Öd Kisəsinin Məhv Olduğunu Göstərən 7 VACİB ƏLAMƏT

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2023
  • #sağlamlıq #demədidemə #bağırsaq
    İnsanlar bilir ki, bəzi qidalar şişkinliyə səbəb olur. Məsələn;
    -lobya və digər paxlalılar;
    -meyvələr;
    -şəkər (xüsusilə, süddəki laktoza);
    -liflər (xüsusilə, dənli bitkilərdəki); Şişkinlikdən əziyyət çəkən insanlar kəpəkli çörək kimi, kəpəkli un məmulatlarından uzaq durmalıdır.
    Tutaq ki, siz bütün bu ərzaqlardan uzaq durdunuz, amma şişkinlik yenə sizə əziyyət verir. Səbəbi nədir?
    Anlamalı olduğumuz bir əsas prinsip var. Mən hazırda öd suyundan bəhs edirəm. Öd suyu qaraciyərdə istehsal olunur və öd kisəsində toplanır. Onun 3 əsas funksiyası var.
    Öd suyunu qabyuyan mayeyə bənzətmək olar. Bu şüşədə isə az miqdarda yağ var. Biz qabyuyan maye ilə yağı qarışdırsaq, köpüklənmə yaranır. Yəni, kiçik hava qabarcıqları peyda olur. Baxın, öd suyuna da yağ qarışanda eynilə bu proses təkrarlanır. Mədəaltı vəzi lipaza fermenti ifraz edir ki, məhz bu ferment yağı tam parçalayır. Bununla da, parçalanmış yağlar yoğun bağırsaq tərəfindən mənimsənilə bilir.
    Öd suyunun birinci funksiyası yağın tərkibindəki müəyyən maddələrin mənimsənilməsinə kömək etməkdir. Bunlar yağda həll olan maddələrdir, məsələn: A, D, E, K1, K2 vitaminləri, Omega-3 və digər yağ turşuları.
    İkinci funksiyası isə xolesterinin səviyyəsini nizamlamaqdır. Bəli, öd suyu xolesterinin səviyyəsini nəzarətdə saxlayan ən önəmli faktordur. Qida ilə gələn xolesterindən əlavə, orqanizmin özü tərəfindən istehsal edilən xolesterin də var. Öd suyu mənşəyindən asılı olmayaraq, xolesterinin orqanizmdə depolanmasının qarşısını alır. Xolesterinin və lipidlərin səviyyələrinin yüksəlməsi öd suyunun miqdarının azlığından xəbər verir.
    Öd suyunun üçüncü vəzifəsi antibakterial kimi çıxış etməkdir. Digər deyimlə, o, yoğun bağırsaqdakı mənfi bakteriyaları öldürür. Yoğun bağırsaqdakı mikroorqanizmlərin də öz normaları var. Xüsusilə də, hidrogen və metan qazı yaradan mikroorqanizmlərin sayının çoxluğu bu qazların bağırsaqda yığılmasına, nəticədə, şişkinliyə səbəb olur. Bu sindrom qısaca olaraq SİBO (small intestinal bacterial overgrowth), yəni, incə bağırsaq bakteriyalarının çoxalması sindromu adlanır. Araşdırmalar sübut edib ki, əməliyyatla öd kisəsi götürülən insanların SİBO riski yüksəlir.
    Öd suyunun çatışmazlığı daha bir problemə səbəb olur. Belə ki, incə bağırsaqda həzm olunmayan yağların toplanması baş verir. Bu isə bağırsaqları məcbur edir ki, onları emal etməkçün var gücüylə işləsin. Nəticədə, qidanın həzm sistemindən keçid vaxtı uzanır, həzm prosesi çətinləşir, bu da sonra şişkinlik yaradır. Çünki fermentasiya uzun çəkir. Ümumi desək, öd suyu bağırsağı sürüşkən edir. Öd suyunun çatışmazlığı şişkinlik, artıqlığı isə ishal səbəbidir.
    Adətən, şişkinlik zamanı insanlar dərman içirlər. Bunlara probiotiklər, spazm əleyhinə preparatlar daxildir. Amma orqanizmə lazım olan öd duzudur. Əgər yalnız öd duzundan ibarət olmayan, fermentlərlə zəngin, mədə turşusunun ifrazını artıran, öd suyunu duruldan, bitkilərdən hazırlanmış qida əlavəsi axtarırsınızsa, müasir tibbin nailiyyətləri sırasında tapa bilərsiniz.
    Hərdən deyirlər: “Öd kisəsi o qədər də vacib orqan deyil.” Bu, yalandır. Əgər öd kisəsi çıxarılsa, yaxud öd suyunun miqdarı yetəri qədər olmasa, problem təkcə şişkinlikdən ibarət olmur. Orqanizmdə müxtəlif narahatlıqlar meydana çıxır.
    Öd suyunun çatışmazlığı aşağıdakı simptomların meydana çıxmasına səbəb olur:
    1. Hipotireoz. Çünki öd suyu qalxanabənzər vəzi hormonları olan T3 və T4-ün yaranmasında əhəmiyyətlidir. Əgər qaraciyərdə yağlanma və ya toxumaların xəsarət alması varsa, demək, T3 və T4-ün yaranmasında çətinliklər meydana çıxacaq. Prosesin əksi, yəni, qalxanabənzər vəzinin T3 və T4 hormonlarını həddən artıq ifraz etməsi Qraves xəstəliyinə səbəb olur. Bu, öd duzunun qəbulunun əks təsiri kimi də özünü göstərə bilər. Öd duzunun qəbulu qalxanabənzər vəzinin işini sürətləndirir.
    2. Steatorreya. Hansı ki, unitazda belə, bu problemin izlərini görə bilərsiniz. Çünki bu zaman nəcisdə həzm olunmamış yağ qalır. Bu da öd suyunun çatışmazlığı deməkdir. Nəcisin rənginin boz, yaxud tünd olması da öd suyundan asılıdır.
    3. Daimi aclıq hissi. Çünki orqanizm toxluq hissi verən yağları və yağda həll olan faydalı maddələri mənimsəmir. Hətta qidanız zülallarla zəngin olsa belə, qida mənimsənilməsə, daimi aclıq hissi keçməyəcək.
    4. Yeməkdən sonra diskomfort. Adətən, ağırlıq sağ tərəfdə, boyunda hiss edilir. Yaxud sağ tərəfdəki kürək əzələlərinin təzyiqə məruz qalması kimi bir hal yaranır. Çünki öd kisəsindən üzüyuxarıya doğru uzanan sinir vardır.
    5. Öd kisəsində daş. Bu, yüksək miqdardakı xolestrinin kristallaşmasıdır. Səbəb isə yenə öd suyu çatışmazlığıdır. Bayaq da qeyd etdiyim kimi, xolestrinin miqdarının nizamlanması öd suyunun nəzarətindədir.
  • НаукаНаука

Комментарии • 45

  • @orxanalizade9627
    @orxanalizade9627 Год назад +57

    İnsanın öldüyünü göstərən 1 vacib əlamət - pulun yoxluğu

  • @Agabey2910
    @Agabey2910 Год назад +7

    Allah razi olsun sizden cox gozel etrafli deqiq melumatlar verdiz. Coxsagolun.

  • @saqalliadam5118
    @saqalliadam5118 Год назад +4

    Səlis,ardıcıl,aydın danışırsız bu çox yaxşıdı.Birşey öyrənməmək mümkün deyil))

  • @omurhyatvedavam8899
    @omurhyatvedavam8899 Год назад +3

    Faydalı məlumatlar üçün çox təşəkkür edirəm.Allah razı olsun.

  • @dasgncfrov9392
    @dasgncfrov9392 Год назад +8

    Yaradan işünüzü avand eləsin AMİN 🇦🇿🇦🇿🇦🇿👍👍👍

  • @zizseyidova8103
    @zizseyidova8103 Год назад +13

    Allah köməyniz olsun

  • @zulfiyenuriyeva1144
    @zulfiyenuriyeva1144 Год назад

    Cox gozel ve derin ve aciq aydin melumat verdiyinizucun cox tesekkur edirem.

  • @minaraadicco3547
    @minaraadicco3547 Год назад +3

    Allah razı olsun çox faydalı məsləhətlər verirsiniz…!

  • @emrahadbullayev8471
    @emrahadbullayev8471 Год назад +2

    Çox gözəlll anlatdınız
    çox diqqətlə seyr etdim .İnsanı hər hansı bir zərər verəcək qidalardan qorunma, pəhriz etmək ,özümüzün sağlamlığını qorumaq ehtiyat etmək vacibdir.
    Çox sağ olun Allah razı olsun bilgiləndirdiniz.
    Bir daha sağ olun 👍👍👏👏

  • @elsenqurbanov7435
    @elsenqurbanov7435 10 месяцев назад +1

    Allah Sizdən Razı olsun Amin. Mənim də ödümdə uşaxlıxdan ağrılar vardı. İndi halsızlıx, qudalanmadan asılı olarax üzümdə şişkinlik, bəzən öd nahoyəsində dəri üstü qaşınmalar və sairələr. Sizin bu Vodionuzda ödümə görə bütün hiss etdiklərimi aydın şəkildə gördüm. Minnətdaram.

  • @clilovarubab4780
    @clilovarubab4780 Год назад +3

    XANIM ÇOX SAĞ OLUN . ALLAH RAZI OLSUN.
    MƏNİM ÖD KİSƏMDƏ DAŞ VAR AMMA İNCİTMİR. DEDİYİNİZ ŞİŞKİNLİK ,QARA CİYƏR PİYLƏNMƏSİ MƏNDƏ VAR. İNDİ BİLMİRƏM NƏ EDİM.

  • @melahetmemmedova5708
    @melahetmemmedova5708 Год назад +1

    Allah razı olsun

  • @azercellux252
    @azercellux252 9 месяцев назад +1

    Faydali məsləhətlər verdiyiniz ücün təşəkkürər !!

  • @bestishirinova9018
    @bestishirinova9018 Год назад +1

    Çox sağolun məlumatlandırırsız

  • @nuranmikaylov_083
    @nuranmikaylov_083 Год назад +2

    Təşəkkürlər

  • @gunayhacimetova8959
    @gunayhacimetova8959 Год назад +1

    Təşəkkür edirəm

  • @necimeddinkazimzade610
    @necimeddinkazimzade610 Год назад +1

    Xeyrli.saglamliq.məsələtəti.daim.olsun

  • @tamilekerimova7143
    @tamilekerimova7143 Год назад +1

    Cox saqolun

  • @user-kd5yv7kx4h
    @user-kd5yv7kx4h Год назад

    Cox saq olun

  • @pervanequlamaliyeva793
    @pervanequlamaliyeva793 Год назад +2

    Lazımlı məlumat necədə faydalı oldu bizlərə minnətdarıq

  • @leylaaliyeva9081
    @leylaaliyeva9081 Год назад +2

    Sizə çox minnətdaram. Köməyimizə çatırsınız.

  • @user-eg8ef9zm5g
    @user-eg8ef9zm5g Год назад

    Xais edirem mualicesi ne otlarla caylarla olur???

  • @lamiyrhimli2490
    @lamiyrhimli2490 Год назад

    Salam öd daşları varsa necə əməlyyat olmasa öd necə işləyir?

  • @TT-ms2dh
    @TT-ms2dh 11 месяцев назад

    Öd duzu tablet və yaxud kapsul dərman pereparatında adı necə gedir əsas onu deyərdiz???

  • @solmazxelilova7794
    @solmazxelilova7794 Год назад

    od duzu desek aptekde verceyekler?

  • @vuqarmuellimlekimya2325
    @vuqarmuellimlekimya2325 2 месяца назад

    👍🏻

  • @memmedallahverdiyev8904
    @memmedallahverdiyev8904 Год назад +1

    Dermanin edi nədir

  • @ANRXX
    @ANRXX Год назад +2

    Salam. Öd suyunun çoxalması üçün nə etmək lazımdır.

  • @leylaibrahimova1971
    @leylaibrahimova1971 7 месяцев назад

    öd duzu kapsulu nə deməkdir?

  • @xiominote8117
    @xiominote8117 Год назад

    😊

  • @sevdamemmedova897
    @sevdamemmedova897 2 месяца назад

    ❤öd suyu nedir? Hami soruşur ,amma siz cavab vermirsiniz,sebeb nedir.verlişi aparirsinizsa ,cavab vermelisiniz .

  • @vusalsrifova7005
    @vusalsrifova7005 Год назад +1

    Bəs ödün çıxartdıranlar da necə olacağ

  • @teranehesenova8243
    @teranehesenova8243 Месяц назад

    Ev şeraitinde. Ne. Ede bilerik. Hekim gedirik. Resept. Firma. İle. Yazilar imkan olmur. Ödumde kut agri var. Daş yoxdu qatilajma var

  • @teranememedova2559
    @teranememedova2559 Год назад +3

    Öd suyu yaradan kapsulanın adı nədir? Mümkünsə cavablayın.

    • @ANRXX
      @ANRXX Год назад +1

      Mənə də lazımdır

  • @studio_X
    @studio_X 7 месяцев назад

    Bu videoda reklamlar bezdirdi

  • @user-db2dr9dy1e
    @user-db2dr9dy1e 4 месяца назад +1

    İncə yox,nazik bagırsaq.

  • @user-be5ny8jx4o
    @user-be5ny8jx4o Год назад +1

    Gəyirmə və həzmsizlik aidiyyəti var öd kisəsinə?

  • @VaqifQurbanov-fd6tw
    @VaqifQurbanov-fd6tw 5 месяцев назад +1

    Mənim ödumdə daw var pulum yoxtu əməliyyat etməyə ölməyimi gözləyirəm

    • @ramilehuseynova2709
      @ramilehuseynova2709 4 месяца назад +3

      Dovlet qarsiliyir ,erazi uzre polinkaya gedin ,sizi pulsuz yonlendirecekler ,dovlet sgortasina daxildi od emelyati

    • @aylinav2593
      @aylinav2593 13 дней назад

      Menimde odumde das var amma emelyat yazmiyib hekim eger seni narahat etmirse agri yoxdursa emelyat mutleq deyil

  • @aybenizcabbarova4651
    @aybenizcabbarova4651 3 месяца назад

    Òd suyu nedir?Siz hec duzgunifade ede bilmirsiz.Evvel òyrenin,sonra aqil verrin.