cavan uşaqlara satırdılar . Hansı ki , rahatlıqla adları çıxmışdı ki , "narkomandılar yaxın durmayın" amma heç kim heç ne ede bilmirdi . Ölkənin bir ucundan tutmuş o biri ucuna qədər axın edir yayılır . Biri var idi hələ 30,35 yaşlarnda bir kişi idi 2 körpə uşaqı var idi . Amma artıq bağımlı olduğu üçün yoldaşı evi tərk edib gedmişdi . İllərlə tək yaşadı . Bədənini özünü məhv etdi bu "narkotik" onun . Bütün həyatını əlindən aldı . Sondada Ölüb getdi . Hər gün keçdikcə saylar çoxalır . Susma səndə danış. Danış ki , göz önündə olsun bu məsələlər . Çoxları düşünür ki, danışmaqla nə olasıdı amma elə deyil . Heç nə edə bilmirsizsə də ən azından gündəmə gətirməyə köməy edin . 5 fərqli barmaq amma yumruq bir ... 3 meymun olaraq dəvam etməyin
Hər bir söz insanı xəyala daldırır dilinə qüvvət Qaraqan ❤
Dünən "ikinci addımı"oxuyub bitirdim...gecəni yatabilmirdim beynim dayanmadan düşünürdü və qəlbimdə dayanmadan sozsuz təşəkkürlər deyirdim sənə bu kitaba görə Qaraqan!
İkinci addım insana ruhən xəncər saplayır sanki.. amma Üçüncü addım insanı ruhən öldürür, heç cürə acımır ruhumuzun saf və məsum xarakterinə. Öldürdükcə öldürür, sonda o əvvəlki uşağın bütün fərdi və səciyyəvi təriqətlərini, anlayışlarını məhv edənə kimi də dayanmır.
@@meryem.77 kitabda həqiqətin üçüncü adı yə ufolara aid olan yerdə sonuncu ufoların bizə mesajını oxuyanda ordakı sözlər quranın ayələrini xatırlatdı dəhşət bürüdü məni kitabın davamını oxuya bilmədim,söndürdüm telfonu dərindən nəfəs alıb ağladım və Allaha böyüklüyünə görə təriflər yağdırdım doğurdanda yaradan necədə böyükdür buqədər milyonlarla tarixi,dnt kimyəvi elementləri ufoları dinləri planetləri günəş sistemləri hamısın necədə qüsursuz yaradım bu həqiqətən dəhşətdir
Və ən dəhşətlisi budurki bu fantastik əsər deyil,həqiqi faktlarla yazılmış kitabdı insanı əsas budur qəlbinə xəncəri sapan.biz kimik?nə üçün bu dünyadayıq?bu dünya necə bir yerdi?suallar bitmir.
Nə olar verin mən də oxuyum 😢 əvəzinə A romanı verə bilərəm oxumağa
@@rahibbabayev6166 salam gözəl insan,mən telefonda oxuyuram,pdf faylı şəklində istəsəz ata bilərəm pdfni yada ki özünüz gogoldan yükləyə bilərsiz.A romanına gəldikdə isə onu 11il əvvəl oxumuşam kitab şəklində amma əlimdən aldılar və yandırdılar😔elə bildilərki qəlbimdəki sevgini bitirəcəklər amma bacarmadılar!
Xoş gəldin, qorxma sənə düşmən deyil Qaraqan
Yaxşı ki qayıtdın Qaraqan❤❤❤
Səsin önəmlidir. Bu cür vacib mövzuları gündəmə gətirdiyin üçün təşəkkürlər.
Gələcəkdə vətənimizin parlaq gənclərini görmək ümüdi ilə ♥️🇦🇿
Eşq olsun,Qaraqan.