Vəfa Vəzirova - "Mahur Hindi" muğamı (dəstgah)

Поделиться
HTML-код
  • Опубликовано: 21 июл 2023
  • Əziz kanalımızın izləyiciləri, Sizə istedadlı və sevilən xanəndə Vəfa Vəzirovanın ifasında "Mahur Hindi" muğam dəstgahını təqdim edirik. Muğam dəstgahı 2009-cu ilin mart ayında ilk dəfə Bakıda keçirilən "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı çərçivəsində lentə alınıb. Həmin vaxt gənc olan Vəfa Vəzirova Beynəlxalq muğam müsabiqəsinə iştirakçı qismində qatılmışdı. Xanəndəni tarda böyük sənətkar, Xalq artisti Möhlət Müslümov, kamançada Xalq artisti Fəxrəddin Dadaşov müşayiət edirlər.
    "MAHUR HİNDİ" muğamı
    Oxuyur:
    Vəfa Vəzirova
    Müşayiət edirlər:
    Tarda - Möhlət Müslümov (Xalq artisti)
    Kamançada - Fəxrəddin Dadaşov (Xalq artisti)
    Balabanda - Nizami Allahverdiyev (əməkdar artist)
    Nağarada -
    Dəraməd 00:05 - 02:18
    Təsnif 02:18 - 04:58
    Bərdaşt 04:58 - 07:14
    Mayə 07:14 - 10:38
    Rəng 10:38 - 11:22
    Üşşaq 11:22 - 14:55
    Hüseyni 14:55 - 15:54
    Rəng 15:54 -16:53
    Şikəsteyi-fars 16:53 - 21:02
    Evləri var xana-xana 21:02 - 22:59
    Əraq 22:59 - 25:13
    ----------------------------------------------------------
    "MAHUR HİNDİ" muğamında xanəndə dahi sənətkar, qəzəl aləminin şahı Məhəmməd Füzulinin (1483-1556) aşağıdakı qəzəllərindən istifadə etmişdir.
    🔴 Bərdaşt və Mayə
    Aşiyani-mürği-dil zülfi-pərişanındadır,
    Qanda olsam, ey pəri, könlüm sənin yanındadır.
    Eşq dərdilə xoşam, əl çək əlacımdan, təbib,
    Qılma dərman kim, həlakim zəhri-dərmanındadır.
    Çəkmə damən naz edib üftadələrdən, vəhm qıl,
    Göylərə açılmasın əllər ki, damanındadır.
    Gözlərim yaşın görüb şur, etmə nifrət kim, bu həm
    Od nəməkdəndir ki, ləli-şəkkərəfşanındadır.
    Məsti-xabi-naz olub, cəm et dili-sədparəmi
    Kim, onun hər parəsi bir növki-müjganındadır.
    Bəs ki, hicranındadır xasiyyəti-qəti-həyat,
    Ol həyat əhlinə heyranəm ki, hicranındadır.
    Ey Füzuli, şəm tək mütləq açılmaz yanmadan,
    Tablar kim, sünbülündən rişteyi-canındadır.
    * * * * * * *
    🔴 Üşşaq və Hüseyni
    Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,
    Surəti-halım görən, surət xəyal eylər məni.
    Mehr salmazsan mənə, rəhm eyləməzsən bunca kim,
    Sayə tək sevdayi-zülfün payimal eylər məni.
    Zəfi-tale, manei-tovfiq olur hər necə kim,
    İltifatın arizməndi-visal eylər məni.
    Mən gəda, sən şahə yar olmaq yox, əmma neyləyim,
    Arizi sərgəşteyi-fikri-məhal eylər məni.
    Tiri-qəmzən atma kim, bağrım dələr, qanım tökər.
    İqdi-zülfün açma kim, aşüftəhal eylər məni.
    Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə,
    Hər yetən məhvəş əsiri-xəttü-xal eylər məni.
    Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,
    Bu fəzilət daxili-əhli-kəmal eylər məni.
    * * * * * * *
    🔴 Şikəsteyi-fars və Əraq
    Dil ki, sərmənzili ol zülfi-pərişan olmuş,
    Nola cürmi ki, asılmasına fərman olmuş.
    Şahisən mülki-məlahətdə, sənə qullar çox,
    Biri oldur ki, varıb Misrdə sultan olmuş.
    Rəhm edib aşiqini həşr günü yaqmayalar
    Ki, bu dünyada əsiri-qəmi-hicran olmuş.
    Dedilər qəm gedirər badə, çox içdim, sənsiz
    Qəmi-hicranə müfid olmadı ol qan olmuş.
    Bağibani-çəməni-dəhrə xəyali-dəhənin
    Səbəbi-tərbiyəti-qönçeyi-xəndan olmuş.
    Adəm əvvəl səri-kuyin verib almış cənnət,
    Eşidib təni-mələk, sonra peşiman olmuş.
    Ey Füzuli, mənim əhvalimə bir vaqif yox,
    Böylə kim, aləm onun hüsnünə heyran olmuş.
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Sosial media hesablarımız:
    Facebook : Fuad Ramazanov fuad.ramazan...
    Instagram : ramazanovfuad ramazanovfuad?i...
    WhatsApp ilə əlaqə
    +994 77 403 60 04
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    F U A D R A M A Z A N O V
    Yeni muğamlar dinləmək üçün kanalımıza abunə olmağı unutmayın!

Комментарии • 2