DƏFNƏ YARPAĞI Diz və Oynaq Ağrılarını Kəsir - Qoca Həkimin Məsləhəti

Поделиться
HTML-код
  • Опубликовано: 9 июн 2024
  • #sağlamlıq #dəfnəyarpağı #DemədiDemə
    #лавровыйлист
    Bu həmişəyaşıl yarpaqların sağlamlığa faydaları qədim zamanlardan insanlara məlum olub. Onun vətəni Kiçik Asiya və Qafqaz dağları hesab olunur. 1 dəfnə ağacınn ömrü 100-400 il arasıdır. Dəfnə ağacı iki məqsədlə əkilir:
    1. Dekorativ ağac kimi;
    2. Tibbi məqsədlə istifadə üçün;
    Qədim Yunan və Qədim Roma mədəniyyətlərində dəfnə yarpağından hazırlanmış tac döyüşdə və ya olimpiya oyunlarında qalib gələnlərin başına qoyulurdu. Sonralar dəfnə imperatorun hakimiyyətinin simvoluna çevrilir.
    Hazırda dünya dəfnə yarpağını ədviyyat kimi qəbul edib. Təzə və ya qurumuş halda istifadə etmək mümkündür. Acıtəhər dada və heyranedici ətirə malik olan dəfnə yarpağının tərkibi zəngindir. A, C, PP vitamini və B qrupu vitaminləri, həmçinin, kalium, kalsium, maqnium, natrium, fosfor, dəmir, sink kimi elementləri sadalamaq olar. 100 qr dəfnə yarpağı orqanizmin sutkalıq B6 vitamini ehtiyacını ödəyir. Sineol (eucalyptol) və eugenol kimi efir yağları antiseptik funksiyasını yerinə yetirməklə bərabər, revmatizm ağrıları zamanı ağrıkəsici effektinə də malik olurlar. Bundan əlavə, dəfnə yarpağı soyuqdəymə əleyhinə vasitə kimi də məşhurdur. Sineol soyuqdəyməni toxumalardan təmizləmək qabiliyyətinə malikdir. Həmçinin, tənəffüs yollarının təmizlənməsinə kömək edir. Eugenol antibakterial xüsusiyyəti ilə də faydalıdır.
    Dəfnə yarpağı yuxusuzluq, gərginlik, əsəbilik kimi narahatlıqların aradan qalxmasına da kömək edir. Təkcə qoxusu ilə bu yarpaq insanın sinir sistemini sakitləşdirə bilir. Dəfnə yarpağının sedativ təsiri isə tərkibindəki linalool`dan qaynaqlanır.
    Yarpaqdakı yağ turşuları bağırsağa protektor kimi təsir göstərir. Metabolizmanın yaxşılaşması, rahat həzm, immunitetin möhkəmlənməsi, zərərli bakteriyaların məhvi və toksinlərin bağırsaqlardan atılması da dəfnə yarpağının faydalarındandır. Mütəxəssislər yarpağın sidikqovucu xüsusiyyəti haqqında da çox danışır. Dəfnə yarpağından hazırlanan məhlul orqanizmin maye balansının qorunmasında effektivdir. Bilirik ki, maye balansının qorunması orqanizmin artıq çəkilərdən qurtulmasının səbəblərindən biridir.
    Şəkərli diabet zamanı da dəfnə yarpağı həzmə kömək edən vasitə rolunu oynayır. Karbohidrat balansını normallaşdırır, qanda qlükozanın miqdarını azaldır.
    Oynaq ağrısı
    Oynaq ağrısından yaxa qurtarmaq üçün dəfnə yarpağından hazırlanan maz lazımdır. Lazım olanlar dəfnə yarpağı və tibbi vazelindir. Yarpaqları üyüdün və vazelinə 1:2 nisbətində qatın. Qarışımı 30 dəq gözlədin. Sonra onu sterilizə edilmiş şüşə qaba tökün, ağzını bağlayın və soyuq yerdə saxlamağa cəhd edin. Günün istənilən vaxtında bu mazdan oynaqlara yağlaya bilərsiniz. Müalicə müddəti 7-10 gündür.
    Damarların təmizlənməsi
    25-30 dəfnə yarpağını şirəli qaba qoyun və üstünə 2-2,5 stəkan qaynar su tökün. Vam odda 5 dəq qaynadın. Sonra suyu termosa tökün. 3-8 saat dəmlənməsini gözləyin. Cuna ilə süzün və isti məhlulu kiçik udumlarla için. Qeyd edim ki, günün istənilən vaxtı bu məhlulu içə bilərsiniz. Mütəxəssislər bu cür damar təmizlənməsi zamanı ətsiz yeməklərə üstünlük verilməsini, alkoqollu içkilərdən uzaq durulmasını tövsiyə edirlər. Prosedur davam etdiyi günlər ərzində sidiyə tez-tez getmək normaldır. 3 günlük prosedurdan sonra 1 həftə ara verin, sonra təkrar başlayın. İldə iki dəfə bu prosesi təkrarlasanız, damarlarınızın təmizliyindən əmin ola bilərsiniz.
    Qızdırma və titrətmə zamanı
    Şüşə qaba 2 xörək qaşığı üyüdülmüş dəfnə yarpağı tökün. 1 stəkan bitki yağı əlavə edin, ağzını bağlayın və 10 sutka gözlədin. Qarışımı soyuducuda saxlayın. Qızdırma və titrətmə zamanı bütün bədəni bu qarışım ilə ovun.
    Qaymorit zamanı
    Bu zaman köməyə dəfnə yarpağının yağı çatır. 30 qr dəfnə yarpağını üyüdün. 1 stəkan bitki yğına qatın və 5 gün gözlədin. Sonra cuna ilə süzün. Gündə 3 dəfə, hər dəfə də 2-3 damla olmaqla bu qarışımdan buruna damızdırın.
    Angina (tonzillit) zamanı.
    2-3 dəfnə yarpağını toz halına salın. 1 xörək qaşığı dərman gülümbaharı çiçəyi ilə qarışdırın. 300 ml qaynar suya əlavə edin. Ağzını bağlayın, 15 dəq gözlədin. Cuna ilə süzün, ilıq halda boğazınızı qarqara edin.
    Revmatizm ağrıları
    2 xörək qaşığı üyüdülmüş dəfnə yarpağını 1 stəkan 40%-li spirtə qatın. Ağzını bağlayın. 1 həftə otaq temperaturunda saxladıqdan sonra cuna ilə süzün. Ağrıyan nahiyələrə gündə 2-3 dəfə bu qarışımdan çəkin.
    Dəri xəstəlikləri
    Yarım xörək qaşığı xırda üyüdülmüş dəfnə yarpağını 1 stəkan bitki yağına qatın. 1 həftə soyuducuda saxlayın. Dərinin xəsarət almış bölgələrinə gündə 2 dəfə bu qarışımdan çəkin.
    Mədə qıcqırması
    1 dəfnə yarpağını üyüdün, 1 xörək qaşığı dazı bitkisi, 1 xörək qaşığı bataqlıq qurucası götürün. Hamısını 1 litr qaynar suya əlavə edin. Ağzını bağlayın, 2 saat gözlədin. Sonra cuna ilə süzün. Gündə 3 dəfə, hər dəfə 100 ml olmaqla qarışımdan için.
  • НаукаНаука

Комментарии • 24

  • @user-yu6ir3ik9d
    @user-yu6ir3ik9d 22 дня назад +3

    Аллах сизи горусун

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 25 дней назад +7

    FAYDALI VIDEODIR ÇOX SAĞOLUN

  • @RustemPiradov-dv3zd
    @RustemPiradov-dv3zd 19 дней назад

    Salam Aleykum Allah sizi qorusun səsiniz valeh edir adamı balam məsləhətiniz üçün çox sağ olun təşəkkür edirəm Allah köməyiniz olsun 👐👐👐👐❤❤❤❤

  • @gulnarseyidova5194
    @gulnarseyidova5194 25 дней назад +5

    👍👍👍

  • @rahilaquliyeva2284
    @rahilaquliyeva2284 24 дня назад +2

    Salam faydalı məsləhətlərə görə təşəkkür edirəm çox sağ olun

  • @ibrahimhasanov648
    @ibrahimhasanov648 24 дня назад +3

    Çox sağolun

  • @zhraismayilova6360
    @zhraismayilova6360 17 дней назад

    Faydalı videodur.Təşəkkür edirəm.Allah köməyiniz olsun.

  • @user-dg2dh6mp1m
    @user-dg2dh6mp1m 25 дней назад +3

    Təşəkkür edirik

  • @sehlasahmuradova5853
    @sehlasahmuradova5853 24 дня назад +1

    Allah sizdən razı olsun,dizimə istifadə edəcəm,İNŞALLAH

  • @user-qp9ou1ks3v
    @user-qp9ou1ks3v 24 дня назад +1

    Allah razi olsun hemise yaxsi meslehetler verirsiniz

  • @Papatya152
    @Papatya152 3 дня назад

    Tesekkur edirem ay bahadur❤

  • @nura4815
    @nura4815 24 дня назад +2

    Dəfnə yarpağından ,mixəng, yaşıl çayla dəmləyirəm detoks düzəldirəm ,soyuducuya qoyuram ,bağırsaqları işlədir, bədəndəki suların xarıc olunmasına köməy eliyir

  • @syniox1159
    @syniox1159 16 дней назад

    Çox sağ olun. Mən şəkərim olanda onu dəmləyib içirəm.

  • @TarlanDzhangirova
    @TarlanDzhangirova 24 дня назад +1

    ÇOX SAG OLUN

  • @gulnazbabatova5887
    @gulnazbabatova5887 20 дней назад

    Çox sağ olun, yarpağı atırdıq, indi qədrini bilərik.Hər bir dediyiniz yaxşıdır.Əla, sağ olun.

  • @user-zc5py8io1l
    @user-zc5py8io1l 23 дня назад +2

    ❤❤❤❤❤❤❤

  • @user-mv4qr5ne8w
    @user-mv4qr5ne8w 22 дня назад

    Allah köməy olsun

  • @omrimanzad4165
    @omrimanzad4165 22 дня назад

    Davamı gəlsin❤❤❤❤

  • @elekberovazeyneb7287
    @elekberovazeyneb7287 23 дня назад

    Аллах разы галсин

  • @dilarheydrova3398
    @dilarheydrova3398 15 дней назад

    👍🙏

  • @Ayxanvliszad9802
    @Ayxanvliszad9802 17 дней назад

    Defne yarpagı çay kimi və ya çaya əlavə kimi demləmək olar ?

  • @Ayxanvliszad9802
    @Ayxanvliszad9802 17 дней назад

    Damar temizlənməsi yeni butun damar xəstəliklər həm də varikoza kömək edir ?

  • @user-dy6lm5mc4q
    @user-dy6lm5mc4q 17 дней назад

    Hər dəfə eyni sşeyləri deyir b vaxt alma,baxanlar həmişə baxir

  • @RustemPiradov-dv3zd
    @RustemPiradov-dv3zd 19 дней назад

    Salam Aleykum Allah sizi qorusun səsiniz valeh edir adamı balam məsləhətiniz üçün çox sağ olun təşəkkür edirəm Allah köməyiniz olsun 👐👐👐👐❤❤❤❤