Seks və psixologiya | Nuridə Daşdəmirova | Söhbətgah (18+)

Поделиться
HTML-код
  • Опубликовано: 27 авг 2024
  • Bu dəfə "İnsun Yaşam Mərkəzi"nin klinik psixoloq və yaşam kouçu Nuridə Daşdəmirli ilə psixologiyadan, seksdən və onun insan münasibətlərinə təsirindən söhbətləşdik.
    Siz də söhbətimiz haqqında fikirlərinizi şərhlərdə mütləq yazın və bölüşün. Əlavə olaraq kanalımıza abunə olmağı və onu dostlarınızla bölüşməyi də unutmayın.
    Bu buraxılışın ərsəyə gəlməsindəki yardımlarına görə "İnsun Yaşam Mərkəzi"nə təşəkkür edirik💚💙 insun.az/
    Buraxılışın əsas dəstəkçisi “Azerçay”a təşəkkürlər☕ Azerçay, Doğma Çay!
    🪴🌲 / cafebotanist
    📢Bizə "Patreon"dan dəstək olub patronlara özəl buraxılışlar əldə edə bilərsiniz: / sohbetgah
    👋"Söhbətgah"a abunə olun: / @sohbatgah
    💡PSİXOLOGİYA İLƏ BAĞLI BÜTÜN SÖHBƏTLƏRİMİZ
    • 🧠 Söhbətgah - Psixologiya
    BƏS BİZ KİMİK?
    sohbetgah.az
    📬ƏMƏKDAŞLIQ ÜÇÜN
    gel@sohbetgah.az
    sohbatgah@gmail.com
    Instagram: / sohbatgah
    Facebook: / sohbatgah
    Podkastı dinləmək üçün:
    🔻Spotify: open.spotify.c...
    🔻Apple Podcast: podcasts.apple...
    🔻Yandex Podcast: music.yandex.r...
    🔻Google Podcast: podcasts.googl...
    🔻Spreaker: www.spreaker.c...

Комментарии • 424

  • @alitaleh388
    @alitaleh388 9 месяцев назад +16

    Buraxilis ucun cox sag olun.Qonagin danisigi semimi gelmedi danisdiqlari her gun sosial sebekelerde addimbasi deyilen tekrarlanan fikirlerdi.Siz daha semimi savadli maraqlisiz neyinki bezi qonaqlariniz.Iqbal Agazadeni sizinle birge dinlemek maraqli olardi.Cox sag olun

  • @Ali_Yaraliyev_94
    @Ali_Yaraliyev_94 9 месяцев назад +13

    Cütlük - çif
    Komfort - komfor
    Sahə - alan
    Nümayiş etmək - taslamak
    Ünsiyyət - iletişim və s. və i.
    Yaxşı "bir millət iki dövlət" deyirsiz başa düşdük, amma bu qədər də olmaz.
    Mən özüm millət olaraq Azərbaycanlı olmadığım halda, Ana dilim Azərbaycan dili olmadığı halada Azərbaycan dilindən başqa dillərdə kəlimələrdən istifadə edərək danışanları görəndə qıcıq oluram. Qeyd etdiyim bu nüans xaric, program ümumən maraqlı olub

    • @surayyeabdullayeva3866
      @surayyeabdullayeva3866 9 месяцев назад

      Cox gözəl dediz...

    • @coffeeman_11
      @coffeeman_11 9 месяцев назад

      Razetka-Soxdoldur

    • @Ali_Yaraliyev_94
      @Ali_Yaraliyev_94 9 месяцев назад

      @@coffeeman_11 rozetka-cərəyan yuvası və ya cərəyan bağlayıcısı

    • @coffeeman_11
      @coffeeman_11 9 месяцев назад

      @@Ali_Yaraliyev_94 men o sözü yazarken ciddi deyildim

  • @sananmortem2123
    @sananmortem2123 9 месяцев назад +44

    Bizim kimi seksdə əxlaq axtaran cəmiyyət üçün bu cür podcastlar çox önəmlidir..Qonaq da çox gözəl izahlı danışdı,təşəkkür edirəm sizə..

  • @aysuaslanzade4270
    @aysuaslanzade4270 9 месяцев назад +250

    Kaş bele videolari toplum içində ailə içində qulaq asacaq qədər yetkimiz ola

    • @sabinaagazada9341
      @sabinaagazada9341 9 месяцев назад +29

      Bu mesajı oxuya oxuya telefonu səsini almağım))

    • @aysushavaqatova
      @aysushavaqatova 9 месяцев назад +15

      ahahaaa mətbəxdə qulaqcıqda dinləyirəm və komentin parlaması sjsjs

    • @gulbenizabdullayeva724
      @gulbenizabdullayeva724 9 месяцев назад +12

      Yo mən dinlədim hələ dinlətdim də həm atama, həm anama. Bunları bilsəydilər daha xoşbəxt ailəmiz olardı.

    • @Elkazade
      @Elkazade 9 месяцев назад +24

      elə bilirsiz ki, bizdən başqa toplumlarda ailəlikcə oturub, "seks necə eləmək lazımdır" videolarına baxırlar?

    • @validcavid3805
      @validcavid3805 9 месяцев назад +2

      @@Elkazade az sayda olsa da var beli. Olmayanların çoxluq təşkil etməsi bunun normal olduğu anlamına gəlmir.

  • @rashadhuseinov
    @rashadhuseinov 9 месяцев назад +64

    Xanımın danışdıqları primitiv şeylər idi, sadəcə daha çox araşdırma etmədiyimiz üçün sadə məsələləridə bilmirik. Verilən suallar da tam olaraq cavabını almadı. Yenədə əziyyətiniz üçün təşəkkür💚

    • @teranevaqifqizi2534
      @teranevaqifqizi2534 9 месяцев назад +4

      Xanımın oduğundan daha ağıllı və ya savadlı görünmək çabası olmasaydı bəlkə də heç olmasa dinləmək xoş olardı..
      Bu arada Turalın "1 saatım boşa getdi"yi duyulur sanki )

  • @elvinnsirov1843
    @elvinnsirov1843 9 месяцев назад +74

    Əli nə qədər ciddi olmaq istəsə də çox gülür 😂😂 💙💚

  • @ulvi_tagizade
    @ulvi_tagizade 9 месяцев назад +25

    Aaa ayıb bu nə mövzudur ? Belə şey danışmaq olar ? Utanmırıq ey ncnc. Bu ayıbdır amma insanın haqqına girmək atıb deyil, bu ayıbdır amma biri haqqında yalandan danışmaq ayıb deyil, bu ayıbdır amma rüşvət almaq ayıb deyil , bu ayıbdır amma ictimai nəqliyyatda yüksək səslə danışıb və qeyri etik hərəkətlər ayıb deyil , bu ayıbdır amma yalan danışmaq ayıb deyil. Bu ayıbdır amma görün nə qədər ayıb olmayan şeylərimiz var .....

    • @AREMUP
      @AREMUP 9 месяцев назад

      Bəli bu rəydir :)
      Basın içəri

    • @resm_analizi
      @resm_analizi 9 месяцев назад

      )

  • @gunelmirzayeva97
    @gunelmirzayeva97 9 месяцев назад +20

    Ümid eləyirəm oxuyursunuz rəyləri. Azərbaycan ümumisində elədiyiniz möhtəşəmdir. Ancaq nolar ki, qonaqları dəvət edəndə təhsilləri və istifadə etdikləri metodların elmliliyini də yoxlayasınız. Qonağı tanımıram, ancaq NLP psevdo elmdir və elmi sübutu yoxdur. Real elmi psixologiya ilə məşğul olan insanları dəvət edin❤

    • @nigarmuratova777
      @nigarmuratova777 4 месяца назад

      NLP elimdi ve eli subutu yoxdu cumle tersputenasipdi, kuantum bir fizikadi mence fizikada her seyi subut edir.

  • @QalibZ
    @QalibZ 9 месяцев назад +42

    Çox gözəl və maarifləndirici bölüm idi.Düşünürəmki aralıq verlişlərinə baxmaqdansa ailəvi oturub Söhbətgahı izləməlidir insanlar.Bu mədəniyyəti Azərbaycana gətirdiyiniz üçün özünüzlə fəxr edə bilərsiniz Söhbətgah komandası.

  • @user-bl8gq4zi3f
    @user-bl8gq4zi3f 9 месяцев назад +8

    Ümumilikdə suallar cox ela idi. Cavablar sualları tam əhatə etmirdi. Ola bilsin məlumat həddindən artıq çoxdur ve her birini catdirmaq istəyindən irəli gəlir.

  • @ulvieyvazli1431
    @ulvieyvazli1431 9 месяцев назад +12

    çox faydalı bir podcastdır. Biz gənclərin diqqət etməli olduğu bir çox məsələlərə toxunulub. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Çox ciddi və önəmli mövzudur. Videonu paylaşacam ki, mümkün qədər çox insan görsün. Var olun❤

  • @azizoid
    @azizoid 9 месяцев назад +13

    27:50 Pegas qanadlı at idi, Əlinin dediyi yarı at yarı insan - Kentavrdı 🙂

  • @gulchichek3591
    @gulchichek3591 6 месяцев назад +3

    Eger bir insan heyat yoldaşı ile bu verlişe qulaq asa bilmirse, gizlin qulaq asirsa, daha deyecek sözüm yoxdur. Bu maariflendirici videodur, problemler varsa, çözüm də var. ürekli olmaq lazımdır.

  • @user-fs3lk5uh1p
    @user-fs3lk5uh1p 9 месяцев назад +13

    Vallah qinamayin Tural daha maraqlıdı danisir .ele bil zalim oglu tarix fakültəsinin pisxalogiya bolmesin bitirib ❤

  • @ismayilabilov6125
    @ismayilabilov6125 9 месяцев назад +4

    Maraqli bolum idi. Amma xanimin suallara verdiyi cavablar bezen cavabdan daha cox basqa movzulara aparirdi.

  • @validcavid3805
    @validcavid3805 9 месяцев назад +9

    Yarsına çatmamışam həqiqətən şablon problemlere şablon olmayan yanaşmalar dinləyirəm halaldı. Qonağınız cox intellektual melumatlı oz üzərində işləyən xanımdı uğurlar ve ürəkdən müvəffəqiyyətlər arzulayıram❤

  • @zauribrahim8666
    @zauribrahim8666 9 месяцев назад +7

    belə mövzular haqqında məlumat verilməlidir insanlara maarifləndiricidir əhsən çox sağolun Tşk edirəm sizlərə hər verlişinizi böyük məmnuniyyətlə izləyir

  • @elnurhasanov1771
    @elnurhasanov1771 9 месяцев назад +8

    Çox gözəl və maarifləndirici söhbət idi, bu öz yerində. Xanım o qədər "kontrölcü" danışır ki, "Sovet stereotip"indən gəlmə "mənim dediklərim çox önəmlidir, məni diqqətlə dinləməlisiz" təbirilə yersiz ciddiyət yaratma tutumu videonu ortalarda dayandırmama səbəb oldu, sona qədər dinləyə bilmədim. Səmimiyyət, təbiilik və yumor bir söhbəti ən maraqlı edən xüsusiyyətlərdir

  • @khanishmammadov
    @khanishmammadov 9 месяцев назад +32

    Orta məktəbdə "42-ci" paraqrafı ötürənlər üçün belə qonaqlar və söhbətlər tez-tez olmalıdı məncə. Bəlkə nəsə oldu.Uğurlar!😊

  • @hikmetrzayev40
    @hikmetrzayev40 9 месяцев назад +5

    Hər üçünüzə təşəkkür edirəm. Din və cinsəllik mövzusuna daha geniş yer ayıra biləydiniz kaş.

    • @user-ek2iw1gt1w
      @user-ek2iw1gt1w 13 дней назад

      Aywaqs bu patient b deyecekki halalsuz kef edin

  • @defacto9916
    @defacto9916 9 месяцев назад +8

    Şərhləri oxudum və əksəriyyəti " çox sağolun maarifləndirirsiz", "möhtəşəm maarifləndirici video", hətta bəziləri nə vaxtsa atası, anası ilə birlikdə bu cür videolara baxmağı arzulayır(yəqin ailəvi şəkildə minet və kuni mövzularını müzakirə olunmasını, valideynlərinin bu mövzularda təcrübələrinin öz övladları ilə bölüşmələrini istəyir).Təəssüflə qeyd etmək istəyirəm ki, *kütlə heç vaxt maarifləndirilmir, kütlə yalnız və yalnız idarə olunur!*
    Hörmətli Tural bəy, dəvət etdiyiniz qonağa gəldikdə isə xanımın özünün sakitləşməyinə, hüzur tapmasına ehtiyyac var. Çünki çox aqressiv danışır.

  • @huseynpiriyev6699
    @huseynpiriyev6699 9 месяцев назад +44

    Söhbətgahda ən sevdiyim janrdi Psixologiya) 👍, faydalı podcasta görə təşəkkür edirəm, möhtəşəmsiz, bu tip mövzular nəqədər çox danışılsa, insanlarımız bir o qədər aydınlanar 💚💙

  • @wayne1878rooney
    @wayne1878rooney 9 месяцев назад +6

    Hemisheki kimi supersiz)Beyaqdan yoldashimnan allaha dua edirik ki xanimnan Tural eyni rengde kohnek geyindiklerine gore evde Semaynan soz-sohbet olmasin)

    • @validcavid3805
      @validcavid3805 9 месяцев назад

      İnce düşünürsüz)) ama əminəm ki bunlar o tipli problemləri çoxdan çozmuşlər)) ümid edirəm ironiyadı))

  • @yusif667
    @yusif667 9 месяцев назад +7

    bu qeder turkce sozden sonra qayidib QARMON demek ne idi ki? umumiyyetle professional sahe insani niye bu qeder turkce soz isletmelidir ki? dilimiz barede ozunu inkisaf etdirmek ele de cetin deyil bu bir ikincisi bu qeder turkce soz esitmek qeyri professionalliqdan yani sanki youtube dan oyrenilmis teessurati yaradir... Ciftler ne demekdiye biri basa salsin da bundan daha qisasi dilimizde var CUT!!!

  • @turanaaliyeva699
    @turanaaliyeva699 9 месяцев назад +4

    Bir shuuraltidi,dolanib dillere gedir, bu elmi cehetden subut olunmuyub) hormonlar insani idare edir, davranishlarimiz da buna esaslanir.Teshekkurler 💚

  • @MrWizard711
    @MrWizard711 9 месяцев назад +5

    İlk öncə bunu nəzərə alaq ki, normal üz oxuma və NLP ilə xanımın peşəkar olmadığını görmək mümkündür. Azərbaycanda mütəxəssis çox azdır bu sahədə. Podcastda narsisti tanımağın 5 yolu yerinə doğru psixoterapevti, psixoloqu seçməyin yollarından danışmaq daha faydalı olardı

  • @acupofcode
    @acupofcode 9 месяцев назад +34

    Çox faydalı podcast oldu bu. Hər bu cür buraxılışlara baxdıqca həyatda faydalı yeni məlumatlar öyrənirəm və bir neçəsini artıq tətbiq edirəm. Təşəkkürlər əməyiniz üçün!

  • @limonvmavic4329
    @limonvmavic4329 9 месяцев назад +8

    Elə hiss etdimki söhbet Tural beyi heçdə qane etmedi xanım ancaq öz kilinikalarını reklam edirdi şablon fikirler bildirirdi Tural beye çox fikir vermişəm o çox susl verir fikir bildirir istediyin almayanda potkastı qutarır

  • @frutonyanya2290
    @frutonyanya2290 9 месяцев назад +5

    Çox əla idi. Tural bəyin o kişilər nə etsin sualından qaçıldı, Tural bəy geri qaytardı, yenə qaçıldı sualdan. Əli bəy, çox oxumuş və savadlısınız, amma arada(!) elə səthi zarafatlar edirsiniz ki, Tural bəy də bir çönür qəribə baxır ki, “heç hənanın yeridir?”.

  • @aytanmammadova832
    @aytanmammadova832 9 месяцев назад +7

    Podcastiniz maraqli alinib. Amma bezi movzulari zarafata salib gulmeyiniz xosh deyil. En azindan auditoriya ucun video hazirlayirsiniz. Nuride xanim deyir pacientim ilk defe qara atla tecrube yashayib ona gore qaraderili qizlara daha cox meyillidi, bashlayirsiz gulmeye, yunan ati ve s. O pacient bu videoya baxib komplekse dushe biler.

  • @mmehti4600
    @mmehti4600 9 месяцев назад +3

    Mən,mən,mən,mən...Xanım yalnız gərginlik ötürdü.Çox təəssüf.İkisi söhbət etsəydilər bu mövzuda,daha faydalı olardı.

  • @Aga_Alizada
    @Aga_Alizada 9 месяцев назад +4

    Podcast Həmişəki kimi mükəmməl, amma Tural bəy başlayanda Çin haqqında verdiyi məlumata və arada Əli bəy ilə Tural bəyin sualları Xanımın suallara verdiyi cavabdan daha mənalı idi ,Xanım suallara çox dolayı yolar ilə cava verirdi,oda başqa bir mövzuya gedib çıxırdı

  • @abbashesen
    @abbashesen 9 месяцев назад +9

    Əla yanaşma hiss etdim. Bu kontentdə toplum maariflənməsi olduqca önəmlidir.

    • @Muslim-ne7cm
      @Muslim-ne7cm 9 месяцев назад

      Özünüzü çox müasir hesab edirsiniz? Portuqaliyanı, masturbasiyanı, nigahsız cinsi əlaqəni təbliğ ediesiz? Sonra kecəgsiz geyləri n təbliginə? Özünüzü müsəlman saymırsız,və islam dininindən anlayışınız yoxdur, özünüz bilərsiz, lakin onu bilin ki bu cür "müasirləşmə" elə həqiqətən boşanmaların və əxlaqsızlıqın sayını artırırsız. Qorxmursuz qayıdıb başınıza, ailənizə gələcək?

  • @Aysel.ism89
    @Aysel.ism89 9 месяцев назад +8

    Teessuf ki cemi 1 saatdi ((( cemiyyet olaraq en zeif noqtemizdi 😏 daha chox achiq danishaq ki daha chox maariflene bilek 👏🏼 teshekkurler mohteshem qonaq ve maraqli sohbete gore 🙏💚💙

    • @validcavid3805
      @validcavid3805 9 месяцев назад +1

      Baxıram bele açıq fikirli olan rəyləri daha çox xanımlar yazır. Var olasız. Var olasız kı daha sağlam düşüncəli insanlar böyüdüb bexş edesız bu torpağa çünki qadın eynı zamanda da anadır❤️

    • @Ceyhun809
      @Ceyhun809 8 месяцев назад

      Can❤😊

  • @sabir.ramazan13
    @sabir.ramazan13 9 месяцев назад +12

    Çox çox əla bölüm idi👍🏻 təşəkkürlər söhbətgah heyəti❤

  • @ilkingurbanov7048
    @ilkingurbanov7048 9 месяцев назад +5

    Psixolog bele hiperaktiv olmamalidi, xanimin emosiolari ve ses temberi chox yuksekdi, movzu maraglidi, ama daha etrafli ve elmi izah gozleyirdim....

  • @huseynaslanovahiskali8521
    @huseynaslanovahiskali8521 9 месяцев назад +4

    Bu qadının yerinə kişi psixoloq qəlsəydi daha yaxşı olardı

  • @elsnddsv
    @elsnddsv 9 месяцев назад +4

    Tural nedense narazi ve ya narahat gorsenirdi verlish boyu

  • @emilsuheyl8296
    @emilsuheyl8296 9 месяцев назад +2

    Podkastı bir nəfəsə izlədim.Qonağınızın enerjisi,aurası,bədən dili,danışıq üslubu çox möhtəşəm idi.İnsana rahatlıq verir Hər şeyi çox axıcı bir dillə izah edir.Belə zəruri,həyatı vacib bir mövzunu işıqlandırıb müzakirə etdiyiniz üçün hər ikinizə də ayrıca minnətdarlığımı bildirirəm!
    🙏 💙💚

  • @Elnur_Alizada
    @Elnur_Alizada 6 месяцев назад +1

    xanım çox savadlıdı dünya görüşünü və elmini bir araya gətirərək mükəmməl bir şeyə nail olub əhsən

  • @feridteyyubzade09
    @feridteyyubzade09 9 месяцев назад +4

    Tural və Əli bəy, daha məlumatlıdı mövzudan, nəyin ki, psixoloq.

  • @zohrabeliyev7422
    @zohrabeliyev7422 9 месяцев назад +4

    Möhtəşəm nitq möhtəşəm çıxış 👍Ve yeni Ferqindelikler qazanmaq hissi 😊Nuridə xanim sizi yeni kəşf etməyimizə sevindik

  • @csurliyev2100
    @csurliyev2100 9 месяцев назад +3

    Salam,sizi dinləmək çox xoşdur, insanları maarifləndirmək baxımından çox möhtəşəm layihədir👍 Tural bəyin peşəkarlığı daha çox nəzərə çarpır )

  • @javadibrahimov2154
    @javadibrahimov2154 8 месяцев назад +1

    qısacası din,mentalitet və geridə qalmış əxlaq normaları insanların həyatını məhv edir.

  • @heyranmirzazadeh
    @heyranmirzazadeh 9 месяцев назад +5

    Xanım o qədər mən, mən dedi axıra qədər izləyə bilmədim. Danışığında ya aurasında nəsə var itələyir adamı özündən. Birdə bu türk kəlimələrini istifadə etməyəcək qədər azərbaycanca mütaliəsi, nitq mədəniyyəti güclü həkimlər olsun bizdə. Çift,kaçamak sözlərinin bizim dilimizdə qarşılığı yoxdu məyər, ay həkim xanım?
    Mən daha çox ikisinin dialoqunu bəyənirəm. Maraqlı qonaqlar olur amma bəzi qonaqlardan sonra özləri də mini hüsran yaşayırlar məncə. Bəlkə mən yanılıram. Amma istənilən halda dinləməyə dəyər, çünki növbəti dəqiqələrdə faydalı informasiya ala bilmə ehtimalı yüksəkdir✨

    • @birincidrc_kamran
      @birincidrc_kamran 8 месяцев назад

      Bunlar psixologiyanı türk youtube kanallarından öyrənən insanlardır. Bu sahələr getdikcə fayda yönümlü yox biznes yönümlü olur. Kapitalizmin zərərləri )

  • @ahmadakbarov
    @ahmadakbarov 9 месяцев назад +7

    Biri çıxıb deyəcək ki camaatın ana bajısı var😂😂😂. Təşəkkür edirəm

  • @Football_Art14
    @Football_Art14 9 месяцев назад +4

    Əli bəy möhtəşəmsiniz, az danışırsınız, amma kifayət qədər rəng qatırsınız podcasta

  • @orxanzamani
    @orxanzamani 9 месяцев назад +2

    Munasibet qurmag uzerinde gedir.. buraxmaq uzerinde getmir 👍

  • @cemalemamedova8431
    @cemalemamedova8431 8 месяцев назад +1

    Söhbətə maraq qatan aparicilarin çox savadli olmağidi. Hansi qonaq olur olsun, hansi mövzudan danişilsa ona qoşula bilirlər 👍

  • @sumayahmedov7272
    @sumayahmedov7272 9 месяцев назад +8

    Nese bu xanim mene cox suni geldi.

    • @validcavid3805
      @validcavid3805 9 месяцев назад

      Ola biler dedikləri dini inancınla yada milli mentalitet qaydalarınla uyğun gelmeyıb dedıylerı

  • @new7381
    @new7381 9 месяцев назад +49

    Goresen ne vaxt normal psixoloq gelecek size??? Xanim çoox danişdi amma yerde heçne, heç bir melumat vermedi, heç bir suala informativ cavab vermedi, yeni bir şey demedi, 1 dene elmnen subut olan statistika getirmedi, dedikleri çox primetiv, ordan burdan nese nese, bir psixoloq kimi tecrubesi yoxdur. 👎

    • @PoladRasulzade
      @PoladRasulzade 9 месяцев назад +6

      Xanımın toxunduğu mövzu çətindir. Onu elmi hansısa testlərə, sınaqlara yönəlib çatdırmaq düzgün olmaz. İsveçdə olan 100 nəfərlə, ya da Oksfordun 50 nəfər arasında keçirdiyi test ilə bu mövzunu aydınlığa Azərbaycanda çıxartmaq çətin olar.

    • @zekamesimov7902
      @zekamesimov7902 9 месяцев назад +6

      Psixoloq olaraq tanımadığım üçün bir ifadə işlədə bilmərəm özü haqda lakin verilən suallarin əksəriyyəti başqa fikirə yönəlir və cavablandırmaqdan kənar qalırdı.
      Halbuki suallar çox adekvat idi cavablar isə uyğunsuz.

    • @saidaniftalyeva1879
      @saidaniftalyeva1879 9 месяцев назад +1

      eynile men de razilasiram. Movzu maraqli idi. Amma verilen suallara cavab dolgun sekilde deyildi. Tural beyin verdiyi suallarin cavabi mence cavabsiz qaldi.

    • @new7381
      @new7381 9 месяцев назад

      @@PoladRasulzade insanlarin hormonal sistemleri eyni işleyir ferqi yordu hansi milletdir ve harda statistika yigilib.

  • @muxa93
    @muxa93 9 месяцев назад +5

    Psixoloq sualların cavabını vere bilmir

  • @mltis_rzali8285
    @mltis_rzali8285 9 месяцев назад +4

    Nuridə xanımın istifadə elədiyi "qarmon", cinsel ilişki və s kimi türk, rus ifadələri məni cırnatdı.
    Sonlara yaxın Tural və Əli bəyin gətirdiyi arqumentlər mənə mənasız gəldi. Tural bəyin kişi istəyir də bunu niyə olmasıne, 2 gündən bie ehtiyacı var hissəsi mən burada aqressiya da hiss etdim, Əli bəyin də müharibəbəyə gedəndə biz, vəhşi kimi işləyəndə biz ancaq qadınlar bu məsələlərdə çox öndə tutulur deməyi. Bunun cavabı mütəxəssis deməmişdən də məlum idi. Psixoloq, yaşam kouçu, ailə dizimi və s. Üz tutanların əksəriyyəti qadındır. Kişilər məyər mən xəstəyəm? Dəliyəm? Kişiyəme mən nolub ki mənə gedim psixoloq, cinsi terapistin yanına. Yəni kişilər bu mövzulara birmənalı yanaşmır. Məncə loru dildə desək "alıcıları" qadın olduğu üçün, əksər mütəxəssislər sosial mediada bu mövzularda daha çox məzmun yaradırlar

  • @guluzamanli7503
    @guluzamanli7503 9 месяцев назад +5

    Yüklədim. Sabah yolda dinləyəcəm❤ Əminəm superdir❤

  • @fidan0507
    @fidan0507 9 месяцев назад +4

    Xanım bir az Nurgül Yeşilçaya bənzədi.😊

  • @zaurbayramli545
    @zaurbayramli545 9 месяцев назад +5

    Sizə hörmətlə yanaşıram və podcastlarınızı vaxt olduqca izləyirəm. Bu xanım sizin suallarınıza nəinki birbaşa cavab vermir, satış etməyə çalışır. Məlum məsələdir ki, sponorunuz insan şirkətidir, amma heç olmasa suallarınıza birbaşa cavab vermə göstərişini versəydiniz yaxşı olardı. Həm də ki, çox bayağı danışır. Elmi heç nə görmədim.

  • @Deniz.Aslan9101
    @Deniz.Aslan9101 9 месяцев назад +7

    Cutluklərlə olan həkim söhbəti.Hər kəsin bildiyi və pisxolojasına yaxşı təsir edən söhbət .💚💙

  • @user-hx3cy2ru1x
    @user-hx3cy2ru1x 9 месяцев назад +2

    Hamiya tessekur edirem. Bele movzular barede danismaq ve mariflendirmek cox gozrldi😊❤❤❤❤

  • @Just_Me_Fanatik_GS_1905
    @Just_Me_Fanatik_GS_1905 9 месяцев назад +2

    Mən BU xanım qonağımızın pozitiv
    enerjisini o qədər çox sevdim ki o
    üzdən artıq BU xanımın 1 Pasienti
    olmaq istədim. Nolar real olsaydı ?

  • @royamammad
    @royamammad 9 месяцев назад +6

    Qonağınızın nitqinə videonun axırına qədər heç cür dözə bilmədim. O qədər dayaz amma kibirli nitqi var ki , kaş bu mövzuda qonağınız həqiqətən işinin peşəkarı biri olaydı.

  • @avonaqeydiyyat23
    @avonaqeydiyyat23 9 месяцев назад +2

    İzləmədən yenə bəyəni tuşun basdım çünki yenə bir əvvəlkindən mükəmməl poscast olacağına əminəm.

  • @cahangiryusifov4931
    @cahangiryusifov4931 2 месяца назад +1

    9:00'dakı məsələni yaxşı anlamaq üçün məncə Gary Chapman'ın sevginin 5 dili kitabını oxumaq lazımdır😕

  • @user-ye9ov9vy3m
    @user-ye9ov9vy3m 9 месяцев назад +1

    Cox sevinirem ki Azerbaycanda artig bu problemler isiglanir ve hell yolu gosterilir

  • @playeplaye3477
    @playeplaye3477 9 месяцев назад +1

    Kommentlere baxıram ve ne qeder mənasız insanların oksigenimizi oğurladıqlarını görə bilirəm. Kaş ki bu video daha uzun olardı. Sizleri çox sevirəm, beləcə də davam🔥🔥🔥

  • @aynurahmedova8249
    @aynurahmedova8249 9 месяцев назад +3

    Insanlari mariflendirdiyiniz ucun tesekkurler👏

  • @user-oc2dy8sr6k
    @user-oc2dy8sr6k 9 месяцев назад +2

    Gözəl qonaq, maraqlı və məlumat dolu söhbət. Təşəkkür edirəm.

  • @bayramvanatiyev115
    @bayramvanatiyev115 Месяц назад

    Maraqli idi. Amma bəzi rəylərlə razilaşıram ki, qonağın xavablari necə bəzi izləyiciləri qanə etmədiyi kimi aparicilarida qanə etmədiyi anlasilirdi. Düşünürəm ki, klinika sponsor olduğuna görə elə cağırılmış qonaq idi. Afərin yenədə pis alınmadı. Əziyyətiniz gorundu və nəticə yaxşı idi

  • @teymurrustamov7146
    @teymurrustamov7146 9 месяцев назад +1

    Qonaqlar ciddi qonaqlardı, amma zaman zaman sinfin arxa sırasında oturub şit-yersiz zarafat eliyən uşaqlar kimi fikri tamamlamağa imkan vermirsiz.

  • @fuadjafarli5121
    @fuadjafarli5121 9 месяцев назад +3

    Qonaq hərşeydən danışdı amma verilən heç bir suala cavab vermədi.

  • @AfqanQuliyev
    @AfqanQuliyev 9 месяцев назад +1

    Maraqlı videodur. Belə verilişlər çox önəmlidir.
    Amma xanım çox təkəbbürlü və özündən razıdır.
    Tez tez mən, mən , mən deyərək özünü və mərkəzini reklam etməsə daha maraqlı olardı.

  • @ruslannasirov9633
    @ruslannasirov9633 6 месяцев назад

    Salam, sağ olun belə verilişə görə. Marifləndirmə aparırsınız insanlar üçün. Nuridə xanıma ayrıca təşəkkür edirəm. Çox sağ olun, bəzi fikirlərimiz təzad təşkil etsə də, 90 % ürəyimdən xəbər verdiniz...

  • @GunelKarimova
    @GunelKarimova 7 месяцев назад +1

    Əziyyətiniz üçün təşəkkür💚

  • @lockheedmartin3275
    @lockheedmartin3275 9 месяцев назад +3

    Cinsəllik və cinsəl savad mövzularını açıq etiraf edə bilirsənsə, nə istədiyini və necə istədiyini konkret kəşf etmisənsə, bizim milli mentualetə görə pozğun və gözüaçıqsan deməkdir. Cinsəllik və cinsəl savad barəsində öz övladlarına danışıram deyəndə isə sən, sənə qulaq asanların gözündə və fikrində konkret "peysərsən". Bu iylənmiş beyinlər və mentualet pozğunları artıq rədd olmalıdır. Avropa dedikdə azad seks deyil, yaxşı təcrübə, bilik, savad, elm və şəxsi nailiyyətlər beyində canlanmalıdır. İnsanlara bir-birlərinin pastel həyatı maraqlı olmalı deyil. Bu ölkədə maarifləndirici bir konteksdə hansısa bir iş ortaya çıxanda, reaksiya sıfırdır. Amma Şəmsi Səmədzadə deyilən bir keçmiş iş adamının hansısa qara pr kampaniyası çox maraqlıdır. Və bunun kimi daha neçə-neçə faktlar. Artıq məktəblərdə total cinsəl və dünyasal təhsil verilməyə başlanılmalıdır. Hər kəs aid olduğu cinsi daha gözəl bilməlidir. Məhz bununla təsadüfi sekslər zamanı keçən infeksiya keysləri azalar, məhz bununla adətən kişilər evləndiyi zamanda ilk dəfə cinsi əlaqədə olacaq qadınlara ən murdar xəstəlikləri keçirib, sonsuzluq yaratma halları azalar. Məhz bunun kimi savadlanmalar və maariflənmələrlə "boş namus keşikçilərinin" sayında reqressiya olar. Bütün bu sadaladığım şeyləri düzgün yöndə istifadə edən insanlar deyil peysər. Məhz 7-ci əsrdən qalmış primitiv dinin və o dövrdən bu yana gələn iylənmiş mentualetin göstərişlərini sui-istifadə edən manyaklar və pedofillərdir peysər.
    Elmlə qalın. İşıqlı dünyada qalın. Savadlanın. Kamil olun. Cahil olub inkarda sürünməyin. Öz həyatınızı, öz qanunlarınız çərçivəsində yaşayın. İnsan olun. Adam olun. Peysər yox.

  • @aqilismayilov7875
    @aqilismayilov7875 9 месяцев назад +1

    cox ela buraxilisdi.xanim sanki Vasif Ismayilla eyni muellimin kursunu kecibler

  • @F.Feyziyeva
    @F.Feyziyeva 9 месяцев назад +2

    Psixologiya geniş bir elmdi və bu hissəyə toxunmaq da böyük işdir..

  • @orkhanmammadov8679
    @orkhanmammadov8679 9 месяцев назад +1

    Bravo!Cox maraqli sohbet alindi

  • @merabsofiyev7288
    @merabsofiyev7288 9 месяцев назад +2

    Size uğurlar arzu edirem. Ne yaxşı ki, varsız.

  • @nailaorucova4660
    @nailaorucova4660 9 месяцев назад +1

    Tural bey cox gozel vurguladiniz Munasibetlerde buraxmaq olmazzz bes niye ekser psixoloqlar heyat qurarken sonradan munasibetleri alinmir heyat yoldaṣi ile . Psixoloqlara hormet duyuram işlerinde ugurlar arzu edirem ve Allahdan isteyimde bendesini onlarin yanina getmemeyi dileyirem)
    Xahiş edirem aydinliq getirilsinki niye psixoloqlarin ekseriyyetinde boşanmalar coxdur?

  • @rovshanali4748
    @rovshanali4748 9 месяцев назад +5

    Xanımın danışdığı insan tiplərini eşitdikcə: Ya mən normal deyiləm ya da onlar anomaldılar kimi,fikirlər gəldi ağlıma.
    Birdə Turalın sual demək olar cavabsız qaldı. Çünki elə qadın var cinsi istəksizliyini soruşsan,danışdan belə əsaslı cavab vermir.

    • @nurlaniamir6224
      @nurlaniamir6224 9 месяцев назад

      qadinlarin cinsel telebati olmur ona gore tecavuz normal sayilir

  • @Mkh-iw2sl
    @Mkh-iw2sl 9 месяцев назад +1

    Kişiler ölsün qadlarda baş daş olsun bu dünya dağlsin pozquluq baş alıb gedir

  • @orxansafari818
    @orxansafari818 9 месяцев назад +3

    Əslində tam sona qədər baxa bilmədim. Vaxtım olanda baxacam.
    Bir şeyi qeyd edim ki, sizin danışdıqlarınızın əksər hissəsi primitiv məişət qayğı və problemləri fonunda itib batır.
    Bir də D vitaminini K2 dən savayı yağlı yeməklə də qəbul etdikdə orqanizmdə sovrulur.

  • @TurkanQuliyev
    @TurkanQuliyev 9 месяцев назад +14

    Xanımın çox möhtəşəm aurası var🥰😍

  • @narminamanova2891
    @narminamanova2891 9 месяцев назад +1

    Verilən suallar yetərincə cavablandirilımadı. Ama yenə də maraqlı idi. Tural və Əli olan söhbət maraqsız ola bilməz.

  • @couchsurfer.bikerguide
    @couchsurfer.bikerguide 9 месяцев назад +1

    çox marifləndirici video

  • @nurlanqurayisv2576
    @nurlanqurayisv2576 9 месяцев назад +4

    Təvazökarlıqdan uzaq xanımdı.....

  • @elcinquluyev-mm3zk
    @elcinquluyev-mm3zk 9 месяцев назад

    Hər birinizə təşəgur edrəm gözəl söypətə görə həyat təcürbəsinə görə maraxlı oldu

  • @denizfaruk5918
    @denizfaruk5918 9 месяцев назад +1

    Bu bayan ana dilini doğru düzgün konuşamıyor. Eğitimli bir insanın öncelikle konuştuğu dili, özellikle de ana dilini doğru ve temiz bir şekilde bilmesi gerekir. Misafiriniz Türkçe ve Rusça kelimeleri karışık konuşuyor. Videoyu 6 dakika 44 saniye izleyebildim. Etim döküldü 😢

  • @ElvinVeliyev-uo9bm
    @ElvinVeliyev-uo9bm 9 месяцев назад

    Halal olsun sizlərə hər bir gəncə məsləhət görüləsi söhbət

  • @Eko95452
    @Eko95452 9 месяцев назад +3

    Cox gozel xanimdir!

  • @azizoid
    @azizoid 9 месяцев назад +2

    59:00 "Alan razı satan razı" çox təhlükələ və yalnış yanaşmadır. Belə baxsaq rüşvətdə də "alan razı satan razı" olur, amma bu da çox yalnış bir hərəkətdir

  • @narminrasul2378
    @narminrasul2378 9 месяцев назад

    qonağınızla ahənginiz möhtəşəmdir. çox mükəmməl toxunuşlarınız oldu

  • @AzamatAliyev-mv8wr
    @AzamatAliyev-mv8wr 7 месяцев назад +2

    48:26 xanımın mimikası wow😂

  • @faiqaliyev4820
    @faiqaliyev4820 9 месяцев назад +2

    Təşəkkürlər

  • @nuriyecavadova5810
    @nuriyecavadova5810 7 месяцев назад +1

    Ən maraqsız bölümlerden biri oldu bu...qadının danışıqlarını heç dinləyə bilmədim,bilgi olaraq heçnə qatmadı

  • @cobu70
    @cobu70 9 месяцев назад +2

    🤌 Uydaaa bu buraxllishdan sonra hiss eledimki menim konkret olarag Psixoloqa ehtiyyacim var 👍

  • @iskodisco6664
    @iskodisco6664 9 месяцев назад

    Təşəkkürlər maraqlı podcast üçün.

  • @ayse.henifeverdiyeva3446
    @ayse.henifeverdiyeva3446 9 месяцев назад +3

    ❤Mahremiyet eyitimi.❤oyrenilmeli

    • @AysHnif
      @AysHnif 9 месяцев назад

      Pedogojinin❤

  • @coffeeman_11
    @coffeeman_11 9 месяцев назад

    Buna baxsanizda, baxmasanizda heyat ozu her şeye vaxtında getirib çıxaracaq.

  • @resulmemmedzade6061
    @resulmemmedzade6061 9 месяцев назад +3

    Yeni podkast yeni məlumatlar 💚💙

  • @personatan
    @personatan 9 месяцев назад

    eger Azerbaycan xalqı bu söhbeti menimseye bilse , keyifli isgenderin üzü gülerdi..