Это видео недоступно.
Сожалеем об этом.

Ağaxan Abdullayev - "Mahur Hindi" muğamı (dəstgah)

Поделиться
HTML-код
  • Опубликовано: 14 авг 2024
  • Əziz kanalınızın izləyiciləri! Sizə Azərbaycan muğam sənətinin ustad sənətkarlarından olan mərhum xanəndə, Xalq artisti Ağaxan Abdullayevin (1950-2016) ifasında Rast muğam ailəsinə məxsus "Mahur Hindi" muğamını təqdim edirik. Xanəndəni tarda Xalq artisti Firuz Əliyev, kamançada əməkdar artist İsmayıl Həmidov müşaiyət edirlər. Qəzəllər Məhəmməd Füzulinindir.
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    " M A H U R H İ N D İ "
    Oxuyur:
    Xalq artisti Ağaxan Abdullayev
    Müşayiət edirlər:
    tarda Xalq artisti Firuz Əliyev
    kamançada İsmayıl Həmidov
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Qəzəllər (Məhəmməd Füzuli)
    Aşiyani-mürği-dil zülfi-pərişanındadır,
    Harda olsam, ey pəri, könlüm sənin yanındadır.
    Eşq dərdilə xoşam, əl çək əlacımdan, təbib,
    Qılma dərman kim, həlakim zəhri-dərmanındadır.
    Çəkmə damən naz edib üftadələrdən, vəhm qıl,
    Göylərə açılmasın əllər ki, damanındadır.
    Gözlərim yaşın görüb şur, etmə nifrət kim, bu həm
    Od nəməkdəndir ki, ləli-şəkkər əfşanındadır.
    Məsti-xabi-naz olub, cəm et dili-sədparəmi
    Kim, onun hər parəsi bir növki-müjganındadır.
    Bəs ki, hicranındadır xasiyyəti-qəti-həyat,
    Ol həyat əhlinə heyranəm ki, hicranındadır.
    Ey Füzuli, şəm tək mütləq açılmaz yanmadan,
    Tablar kim, sünbülündən rişteyi-canındadır.
    * * * * *
    Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,
    Surəti-halım görən, surət xəyal eylər məni.
    Mehr salmazsan mənə, rəhm eyləməzsən bunca kim,
    Sayə tək sevdayi-zülfün payimal eylər məni.
    Zəfi-tale, manei-tovfiq olur hər necə kim,
    İltifatın arizməndi-vüsal eylər məni.
    Mən gəda, sən şahə yar olmaq yox, əmma neyləyim,
    Arizi sərgəşteyi-fikri-məhal eylər məni.
    Tiği-qəmzən atma kim, bağrım dələr, qanım tökər.
    İqdi-zülfün açma kim, aşüftəhal eylər məni.
    Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə,
    Hər yetən məhvəş əsiri-xəttü-xal eylər məni.
    Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,
    Bu fəzilət daxili-əhli-kəmal eylər məni.
    * * * * *
    Dil ki, sərmənzili ol zülfi-pərişan olmuş,
    Nola cürmi ki, asılmasına fərman olmuş.
    Şahisən mülki-məlahətdə, sənə qullar çox,
    Biri oldur ki, varıb Misrdə sultan olmuş.
    Rəhm edib aşiqini həşr günü yaqmayalar
    Ki, bu dünyada əsiri-qəmi-hicran olmuş.
    Dedilər qəm gedirər badə, çox içdim, sənsiz
    Qəmi-hicranə müfid olmadı ol qan olmuş.
    Bağibani-çəməni-dəhrə xəyali-dəhənin
    Səbəbi-tərbiyəti-qönçeyi-xəndan olmuş.
    Adəm əvvəl səri-kuyin verib almış cənnət,
    Eşidib təni-mələk, sonra peşiman olmuş.
    Ey Füzuli, mənim əhvalimə bir vaqif yox,
    Böylə kim, aləm onun hüsnünə heyran olmuş.
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    MAHUR HİNDİ
    Dəraməd 00:06 - 01:16
    Bərdaşt 01:16 - 02:25
    Mayə 02:25 - 06:10
    Rəng 06:10 - 06:54
    Üşşaq 06:54 - 09:52
    Hüseyni 09:52 - 11:03
    Rəng 11:03 - 11:50
    Vilayəti 11:50 - 15:10
    Rəng 15:10 - 15:49
    Şikəsteyi-fars 15:49 - 20:26
    Rəng 20:26 - 21:15
    Əraq 21:15 - 22:22
    Qərai 22:22 - 22:30
    Mahura əyaq 22:30 - 22:59
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Sosial media hesablarımız:
    Facebook : Fuad Ramazanov www.facebook.c...
    Instagram : ramazanovfuad ...
    WhatsApp ilə əlaqə
    +994 77 403 60 04
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    F U A D R A M A Z A N O V
    Yeni muğamlar dinləmək üçün kanalımıza abunə olmağı unutmayın!

Комментарии • 1