Öd Kisəsinin ÖLDÜYÜNÜ Göstərən Əlamətlər - Öd Çıxarılanda Nə Baş Verir?

Поделиться
HTML-код
  • Опубликовано: 6 сен 2024
  • #demədidemə #öd #ödkisəsi
    Bu video öd əməliyyatından çıxanlar haqqındadır. Öd əməliyyatına girməyi düşünənlər də baxa bilərlər. Vacib bir daxili orqanı əməliyyatla aldırmazdan qabaq bu orqanın hansı işlərə məsul olduğunu bilməyiniz mütləqdir.
    Öd kisəsi nədir?
    Öd kisəsi öd suyunu içində saxlayan orqandır. Öynələrarası zaman ərzində öd suyunu depolayır. Yemək zamanı hərəkətə keçir, öd suyu ifraz edir. Öd kisəsi əməliyyatla çıxarılan insanlar öd suyu konsentrasiyasına sahib olmurlar. Bu insanlarda öd kanallarından nazik bağırsağa öd suyu damır ki, bu da normal həzm üçün yetərli deyil. Öd kisəsində daş, yaxud başqa bir simptom səbəbiylə baş tutan cərrahiyyə əməliyyatı ödlə bağlı problemlərin həllidir. Əməliyyat da, əməliyyatın nəticəsi də problemə uyğundur.
    Öd suyu nədir?
    Öd suyu qaraciyər tərəfindən istehsal edilir. Kiçik borularla öd kisəsinə, oradan da öd kanalları vasitəsilə nazik bağırsağa ötürülür. Öd suyu yağları parçalayan yuyucu vasitə kimidir. Tutaq ki, bir balaca şüşə qabda yağımız var. Başqa bir qabda isə yuyucu vasitəmiz var. Biz şüşə qabdakı yağı yumalıyıq. Bunun üçün, əlbəttə ki, yuyucu vasitəyə ehtiyacımız var. Yəni qəbul etdiyimiz qidadakı yağların parçalanması, yuyulması üçün öd suyuna ehtiyacımız var.
    Yuyucu vasitə ilə yağı qarışdıranda nə baş verdiyinə baxaq. Bu saxta öd duzunu götürək, yağın içərisinə əlavə edək, qarışdıraq. Baxın, yağları necə parçalayır. Öd suyu eynən bu prosesi həyata keçirir.
    Mədəaltı vəzidə lipaz adlı ferment var. Bu ferment yağı asanlıqla daha kiçik molekullara ayırır. Beləcə, həll olunan vitaminlər nazik bağırsaq tərəfindən mənimsənilir. Daha açıq deyim: A vitamini kimi yağda həll olunan viaminləri qidalardan seçib ayırmaq üçün öd suyuna ehtiyacımız var. A vitamini çatışmazlığı varsa, alatoranlıqda yaxşı görə bilməzsiniz. Ürək üçün isə E vitamini önəmlidir. E vitamini əzələlərdə depolanır, cinsiyyət hormonlarının qorunması üçün hipofiz vəzinə yığılır. Bəli, E vitamini orqanizm üçün çox vacibdir. E vitamini ürəyi qoruyur, arteriyalardakı iltihablanmanı və oksidləşməni önləyir. Lazımi qədər öd suyu yoxdursa, orqanizm qidalardakı E vitaminini seçib ayıra bilmir. Bu da ürəyin işləməkdə çətinlik çəkməsinə, hormonların düzgün ifraz olunmamasına gətirib çıxarır.
    Orqanizm üçün vacib olan vitaminlərdən biri də D vitaminidir. Hazırkı dövrdə insanların çoxunda D vitamini çatışmazlığı var. Öd suyu olmasa, D vitamini orqanizm tərəfindən mənimsənilmir.
    Bir az da K vitaminindən, xüsusilə, K1 və K2 vitaminlərindən danışaq. K1 vitamini çatışmazlığı qanaxmalarla nəticələnir. K2 olmasa, qəbul edilən kalsium qan damarlarında, oynaqlarda-lazımsız yerlərdə yığılır.
    Öd suyunun ürək sağlamlığı üçün vacibliyinə diqqət çəkək. Öd suyu ürəkdəki iltihablanmanı önləyən Omeqa-3 yağ turşularının, ümumiyyətlə, bütün yağ turşularının qidadan ayrılmasına xidmət edir.
    Öd daşları yüksək konsentrasiyalı xolesterol daşlarıdır. Yəni həddən artıq xolesterolunuz varsa, buna qarşılıq, lazımi qədər öd suyunuz yoxdursa, öd kisəsində daşlar əmələ gəlir. Bunun müxtəlif səbəbləri ola bilər:
    1) Qaraciyərdəki hər hansı bir problem imkan vermir ki, öd suyu istehsal olunsun;
    2) Öd kisəsi kanallarında, yaxud öd kisəsində yaranan narahatlıqlar;
    3) Öd kisəsində daşın əmələ gəlməsinin qarşısını ala biləcək ən önəmli faktor yetərli qədər öd suyunun olmasıdır. Bəzən insanlar düşünür ki, öd kisəsindəki daşı artıq yağlar yaradır. Bu, doğru deyil. Səbəb öd suyu çatışmazlığıdır. Öd suyunu istehsal edən xolesteroldur. Xolesterol olmasa, öd suyu istehsal edilməz;
    4) Öd suyunun digər bir funksiyası da tiroksin hormonu olan T4-ün tridotionin hormonu olan T3-ə çevrilməsinə kömək etməkdir. Buna görə, qaraciyərinizlə bağlı və ya öd suyu ilə bağlı problem varsa, hormonları çevirmək çətinləşir. Nəticədə, hipotireoz yaranır;
    5) Öd suyunun vəzifələrindən biri də qanda şəkərin miqdarının tənzimlənməsidir;
    6) Yediyimiz qidaların faydaları da var, zərərləri də. Əsas yağ turşularını və yağda həll olan qidaları buna misal göstərmək olar: karotenoidlər, xlorofil və s. Sağlamlığımıza faydalı olan bu bitki mənşəli qidaları almaq üçün öd suyuna ehtiyacımız var. Salatlarımıza zeytun yağı, qəlyanaltılarımıza kərə yağı, şirniyyatlarımıza kokos yağı əlavə edirik. Bu yağların mənimsənilməsində də öd suyu ən yaxşı köməkçidir;
    7) Öd suyu artıq xolesteroldan qurtulmağımıza xidmət edir. Demək olar ki, orqanizmdə xolesterolun parçalanmasının çoxunu öd suyu həyata keçirir. Xüsusilə, “Keto pəhrizi”ni tətbiq edərkən həddən artıq yağ yediyinizdə öd suyu çatışmazlığı xolesterol səviyyəsinin yüksəlməsi ilə nəticələnə bilər. Az karbohidratlı pəhriz zamanı öd suyu triqliseridlərlə bərabər, xolesterolla zəngin yağı da yandırır. Xolesterol yağdan ayrılmalı, qaraciyərə daşınmalı, öd suyu yardımıyla öd kanallarına atılmalıdır;
    8) Sonrakı mərhələdə öd suyu toksinlərin orqanizmdən xaric olunmasına xidmət edir. Öd suyu çatışmazlığı orqanizmdə toksikləşməyə aparır;

Комментарии • 45

  • @gulnarseyidova5194
    @gulnarseyidova5194 8 месяцев назад +5

    ÇOX SAĞOLUN Allah bütün xəsdələrə şəfa versin 🙏🏼

  • @birbaxkanal
    @birbaxkanal 8 месяцев назад +6

    Dəyərli bilgilərdir🙏🏻

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 8 месяцев назад +4

    MARİFLƏDİRCİ VİDEODIRÇOX SAĞOLUN

  • @raufesrefov2743
    @raufesrefov2743 8 месяцев назад +5

    Geniş məlumata görə sağol👍

  • @merhemetcumayev2018
    @merhemetcumayev2018 8 месяцев назад +5

    Çoox sağ olun

  • @nahideheyderova3247
    @nahideheyderova3247 8 месяцев назад +4

    Azərbaycanda bütün orqsnları son zamanlar müalicə yox kəsib doğramağa üstünlük verirlər.nədən?🎉

  • @balaxanmmustafayeva6311
    @balaxanmmustafayeva6311 8 месяцев назад

    BU BİLGİLƏRİ VERDİYİNİZ ÜCÜN COX SAG OLUN

  • @Ayxan_Muradov
    @Ayxan_Muradov 6 месяцев назад

    Cox sag olun melumata gore. Ödumde daş oldguna.ödümü cixartmaq isteyirdim.bu videodan sonra esla cixartmaram .

  • @Coni-nu2xr
    @Coni-nu2xr 8 месяцев назад +7

    Türkiyədə öd daşını əridirlər və ya öd kisəsindən DAŞI əməliyyatla çıxarırlar. Azərbaycanda niyə etmirlər görəsən

    • @TuranCahangirov
      @TuranCahangirov 8 месяцев назад

      Salam iti daşıda əridirlər?

    • @TuranCahangirov
      @TuranCahangirov 8 месяцев назад

      Zehmet olmasa melumat vererdiz

    • @Coni-nu2xr
      @Coni-nu2xr 8 месяцев назад

      @@TuranCahangirov Hakan Akıncı doktor var Türkiyədə, o daşı çıxardır öd kisəsindən. Yutubda yazıb baxın. Daşın fərqi yoxdur İti və ya şümallı.

  • @resmiyyeehmedova4145
    @resmiyyeehmedova4145 8 месяцев назад +4

    Çox sağ olun.başqa söz tapmıram❤

  • @eyubseyidov250
    @eyubseyidov250 8 месяцев назад +2

    Əla.

  • @nahidnadir145
    @nahidnadir145 8 месяцев назад

    Allah razı olsun əla məlumatlar

  • @TovuzQovlar-xk7vy
    @TovuzQovlar-xk7vy 8 месяцев назад

    Cox sağolun

  • @elnurquliyev8529
    @elnurquliyev8529 8 месяцев назад +1

    Her şeyi bilirsiz meselen hansi orqanin vesifesi nedir ve xesteliklerin elametlerini. ancaq sohbet mualice etmeye gelende 0

  • @user-hi7qv2kh2z
    @user-hi7qv2kh2z 8 месяцев назад

    Telman Bey xahiş edirem yazasız nece eritdiz daşı ödde

  • @user-hi7qv2kh2z
    @user-hi7qv2kh2z 8 месяцев назад

    Öldü daşı nece eritdiniz bilmek isteyirem Xahiş edirem yazasız

  • @telmanwabanov9792
    @telmanwabanov9792 8 месяцев назад +3

    Mende bir soz yazim menim od kisemde 8 mm daw var idi bunuda harda bilmiwem Tedris Cerrahiye klinikada Yaqub doxdur deyib. Nese onu ozum ev weraitinde eritdim

    • @agalix2689
      @agalix2689 8 месяцев назад

      Nece eritdiz zehmet olmasa deyerdiz

    • @maviyeelirzayeva5698
      @maviyeelirzayeva5698 8 месяцев назад

      Necə etdiniz zəhmət olmasa mənədə deyərdiniz

    • @telmanwabanov9792
      @telmanwabanov9792 8 месяцев назад

      @@maviyeelirzayeva5698 cox asan bildiyimiz zeytun yagi icerek axwam yatan vaxt yuz qram yagi ic birde seher yuxudan duran kimi ac qarina hemin ifade tokuldu mende

    • @ilhamemenefova824
      @ilhamemenefova824 6 месяцев назад

      Zehmet olmasa yazardizda

    • @teranequliyeva7897
      @teranequliyeva7897 4 месяца назад

      necə əritdiniz yazın xahiş edirik.

  • @gulnarsuleymanova6860
    @gulnarsuleymanova6860 8 месяцев назад +2

    👍👍

  • @rahilahasanova6127
    @rahilahasanova6127 8 месяцев назад +6

    Keç kim kefindən əməliyyat olmurki

  • @sevdaqdimova6008
    @sevdaqdimova6008 7 месяцев назад

    Salam,öddə əyrilik var,təbii müalicə nədi?Bitki-n is-ə edirəm.Ancaq mal yağından is-ə edirəm.

  • @azadeguluzade
    @azadeguluzade 2 дня назад

    Gedecekdim eneliyata qorxdum

  • @balaxanmmustafayeva6311
    @balaxanmmustafayeva6311 8 месяцев назад

    Verdiyiniz məlumatlara görə cox sag olun Allah razı olsun sizdən Mənim də öd kisəmdə daş var 27 mm nə edə bilərəm

  • @elnuraretro3886
    @elnuraretro3886 8 месяцев назад

    Müalicəsini də

  • @elnuraretro3886
    @elnuraretro3886 8 месяцев назад

    BƏS NIYE EDIRSIZ EMELIYAT. AZERBAYCAN DA MİLYONINSAN. EDIR.

  • @zahiraeliyeva6656
    @zahiraeliyeva6656 8 месяцев назад

    ƏGƏR ÖD YOXDURSA NƏ ETMƏK OLAR

  • @_TV_001
    @_TV_001 6 месяцев назад

    Menim 33 yaşım var ödum bürüşmüsdü icindede daş vardı emeliyat eletdirdim 1 ay olar

  • @Sebire15
    @Sebire15 4 месяца назад

    Mənim bir qohumum 50 ildi ödsüz yaşayır yəni 80 yaşını keçib.

  • @optimoptimlive8641
    @optimoptimlive8641 7 месяцев назад

    Karoce yixil ol.

  • @wadlode6080
    @wadlode6080 8 месяцев назад

    Türkiyədə səhiyə və təhsil yoxdur Turk həkimləri Az da həkim sayırlar hec bir dövlətdə bunları həkim saymırlar

  • @elnuraretro3886
    @elnuraretro3886 8 месяцев назад

    BU VERLİWE. BAXANDA ADAM YAWAMAQ İSTƏMİR

  • @elnuraretro3886
    @elnuraretro3886 8 месяцев назад

    BİR. DEYİR YAĞLI YI. BİR DEYİR YENE

  • @adilpasayev7641
    @adilpasayev7641 7 месяцев назад

    Azərbaycanda 90 faiz adamın ödü yoxdu mədəaltl vəzdə pozulur şəkərə xərçəngə düzür yediyimiz hər şey ölümdü