Orkhan Zeynalli ft. Röya Miri - Bir Də Gəlsəm (Rəsmi Musiqi Videosu)

Поделиться
HTML-код
  • Опубликовано: 21 апр 2024
  • Orxan Zeynallının Röya Miri ilə birgə ifa etdiyi “Bir Də Gəlsəm” treki artıq onlayndır. Bu musiqi videosu "Azercell" və Azərbaycan Cüdo Federasiyasının #DoğruYolBudur kampaniyası çərçivəsində hazırlanmışdır. Gənclərin narkotik vasitələrdən yayınması üçün ən yaxşı üsullardan biri məhz idmandır. İnsanın həm özünə, həm də ətrafına fayda verməsini təmsil edən cüdo idman növü buna yaxşı misaldır.
    Bu kampaniya ilə hər kəsi pis vərdişlərdən uzaq qalmağa, sağlam vərdişlərə yiyələnməyə çağırırıq. Çünki narkomaniya həyatınızı məhv edə, cüdo isə onu müsbətə doğru dəyişə bilər.
    Odur ki vaxtında doğru yolu seçin, çünki yalnız bu zaman getdiyiniz yol sizi uçuruma aparmayacaq.
    Orkhan Zeynalli-ya "RUclips"da abunə ol: mikpro.az/ozeynalliyt
    Musiqi: Clavis
    Söz: Orxan Zeynallı
    Prodüser: Clavis
    Miks və masterinq: Shamkhal Novruzlu
    Agentlik: @EndorphinBaku
    Prodakşn: @artfilmbaku
    Rejissor: Emil Quliyev
    Operator: Məhəmməd Osman
    Quruluşçu rəssam: Aytən Şirzad
    Prodüser: Kənan Nadirli
    Geyim rəssamı: Ləman Süleymanlı
    Qrim: Sevochka Zeynalova
    İşıqçı: Samsor Manqal
    İsmayıl Nəsibov
    İkinci rejissorlar: Nicat Muxtarov, Nicat Qulam
    Fokus-puller: Asif Shiraliyev
    İl: 2024
    Orkhan Zeynalli sosial şəbəkələrdə:
    Facebook: mikpro.az/ozeynallifb
    Instagram: mikpro.az/ozeynalliig
    Genius: mikpro.az/ozeynallign
    Orkhan Zeynalli rəqəmsal platformalarda:
    Keçid: mikpro.az/ozeynallidinle
    Sözlər:
    [Bənd 1]
    Dedilər, pis yaşıdır indi, gözünüz üstündə olsun
    İstəyir, hamıdan güclü, hamıdan üstün bəy olsun
    Pis vərdişlər gəlir zəif insanın iyinə hər an
    Bir də ayılırsan ki, ailən olub iynə, dərman
    İki dostun xəyalları, o yaş belə idi
    Mən də doğru yolları onun kimi kaş biləydim
    İlk öpüş qədər şirin ilk dəfə dadına baxmaq
    Səhv yolun cazibəsi əyə bilər daş biləyi də
    Çox heyif...
    Dostumda özümü görürdüm, qızlar mənə baxmırdı
    Mən baxıb gözümü döyürdüm
    Dostum doğru yolu seçdi: idman, döyüş və yarışlar
    Mən isə iradəsizlik medalıyla özümü döyürdüm
    Yumruq sıxmaq belə bu gün çətin gəlir mənə
    Azıb qalmışam haramın yollarında
    Bədənim yalvarır ruhuma ondan əl çəkim deyə
    Son dəfə yuxuya getmək anamın qollarında
    (Haradasan?)
    [Nəqərat]
    Mən bir də gəlsəm dünyaya
    Saf gözlərinə doymaram
    Səhvim oldu, denən, harada?
    Gəlim bir də, qalım orada
    Gəl doğru yoldan boylanaq
    [Bənd 2]
    Gözümün içinə bax, ana, çəkinmə məndən
    Bilirəm, solub üzüm, azalıb çəkim bədəndə
    Sən məni belə böyütməmişdin, üzülmə, nə olar
    Çalış, görə biləsən oğlunu üzümdə, nə olar
    Yadına gəlir, iki körpə dost qalırdıq evdə?
    ‘’Böyüyəndə kim olacaqsan?’’ sualına dalırdıq hərdən
    Yenidən doğuluram deyib boğuldum öz qanımda
    Hamı sevsin, istəyirdim, indi sevmir öz anam da
    Əlimdən tut, bax, həmin o balaca uşağam
    Qaranlıqda səni qorumaq üçün yanacaq o şamam
    ‘’İnanıram sənə’’ deyib sığallamağın idi qızıl anım
    Mənsə inamını satıb oğurladım qızılların
    Halbuki bu səhv yolu seçəndə axı özümdə idim
    ‘’Gözəl övladım’’ deyirdin, bəlkə, gözün dəydi
    Hər şeyini aldım əlindən, bağışlamağa heç nə qalmayıb
    ‘’Bağışla, ana’’ deməyə belə artıq üzüm gəlmir
    [Nəqərat]
    Mən bir də gəlsəm dünyaya
    Saf gözlərinə doymaram
    Səhvim oldu, denən, harada?
    Gəlim bir də, qalım orada
    Gəl doğru yoldan boylanaq
    Mən bir də gəlsəm dünyaya
    Saf gözlərinə doymaram
    Səhvim oldu, denən, harada?
    Gəlim bir də, qalım orada
    Gəl doğru yoldan boylanaq
    Orkhan Zeynalli tərəfindən Röya Mirinin iştirakı ilə ifa olunan “Bir Də Gəlsəm” parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2024
    Etiketlər:
    #OrkhanZeynalli #BirDəGəlsəm #mikpro
  • ВидеоклипыВидеоклипы

Комментарии • 1,8 тыс.

  • @orkhanzeynalli
    @orkhanzeynalli  27 дней назад +1064

    Bu asılılıqdan əziyyət çəkib özünü və ətrafındakıları incidənlərə qarşı aqressiv ya neqativ yanaşmanın faydasız olduğunu hesab edirik. Bu klipdə çalışdıq ki, hələ yol ayrıcında olan ya artıq yanlış istiqamətdə addımlayanlara göstərək ki, ən doğma insanlar necə əziyyət çəkə bilir. Emil klassik filmə çox dəqiq göndərməyə öz dəsti xəttinə uyğun detallar da əlavə edib. Aktyorlarımıza isə möhtəşəm performansa görə təşəkkür edirəm! Təəssüf ki, bu cür səhnələr real evlərdə, real insanların həyatında baş verir. Özümüzü və doğmalarımızı qoruyaq, biganə qalmayaq ki, “bir də gəlsəm” deməyə ehtiyac qalmasın🙏🏻❤️

  • @user3ekitabxana
    @user3ekitabxana 29 дней назад +1741

    Atam narkotikə qurşananda və ailəmiz dağılanda 11 yaşım var idi. Uşaq vaxtı kimi ən çox istəyirsən sualına içdən içə "atamı" deyib, anası pis olmasın deyə "hər ikinizi" deyən uşaq idim. 15 il boyunca sevgi, nifrət və vicdan üçbucağı arasında qalan bir gəncə döndüm. Mənim atam heç vaxt doğru yolda olmadı, doğru yoldan dəfələrlə dönüb hərşeyini itirdi, biz də onunla birlikdə itirdik. Atam gözümün qarşısında xəstə oldu, əzildi, kiçildi sonra yox oldu. Onu sevən qız uşağı böyüyüb, ama hər belə mahnıda boğazı düyünlənir, yarası təzələnir.

    • @cahoaliyev1033
      @cahoaliyev1033 21 день назад

      Son cumlen....

    • @AideZeynalova
      @AideZeynalova 21 день назад +25

      😢can,Allah gələcək ailənizi gözəl eləsin

    • @adalatbayramov7810
      @adalatbayramov7810 21 день назад +16

      Allah her bir halda ataniza rehmet etsin. Insan valideyinlerini seche bilmir. Gelecek heyatiniz gozel olsun

    • @AliSalmanov-yq6cy
      @AliSalmanov-yq6cy 21 день назад +10

      tək deyilsən...

    • @Muslim01233
      @Muslim01233 20 дней назад +25

      İlk dəfədi bir yoruma bu qədər pis oldum🥲bir də heçnəyə görə pis olma yaxşı insanlar ulduzlar kimidir,uzaqda olsa da parıldayırlar sənin parıltını görürəm mən😊

  • @ElnurAhmet-ix7ry
    @ElnurAhmet-ix7ry 14 дней назад +68

    Men de bir vaxt bu zibilden eziyet çekmişem...tamamen ehatemdeki insanlar meni bu yola çekmişdi.Men bir gecede tövbe ettim ve her şeyi atdım.Bedenim ağrıdı canım ağrıdı çox pis şeyler ve ağrılar yaşadım ancaq heç kim bilmedi bunu.Tek başıma çektim bunları yaşadım ve bitti.Bir dene de olsa müalicevi nese almadım.Ve o günden beri namaz qılıram.Allah meni uçurumdan qurtardı güc verdi mene.9 ildi artıq içki bele içmirem.Bu her adama nesib olmur..Allah her kese bu qurtuluşu nesib etsin

  • @nihadehedov7051
    @nihadehedov7051 27 дней назад +392

    Göz yaşı içində izlədim. Allah heç bir valideyni belə sınaqla üz üzə qoymasın. Allah bütün övladları bu yola düşməkdən qorusun.

    • @liyevElnur-dp5pp
      @liyevElnur-dp5pp 26 дней назад +3

      Amin

    • @elsnmanafov6882
      @elsnmanafov6882 25 дней назад +3

      Amin insheAllah

    • @IntheFootstepsofHistory-All
      @IntheFootstepsofHistory-All 22 дня назад +1

      Kişi adam ağlamaz deyərlər…ağlama…bədənim yerə doğru dartınır…ruhum göyə doğru…qocalıram desəm nə xeyri…yaşayıram ilk gün kimi….birgün son günüm olacağını bilə-bilə…

    • @filmizleaz
      @filmizleaz 21 день назад +1

      Amin

    • @user-xx6mx3mj2g
      @user-xx6mx3mj2g 16 дней назад +1

      AMİN

  • @nopicture2740
    @nopicture2740 Месяц назад +515

    Orxanın və Elxanın cəmiyyəti uçurama aparan mövzulara toxunmaları alqışa layiqdir. Hər birinə #respect

  • @ReshoZal
    @ReshoZal Месяц назад +429

    bu ƏSƏR orta məktəb və ali təhsil müəssisələrində məcburən dinlədilməlidir.. 6-7 dəqiqəyə bu boyda böyük iş sığışdırmısız. Əvəzsiz bir layihədir. Əməyi küçən hərkəsin önündə baş əyirəm!!!

    • @elminhuseynov8607
      @elminhuseynov8607 27 дней назад +4

    • @tabriz0234
      @tabriz0234 20 дней назад +1

      Helede menasız kitablıqlar derc olunur hey ele

    • @ursulolito
      @ursulolito 6 дней назад +3

      Bu gün məktəbimizə polislər gəldi,bizlə danışdılar bu mövzu haqda. Sonra isə buna baxdıq.

  • @emilguliev
    @emilguliev 26 дней назад +267

    Şərhləri oxuyub belə qərara gəldim ki, bu bəla, gördüyümüzdən daha böyükdür.

    • @CH3ST3R94
      @CH3ST3R94 26 дней назад

      Belii…

    • @CH3ST3R94
      @CH3ST3R94 26 дней назад

      Gor nece blyukdukii men bakida bacarmadim hindii kemerdeee bawqa olledee eziyyet cekib suxoyy cixiram adawim

    • @CH3ST3R94
      @CH3ST3R94 26 дней назад

      Bacarmadim ordaa….bacarmadimm…((;

    • @afganhasan4521
      @afganhasan4521 21 день назад +1

      Emil, belə gözəl işlərə görə Sizə minnətdaram. Uşaqlarımızı bayağı filmlərdən uzaq tutmaq yolunda çəkdiyiniz zəhmətlər əvəzsizdir.

  • @aysuhesimova1538
    @aysuhesimova1538 4 дня назад +2

    Ana əlimi tut,sepi boğazından açdı..həqiqətən çox təsirli və çox acizcə halddır.Allah heç bir anaya bunu yaşatmasın🤲🥺

  • @Javid1
    @Javid1 Месяц назад +576

    Hər şey bir yana, klip çox təsirlidi. Təkcə narkotik yox, bütün bağımlılıqlar həyatımızı məhv edir. Geriyə yalnız vaxt itkisi və özümüzdən verdiklərimiz qalır.

    • @elminhuseynov8607
      @elminhuseynov8607 27 дней назад +2

    • @SefaIsgenderli
      @SefaIsgenderli 15 дней назад +1

      Ele bizi bu hala getiren bağlılığıarımızdı belkə əl çəksək yaxşı olar.Bəlkələri əkiblər bitməyib 🥲

    • @elxanelekberli4907
      @elxanelekberli4907 6 дней назад +1

      o qeder gozel mentiqli metn yazmisanki tekve narkotik yox butun yersiz baqimliqlar heyatimizi mehv edir

  • @iamasimaskeroff
    @iamasimaskeroff Месяц назад +651

    Orxan Zeynallı (AİD) və Elxan Zeynallı (Qaraqan) hələ də eyni ünvana gedirlər, ancaq fərqli yollarla. əhsən 👏

    • @hes5nl184
      @hes5nl184 Месяц назад +6

      Həqiqətən fərqli yollarla ehh

    • @My_art_is_my_life
      @My_art_is_my_life Месяц назад +25

      Orxan daha sentimental yanaşır problemlərə, Elxan sərt. Amma eyni ünvana.🖤🤍

    • @iamasimaskeroff
      @iamasimaskeroff Месяц назад +23

      @@My_art_is_my_life ümid edirəm bir gün Azərbaycan elə bir yer olar ki, ikisinin də yazmağa mövzusu qalmaz 🙏

    • @erlikcrazyiceberg04
      @erlikcrazyiceberg04 Месяц назад +10

      Fərq Orxan Zeynallı hələdə Rap edir Qaraqan nağıl danışır qayıdannan sonra və QQ nın elədiyi Rap deyil.

    • @exdeots
      @exdeots Месяц назад

      Hər nədi əsas odur ki edir.​@@erlikcrazyiceberg04

  • @merthocanincigerininkosegeni
    @merthocanincigerininkosegeni 10 часов назад +1

    "görürsən özünü nə günə qoymusan? heç kim üzünə baxmır" ...

  • @jalacalalova
    @jalacalalova 26 дней назад +105

    “Son dəfə yuxuya getmək anamın qollarında” 🍂🍃

  • @HafizVali
    @HafizVali Месяц назад +484

    İllərlə böyüdüyümüz dostların narkotikin qurbanı olmasının necə bir hiss olduğunu bizim nəsil çox yaxşı başa düşür. Təsirlidir. Çox sağol, Orxan.

  • @Sheenaizz
    @Sheenaizz Месяц назад +260

    Ümid edirəm, həmin gənclərin duyğuları yerindədir bu mesajı hiss etmək üçün..

  • @person-mm6nw
    @person-mm6nw 29 дней назад +216

    Əməyi keçən hər kəsə təşəkkürlər. Mən inanıram ki Orxan Və Qaraqanın gələcək nəsilin düzgün formalaşmasında böyük rolu olacaq❤

    • @elminhuseynov8607
      @elminhuseynov8607 27 дней назад +2

    • @parviz4110
      @parviz4110 16 дней назад

      Qaraqan ve orxan elecede old Scholl rep dinleyen her kes düzgün sade ve ağıllı bir toplumdur Ne vorzakonluq edirler ne de ki Aue deyib avaraliq edirler gorduylerim budur rep dinleyen etraf cevremden Bu yolda olanı gormemişem , o yolda olan insanlara da sual verende ki Qaraqan kimdir, orxan kimidir paster kimdir Heç birini tanimirlar trecklerini dinlederken ise Bu ne deyir ne menasizdir deyirler çünki sozlerini anlamirlar o qədər savadsizdilar ki))

    • @FarganaSamadova
      @FarganaSamadova 4 дня назад +1

      Amin

  • @Qasimoffa_1
    @Qasimoffa_1 4 дня назад +1

    Heyatı anlamaq üçün sadəcə Orxan Zeynalliya qulaq asın)

  • @1adamliq
    @1adamliq 29 дней назад +190

    "Sənin ağzının üstündən bir dənə qoyaram" dedikdən sonra dostunu qucaqlaması❤

    • @amz9251
      @amz9251 22 дня назад +1

      İki qardaş olduğun düşünmüşdüm

    • @ulvikerem7796
      @ulvikerem7796 22 дня назад +10

      Ne dostudur ne qardaşı özünün keçmişi

    • @muradsdv
      @muradsdv 15 дней назад +2

      Mence videoda ozunun muxtelif yaslardaki versiyalari

  • @resadmehdiyev2043
    @resadmehdiyev2043 Месяц назад +254

    Orxan senin kimi insanlara Azerbaycan xalqinin etiyyaci var.

  • @Samayiia
    @Samayiia 22 дня назад +143

    Belə kliplər çəkilməli, mahnılar yazılmalıdır ki, hər kəs maariflənsin. İki dost, iki fərqli dünya... Təşəkkürlər.🖤

  • @tamerlanismayilzad2847
    @tamerlanismayilzad2847 27 дней назад +8

    Bu mahnı mənə köhnə dosumu xatırlatdı. Bir an olsun ayrı qalmırdıq. Elə olsu əlaqəmiz pozuldu. Mən əsgər getdim, o qaldı. Əsgərlikdən qayıtdıqdan sonra küçədən yanından keçdim. Tanımadım. onu. Saxladı məni, dedi tanımadın məıni? Mənəm də. Tural... Hərdən onun o cür olmasında özümü gunahkar bilirəm. Buraxmasaydım onu, elə olmazdı deyə düşünürəm.

  • @m.senyorita594
    @m.senyorita594 29 дней назад +133

    Ananın çarəsizliyi çox tesr etdi. Hemin kadrda ağladım. 😢

    • @damlanezerli2876
      @damlanezerli2876 28 дней назад

      Var olun ,Allah analarimizi bu beladan qorusun.Analar aglamasin

    • @user-hu1di3bf6c
      @user-hu1di3bf6c 11 дней назад

      Hələ məni demirsən Sumqayıtdan 20yanvara gələndə menide eynək arxasında bərk doluxsulanmaq tutdu gizlincə ağladım

    • @ofeliaazimzadeh7622
      @ofeliaazimzadeh7622 9 дней назад +1

      Məndəəə😭😭😭

    • @user-hu1di3bf6c
      @user-hu1di3bf6c 9 дней назад

      @@ofeliaazimzadeh7622 səndə sumqayıtda qalırsan?

  • @orkhanzeynalli
    @orkhanzeynalli  29 дней назад +320

    Böyük konsertdə birgə oxuyacağımız daha bir mahnı❤️
    Mahnıda və klipdə ən bəyəndiyiniz misra va ya kadr hansı oldu?

    • @user-xg5gt3zb7z
      @user-xg5gt3zb7z 29 дней назад +16

      Ananın çarəsizliyi,dostun kədərli baxışları, musiqi məni çox mütəəssir etdi

    • @user-ko7tr9sb3p
      @user-ko7tr9sb3p 29 дней назад +3

      Əladır ancaq film epizodları heç o deildə həmdə çox uzundu

    • @n.c7987
      @n.c7987 29 дней назад +20

      Anasının boynunnan sepi açıb qaçanda ve onda neqaretin girişi meni menden aldi.

    • @NihadQQ
      @NihadQQ 29 дней назад +6

      Qapı bağlanan yerdə nəqarətin başlaması..

    • @pervinabdullayev8015
      @pervinabdullayev8015 29 дней назад +4

      Qəlbimə toxundun. insallah kansertdə gorusərik. qismət olsa səklim olar səninlə . səbirsizliklə gozduyurəm .🤲

  • @rashadmammadov2820
    @rashadmammadov2820 11 дней назад +33

    Bakıdan çıxıb rayona indi çatıram 311 km.-lik məsafə. Bəlkə 50 dəfə dinləmişəm yol boyu. Klipə baxdıqca, narkomaniyadan əziyyət çəkən, hazırda həbsdə olan bibim oğlunu, onun xəstə valideynlərini düşünüb kövrəlmişəm. Heç bir övladın bu yola düşməsini, heç bir valideynin əzab çəkməsini arzulamıram.
    Belə möhtəşəm əsər ortaya çıxardığınız üçün hər birinizə təşəkkür edirəm. Möhtəşəmsiz uşaqlar!

  • @esmiraldaglecvmi5291
    @esmiraldaglecvmi5291 4 дня назад +6

    Klipə baxırıma və göz yaşlarımı tuta bilmirəm. Oyuncular o qədər möhtəşəm oynuyurlar ki çox təsirləndim, halaldı bir sözlə🙏🏻🤍

  • @elshanaxmedov6776
    @elshanaxmedov6776 Месяц назад +108

    Narkotikdən heç vaxt istifadə etməmişəm amma bu videçarx məni çox duyğulandırdı. Ey gənclər gələcəyinizi düşünün tanrı gənclərimizi bu bəladan xilas etsin əlimizdən başqa heçnə gəlmir yazmağdan başqa ...

  • @dansuulu2774
    @dansuulu2774 26 дней назад +74

    Dostunu vurmaq yerinə qucaqlayanda kövrəldim.

  • @user-ub7hp2jm4i
    @user-ub7hp2jm4i День назад +1

    Mən bu klipə baxanda, orda bir fraqment var, nifrət edirəm bu klipə, cünki o balkon mənim bacımın evinə aparırdı, bacım oğlu da narkotika istifadəçisi idi. Bacım dünyasını dəyişdi, fikirdən və stresdən pis xəstəliyə yoluxub. Hər dəfə bu klipə baxanda pis oluram, göz yaşlarımı saxlaya bilmirəm

  • @isgndrova_a8798
    @isgndrova_a8798 21 день назад +29

    “Etiraf edilməmiş hər duyğu qəlbə yükdür,
    Üzləşilməmiş hər şey ruhu çürüdür,
    Gedilməmiş hər yer gözəl gəlir,
    Çıxılmamış hər səfərdə ağlı qalar kapitanın,
    Yarım qalan yuxu hər zaman zehnində yer tutur və
    Deyilməmiş hər söz insanı yaşlandırır…
    Hər şey vaxtında yaşanmalıdı”💜

  • @abbaselekberov9033
    @abbaselekberov9033 Месяц назад +502

    Kövrələrək baxanlar?(

    • @AzeUsa92
      @AzeUsa92 29 дней назад

      😢

    • @farruxmovsumov2346
      @farruxmovsumov2346 28 дней назад +5

      Yadimnan 4ixib uje ne4enci defedi qulag asiram..kovrelmirem, agliyiram

    • @Saleh_karimli
      @Saleh_karimli 28 дней назад +4

      Anası ağlayanda kövrəldim😢

    • @Narmin04
      @Narmin04 27 дней назад +3

      Ağladım😭

    • @CeyhunAhmed
      @CeyhunAhmed 27 дней назад

      😢

  • @agaevraimov
    @agaevraimov Месяц назад +105

    "Azıb qalmışam haramın yollarında.." 🪴

  • @ravanrustamov4704
    @ravanrustamov4704 26 дней назад +17

    Analoji mənzərəni məndə yaşamışam. Uşaq vaxtı mən idmanla məşğul olanda yaxın dostum qurşandı bu yola. 2-3 il öncə peredozdan cavan yaşında öldü. Çox təsirli lahiyədir. Əməyi keçən hər kəsə minnətdaram.

  • @aliverdysabina
    @aliverdysabina 22 дня назад +17

    Qaraqanın "Bəyaz duman" trekindən sonra AİD'in "Bir də gəlsəm" treki...Qəlbləri uzaqlarda da olsa vətən, millət üçün yanan iki əmioğlu...Bu millətin sizə çox ehtiyacı var❤

  • @My_art_is_my_life
    @My_art_is_my_life Месяц назад +63

    "The basketball diaries"dən kadr mükəmməl idi😢❤

  • @ekremmelikov8972
    @ekremmelikov8972 Месяц назад +95

    çox gözel ve mariflendirici bir mahnı idi.. Kaş xalqımızda narkotik maddələrə qarşı daha çox mübarizə aparılaydı..

  • @qurbanqurbanli2538
    @qurbanqurbanli2538 26 дней назад +28

    Orxan Zeynalli başda olmaqla, əməui keçən hər kəsə təşəkkürlər

  • @magomedmamedov4813
    @magomedmamedov4813 27 дней назад +20

    İndiyə qədər gördüyüm ən gözəl,ən mənalı,ən təsiredici klipdir...

  • @fahrimediagroup
    @fahrimediagroup Месяц назад +63

    Dinləyib özümdən asılı olmayaraq kövrəldim. Allah bu vəziyyətdə olanlara güclü iradə nəsib etsin. 🙏

  • @sehhetgojayev
    @sehhetgojayev Месяц назад +192

    Əməyi keçən hərkəsə təşəkkürlər!

  • @faqansafarov6837
    @faqansafarov6837 24 дня назад +21

    Çox hörmət etdiyim insan Orxan. 90ları uşaqları hələdə sənin dərinliyində üzürlər...

  • @merthocanincigerininkosegeni
    @merthocanincigerininkosegeni 2 дня назад +1

    "hamı sevsin istəyirdim, indi sevmir öz anam da"

  • @Narminhasanova__
    @Narminhasanova__ Месяц назад +59

    Allah bütün səhv yolun cazibəsinə aldananlara kömək olsun.

  • @turanememmedova7231
    @turanememmedova7231 Месяц назад +29

    Birdə gəlsəm dünyaya.....
    Bu sualı özümə o qədər verirəm ki.

  • @KuceGorusu
    @KuceGorusu 26 дней назад +11

    *Emil Quliyevin rejissorluğu, Orxan Zeynallının qələmi*
    Aktyorların oyunu bu işi daha da dərindən bizə hiss etdirib. Röya Miri'nin səsinə də zatən heyranam. Nəqarəti onun ifa etməsi hər zamanki kimi doğru seçimdir. Klipin hazırlanmasında əməyi keçən hər kəsin əlinə-qoluna, qələminə, ürəyinə sağlıq🤝✨🙏🏻
    .
    .
    P.S: Nicat Muxtarov detayı gözümdən qaçmadı😉

  • @fuadqulambyli9749
    @fuadqulambyli9749 19 дней назад +23

    Bu bir əsərdir.hər dəfə izləyəndə eyni emosiyalar yaşanır.sadəcə möhtəşəm.Allah heç kəsin ağlını əlindən almasın.

  • @asyayahyazade-jw8mx
    @asyayahyazade-jw8mx Месяц назад +100

    Ansızın bir gecə biri gəlib bəyənsə, məndə gəlib dinləsəm❤️

    • @user-lb4xx5bs7x
      @user-lb4xx5bs7x Месяц назад +1

      Gündüz olmaz?

    • @adsz
      @adsz Месяц назад +1

      🤔😶

    • @merthocanincigerininkosegeni
      @merthocanincigerininkosegeni Месяц назад

      bəyənəndə bildiriş gəlir ki ?

    • @m_rufett
      @m_rufett Месяц назад

      Gəlir​@@merthocanincigerininkosegeni

    • @merthocanincigerininkosegeni
      @merthocanincigerininkosegeni Месяц назад

      @@m_rufett hər adam bəyənəndə gəlmir axı sən rəyinə cavab yazdığın adamdan bəyəni alırsansa gəlir və ya paylaşımı edən insan bəyənəndə gəlir mənim rəyim o gün 10k bəyəni aldı heç bəyəni üçün bildiriş gəlmədi ancaq cavab yazanların bildirişi gəldi

  • @ar2102
    @ar2102 Месяц назад +59

    Bu insanın beynində nələr baş verirki belə gözəl əsərlər yazır❤

  • @Jeyhun_Mammadov
    @Jeyhun_Mammadov 29 дней назад +11

    Emin Quliyev 3:20 o nə kadr idi elə qurban sənə məhv etdin bizi bu ölkə üçün çox underrated adamsan həqiqətən

  • @afganhasan4521
    @afganhasan4521 21 день назад +18

    Oy daaaaaaa... O iki qardaşın dirəşməsi nə idi?! Gözlərim doldu. Klipin ərsəyə gəlməsində zəhməti keçən hər bir kəsə təşəkkür edirəm.

  • @zeynalovomar
    @zeynalovomar Месяц назад +54

    Konsertdə görüşmək ümidiylə...

  • @ramin_rzayev
    @ramin_rzayev Месяц назад +18

    Bu mahnının hər gün bütün ictimai yerlərdə paylaşılmasını çox istəyərdim. Narkomaniyaya qarşı çəkilmiş ən möhtəşəm işdir. 6:30 dəqiqəlik qısa metrajlı film kimidir. Ölkə trendində belə keyfiyyətli işləri görmək ümidilə…

    • @ayhan_philosopher
      @ayhan_philosopher Месяц назад

      Qaraqanın Bəyaz Dumanını unutdunuz.

    • @ramin_rzayev
      @ramin_rzayev Месяц назад +1

      @@ayhan_philosopher Qaraqan’ın Bəyaz Duman mahnısında sözlər çox möhtəşəmdir. Amma burda sözlərdən əlavə klip də çox möhtəşəm alınıb.
      P.S Qaraqan’ın Yarasa’sı həm söz, həm klip olaraq möhtəşəm idi 👍🏻

    • @ayhan_philosopher
      @ayhan_philosopher Месяц назад +1

      ​@@ramin_rzayev bəli. Hər biridə mədəni-mənəvi inkişafa səsləyir. )

    • @ramin_rzayev
      @ramin_rzayev Месяц назад

      ⁠@@ayhan_philosopherhamını sağlam həyata dəvət edirlər )) #since2007 😉

  • @ramizramiz1169
    @ramizramiz1169 20 дней назад +15

    İlk öncə bu proyektin ərsəyə gəlməsində əməyi keçən hər bir kəsə təşəkkürümü bildirirəm. Bu video çox təsirediicidir həqiqətən düşünürəm ki gənclərimizi orta məktəblərdə, ali təhsil müəssisələrində daha çox maarifləndirmək lazımdır, xüsusən raypndan bakıya köçən gənclər tələbəlik illərində pis vərdişlərdən uzaq durmaq üçün daim valideyn müəllim nəzarətində olmalıdırlar. Sözün düzünü desək əgər mən tələbəlik illərimdə pis vərdişlərin qurbanı olan insanlarla birgə çox olmuşam və məni bu yola çıkmək istəyən bir dəfə dadına bax heçnə olmaz deyən çox insanlar olub, bir müddət keçəndən sonra istər istəməz insan bu yola düşməyə meyil göstərir, açıq danışacam indi otdan başlayıb damarda bitən o qədər insanlar varki zəif iradəsi oıan. Ona görə bu yazını görən hər bir gəncə tövsiyə edirəmki birdəfəylə heçnə olmaz deyən insanları həyatınızdan silin, ay çğrək kəsmişik olmaz qardaşdı dostdu bunlar hamısı boşşeydir, dost qardaş pis birşeyi insana tövsiyə etməz bu xülyalara inanmayın. Əziz valideynlər bacardığınız qədər övladlarınız kimlərlə münasibət qurub yoıdaşləq elədiyi ilə maraqlanın, rayondan bakıya göndərib boş buraxmayın sonra peşimançılıq fayda vermiyəcək. Ürəyim doludur əslində çünki çox görmüşəm belə şeylər ətrafımda öz başıma gəlib əfsuslar olsunki

  • @LiliRemmi
    @LiliRemmi Месяц назад +27

    Yəqin, ancaq oxşar hadisələri şəxsən yaşamış insanlar klipin necə güzgü kimi olduğunu bütün dərinliyi ilə hiss edəcəklər... Bütün ruhum sancdı... 😔

  • @_xanqz_6153
    @_xanqz_6153 29 дней назад +38

    Bir oğul anası olaraq çox pis oldum..Çox kövrəldim..Allah doğru yoldan heç vaxt ayırmasın,Allah mərdimazarlardan uzaq eləsin😢

  • @KhaBBaMusicNo1
    @KhaBBaMusicNo1 27 дней назад +3

    Bu mahnıya qulaq asa-asa o zibili heç olmasa istifadə etmə , ALLAH gənclərimizi qorusun

  • @eyyubhebilli1220
    @eyyubhebilli1220 27 дней назад +38

    Anası ilə olan səhnə🥺. Allah heç kəsi doğru yoldan ayırmasın🤲. Əməyi keçən hərkəsə təşəkkürlər!

    • @ehmyass
      @ehmyass 26 дней назад +1

      o hissə basketball diaries filmindəndir

    • @eyyubhebilli1220
      @eyyubhebilli1220 25 дней назад

      @@ehmyass həəə, izləməmişəm. Çox sağ olun

  • @Najhev
    @Najhev Месяц назад +59

    Her defe Spotify de Orxanın köhne mahnılarını tapmaq, Xezine tapmam kimi idi

  • @ilham.novruz
    @ilham.novruz Месяц назад +36

    Yəqinki Orxan kimi biri birdə gəlməz dünyaya. Sadəcə mükəmməl 🩶

  • @user-mf5ep5jc3x
    @user-mf5ep5jc3x 29 дней назад +15

    Qulag asmaga baslayanda bilirdimki mohtesem birseyle qarsilasacam ama bu qeder agliyacagimi aglima getrmezdim bizim cemiyeti 80-90ci illerin usaglarin coxunu mehv eledi ag olum insalah bir gun biter😢ovladlarim kicikde olsa cox qorxuram bu zehrimardan ona gore oglumu indiden mende cudoya yoneltmisem ve 1ildi artig idmanla mesgul olur❤

  • @igiun
    @igiun 3 дня назад +1

    Bu mahniyi dinleyende sitemsizce kovrelirem😢😢 bilmirem niye 😢

  • @x.y.t.f3884
    @x.y.t.f3884 29 дней назад +21

    Çox gözəl maarifləndirici mövzu. Gənclərin sevimli musiqi janrının gənclər üçün ən təhlükəli mövzuda, cəmiyyətin tərbiyələnməsinə həsr olunması alqışlanmalı haldır. MÜƏLLİFLƏRƏ UĞURLAR...

  • @tahirmhrrmova3483
    @tahirmhrrmova3483 Месяц назад +51

    Tüklərim biz biz oldu. Sadəcə dəhşət ❤

  • @zloyvolk186
    @zloyvolk186 12 дней назад +2

    Bu Əsər Həqiqətən Yayılmalı Hərkəsə Dərs Olmalıdır. Bele Açıq Şəkildə Həyatı Başqa cür Izah etmek olmazdı

    • @user-vc6jp9gl2q
      @user-vc6jp9gl2q 11 дней назад +1

      Həqiqətən çox qəşəng alınıb. Bəlkə 100 dəfə dinləmişəm. Nə yazıq ki həyatın gerçək üzü bu klipdəkindən də pisdi(((

  • @faridavyeffa
    @faridavyeffa 29 дней назад +9

    İlahi, necə təsirlidir. Lənət olsun bu zəhəri satanlara da, həyatını buna görə korlayanlara da...

  • @seymurmustafayev1171
    @seymurmustafayev1171 Месяц назад +16

    Əjdaha klip, əjdaha ifa . Təşəkkürlər Emil Quliyev ,Təşəkkürlər Orxan Zeynallı və təşəkkürlər əməyi keçən hər kəsə.

  • @kovakadini88
    @kovakadini88 Месяц назад +21

    Allah heç kimi heç bir yaxını ilə sınağa çəkməsin inşAllah Amin Allah 🤲🥹🤲🙏

  • @Pineappllemon
    @Pineappllemon 19 дней назад +8

    Hərşeyi anlamağa başlayan da 8 yaşımda idim,inkar edib özümə nağıllar danışmağa başlayanda da 8 yaşında idim.Kaş o qədər erkən ailəmi qorumaq məcburiyyətində qalmasaydım,kaş o yaşda böyüməsəydim,kaş hərkəsə danışdığım kimi olsaydın Ata…

  • @elfantairov913
    @elfantairov913 23 часа назад

    Çox təsir edir bu əsər mənə hər şey gözümdə canlanır Bakıda Sumqayıtda özü sözü bütöv kəlməsi qızıl oğlanları yıxdı bu bəla indi tinlər boş qalıb.....

  • @ruslanasgerov3268
    @ruslanasgerov3268 29 дней назад +9

    Gözlərin doldu hamının ətrafında yəqin ki belə bir dostu var😢

  • @user-qb1lu6bb4f
    @user-qb1lu6bb4f 21 день назад +7

    Goz yaşlarımla izlədim anam bu həyatı yasayib😢ünide. Oxuduğunu bildiyi övladı sən. Demə aldadirmis 😢

  • @user-ih2dy6ff9v
    @user-ih2dy6ff9v 9 дней назад

    Bu mahni tam mənim həyatimin eynisidi.cavan olarkən cox ağılsız səhflər edirik.😢

  • @Rum_94Asker
    @Rum_94Asker День назад

    Dinledikce ve klibi izledikce o qeder ağliyib onu xatirlamiwam ki,emeyinize sağliq🥀(Narkaman atalarin uwaxlari heç vaxt onlardan utanmir..)

  • @ruzieliyev394
    @ruzieliyev394 Месяц назад +13

    Ana oğul səhnəsi di kaprionun səhnəsindən götürülüb,serialı gözləyirik.Ama orxan yenə yaradıb musiqini❤

  • @creativeplustv
    @creativeplustv 23 дня назад +3

    Təsirli klipdir. Ümid edirəm ki, bu ibrətamiz videolardan özünü pis vəziyyətdən çıxaracaq oğullarımız olacaq. İnşallah! Allah hamımızın köməyi olsun inşallah! Klipə gəldikdə isə əməyi olan hər kəsə təşəkkür edirəm. Həqiqətən də bu gözəl çəkilişdə əməyi olan aktyorların, rejissorların, operatorların və ideal şəkildə hazırlanmış ssenaristin bu ssenariyə görə dərin təşəkkürümü bildirirəm.

  • @qurbanalihuseynov6762
    @qurbanalihuseynov6762 29 дней назад +12

    Səsinə avazina bəd nəzər deymesin.Daima zirvelere.Helede istanbuldaki konsert yadimdan cixmir,yene gel Orxan qardaş.O qeder istanbulda sevenlerin var ki, Qapidan iceri daxil ola bilmeyen Azerbaycan usaqlarini aglayan gördüm.. səbəb yaşları çatmırdı içəri girməyə yəni bu qeder sevilirsiz Allah sizleri qorusun.

  • @elvinmemmedovofficial
    @elvinmemmedovofficial Месяц назад +10

    Öncə Bəyənib sonra dinləyə biləcəyimiz çox nadir əsərlərdən biri.Əhsən qardaşa❤

  • @adilproo
    @adilproo 27 дней назад +1

    Dostlar o adamlardan o etrafdan hemişe qacin. Qacmaq qorxaqliq deyil. Atamin bir sözü hemişe qulaqlarimdadi. Narkotikden ,qumardan,ogurluqdan hemişe uzaq ol.

  • @rasimoglu
    @rasimoglu 10 дней назад

    Xatırlatan sevdiyinə qovuşsun inşallah..

  • @aytenaliviplife
    @aytenaliviplife 27 дней назад +3

    Ogul anasi olaraq bu mahnini dinlemek😢korpem seni sevdiyime seni dunyaya getirmeyime meni hec vaxt pesman etmezsen insallah🤲hemise duz yollarda gedesen, korpem🤲

  • @rufatgeydarov5887
    @rufatgeydarov5887 Месяц назад +14

    Klip,akterlar,mahni sadece mohtewem bawqa soz yoxdu

  • @RonTrade
    @RonTrade 9 часов назад

    Salam Qardaş bu mahnıya bu sözlərə bu klipə görə sənə təşəkkür edirəm. Allah sənə uzun xoşbəxt sağlam ömür qismət eləsin. Bu mahnı bütün evlərə girməlidi. Bu mahnı bütün yolunu azmış oğlanlar qulaq asmalı və həyatlarını düzəltməlidi. Tam real narkaman həyatını çəkmisiz. Təşəkkür edirəm

  • @Katvandiss
    @Katvandiss 2 дня назад +1

    Elə. Bilirsin xoşh mahnıdı içində nifrətlə nəqarətlə hayqıran neçə nəfər var bəs bilsə. Gözəl övlad yoxdu. Bağışlayası ana da yoxdu bağışlanası övladda uje😔

  • @HaciOgullari
    @HaciOgullari 26 дней назад +3

    Allah heç bir valideynə övlad acısı verməsin.Möhkəm olun gənclər.Azmıyın yolunuzu...

  • @nijatkamilzade2105
    @nijatkamilzade2105 Месяц назад +8

    Uzun müddət idi ki, heç bir soundtrack məni içdən kövrəltmirdi. Orxan, sənin kimi insanlara bu ölkənin ehtiyacı var.

  • @Gunal.Masimova
    @Gunal.Masimova 9 дней назад +1

    Mahni çox yaxşıdi kilpdə əməyi keçən hərkəsə təşəkkür

  • @efendi663
    @efendi663 18 дней назад +2

    "Mən bir də gəlsəm bu dünyaya")

  • @MirelemMusazade
    @MirelemMusazade Месяц назад +7

    Bu qədər gözəl iş, hal hazırda Azərbaycanda yoxdur! Mükəmməl iş görmüsüz. Aktyor işi, sözlər, rejissor işi mükəmməllik abidəsidir. Azərbaycanda sənət və mədəniyyət öz yerini tapacaq. Nəfəslər, Damlalar, Vəfalar gedəcək. Lazım olan sənətçilər öz yerini alacaq.
    Çox sağolun bu gözəl iş üçün.

  • @Xayal_Abdullayev
    @Xayal_Abdullayev 25 дней назад +5

    Biri anasının boynundan qızıl oğurlayır, biri isə çalışaraq boynuna qızıl taxır... Çox gözəl işlənmiş səhnədir

  • @orxancamal7142
    @orxancamal7142 5 дней назад

    Vetene borcunu bele odeyen ogullarda var, Cox sagol Orxan Zeynallı 🖤

  • @ceyhunocaqquliyev2049
    @ceyhunocaqquliyev2049 26 дней назад +3

    Allah anama rəhmət eləsin 29 yaşımda anamı itirdim indi 32 yaşım var Daim Allaha şükür edirəm ki o 29 ildə anamı peşman edəcək bir şey etmədim nə şöbə qapılarında qaldı nə bir şeydə kilpə isə baxıb kövrəldim

  • @ElmarQuliyev_
    @ElmarQuliyev_ Месяц назад +7

    Boyunbağını alıb qaçma səhnəsi çox təsir edici idi. Günümüz reallığın çox gözəl əks etdiriblər. Hörmətlər🖤

  • @alizeynalov509
    @alizeynalov509 26 дней назад +2

    Əməyi keçən hər kəsə təşəkkür edirəm. Mən yasamalda qaliram və bu klip mənim uşaqlığımdan indiyə kimi gördüklərimi bir bir xatırlatdı mənə.dostarımı , məhlə uşaqlarımı.çox heyif.Allah pis vərdiş edenləri düz yola yönəltsin.Amin
    Başda Orxan qaqaş olmaqla hamiya çox sağol diyirəm.

  • @zarifaibrahim8
    @zarifaibrahim8 10 дней назад

    Anamın ezıyyetlerı bir bir göz önümde canlanır
    Her defe "balamdı ne ede bılerem?"demesı 😪😪😪

  • @seadetletifi8401
    @seadetletifi8401 26 дней назад +4

    NƏQƏDƏR AGLADİM ALLAH NE QƏDƏR PİS OLDUM Hallaldi okriorlara klipə bir sözlə əməyi keçən herkese çox gözəl iş çıxarmışıq halaldı size

  • @ramogrifon
    @ramogrifon 25 дней назад +4

    bu vərdişdən utanmaq yerinə hələ bununla öyünən, özünü bomba sayan daima reklam edən necə axmaq insan var onlar daha betər olmadan ayılarlar inşallah, təşəkkürlər Orxan 👏

  • @resadnovruzluofficial
    @resadnovruzluofficial 17 дней назад +2

    Bu Proyektdə əməyi keçən hər bir kəsə şəxsən birbaşa minnətdarlığımı bildirib,Təşəkkür edirəm.Yaxşıki Varsız🖤🙏🏻

  • @SalamSalam-yr5by
    @SalamSalam-yr5by 12 дней назад +1

    Qızılı oğurladığı səhnə bitirdi məni

  • @yalquzaq_676
    @yalquzaq_676 Месяц назад +9

    Sənə bu tərbiyəni verib boya-başa çatdıran valideyinlərin əllərindən öpüb qarşısında baş əyirəm ki, cəmiyyət üçün səni kimi nümunəvi,mədəni və keyfiyyətli bir övlad yetişdiriblər..Uğurlarının davamı ♾️-suz olsun :)

  • @a.ekdj_
    @a.ekdj_ 28 дней назад +10

    Nece gozel klip inşallah bu zillətdən əziyyət ceken her kes sagalar 🤲

  • @Ferhad_131
    @Ferhad_131 День назад

    1 mahnıdan daha artıq,bundan o tərəfi yoxdu.Bravo 👍🏻

  • @Lonkon-eu9bm
    @Lonkon-eu9bm 6 дней назад +1

    Kayf kayf diyə diyə birdə ayldımki artıq 30 yaşım var və əzabla o kayf etdiyim illəri unutdum va həyata davam etdim şukur indi insan kimi yaşayıram artıq ailəm iki övladım var 😊 həyat davam edir