Orkhan Zeynalli ft. AISEL - Səma (Rəsmi Musiqi Videosu)

Поделиться
HTML-код
  • Опубликовано: 11 фев 2024
  • Orkhan Zeynalli-nın AISEL ilə birgə ifa etdiyi “Səma” treki artıq onlayndır.
    Orkhan Zeynalli-ya RUclips-da abunə ol: mikpro.az/ozeynalliyt
    “Səma”-nı rəqəmsal platformalarda dinlə: bfan.link/sema-
    Musiqi: AISEL, Clavis
    Söz: Orkhan Zeynalli
    Aranjiman: Clavis
    Rejissor: Bəhruz Qurbanlı
    Ssenari: Səbinə Rüstəmli
    Rollarda: Həcər Baxşəlizadə
    Nicat İsgəndər
    Kover: Elszad
    Miksinq və masterinq: Drek
    Orkhan Zeynalli sosial şəbəkələrdə:
    Facebook: mikpro.az/ozeynallifb
    Instagram: mikpro.az/ozeynalliig
    Genius: mikpro.az/ozeynallign
    Orkhan Zeynalli rəqəmsal platformalarda:
    Keçid: mikpro.az/ozeynallidinle
    Sözlər:
    [Bənd 1]
    Sən bir ömürlük dərssən
    Sən ayrılıq qədərsən
    Əlini ver, tələsmə
    Bir az ayrılaq, gedərsən
    Gözə görünməz fəza
    Sən beş vaxt qəza
    Məni mürəkkəb edib yazan
    Bu geştalt əzabdır
    Dünən yox idin, indi varmısan?
    Yerdə qarmısan?
    Bulud, briz, Romeo
    Sətirlərində gizli intiharmısan?
    İndi haradasa
    Axtar özünü, bu qədər sən
    Başlıqlı cümlələrin içində
    Arzu çindir, sənsə həmin o sədd, divarmısan?
    Və hər məqamı
    Çətin edən sualmısan?
    Gecələr şeytan toxunuşu
    Səhərlər duammısan
    Ki bitməsin bu sehr?
    Guya kim bir ömür sevir?
    Gəl başlayaq sıfırdan
    Qalaq əbədi ürəyimin
    Hasarına asılan qıfıldan
    [Nəqərat]
    Mən səmada
    Sən dəryada
    Qəlbimin qapılarını
    Açmadım hər yada
    Mən səmada
    Sən dəryada
    Qəlbimin qapılarını
    Açmadım hər yada
    [Bənd 2]
    Duyğularını borc verib çiçək kimi solan
    Mənfilərimi xaç edib ürək kimi asan
    Bu qədər qəm, bu qədər kədər
    Musiqidə kimə asan?
    Sən həzin üzüntü verdin
    Oldum xəstəlik, azar
    Sən əlacsan
    Saçlarımda tacsan
    Buludlar ağlar, əgər ki göyə
    Baxıb əl açsan
    Qulağımda səs
    Sən bir ömürlük bəssən
    Danışdıqca batıram
    Əlimi tut və sözümü kəs sən
    [Keçid]
    Dərin izlər
    Yenə dizdən
    Dənizlər, okeanlar
    İstəmir, biz üzək
    Dərin hisslər
    Yenə bizdə
    Dənizlər, okeanlar
    İstəmir, biz üzək
    [Nəqərat]
    Mən səmada
    Sən dəryada
    Qəlbimin qapılarını
    Açmadım hər yada
    Mən səmada
    Sən dəryada
    Qəlbimin qapılarını
    Açmadım hər yada
    Orkhan Zeynalli tərəfindən AISEL-in iştirakı ilə ifa olunan “Səma” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2024
    Etiketlər:
    #OrkhanZeynalli #Səma #mikpro
  • ВидеоклипыВидеоклипы

Комментарии • 740

  • @royasettarova7687
    @royasettarova7687 5 месяцев назад +400

    Sən bir ömürlük dərssən.Orxan bağırmaq istədiklərimizi sakit oxumağı öyrədir bizə.Əslində bütün gücümlə bağırırmış kimi hiss elətdirir..

    • @tahirtahirzade5051
      @tahirtahirzade5051 5 месяцев назад +4

      Eslinde evde vermeshilli ketchup yediyimizi gosterir

  • @pervizseferov1728
    @pervizseferov1728 5 месяцев назад +223

    Dinləyəndə şərhi bəyənin gəlib bir yerdə qulaq asaq

  • @imrandavudov9533
    @imrandavudov9533 5 месяцев назад +152

    Eyni talehin insanıyığ, bunu dinləyənlər....

  • @_moon_crown_
    @_moon_crown_ 5 месяцев назад +113

    Həyat elə bir nöqtəyə gətirir ki insanı bir vaxtlar "heç bitməsin" dediyin günlərə, "kaş ki, heç yaşamasaydım" deyirsən.....❤️‍🩹
    12.02.2024

    • @qarayevaelmira3003
      @qarayevaelmira3003 4 месяца назад

      İnsanı yaralı buraxan elə o xoş günləridir. Bitdikdən sonra yaşanmamasını insan istəyir

  • @ayselt4giyeva
    @ayselt4giyeva 5 месяцев назад +126

    Aicel və Orxan = cappuccino qoxusu kimi bir şey olub ❤

    • @miramammadli2631
      @miramammadli2631 5 месяцев назад +4

      ne şirin bənzətmədi 😅

    • @zahidehmedov0339
      @zahidehmedov0339 5 месяцев назад +2

      Ancaq bu qeder gozel ifade edilerdi bu duet ❤❤

  • @turanhuseynof1896
    @turanhuseynof1896 5 месяцев назад +69

    Mən səmada,
    Sən dəryada.
    Qəlbimin qapılarını,
    Açmadım hər yada...

  • @mdinvasalova9178
    @mdinvasalova9178 4 месяца назад +111

    Vaxt var idi nauşnikdə host mahnıları ilə dərsə gedirdim,sonra işə gedərkən Orxanın mahnıları ilə, bu gün də 9 aylıq qızımla qulaq asıram, qoy o da gözəl mahnılarla böyüsün 🤗 Çox sağ olun host ailəsi, gəncliyimi rəngləndirdiz ❤

    • @orxandemokrat942
      @orxandemokrat942 4 месяца назад +2

      Elədir ki, var..

    • @ferzeliyevazer527
      @ferzeliyevazer527 2 месяца назад +2

      Mende 6 ayliqdir 😊

    • @mdinvasalova9178
      @mdinvasalova9178 2 месяца назад +1

      @@ferzeliyevazer527 Allah saxlasın

    • @ferzeliyevazer527
      @ferzeliyevazer527 2 месяца назад

      @@mdinvasalova9178 cox sagolun sizinde balanizi Allah saxlasin

    • @leylamamedova5255
      @leylamamedova5255 Месяц назад +1

      Mende de 1yas 4 ayliqdir))) Evvel usagliqda men hostcu idim. Indi qizima dinledirem. Bunlardan mehrum olmasini istemirem…

  • @hedeff24
    @hedeff24 5 месяцев назад +49

    Orxanın, Elxanın dəyərinin bilindiyi bir Azərbaycan xəyalı..

    • @QAFQAZ199
      @QAFQAZ199 4 месяца назад

      Salam aleykum...

  • @semavahidli
    @semavahidli 5 месяцев назад +82

    Bu mahnını “Sevgililər günü” hədiyyəsi kimi özümə bəxş edirəm…🤍

  • @guler5555
    @guler5555 5 месяцев назад +78

    bu bildirimlər adi ola bilər. amma inanın ki bu musiqilər hamısıı miras qalır. heç kimə qalmasa belə musiqilər özümüzə miras qalır❤. necə ki Karusel, Torpaqdan Ev, 40cı paralel. yaxşı ki keçən il qayıtdın.konsertlərdə oxumaq ümidi ilə, Təşəkkürlər, Orxan. mahnılarının bağışladığı hislər, miraslar və bütün xatirələr üçün❤

  • @Sabina.m7
    @Sabina.m7 5 месяцев назад +72

    Dinləyicilərin hər zaman səninlədir Orxan!

  • @Aysuq917
    @Aysuq917 5 месяцев назад +49

    "Sən beş vaxt qəza.."❤

  • @esmerjamal
    @esmerjamal 5 месяцев назад +71

    "sən həzin üzüntü verdin,
    oldum xəstəlik, azar.."

  • @panahyusibov
    @panahyusibov 5 месяцев назад +33

    Aisel ən gözəl səsi olan Azərbaycanda hal hazırda gələn ilklərdəndir. Hər zaman sevilirsiz. İkinizi bir arada görmək çoz gözəl oldu.

  • @samirahmadov7874
    @samirahmadov7874 5 месяцев назад +38

    Fidan bilirəm ki dinəyirsən, sənən mənən danışır bu track🤎

  • @sabinahuseinovna
    @sabinahuseinovna 5 месяцев назад +155

    Guya kim bir ömür sevir?❤️‍🩹
    Yenə yaratmısan!

  • @onceqarabag6861
    @onceqarabag6861 4 месяца назад +7

    Adım Səma- ancaq adım kimi səmada deyil bu dünyada yerin altında bu dünyaya aid deyiləm...

  • @nicat_yusifi5163
    @nicat_yusifi5163 5 месяцев назад +23

    Orxan dinləyənlərin həyatına nəzər yetirsək, fərq tapılmaz

  • @yasincelilov8497
    @yasincelilov8497 5 месяцев назад +59

    Bəyən Orxan və Orxan sevənlər üçün❤

  • @adilaaliyeva3472
    @adilaaliyeva3472 5 месяцев назад +23

    Aiselin səsi və gözəlliyi deyib susuram ❤

  • @orkhanzeynalli
    @orkhanzeynalli  5 месяцев назад +277

    “SƏMA” albomdan ikinci singledır. Klip və mahnı haqqında nə düşünürsünüz?

  • @thebookmindofmovies1286
    @thebookmindofmovies1286 5 месяцев назад +47

    Sevgi əvəssizdir, o günə ki, qarşılıqlı hörmətimiz bitənə kimi.

    • @tahirtahirzade5051
      @tahirtahirzade5051 5 месяцев назад

      Sevirəm evesizdir,o gune ki, yemek pishirmek novbesi bitene kimi

  • @khudashzada
    @khudashzada 2 месяца назад +3

    Qəlbimin qapılarını açmadım hər yada...

  • @Skkyyeedd
    @Skkyyeedd 5 месяцев назад +101

    Köhnə sevgilimin ən sevdiyi musiqiçi Orxan Zeynallıdı. Adımın Səma olmağı və mahnının adının "Səma" olmağı ona cəza olar ümid varam🥰

    • @lq9823
      @lq9823 3 месяца назад +6

      İnanın ki, ayrılıq səbəbini bilmirəm amma qarşı tərəf səbəbdirsə dərk etməyəcək heç vaxt.

    • @Skkyyeedd
      @Skkyyeedd 3 месяца назад

      @@lq9823 çox peşman olub, hər gün yazır amma bağışlaya bilmərəm🙂(+mahnını da görüb🥲)

  • @SemaHesenzade41.13
    @SemaHesenzade41.13 5 месяцев назад +5

    Düz ad günüm də gəldi adıma 😂❤)

  • @elshadaskerli
    @elshadaskerli 5 месяцев назад +9

    ' gələn bildiriş mesaj kimi göründü gözümə.✨

  • @K.Salayev
    @K.Salayev 5 месяцев назад +18

    Düşün ki, bir gün olmayacam. Ətrimi, səsimi, baxışımı, gülüşümü unudacaqsan. Bir gün boş oturacaglarin birində tək oturanda düşəcəm yadına. Yaxınlıqda, hansısa bir kafedən, dinlədiyimiz bir mahnı eşidəcəksən. Gözlərin dolmayacaq bəlkə, amma canın yanacaq. Boğazın düyümlənəcək. O qadər darıxacaqsan ki, gözündən bir damla yaş belə düşmüyəcək. Qəhərin ən kəskin biçaği dirənəcak boğazına. Bir ev görəcəksən, sənə danisdiğim ev kimi. Dəqiqələrcə donub qalacaqsan yerində. Külək əsəcək saçlarina, elə biləcəksan manam, əllərimdi sığal çəkən. Gözün məni axtaracaq. Olmuyacam mən baxdığın heç bir yerdə. Hər səhər telefon zanginə oyanıb, mən sanacaqsan. Yemək yeyəndə, çay içəndə, yanından biri keçəndə düşəcəm yadına. Payiz gələcək, qış ötəcək, yaz keçəcək, yay olacaq, fəsillər gətirmiyəcək məni sənə. Birinin səsini, birinin yerişini, birinin ətrini bənzədəcəksən. Heçnə əvvəlki kimi hüzür verməyəcək sənə. Əlbət tutacaqlar yerimi, əllərin tutulacaq, gözlərin seviləcək, hec sevilməyəsi kimi deyilsən cünki, bəlkə də gözəl baxılacaq sənə ama heç kim mən olmayacaq..

  • @imranxelilov89
    @imranxelilov89 4 месяца назад +4

    Dünən ilk aşiq olduğum xanıma "Mavi qızılgül" aldım çünki orxan demişdi "..rəqs etməli yağışda mənə mavi qızılgül bağışla" epic vəziyyət o idi ki,yağış da yağmağa başladı..💙

  • @sabinarehmova5164
    @sabinarehmova5164 5 месяцев назад +2

    Senle olmur,sensiz de olmur♾️

  • @pervizseferov1728
    @pervizseferov1728 5 месяцев назад +5

    Deyir sən səmasan geridə qalan hər şey isə hava şəraiti💫

  • @tuqayjabbarov9653
    @tuqayjabbarov9653 5 месяцев назад +17

    Bitməsin sehir
    Guya kim bir ömür Sevir.. ❤️‍🩹

  • @gunay9339
    @gunay9339 5 месяцев назад +8

    Səni sevən o qədər insan varkən sən sadəcə birinin sevməsi üçün ömrünü fəda edərsən…

  • @turiancamila
    @turiancamila 5 месяцев назад +7

    Orxanıma söz yoxdur, amma Aisel və Clavis konkret əsəri əsər ediblər.. Absolutely fkin awesome A to Z!

  • @rasimoglu
    @rasimoglu 4 месяца назад +7

    Xatırlatan sevdiyinə qovuşsun inşallah..

  • @aytekinkazimova
    @aytekinkazimova 5 месяцев назад +6

    Trend 1 olsun. Qoy millət zövqlü musiqi görsün

  • @aydanosmanova3866
    @aydanosmanova3866 5 месяцев назад +20

    Səsin doğmalığı bu olsa...Hər zamankı kimi möhtəşəmdir...

  • @gulka604
    @gulka604 5 месяцев назад +11

    Əlini ver, tələsmə
    Bir az ayrılaq, gedərsən
    Gözə görünməz fəza
    Sən beş vaxt qəza...❤

  • @Lamiy002
    @Lamiy002 5 месяцев назад +6

    Qəlbimin qapılarını
    Açmadım hər yada...
    Bəlkə bir gün, amma bu gün deyil 🤍

    • @QAFQAZ199
      @QAFQAZ199 4 месяца назад

      Xoşbəxt deyilsiz???

  • @sahilmemmedov2567
    @sahilmemmedov2567 5 месяцев назад +6

    İki möhtəşəm insan birləşəndə belə bir əsər meydana gəlir Çox sağolun 🙏🇦🇿 Azərbaycan sizinlə qürur duyur Aisel və Orxan 🖤

  • @LyamanAbbasli
    @LyamanAbbasli 5 месяцев назад +22

    Qəlbimin qapılarını
    Açmadım hər yada
    Oldum xəstəlik, azar
    Sən əlacsan
    Saçlarımda tacsan
    Buludlar ağlar, əgər ki göyə
    Baxıb əl açsan…🖤

  • @semaaxundzada
    @semaaxundzada 5 месяцев назад +5

    Mən "Səma"-da, Sən "Dərya"-da...❤️🧚

  • @Tumka20002
    @Tumka20002 4 месяца назад +7

    İlk dəfədir adım keçən mahnı görürəm.Təşəkkürlər Orxan Zeynallı özəlliklədə sizin kanalınızda adıma aid mahnı görmək məni sevindirdi.💙💫

  • @CheffSahin
    @CheffSahin 5 месяцев назад +4

    ✈️✈️✈️✈️✈️yənə yelləndik😊

  • @old.hiphop
    @old.hiphop 5 месяцев назад +10

    Sevgisindən ölənlərin sevgisi bir ömürlük olur, Orxan. Çox əla mahnıdır. Sən getmə musiqidən. Biz səndən əsl rap yox, "Səviyyəli Musiqi" istəyirik. Bunu bizə verdiyin üçün, Çox sağol.

  •  5 месяцев назад +3

    Aisel ❤️❤️❤️

  • @ilaskaclilova
    @ilaskaclilova 5 месяцев назад +4

    Bu səs, bu sözlər, bu həzin musiqi... Ah

  • @rza8670
    @rza8670 4 месяца назад +2

    Orhan krasava rep hele de yasiyr respekt ❤

  • @ch.aliyeva
    @ch.aliyeva 4 месяца назад +3

    Qəlbimin qapılarını açmadım hər yada🤍

  • @kovakadini88
    @kovakadini88 5 месяцев назад +24

    Qədri bilinən !! Bütün sevilməyə layiq olanlar SEVİR !! ...😉✌

  • @melaheteyvazova9276
    @melaheteyvazova9276 5 месяцев назад +3

    Kecid hissenin ayri bir vibe'i var. Lezzet edir❤

  • @nerminnerminzade5977
    @nerminnerminzade5977 5 месяцев назад +3

    IKI EJDAHA !!! SOZLERLE IFADE ELEMEK OLMUR COX TESIRLIDI

  • @khanimackerman
    @khanimackerman 4 месяца назад +4

    “Sən bir ömürlük dərssən”

  • @HecerBaxselizade
    @HecerBaxselizade 5 месяцев назад +4

    Mən səmada🦋

  • @yusifmamedov7079
    @yusifmamedov7079 5 месяцев назад +7

    Əslində klip və sözlər Orxanın öz həyatında baş verenlerdi.Diqqətlə baxsanız və sözləri dinləsəz başa düşeceksiz.Çünki hələdə onu sevir və ümidi var gözləyir.Əgər doğru düşünürəmsə bu doğrudursa Mütləq qəlb qırılsa bele sevenler yeniden qovuşar və Səni hər zaman xoşbəxt görmək ümidi ile Aid!

  • @senansaani7415
    @senansaani7415 5 месяцев назад +2

    Sesine və Senetine Hörmət etdiyim Brat

  • @epiqraaf
    @epiqraaf 5 месяцев назад +6

    Yaşıyırıq da..

  • @shahmarqehremanov8880
    @shahmarqehremanov8880 4 месяца назад +4

    Aisel mahniya gözəl rəng qatır

  • @TukezbanHuseynova24
    @TukezbanHuseynova24 5 месяцев назад +10

    “Gecələr şeytan toxunuşu, səhərlər duammısan?” Just amazing!🤍🫠

  • @sambv8367
    @sambv8367 5 месяцев назад +12

    Mən səmada, Sən dəryada
    Qəlbimin qapılarını açmadım hər Yad’a…✨

  • @orxanhuseynov-cm7qy
    @orxanhuseynov-cm7qy 5 месяцев назад +3

    Aisel kimi peşəkar ifaçı və Aid ❤

  • @hesenhuseynli9423
    @hesenhuseynli9423 4 месяца назад +2

    Illerdi orxani dinleyirem ve ne qeder iller kecsede dinleyecem ve iller onceki treckleride indikilerde insanin qelbine toxunur her dinledikce

  • @isa_ab25
    @isa_ab25 3 месяца назад +2

    "yaşayırıq?!......" bir kəlməlik cümlədə nə boyda məna var.....

  • @necmeddincraqov2736
    @necmeddincraqov2736 3 месяца назад +2

    Qəlbimin qapılarını açmadım hər yada
    BİLESİN

  • @mmmdova1981
    @mmmdova1981 5 месяцев назад +13

    Gecələr şeytan toxunuşu,səhərlər duammısan?!❤🌒🔐

  • @cavidgurbanov
    @cavidgurbanov 4 месяца назад +2

    Sənə qulaq asan bir gənclik var idi Orxan, artıq o nəsil qocalır (

  • @Jabbrvh
    @Jabbrvh 4 месяца назад +2

    İlk dəfə sənnən öyrənmişdim Orxanı,sən getdin Orxan qaldı 🚬

  • @gozely1006
    @gozely1006 4 месяца назад +1

    Danışdıqca batıram, elimden tut ve sözümü kes sen …

  • @ulviallahverdi7299
    @ulviallahverdi7299 4 месяца назад +2

    Orxanın mahnıları ilə böyüdük. Gəncliyimizi bu mahnılar ilə yaşadıq və həyatımız bu yaradıcılıq ilə addımlayır üzü ahıllığa doğru...

  • @mychannel-fg6ro
    @mychannel-fg6ro 5 месяцев назад +3

    Ən pisidə odurki bu mahnı... əslində düşünəndə yaxşısıda yoxdurki hansısa bir pisini seçək

  • @cavidabbaszade9887
    @cavidabbaszade9887 4 месяца назад +3

    Maşına oturdum bildiriş geldi ve təbiiki kofedə alasi oldum👍 Orxan yenə yaratmısan👍

  • @Haydo2017
    @Haydo2017 5 месяцев назад +3

    Sən uşaqlığım, Sən gəncliyimin ən gözəl çağlarısan..

  • @gulchinz227
    @gulchinz227 5 месяцев назад +6

    RUclipsden bildirimin gelme sevinci 😻🫶🏻

  • @zulfiyynbiyeva1155
    @zulfiyynbiyeva1155 5 месяцев назад +2

    Bu ifanı bəyənməmək mümkün deil😊❤

  • @MuradMemmedov-qm5zt
    @MuradMemmedov-qm5zt 5 месяцев назад +2

    Mukkemmelsen her zaman ki kimi

  • @SmaNrimanova
    @SmaNrimanova 4 месяца назад +14

    Mahnının adı ilə adımın eyni olması nəticəsində gələn o gözəl hiss🥹❤
    Çoox qəşəng mahnıdı❤

    • @good86neba
      @good86neba Месяц назад +1

      Menimde adım Sema beli çox qəşəng mahnidi❤

    • @SmaNrimanova
      @SmaNrimanova Месяц назад

      @@good86neba 👍❤️🫠

  • @ilkinhuseynliii
    @ilkinhuseynliii 5 месяцев назад +5

    Sığınacağımız bir track daha şükür 💙

  • @renprincessa
    @renprincessa 5 месяцев назад +3

    Super duet!!😍 Aisel sesine bayılıram!

  • @Arzu97
    @Arzu97 4 месяца назад +3

    Xeyirli Uğurlu olsun ❤❤❤❤

    • @QAFQAZ199
      @QAFQAZ199 4 месяца назад

      Axşamınız xeyir olsun

  • @lalamammad3122
    @lalamammad3122 4 месяца назад +3

    Sen mənim günəşimsən,ancaq mənim semamda dogmursan zülmətlərdəyəm❤️‍🩹❤️‍🩹❤️‍🩹🥺

  • @user-oi2mq5iv4p
    @user-oi2mq5iv4p 5 месяцев назад +1

    Super ! Super ! Ve yenede Super .

  • @eartian
    @eartian 5 месяцев назад +3

    var ol Orxan! Elxandan gozlediyimiz trekleri bize sen verdin. ferqi yoxdu olkeden getdin ve ya geldin...

  • @raisamammedova
    @raisamammedova 5 месяцев назад +2

    Ay Allah… Bu Aisel necə istedadlıdır.
    Allah hərtərəfli istedad verib.
    İnşallah 2024 ESC gedər ❤

  • @suadazeynalova3127
    @suadazeynalova3127 4 месяца назад +4

    Minlərcə kəz gecən xeyrə, Romeo indi və sonsuzadək

  • @royalsemedov4819
    @royalsemedov4819 5 месяцев назад +3

    Ne xos mene ki,musiqi zovgum ust seviyye oldugu ucun,bu cur deyerli insanlari dinleyirem.Mohtesemsen usagligimin,gencliyim musiqi adami.Daim.ugurlar size

  • @kenulkerimova1975
    @kenulkerimova1975 5 месяцев назад +4

    Ürəyimin sarı simləri titrədi, od tutdu, yandı❤

  • @siriussss4971
    @siriussss4971 5 месяцев назад +2

    Orxanı dinləyəndə özümü, əslində kim olduğumu və haradan gəldiyimi xatırlayıram. Hardaydım və indi hardayam.

  • @Sjalya
    @Sjalya 5 месяцев назад +1

    Aisel!!!😍👏🏻👏🏻👏🏻

  • @elibaxselizade305
    @elibaxselizade305 4 месяца назад +3

    Həcər sənə uğurlar daima hər zaman zirvələrdə olasan❤

  • @ruhum13
    @ruhum13 2 месяца назад +1

    "Sən bir ömürlük bəssən..💚"

  • @streetworkout831
    @streetworkout831 4 месяца назад +2

    Ses başqa adamın səsinə oxşuyur

  • @user-ti4bq4hi8n
    @user-ti4bq4hi8n 4 месяца назад +1

    Halaldi qardas!

  • @Seferoffa_24
    @Seferoffa_24 5 месяцев назад +2

    Uğurlar, Orkhan Zeynallı❤

  • @lema.serinsehrind8083
    @lema.serinsehrind8083 3 месяца назад +1

    Ne istedadli genclerimiz var.Qurur duyuram.Ugurlar dileyirem.Vetenimin genclerini ancaq sevgi haqqinda oxuyan gormek isteyirem,ayriliq olsa bele.Şehid kimi ayrılmasınlar yox😢❤

  • @nicathesenli3382
    @nicathesenli3382 5 месяцев назад +58

    “Guya kim bir ömür sevir ?”🤌🏻

  • @smd4430
    @smd4430 5 месяцев назад +2

    Qalaq əbədi ürəyimin hasarına asılan qıfıldan..

  • @ayselknn
    @ayselknn 5 месяцев назад +5

    Orxan Zeynallı sən bir brendsən❤️

  • @lovrid
    @lovrid 5 месяцев назад +2

    Yeniyetməliyimin AiDi,Orxan Zeynallı kimi sən daha da dərinləşdin. Var ol sənətkar. #since2007

  • @pisadamam
    @pisadamam 5 месяцев назад +1

    Çox güclü işdi. ❤️🇦🇿 Aid

  • @feridseyidov8810
    @feridseyidov8810 5 месяцев назад +3

    Xanım mahnıya çox əla girir 👍 Orxan da həmişəki kimi möhtəşəm 🔥

  • @turkanh461
    @turkanh461 5 месяцев назад +3

    28 yaşı doldurdum. İlk gənclikdəki o dad, o keyfiyyət eynilə və daha təkmil. Təbriklər Orxan)