Bağırsaqların Çürüdüyü Göstərən 10 Əlamət! - İnsanların 90%i Bilmir

Поделиться
HTML-код
  • Опубликовано: 21 фев 2023
  • #demədidemə #sağlamlıq #bağırsak
    Yoğun bağırsaqda problem olduğunu göstərən əlamətlər.
    Yoğun bağırsaq xərçəngi və yaxud kolorektal xərçəng. Onkoloji xəstəliklərin bu bədxassəli növü bağırsağın məhvi deməkdir. Yaranma səbəbləri sırasında balanssız qidalanma, genetik miras, zərərli vərdişlər, bağırsağın xroniki iltihabi xəstəliyi də var. Mədə-bağırsaq traktatındakı bütün onkoloji xəstəliklərdən ən bədxassəlisi, dolayısı ilə, ən ağırı məhz kolorektal xərçəng sayılır. Onkoloji xəstəliklərin ümumi siyahısında isə kolorektal xərçəng ikinci yerdədir. Hər il 600 mindən çox insana “bağırsaqda bədxassəli şiş” diaqnozu qoyulur. Və bu xəstələrin 60-70%-i həkimə müraciət edəndə artıq gecikmiş sayılır; məlum olur ki, xəstəlik irəliləmiş mərhələdədir.
    Yoğun bağırsaq xərçəngi daha çox 50 yaşını geridə qoymuş insanlarda rast gəlinir. Xəstələr arasında kişilər üstünlük yəşkil edir.
    Yoğun bağırsaq xərçənginin əlamətləri.
    Bağırsaq xərçənginin əlamətləri kişilərdə və qadınlarda eynidir. Amma şişin həcmi və yayılma dərəcəsi həmişə individual olur. Yoğun bağırsaq xərçəngi uzun müddət heç bir kliniki əlamət olmadan irəliləyə bilir. Belə demək olarsa, xəstəliyin mövcudluğunu və inkişafını insan hiss etmir. Var olduğuna dair işarətlər o zaman meydana çıxır ki , artıq şiş nəzərə çarpacaq dərəcədə böyümüş olur. Amma bununla belə, bəzi əlamətlər var ki, patalogiyanın “xəbərçiləri” sayılır. Əgər bu işarətlər vaxtında bilinsə, xəstənin müalicə şansı daha yüksək olur.
    1. Xroniki yorğunluq. Bağırsaq xərçəngi insanın bütün orqanizminə təsir edir. Belə ki, insan daim özünü yorğun, halsız hiss edir. Gücünün qalmadığını zənn edən insanın iştahı azalır, “çölə çıxmağında” da problemlər yaranır. Patalogiyanın mövcudluğu zamanı lazımi müddətdə və şəraitdə istirahət etmək də yoğunluq sindromunu aradan qaldıra bilmir. Hətta səhər açılan kimi, insan özünü yorğun hiss edir. Bu da o deməkdir ki, həmin insan günə gümrah başlaya bilmir və iş qabiliyyətinə malik olmur. Xroniki yorğunluq bir müddət sonra yuxu problemləri, əhval-ruhiyyənin pis olması və daimi mürgüləmə ilə müşayiət olunur. Burda “yuxu problemləri” dedikdə, yuxuya gedə bilməmək, gecə dəfələrlə yuxudan oyanmaq, hətta yuxusuzluq da nəzərdə tutulur. Bu hallar isə, öz növbəsində, başqa narahatlıqlar üçün zəmin yaradır. Yuxusuzluğun düşünmə və yaratma qabiliyyətinin aşağı düşməsinə, yaddaşın zəifləməsinə, baş gicəllənməsinə, baş və əzələ ağrılarına, oynaq göynəmələrinə, qripə bənzər simptomlara, boğaz ağrılarına səbəb olduğu elmə çoxdan məlumdur.
    2. “Çölə çıxmaq”da problemlər. Təbii ki, bağırsaqdakı hər hansı problem zaman içərisində “çölə çıxmaq”dakı çətinliklərlə özünü biruzə verir. Əslində, “çölə çıxmaq”dakı hər hansı problemin mədə-bağırsaq traktatının işinin pozulmasından qaynaqlandığını hamımız bilirik. Amma məsələ burasındadır ki, yoğun bağırsaq xərçənginin episentri birbaşa bağırsaqlarda olur. Xroniki qəbizlik, ardınca səbəbsiz ishal varsa, mütəxəssislə məsləhətləşməkdə gecikməməlisiniz. Hələ bu əlamətləri eyni zamanda, mədə yanması, qidanın mədədən geriyə-qida borusuna qayıtmağı müşayiət edirsə, yoğun bağırsaq xərçəngindən şübhələnməyə dəyər. Düzdür, insanların çoxu indiki zamanda qəbizlikdən şikayətçidir. Və hamı da əmindir ki, səbəbi bağırsaqlarındadır. Amma çox az adam var ki, “çölə çıxmağı” 3 gün ləngiyir. Bu günlər ərzində insan mədədə diskomfort və spazm, qarında ağrılar hiss edirsə, “çölə çıxanda” nəcisin miqdarının həddən artıq az olduğunu görürsə, bütün bunlarla yanaşı, ac olsa da, sanki, “bir quzunu bütöv yemiş” hissinə qapılırsa, 3 gündən sonra “çölə çıxır”, 4-cü gün kəskin ishalla qarşılaşırsa, mütləq həkimə müraciət etməlidir. 24 saat içərisində 3 dəfə “çölə çıxmaq” ishal hesab edilir. Bu zaman nəcisin duruluğu təbii haldır. Bu durumda mədədə yanma və rektumda ağrı varsa, bunları orqanizmin “həyəcan siqnalı” kimi dəyərləndirməkdə gecikmək olmaz. Ümumiyyətlə, davam edən ishal insan həyatı üçün təhlükəlidir. Çünki bu zaman bədən maye və elektrolitlər itirir, bağırsaqda orqanizmi qidalandıracaq maddələr qalmır.
  • НаукаНаука

Комментарии • 29

  • @alikara1634
    @alikara1634 Год назад +14

    qarşıdan Mübarək Ramazan Ayı gəlir. Allah rızası üçün oruc tutun. bizi yoxdan var edən uca Allah bizim üçün çoxlu sayda neymətlər bəxş edib.

  • @naileisbatova161
    @naileisbatova161 Год назад +6

    Çox saqolun həkimlər bu qədər danışmır o dəqiqə şirkət dərmanları yazıb aptekə yönəldir.

  • @elnurquliyev8529
    @elnurquliyev8529 Год назад +51

    İndi Azerbaycanda normal hekim yoxdur ekseriyyeti savadsiz ve firildaqcidir. Onları Ancaq öz menfeetleri marağlandırır. Yaxşilari var onlarda nadir tapilir

  • @user-fy9xi1lm4n
    @user-fy9xi1lm4n 2 месяца назад +2

    Cox gozel basa,salirsiz Allah hec kime agri aci gosdermesin 🤲

  • @nizamiorucov8385
    @nizamiorucov8385 Год назад +6

    Irag olsun, yerinde qalsln

  • @aga9396
    @aga9396 Год назад +18

    AZARBAYCANDA HEKİMLER XESTENİ MUALİCE ETMEYİ BİLMİR BAÇARMİR . PULU YA YAXŞİ ALİR .

  • @VusallAbdullayev
    @VusallAbdullayev Год назад +12

    Gedrik elleyir deyir hecne yoxdur pulu alir deyir bas bayra

  • @sevdahaciyeva1476
    @sevdahaciyeva1476 Год назад

    ALLAH yar və yardımçımız olsun AMİN YA RABBİ

  • @safiyamehdiyeva6776
    @safiyamehdiyeva6776 Год назад +4

    Bəzi həkimlər insanları qorxuya salır ki müalicə aparsın pul alsın aptekə qoyduğu dərman satılsın o əvvəlki həkimləri ki əməliyyatı pulsuz edirdilə

  • @sevincquliyeva9528
    @sevincquliyeva9528 Год назад +6

    Day denən ölmüşük ki.neyniyək nəcisimizin razmerini ölçəy,rəngini güdəy?kol dibinə getmiriye,unitaza gedirik.1 sözlə ölmüşiy,aglıyanımız yoxdu😁

    • @123Turan
      @123Turan Год назад +1

      😂😂😂😂😂😂

  • @ialegulceferova1629
    @ialegulceferova1629 Год назад +24

    Allah uzağ eləsin

  • @user-uz4nf6dt7f
    @user-uz4nf6dt7f 7 месяцев назад

    Tşk

  • @vusalmedetov9397
    @vusalmedetov9397 Год назад +13

    Bu dediyi şeylərə qalasi olsa elə hami rakdi.gijdəmiyin

  • @Cema-cu1nk
    @Cema-cu1nk Год назад +3

    🙌🙏

  • @user-km4sk7xk9f
    @user-km4sk7xk9f 15 дней назад

    YAXŞI XATIRLATDINIZ..ABUNƏ OLDUM SİZİN KANALA..UĞURLAR ARZULAYIRAM.

  • @user-gt5sb4ho8n
    @user-gt5sb4ho8n 2 месяца назад

    ❤❤❤❤

  • @alialtun9505
    @alialtun9505 Год назад +4

    Sentdomları saydın, Çaresinide söylesene be Mubarek.

  • @qarabagazerbaycan7191
    @qarabagazerbaycan7191 Год назад +3

    Traktat ?belke trakt?

  • @al1razar631
    @al1razar631 Год назад +3

    3 gün nedi men 6-7 günden bir gedirdim😢

  • @mehribansfiyeva6175
    @mehribansfiyeva6175 2 месяца назад

    Dəridə ləkə hansı nahiyədə , bağırsağın üstündəmi

  • @elzapapayeva9255
    @elzapapayeva9255 Год назад +3

    Osturag

  • @alimusayev990
    @alimusayev990 5 месяцев назад +1

    Aııah mətıəb nəvəıərevə nəseb etsen ay deıənçi amin