Qaraqan - Mərcan Ağacı
HTML-код
- Опубликовано: 7 фев 2025
- İlanın Günəşi Yediyi Boy
qaraqan.org/ggm
Sözlərin mənası ətraflı:
qaraqan.org/me...
Birinci Dərəcəyə Qoşul - İntibah səndən başlayır!
qaraqan.org/bi...
Instagram
/ qaraqanmusic
Spotify
open.spotify.c...
X
/ qvrvqvn
İş birliyi və layihələrlə bağlı təkliflərinizi buraya göndərin
qaraqan.org/elaqe
Rəsmi saytımız:
qaraqan.org
***
Doğma olsa da səsim
Aldanma küyə, biz səninlə tanış deyilik
Mən yoldaşı heç kəsin
Yolum elə uzun bir neçə ömürdü gedirəm
Yaranır yeni yaratıq
İçim qırx otaq, qırx qapı - hər birində div yatır
Çıxart pencəyini isti olacaq
Məlikməmmədin quyusuna enirik
Ruhdan düşmüşlərə həb ruhu zamanın
Yağış olum bağrına quru Aranın
Olum haramın, olum qadağanın
Uzaq qəribin, qəribə adamın, səsi Yaradanın
Sanki dumana qarşı işıqları faranın
Yolun azanda karvanın olum sarvanın
Mən yuxusuyam Brahmanın
Babilin qapılarındakı aslanlar üzür boynun Daranın
Mənim içimdə
Yeddi Gözəl, Oniki Boy, Qırx Şikəstə, İyirmi Soy
Mənim içimdə
Sinəsi qarlı, başı dumanlı, gözü tufanlı, dəlisi qanlı
Çənlibeldə bu gün toy
Hoydu dəlilərim, hoydu!
Qırx qazan yedi doydu!
Qaçaq qulduru soydu!
Hasan gözlərin oydu!
Yazdı Tanrı, oxudu tar
Pəncəm əlcək oldu dar
Çəkdi nərə Gəncə, qorxdu çar
Kür qırağın əcəb seyrangahı var
Xarı bülbülün səsi
Sirrlərin xəzinəsi
Hər yükün öz Fitnəsi
Xüdafərin, Şimal, Cənub, Şərqlə Qərb
Birləşdi Kürlə Araz
Köhnə nəsil, yeni nəsil
Mənim içimdə
Leyli Məcnunun yanında
Kərəm Əslinin yanında
Müşfiq dincəlir bağında
Rövşən Misrinin yanında
Çırpınan bir dəniz, özümə qarşı döyüş Çaldıran
Yanar dağ Zərdüştü yandıran
Bir çomaq Bəhr-əl-Əhmarı ayıran
Yanan kol həqiqəti bağıran
Xeyir ilə Şərin
Doğru yalan arası yer var, orda görüşək
Atəşböcəyi təkin od vura zəmilərə söz közü
Sükut alışa, aşıq alıb sazın danışar
Yeniçəri tanır atasını barışar
Canım Mərcan Ağacı, uzaqlaşdıqca budaqlarım kökümdən Yarpaqlarım öz qanıma qarışar
Mənim içimdə
Yeddi Gözəl, Oniki Boy, Qırx Şikəstə, İyirmi Soy
Mənim içimdə
Sinəsi qarlı, başı dumanlı, gözü tufanlı, dəlisi qanlı
Çənlibeldə bu gün toy
Hoydu dəlilərim, hoydu!
Qırx qazan yedi doydu!
Qaçaq qulduru soydu!
Hasan gözlərin oydu!
Yazdı Tanrı, oxudu tar
Pəncəm əlcək oldu dar
Çəkdi nərə Gəncə, qorxdu çar
Kür qırağın əcəb seyrangahı var
Xarı bülbülün səsi
Sirrlərin xəzinəsi
Hər yükün öz Fitnəsi
Xüdafərin, Şimal, Cənub, Şərqlə Qərb
Birləşdi Kürlə Araz
Köhnə nəsil, yeni nəsil
Mənim içimdə
Leyli Məcnunun yanında
Kərəm Əslinin yanında
Müşfiq dincəlir bağında
Rövşən Misrinin yanında
Çırpınan bir dəniz, özümə qarşı döyüş Çaldıran
Yanar dağ Zərdüştü yandıran
Burdakı insanların hər biri doğmadı! Əminəm ki onlar da mənim kimi illərdi bildirim açıq qoyub Qaraqandan geri dönüş gözləyirdi.
Qaraqan bizim uşaqlığımız, yeniyetməliyimiz,gəncliyimizdi.
Onun kitablarından çox şey öyrənmişik, musiqiləri ilə çox gözəl xatirələrimiz var.
👍👍
👍
Söz-ün bildirimi qədər həyacanlı və sevincli bildirim almadığımıza əminəm
🤜🏻🤛🏻
Bu reyinizi instadada oxumusdum
Heç kim qeyd etmiyib, amma bu balaca oğlana da böyük bir afərin düşür! ❤
Heçkim demiyək çünki sizdən öncədə qeyd edənlər var
Bəli ❤
Halaldı kiçik qardaşımıza, yolu aydınlıq olsun!
Azərbaycan gənclərinin hamısının həyatı gözəl olsun!
Ən çox dəqqetimi çəkənn❤
Qaraqanin oglu )
Bütün Azərbaycan mədəniyyətinə - Azərbaycan ədəbiyyatına, tarixinə toxunulub. Cəmiyyəti xilas etmək istəyiriksə bu işləri davam etdirməliyik, hətta məcbur etməliyik. Müxtəlif sosial şəbəkələr - telekanalizasiyalar məhdudlaşdırılmalıdır, keyfiyyətimizi bərpa etməliyik, ən azından köhnə keyfiyyətimizi..
Mətn çox zəngindir, var ol, Elxan!
Qaraqan öz yerinde... uşagı heyretle izledim... maşaAllah olsun 🙏🏻
Balaca qehramanada aferin ogeder deqiq ve ureyden ifade edibki sizleri Mawallah
Axır qan gəlir Qaraqan
Ədəbiyyat oxuyan və bilən biri olaraq o qədər sevinirəm ki hər cümləsini anlayıram. Hər cümləsinin hansı hadisəyə aid olduğunu bilirəm. Allahım bu dəfə bir qızıl yazıb Qaraqan. O qədər o qədər əladırki. Gedib gəlib yorum yazmaq istəyirəm🖤
en sevdiyiniz 3 kitab hansidir
Həqiqətən tarix və ədəbiyyat bilənlər üçün hər bir hadisə gözdə canlanır və Həqiqətən heyranlıq duyuram Qaraqana
Çox təəssüf ki, hər kəs anlamır Qaraqanın hər cümləsin. Mən qulaq asanda pauza verib yanımdakılara açıqlamasın verirəm təəccüblənirlər ki bu qədər şeyi hardan bilirsən sən?
@@Behruz91malades
Heyy 3cu qrup 😂
Hər dəfəsində insanın ürəyində ayrı bir hiss gəlir
Yaranır yeni yaratıq,
İçim 40 otaq, 40 qapı, hər birində div yatır.
#dərəcə
#intibah
Səsini eşidəndə gözüm doldu Elxan....
Çəkdi nərə Gəncə, qorxdu çar
Hər sətrində tarix var, həqiqət var.🤍
Hər işinin mükəmməl olacağına inandığın o insan🖤
Her zaman ki kimi Mukemmmel
Həmin o gələn bildiriş səsinin gözəlliyi🖤
Qaraqan hər zaman bizi duşundurmək istəyib bu dəfədə bunu etdi sən mənə dünyaya baxışımı dəyişdin❤️😘
Tanımadığım doğmam, Qaraqan. ❤
Yazılan şərhlər də eyni dərəcədə doğmadır. 💚
Möhtəşəm əsər, bütün varlığmla dinlədim..
- Bir insanın daxilində bu qədərmi söz olar. 😮🖤
Ciddən
Usaqliqdan indiyə qədər dinlədik . Qaraqan
Gözlədik, təkrar-təkrar dinlədik və çox sevdik.
Bu insanlar bir şey bilir amma demirlər axıra kimi. Başa düşənlər isə heyrətlə izləyir baş verənləri.
Gəlin yenidən dinləyin =)
Hər zaman ən pikini edən bir şəxsiyyət❤
Bu bir əsərdir mukəmməllikdir
Qaraqanın sesin eşdende tükler biz-biz durur
Mence Qaraqanin en guclu eseridir. Qaraqan sirf bu mahnini yaza bilmek ucun butun karyerasini qurdu.
Nəzərinizə çatdırımki canavarçada 18 mənanın 8 i açılmıyıb yəni irəlidə daha dərin əsərlər görəcik)
Çox sağ ol Qaraqan, çox sağ ol.
Bu əsərin zəhmi var.Qaraqanın zəhmi❤
Nəhayət,gözümüz yollarda qalmışdıı
Sözüm bitməyəcək, dolmamış dünyadakı son dəftər.
Doğru insanın seveni az olarmış biz seninleyik👀👋
Ölkədə bu mahnınız sözlərinin yarısını anlayacaq 100 min insan ya var, ya da yoxdur
Yolum elə uzun
Bir neçə ömürdü gedirəm🖤
Az-Ya ya bu gözəl kilipi ərsəyə gətirdiyi üçün sonsuz təşəkkürlərr❤
Nəhayət ki gözlədiyimiz gəlib çatdı, üstad!
Әllәri qaldırın, dörd tәrәfdәn hücum fəlsəfi güllәlәr gәlir
Әllәri qaldırın, şirin yuxu qurtardi, bala, üstünә kölgәlәr gәlir
Әllәri qaldırın, artıq zirvədəyik, ama növbəti pillələr gəlir...
Doğma olsa da səsim
Aldanma küyə, biz səninlə tanış deyilik
Mən yoldaşı heç kəsin
Yolum elə uzun bir neçə ömürdü gedirə
Günəş tutulsa da, ürəyimiz açıldı bu mahnıyla.
#- lərdən istifadə etməyi unutmayaq və Yorumları bəğənməyi
Səndə bizim ürəklərdə, bizim ruhumuzda🖤
Yenə intibahlandıq. Təşəkkürlər ustad
Axır ki, gözümüzün kökü saralmışdı
Uşaqa diqqetle baxsaq eyni Qaraqanın hereketlerini edir detay 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻
Gəldi,gəldiii gözüm burda qalmışdı 🫠🫠
Böyük zövqlə dinləyirəm hər detalı,ruhumun dinləndiyi məkan❤
Bezmisdik day eyni ha hi hu ye yo seyler ewitmekden cox sag ol ki bize bele ferqli dusundurucu mahnilar dinletdirirsen ❤
Azərbaycan-Türk mifologiyasının, mədəniyyətinin, yaradıcılığının ən güclü və mühim nümunələrindən, tarixinə düşəcək əsərlərindən!
Hər kəlməsi bir gözəllik, hikmət, insanın minillik genetikasına, ruhuna oxşuyan yazı.
Ümidllərin söndüyü anda şam kimi gələn o bilidirş❤❤
Hər dəfə qulaq asdıqca fərqli şeyləri görmək,dərin mənalı sətirlərini eşitmək,səviyyə öz sözünü deyir.Sənin dediklərini tam başa düşmək üçün neçənci dərəcə olmaq lazımdır görəsən ki bizə çatdırmaq istədiyin mesajı anlayaq.
Necə mükəmməl hissdi bu axı belə 🤍
Milliyyetimiz,Tariximiz,Edebiyyatimiz,Milli irsimiz,Dilimiz ve bir cox basqa medeni milli meneviyyatimizdan xeber verdin,Sagol.
saytdaki məlumatlar super sətr altı 👍
İncə seçilmiş sözlər ritmilik bir sözlə hər şey möhtəşəm Qaraqan möhtəşəmliyi ❤
Xeyir ilə Şərin , doğru ilə yalan arası yer var orda görüşək..🤌🏽
Tmm
Gəl Turanda görüşək deyən Okaya deyir xeyrlə şərlə qovuşduğun yerdə görüşək
Çox-çox möhtəşəm yazıb. Əla düşünülüb.
Qəlbi Qaraqan amma səsi yaradanın!
Bir 8 il də bu əsərləri başa düşməyə xərcləyərik. ❤
Gözümüz yolda qalmışdı müəllim. ✊
Düşüncələri uyuşmuş, hipnoz altında qalan insanlar və bunun fərqində olub azad olmağa çalışanlar..burda olanlar bəllidi kimlərdi..bəlli olacaq gözlənti yüksəkdi, daha da yüksək əsərlər və mesajlarla nüfuz edir ruhlandırır ƏSƏRLƏR.. çünki o bu yurdun bu torpaqların necə bir yer olduğunu bilir..biz bunun fərqinə varmalıyıq...mənim də hamımızın ürəyi doludu...
Keyfiyyət, sözlərin ahəngi həmişəki kimi möhtəşəm USTAD🖤#QaraQan #QQ
Özümə qarşı döyüş Çaldıran
Yanar dağ Zərdüştü yandıran
Bu 2 sətirdən abzaslarla dolu mətn çıxarmaq olar, möhtəşəmdir!
#dərəcə #intibah
#- lərdən istifadə etməyi unutmayaq və Yorumları bəğənməyi
Balaca adamı təbrik edirəm. Bu qədər gözəl yüklənib. Və çox gözəl hiss etdirdi. Üstəlik üz ifadələri və s bir çox məqamda Qaraqanın simasını anımsatdı.
Çox özünə məxsustdu Qaraqan.Çox fərqlidi..Yerini heç nə və heç kim doldura bilmir..Yaxşı ki varsan..Davam
#- lərdən istifadə etməyi unutmayaq və Yorumları bəğənməyi
"Çıxart pencəyini isti olacaq,
Məlikməmmədin quyusuna enirik."
Onu Məlikməmmədin priusu kimi eşitdim
Əgər Hər Hansı Bir Musiqi Bir İnsanı Pis Yola sürükləyirsə Məsələn Siqaretə, İçkiyə Və ya s. kimi Vasitələ əl atmağa Uzadırsa Həmin Musiqi Günahdır @@motherlandmars5999
Qaraqanın səsinin möhtəşəm tonu ❤❤❤
Bütün qaraqan sevənlərə salam olsun. Dostlar dəstəyimizi əsirgəməyək əlimizdən gəldiyi qədər qaraqanın bu faaliyetlerinə dəstək olaq və ən önəmlisidə Qaraqan haqqında boş boş danışan insanlara heç fikir verməyin🇦🇿
#birincidərəcə #qaraqan #intibah
Bir bu sözlərin dərinliyi birdə qaqalar zənci falan ) həqiqətən fərq var ! Hansı ürəyə sahib olub sənə dil uzadırlar bir sətrin bütün həyatlarından keyfiyyətlidir . Bravo QQ❤
Balaca dostumuzun performansı👏
Kaş anlaya biləydik sizi. Bizim içimizdə də sizin doğrularınızın qazandığı dünya var🖤
Dərəcə yanında və yolundadı .. #dərəcə #intibah #qaraqan . Müharibəyə dəvam 🖤🛡
Günəş tutulması hələdə davam edir elə Qaraqan da bizim tutulmuş gözümüzü açmağa davam edir❤
#- lərdən istifadə etməyi unutmayaq və Yorumları bəğənməyi
Əvvəlki Qaraqan izləri gördüm trek’də.İntibaha doğru! YANDIRIN QIRMIZI İŞIQLARI!
Yandıraq
Yaxşı ki , siz kimi Şairlər yaşadır bizim tariximizi..Təşəkkür edirəm hərşey üçün..Hərşey üçün..Çox duyğulandım
Bağışla bizləri qəlbi qubar bağlayın gözləri qan çanağı o qədərdə yorğun olan Azərbaycanın😢😢😢Bağışla bizləri😢😢😢😢😢
👍
Hər zaman olduğu kimi Möhtəşəm❤
#- lərdən istifadə etməyi unutmayaq və Yorumları bəğənməyi
İnsanlar irəli getdikcə daş dövrünə gedir , birinci dərəcə keçmişə getdikcə müasirliyə doğru irəliləyir
Qaraqan yenə də təəccübləndirir
Maraqlısı odur ki, Qaraqan bu treki günəşin tutulması olduğu gün paylaşıb. Çox incə məqamdır 😊 Trekin sonunda da günəş tutulması var)
Salam əziz dost.Yenə düşünməyə sövq edən sözlərinlə biz dinləyiciləri sevindirdin.Təşəkkürlər🙂
Yenə lazımı vaxt lazımı mövzu 👏👏👏
Hər gözəl layihənin arxasında nə qədər əziyyətin olduğunu göstərən sözlər klip səs möhtəşəm❤
#- lərdən istifadə etməyi unutmayaq və Yorumları bəğənməyi
Azərbaycan mədəniyyətinə,tarixinə,ədəbiyyatına toxunulub hər bir sətrdə. Yazan qələmin tükənməsin. Azərbaycanın səsi Qaraqan 🖤
Gəlin yenidən dinləyin =)
_Bizi bu qədər intizarda qoyma Ustad çox darıxdıq..🤍_
Yenə bir möhtəşəmliklə qarşımızda Qaraqan🖤...
Bu musiqi bir baxıma Qaraqanın Azərbaycana sevgisinin özünə məxsus yolla ifadəsidir. Doğma səs, gözəl musiqi, düşüncələrə daldıran lirika. Gözləməyimizə dəydi...
Təşəkkürlər Qaraqan, təşəkkürlər dərəcə.
Azerbaycan seven Azerbaycanda olur
@@meftu15 Fiziki olaraq başqa ölkədə olmanın vətən sevgisi baxımından heç bir mahiyyəti yoxdur.
Nəqarətdə QQ içindəki dəyərlərdən bəhs edir. Burada Muğam, Koroğlu, Vaqif, Mikayıl Müşfiq, Əsli və Kərəm, Nizami, Atəşpərəstlik, Osmanlı, Gəncə üsyanı və digər dəyərlər, tarixi hadisələr, əsərlər, şəxsiyyətlər sadalanır. Lakin ‘İlanın Günəşi Yediyi Boy’ ilə tanış olanlar üçün daha maraqlı mənalar var. 🤌
Bir sözlə Qaraqanın hər yeni treki bir əsərdi 👍 Respect
Fikrinizi bölüşdüyünüz üçün təşəkkürlər,gəlin yenidən dinləyin =)
Hekayələr çox maraqlıdır saytda olan 🤌
Bir Gun Xosbext Yasayan Milletim Goresen Nolduda Bizler Deyisdik Axi Bizler Cox Gozel Yasayirdiq 🥺 90lar burdadimi
Əməyinizə sağlıq
Möhtəşəm! Söz ola bilməz ❤
“Qaraqan”ın bir çox track adlarından uydurulmuş mətn
⚫2007- dən başladıq hər şeyə.
Hər gün artırdı Hostçular, əlini həyatdan üzmüş insanlar. Birləşirdi eyni yerdə başqa həyatlar. Yağış təsir etməzdi, başdakı kapşondan. Anlayırdıq ki, güc var, yaranacaq yeni bir azad Azərbaycan. Deyəndə ki, Esmerelda, ağlama, qalxırdı əllər havaya. Aciz insandan azad insana doğru baş verirdi metamarfoza.
- Bakı gözəl şəhər, buranı tərk etmək yox, dəyişmək gərək.
- Hər şeydən bezmişəm, yorğunam. Valideynlərin dəstəyinə gərək duymuram, onların mənasız qayğılarına mən inanmıram. İstəmirəm, nəyə gərəkdi, heç açılmasın səhər.
- Aysel, güzgüdə bir özünə bax, əllər yaralı, döyülübsən, üzdə var çapıq. Qorxma mələk kimi, aç balaca qanadlarını, cəmi bir neçə saatlıq.
- Həyatım əllərimdə deyil ki. Bir gün olacaq, uçacam. 1, 2, 3... Birbaşa pəncərədən aşağı.
- Anlamıram ey səni. Niyə dayanıbsan? Həyatın qanunları nəyə gərəkdir, əgər sən yaşayan ölüsənsə. “Blackberry”indəki mahnıları da götür get.
(Bir şeyi daha anladım bu 30 ildə, smslər dünyanı xilas edəcək, onlara cavabın varsa əgər. )
2012-dən sonra əsl həqiqətləri anlamağa başladım. Qızlar üçün ağ atlı şahzadə imişəm, oğlanlar üçünsə repdə ustad. Lazımmış onlara sadəcə bir neçə dəqiqəlik saxta track, maraqsız mahnılar. Onlar üçün dəyərli idi “Qarada qırmızı”, amma heç maraqlanmadılar necə oldu “İkinci addım”ım?!
Uşaqlıq dostları sanki bir-birindən ayrı düşmüş soyuq ulduzlar oldular. Sonda qaldım yenə tək, öz başına. Uzaqlaşdım hər kəsdən, hər şeydən, özümə qapandım. Düşmənlərim sevinir, ümidli dinləyicilər söyləyirdi: O dönəcək. Yenə də fikirlərimi, məqsədimi boş verib, yapışmışdılar məndən.
Axtarıb öz dünyamı, ümidlər qəbirstanlığında labirint tapdım, amma ki çıxmaz, qəliz idi yolları. Elə hey qaçdım, sonda işıqlandı mənim qaranlığım. Yeniləndi ruh, bədən, dəyişdi düşüncələr; artıq cəmiyyəti düzəltmək istəyinin də başını buraxdım. Bundan sonrakı 200 ildə çətin ki yaransın mənim Azərbaycanım.
🔴Həqiqi görünən oyuncaqlar... Böyüklər üçün kukla teatrı... Davam edirdi öz axarıyla həyatın ən sərt nağılı. Gəmilər düzəldirdi, yeni dənizlərə çıxmaq üçün o dövrün Einşteyni. Bir gün oturub sahildə balıqların duasını dinləyirdi. Anidən bir qoxu duydu, burnuna gəldi qadın ətri. Anladı ki, sevgi qonaq gəlir. Külək dəyirmanları dayandı, hər şey dondu anidən. Kağız gəmiləri aparan sular da dedi ki onlara, Sakit okeana yol yoxdu daha, üz canını qurtar, birazdan mən də dönəcəm buza.
Sevdim onu, çünki yox idi başqa şansım. Şair oldum, şeirlər yazdım. Sevgi mələyim qanadlanırdı hər gecə madhiyyələrdə. Romanlar yazdım baş rolda özüm. Açdım qəlbimi bir gün, amma istəmədi, sevmədi məni.
- Mən və sən ayrı dünyaların insanları, üstəlik də buralarda sevgi yoxdur.
- Niyəsə, anlamadım səni?! Axı mənim sevgilim hardadır? Danışığında var engima(müəmma). Buralarda ikimizik yeganə insan, qalmalıyıq birgə beşikdən məzara. Mən illərdi axtarırdım, sonda isə anladım ki, sən yoxsan. Burda yazar üçün şərait pisdi, yox meydan. İndi isə gəl gedək, tamamilə söndür dünyanı, məni qaytar öz dünyama.
Bir gün anladım ki, onun yolları mənim istiqamətimə uyğun deyil . Əlvidalarımı payladım və getdim səssiz addımlarla. Son sözüm olmuşdu sadəcə əlvida. Davam edirdi, bitmək fikri yox idi mənim mübarizəm. Yollar olduqca çətin, qarlı hava, yerlər örtülü idi qan və qumla.
Birinci addımda pullu qaqaşlar edirdi sadəcə bir rəqs-Mr Loba loba. Hırışaraq deyirdilər: vur kamandir. ( - daha ağır zarafat elə, bir az daha çox məzələnək. ) Uzaqlaşdım ordan, onlarla deyildi ki , mənim dərdim.
İkinci addımda adlandırıldım mason, satanist, ateist.
Üçüncü addım daha böyük - həqiqət axtarışları... Qalxırdım ən yüksək zirvəyə. Yolda rastlaşdım əllərində bayraq, qışqırırdı bir qrup cavan: Hava,od,su,torpaq. Köynəklərində yazılmışdı H.O.S.T-çular.
🔹Sonda qayıtdım onun yanına, dön deyə yalvarışlardan sonra. Bir neçə ay daha keçmiş baş verdi olay-cinayət və cəza. Qorxaraq dilləndi: Salam, Allah. Əfvi üçün səssiz idi dualar. Növbəti səhnədə Yerdə alma ağacını suvarıb, gübrə verirdi Adəm və Həvva. H&M deyib izləyirdi sadə adamlar.
Epiloqda girdim etiraf otağına. Dedilər ki, bizdən sizə cəmi 3 sual olacaq. Epiloq üçün çox tez idi, dinləmədim, qaçdım ordan da.
Çox əladı
Mükəmməl
Möhtəşəm
Mükəmməl
qəşəng alınıb 👍
Təşəkkürlər, Qaraqan! ❤
Yene bir Qaraqan yeli esir...
Bizi birləşdirmək üçün çalışan insan❤🖤
Bu trek hər cəhətdən superdi ❤
Həqiqətəndə bugün günəş tutulması ilə göydən bir ruh endi və bizə bir qara quzu bəxş etdi. Qara libaslı ruhun gəlişi ilə böyük dəyişikliklərin və dövranın tamamilə dəyişəcəyini bizə bildirilir. İntibahdan öncə dərəcəyə qarşı ediləcək hücumlara hazırlıq mərhələsindəyik. Təşəkkürlər, dahi✨
#derece #birinciderece #intibah #qaraqan #ruh
Heyat ağrılarından qaçıb Qaraqana sarılanlar. . .
Qaraqanın sarıldığına sarıla bilsən ağrının olmadığını görəcəksən
Əgər bir musiqi Səni pis yola yəni içkiyə, Tütünə yada pis vərdişə Tərəf aparırsa Deməli Həm günah həmdə Haramdır Musiqinin Günah növləridə var Məsələn Pis Vərdişləri təbliğ edilən musiqi və Oğrular Haqqında olan Musiqi Günahdır @@motherlandmars5999
Yayınlandığı andan beri videodan çıkamıyorum, bağımlısı oldum. Qaraqan yine bildiğimiz gibi...
Yolun azanda KARVANın, olum SARVANın😔😔😔👏👏👏👏👏
Ədəbiyyatı töküb bura möhtəşəmdi...Ədəbiyyatımızın zənginliyini görün bu bizim Əbədiyyətimizdi
Axşamınız xeyir Dərəcə 😊
Çırpınan bir dəniz, özümə qarşı döyüş Çaldıran #birincidərəcə