Bunu biləndən sonra Hər Gün Nanə Çayı İçəcəksiz!

Поделиться
HTML-код
  • Опубликовано: 9 июн 2023
  • #demədidemə #sağlamlıq #nanə
    Hələ qədim zamanlardan bir çox bitkidən tibbdə müalicəvi vasitə kimi istifadə ediblər. Belə məşhur bitkilərdən biri də nanədir. Adi qaraçay yerinə nanə çayı içməyi sevənlər çoxdur. Amma dərman vasitəsi kimi bu bitkinin qəbulu bəzi hallarda sizə zərər belə verə bilir. Əsas məsələ istifadə olunacaq ölçünü bilməkdir. Bu gün bir bax kanalında Nanə çayının istufadə qaydalarından danışacam. Diqqət ekrana.
    Nanənin tərkibində bol miqdarda vitamin var. Bu səbəbdən də, orqanizmdə yaranan bəzi narahatlıqlar zamanı nanə köməyə çatır. Nanənin dəmlənməsi və qurudulması üsulları çox adamı maraqlandırır. Məhz buna görə də, müxtəlif xəstəliklər zamanı nanənin qəbuledilmə üsulları haqqında video hazırlamağa qərar verdim.
    Bitkinin faydaları hələ qədim zamanlardan insanlara məlum idi. Onunla bağlı ilk yazılı mənbələr qədim Misir xanədanlıqlarına aiddir. Qədim Romada nanənin köməyilə mədə-bağırsaq traktatı xəstəliklərini, həmçinin, dəridəki səpkiləri müalicə edirdilər. Bitkidən tonuslaşdırıcı kimi və bədənin müqavimətini artırmaq üçün istifadə olunub. Nanə suyu havanı təmizləyir. Bəzi filosoflar nanə yarpağı çeynəməyi adət etmişdilər. Onlar düşünürdülər ki, bitkinin yarpağı beyin damarlarını açır. Qədim mədəniyyətlərdə nanənin pis ruhları evdən uzaq tutduğuna dair inanclar da mövcud idi. Digər bir inanca görə, gənc qızlar yastıqlarının altına nanə qoyub yatarsa, yuxuda gələcək həyat yoldaşını görür.
    Demək olar ki, hər bir evdə qurudulmuş nanə yarpağı var. Nanənin faydaları çoxdur. Məşhurluğunu tərkibindəki vitamin və mineral zənginliyinə borcludur. Qoxusu və dadından əlavə, nanədən hazırlanan bir çox məhlul və vasitə də insanların köməyinə çatır. Tərkibindəki əsas elementlər bunlardır:
    -suda həll olunan B qrupu vitaminləri və C vitamini;
    -keyidici xüsusiyyətə malik olan təbii birləşmələr;
    -antioksidantlar;
    -beta-karoten;
    -təbii turşular;
    -mikroelementlər (fosfor, maqnium, natrium və s.);
    -bitki mənşəli zülal;
    -qida lifləri;
    -qətran;
    -şəkər;
    Təbiətdə nanənin bir neçə növü mövcuddur. Onlar bir-birindən kimyəvi tərkibinə, ölçülərinə və qoxusuna görə fərqlənir. Daha geniş yayılanı acı nanədir. Onu geniş əkin sahələrində və həyətyanı bağçalarda əkib-becərirlər.
    Nanənin orqanizmdə gördüyü işlərdən bəzilərini xüsusi qeyd etmək lazımdır:
    Ağrıları azaldır və iltihabı minimuma endirir;
    Qan təzyiqini və damarların periferik müqavimətini aşağı salır;
    Stressi aradan qaldırır, sakitləşdirir, sinir sisteminin işini normallaşdırır;
    Mədə-bağırsaq traktatı orqanlarının fəaliyyətini nizama salır;
    Öd suyu ifrazını stimullaşdırır;
    Yaddaşı gücləndirir, beynin funksiyasını yüksəldir;
    Virus səbəbilə yaranan xəstəliklərlə mübarizə aparmağa kömək edir;
    Şişkinlikləri aradan qaldırır;
    Saçları və dırnaqları möhkəmləndirir;
    Ağızdakı pis qoxularının qarşısını alır;
    İştahı azaldır;
    Bədxassəli şişlərin bölünməsinin və inkişafının qarşısını alır;
    Müxtəlif infeksiyalardan sonra sağalma prosesini sürətləndirir;
    Hormonal balanslaşmanı təmin edir, klimaks zamanı arzuolunmaz simptomların qarşısını alır;
    Pnevmaniya və digər ağciyər xəstəliklərini yüngülləşdirir;
    Dərinin ümumi vəziyyətini yaxşılaşdırır, səpki və sızanaqları yox edir;
    Ginekoloji xəstəliklər zamanı köməyə çatır;
    Müxtəlif xəstəliklər zamanı nanənin tətbiqi:
    Fərqli xəstəliklər və xoşagəlməz simptomlarla mübarizə aparmaq məqsədilə nanədən müəyyən vasitələr hazırlanır. Onlardan ən geniş yayılanları ilə tanış olaq.
    Ürəkbulanma və qusma zamanı. Bu simptomları nanədən hazırlanan məhlul sayəsində aradan qaldırmaq mümkündür. 1 xörək qaşığı nanə yarpağını 1 stəkan qaynar suya əlavə edin və ağzını örtərək 20 dəqiqə dəmlənməsini gözləyin. Məhlulu ilıq halda gündə 3 dəfə için. Qeyd edim ki, məhlul mədə yanması və qıcıqlanması zamanı da köməyinizə çatacaq.
    Əsəb gərginliyi zamanı. Stresslə mübarizə aparmaq, əsəb gərginliyini aradan qaldırmaq üçün də nanə məhlulu yetərlidir. 1 xörək qaşığı nanə yarpağını 1 stəkan soyuq suya qatın. Təxminən, 10 dəq vam odda qaynadın. Məhlul soyuyandan sonra yarpaqların dibə çökməyini gözləyin. Gündə 2 dəfə, hər dəfə də 50 ml olmaqla için. Bu məhlulun qəbulu depressiya əleyhinə müalicə kursu kimi də dəyərləndirilə bilər.
    Bronxit zamanı. Bu xəstəlik zamanı efir yağı və ya nanə ilə edilən inqalyasiyanın köməyi böyükdür. Suyu qaynadın. Qaynar suya bir neçə damcı nanə efir yağı və ya 2 xörək qaşığı nanə yarpağı əlavə edin. Qarışımın bir az soyumasını gözləyin. Sonra buğunda nəfəs alın. Bunun üçün başınızı suyun üzərinə əyin və yun şalla, yaxud iri bir dəsmalla örtün. Ehtiyatlı olun ki, buxar tənəffüs yollarını yandırmasın. Burnunuzu suya çox da yaxın tutmayın.
    Ürək ritminin pozulması zamanı. Aritmiya zamanı ürəyin bərpası və möhkəmlənməsi üçün bu reseptə əməl edin: 1 xörək qaşığı nanə yarpağını 1 stəkan qaynar suya əlavə edin. Ağzını bağlayın və 30 dəq dəmlənməyini gözləyin. Qarışımı ilıq halda gün ərzində 3 dəfə, hər dəfə 100 ml olmaqla için. Proseduru, ən azı, 3 ay davam etdirin.
  • НаукаНаука

Комментарии • 31

  • @YusifBedirzade-sg6tk
    @YusifBedirzade-sg6tk 27 дней назад +1

    Kömək olsun

  • @samo6992
    @samo6992 Год назад +5

    Cox sağ olun.

  • @birbaxkanal
    @birbaxkanal Год назад +6

    Davamı gəlsin, Bahadur bəy

  • @abdullayevaabdullayeva908
    @abdullayevaabdullayeva908 Год назад

    Təşəkürlər Bahadur bəy.🙏🙏🙏

  • @habilnebiyev2314
    @habilnebiyev2314 Год назад

    Minətdaram cox sag olun

  • @limhrrmov2601
    @limhrrmov2601 Год назад +2

    Salam necəsiz axşamınız xeyir olsun zəhmətinizə görə TƏŞƏKKÜRLƏR Sizin üçün çox sağolun

  • @Xanmqdirova7816
    @Xanmqdirova7816 Месяц назад

    ❤❤❤Cox sağ olun.❤❤

  • @user-nv2mn8bt3m
    @user-nv2mn8bt3m Год назад +2

    Assalamun Aleykum çox doğru palezno məlumat Allah razi olsun ❤
    indi budeqe bir stakan ayran etdim çoxlu nana tökdüm amma quru daddi içdim nuşi canim))NANA en çox sevdiyim bitkiterevezdi🥗

  • @Aliyevagulsum
    @Aliyevagulsum 3 месяца назад

    Cox sag olun deyerli meslehetlernize gore

  • @dream_math
    @dream_math Год назад

    Gozəl məlumatlardir

  • @ferzullayevaxalide152
    @ferzullayevaxalide152 Год назад +1

    Ən çox bəyəndiyim kanaldlr

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu Год назад +6

    Maraglı məlumata görə çox sağolun

    • @natvansdova7925
      @natvansdova7925 Месяц назад

      Həyətimizdə daimi olaraq nanə var . Bilmək istəyirəm təbii təzə olaraq dəmləyib içmək olar yoxsa ancaq quru şəkildə istifadəetmək olar

  • @ganiramaharramova8541
    @ganiramaharramova8541 Год назад +4

    Men size cox tesekkur edirem

  • @coshgunmekhtiev5386
    @coshgunmekhtiev5386 Год назад +1

    pivəni coxu sefi edbsiz

  • @sahidhmidov7357
    @sahidhmidov7357 11 месяцев назад

    Bizə "insan özü özünün həkimidir" atalar sözünüə əməl etməkdə, kömək etdiyinizə görə çox sağ olun.❤

  • @resitozbal6172
    @resitozbal6172 Год назад +2

    🌹

  • @Qebele2278
    @Qebele2278 11 месяцев назад

    ❤👍👏

  • @davudadil4909
    @davudadil4909 Год назад +1

    Minnetdarıq

  • @Cema-cu1nk
    @Cema-cu1nk Год назад +1

    🙌🙏🤲

  • @user-zt9rr7sr7m
    @user-zt9rr7sr7m Месяц назад

    Salam.nane cayini cox sevirem.Ramazan ayinda iftarda biraz yemek yeyen kimj medem kopurdu.Yemekden sonra nane cayi icirdim cooz rahatlasirdim.Qizim nane ləkinin yaninda oturur o qeder yeyirki doymaq bilmir.Bir sozle cox sevir naneni

  • @durasanseyidov4238
    @durasanseyidov4238 Год назад

    Bele faydali məlumatlar hami uçun faydalidir. Tesekkurler Bahadur bey. Demedi demĕ kanali

  • @adilemirzeyeva3307
    @adilemirzeyeva3307 Год назад +1

    Allah sizə çan sağlığı versin.Çox sağ olun☝️❤👍

  • @sahibmmmdov1207
    @sahibmmmdov1207 Год назад +1

    Nanə( cövhər) necə?

    • @Saleh_Qemberov
      @Saleh_Qemberov Месяц назад

      Adi nanə o qədər xeyir deyil bu dediyi nanə cövhər haqqındadı hərbirseyə xeyirdir nanə cövhər ən yaxşısı çiy yeməkdir

  • @ilhammesimli7401
    @ilhammesimli7401 Год назад +1

    Deyilənlər doqrusa biz nədən həkimlərə bu qədər pul tökürük?

    • @SeyfeddinOrucov-ny7hc
      @SeyfeddinOrucov-ny7hc 5 дней назад

      Ona görə ki həkimlərə daha çox inanırıq ən böyük yanlışımız da elə budur

  • @metinmemmedov814
    @metinmemmedov814 Месяц назад

    Hər gün içsən nə olarki

  • @SelimSelimKadir
    @SelimSelimKadir 2 месяца назад

    🇹🇷🇦🇿👍♥️

  • @OktaySalmanov-qt1qq
    @OktaySalmanov-qt1qq 2 месяца назад

    Mənim mədəmdə köp olur bagırsaqdaköp olur