Səbinə Ərəbli - "Tar çalan oğlan" (2022)

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Əziz kanalımızın izləyiciləri, Sizə gözəl xanəndə Səbinə Ərəblinin ifasında "Tar çalan oğlan" mahnısını təqdim edirik. Səbinə Ərəbli musiqisi Hacıbaba Həsənova məxsus olan həzin, lirik əhval-ruhiyyəli mahnını böyük ustalıqla ifa edib. Mahnı 24 sentyabr 2022-ci ildə Heydər Əliyev sarayında mərhum tarzən Fikrət Verdiyevin (1947-2022) 75 illik yubileyində ifa olunub. "Tar çalan oğlan" mahnısının ən məşhur ifaçısı Xalq artisti Sara Qədimova (1922-2005) olub.
    "TAR ÇALAN OĞLAN"
    musiqisi: Hacıbaba Həsənov (1922-1997)
    sözləri: Arif Cəfərov
    Oxuyur:
    Səbinə Ərəbli
    Müşayiət edir:
    Tarzən Rəşad İbrahimovun rəhbərliyi ilə muğam instrumental ansamblı
    ----------------------------------------------------------
    "Tar çalan oğlan"
    I
    Axşam olcaq boylanıb aynəbəndə
    Həzin-həzin tar çalırsan, ay oğlan.
    Qızarıram hər baxanda mənə sən
    Sən nə əziz, nə sevimli qonşusan.
    nəqarət:
    Çalırsan incə-incə
    Hamının ürəyincə
    Neçə heyran olmayım
    Mən səni dinləyincə.
    II
    Hər baxanda bilirəm ki, sözün var
    Deməsən də, gözlərindən oxunur.
    Sədəf üstə gəzdirdiyin barmaqlar
    Ürəyimin tellərinə toxunur.
    Dilkeş şöbəsində oxunan şeir
    Bizi məsafələr ayrı salsa da,
    Gözüm yol çəksə də, yolda qalsa da,
    Bu sevgi cavabsız bir sualsa da,
    Uzaqdan uzağa sevim, bəsimdi.
    * * *
    Demirəm, gəl, səni görüm, demirəm
    Saçına çələnglər hörüm, demirəm
    Mən sənin qəlbinə girim, demirəm
    Uzaqdan uzağa sevim, bəsimdi.
    * * *
    Vədəni nə qışa, nə də yaza ver
    Necə istəyirsən, elə cəza ver
    Umduğum heç nə yox, tək icazə ver
    Uzaqdan uzağa sevim, bəsimdi.
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Sosial media hesablarımız:
    Facebook : Fuad Ramazanov www.facebook.c...
    Instagram : ramazanovfuad ...
    WhatsApp ilə əlaqə
    +994 77 403 60 04
    F U A D R A M A Z A N O V
    Yeni muğamlar dinləmək üçün kanalımıza abunə olmağı unutmayın!

Комментарии • 6

  • @nisaquliyeva9738
    @nisaquliyeva9738 Год назад +3

    Rəhmətlik Sara xanımın öz gözəl və məlahətli, qəlbləri dinləndirən ifasında bu mahnıya çox qulaq asmışam.gənclər inciməsinlər.Sara xanımın ifasına çatmaz.

    • @fuadramazanov300
      @fuadramazanov300  Год назад +2

      Əlbəttə, Sara xanımın ifasında bu mahnı ilə yanaşı özünəməxsus ifa tərzi ilə oxunmuş "Pıçıldaşın, ləpələr", "Küsüb getdi" və s. bir çox mahnı onun adı bağlıdır. Amma gənclər də belə mahnılara müraciət etməklə onları unudulmağa qoymurlar. Məncə, alqışa layiqdir.

    • @nisaquliyeva9738
      @nisaquliyeva9738 Год назад +1

      @@fuadramazanov300 Nə deyim Vallah. Biz köhnə nəslin nümayəndələri kimi o ifaçıları əbədən sevmişik.və unuda da bilmirik.Həm də Sara xanımın simasında mahnı oxuyan zaman bir gözəllik və cazibə görünürdü.Gənclər onlardan çox şeyləri əxz etməlidilər.inciməsinlər.

  • @ramalrza
    @ramalrza 9 месяцев назад +1

    👏🏻👏🏻👏🏻

  • @qninamazov704
    @qninamazov704 Год назад +2

    Super var olun her paylasimin açıqlamasında yazırsız uğurlu olsun maşallah olsun