Orxanin səbrinə həyran qaldım, yazıq tamam başqa mövzudan danışır aparıcı oz bildiyi kimi sırf haqlı çıxmaq üçün mövzunu "yönləndirir" . Və burda ölkəmin ən böyük kompleksi üzə çıxır; bəzən anlamadığın mövzuda öz dar düşüncəni müdafiə etməkdənsə başqa prizmadan baxa bilmək ehtimalını da sınaya bilərsən Bunu da qeyd edim ki , çox keyfiyyətli muzakirədir. dinləyərkən bəzən səbrirsizlik etsəm də yekun olaraq zövq aldım. Uğurlar
Cəmiyyətdə o qədər kirli düşüncələr var ki, sizi dinlədikcə müəyyən qədər təsəlli tapıram. Çox təşəkkür edirəm. Bu məlumatlandırıcı podcast 3-4 nəfərə belə müsbət təsir göstərirsə, bu əsl uğurdur.
Aynur xanıma təşəkkür eləyirəm bu podcast üçün. Və demək istəyirəm ki, Orxan Şahbazın bütün fikirləri ilə razıyam. Kaş ki belə düşünən insanlarımız çox olsun! Bəzən Aynur xanımın argumentasiyası qonağın yanında çoox uduzur. Və diskussiyanı daha çox hövsələ ilə aparmasının, qonağı dinləmək xüsusiyyətinin səviyyəsini artırmaq arzusu ilə.
Mən Aynur x.dan daha agilli dusuncə gozləyirdim.Biz doguldugumuz cografiyaya gorə bu cur olmaliyiq və ya biz Azərbaycanliyiq.(Ən zəhləm gedən sozdur.)Cunki Azərbaycanliya sərait yaradan olsa,bizim qədər bacariqli insa yer uzundə bəlkə də təkdir.bizim alimlərin yaratdigi və ua icat etdiklətini dunyaya cixaran olsa hər il Nobel mukafatini Azərbaycan alimləri alar.bizim ən boyuk bədbəxciliyimiz borakratizm və qohumculuqdur.Muharibələr və cografiya deyil.Orxan m.isə cox savaadli və dunyagoruslu bir şəxsdir.ugurlar hamimiza.
Çox sağolun ela buraxılış idi. Orxan bəy Unsiyyet bacarıqları Auditoriya qarşısında danışmaq və s. kimi təlimlərini verdiyi mövzuları rəsmən sübut elədi bu videoda. Aynur xanımın müdaxilələrini hətta mövzunu yayındıraraq dəf etdi. Həmçinin mimikalar, jestlər videonun ahəngini artırdı. Azərbaycanlı olmaq isə bəzən öz tənbəlliyimizi coğrafiyanın üstünə atmaqdır. Sovet vaxtında general-kosmonavt olan Kərim Kərimov da elə bu torpaqlardan olub. Almaniyada və ya döyüşsuz şəraitdə yaşamamışdır. Belə çox misallar vardır. Yəni özümüzə təsəlli verməyək ki biz azərbaycanlıyıq belə doğulmuşuq belə gədəcəyik. Hər zaman məqsedlərimiz yüksək olsun
Şokda izləyirəm. Necə gözəl yanaşmalarınız cümlələriniz var əriyirəm rəsmən. Möhtəşəmdir. Gələcək nəsil çox gözəl gələcək. Bizlərdə sizlərə baxıb övladlarımızı keçmişdəki kimi yox bu gunə özəl böyüdəcik❤
Çox maraqlı verlişdir,bizim hər sahədə savadlı insanlarımız olub,var və olacaq .Sadəcə onların pillələrlə yuxarı qalxmalarına mane olmamalıyıq.Eksinə bacarırıqsa dəstək olmalıyıq.
Orxan bey , siz neye gore daga, dasha nese yazmagi , qadinlarin plastic emel etmeklerini , oralarinj buralarini deyishdirmeklerini negativ kimi gorursunuz, ozunu duzgun ifade etmek yeri kimi gormursunuz, amma bedene tatoo etmeyi negativ gormursunuz? Sizce bedene tatoo etdirmek ozunu ifade etmek deyil? Sizce bedene tatoo etmek , qadinlarin plastic emel etmeyinden ve ya daga dasha nese yazmaqdan ne ile ferglenir?
Çox gözəl buraxılışdır, qonaqda çox dəyərli bir insandır. Sadəcə Aynur xanım çox xahiş edirəm icazə verin gələn qonaqlar danışsın. Mən ancaq sizə, sizin danışdığınız təcrübələrə qulaq asdım
Aynur xanım,sizin fikirlərinizi,özünüzü inkişaf etdirmə sevginizi sevirəm.Sadəcə bu buraxılışda dəfələrlə Orxan bəyə travmalarından pul qazanırsan deməyiniz məyusluq hissi yaratdı.Şübhəsiz ki, hər kəsin şəxsi fikri var və hörmətlə yanaşıram.Amma xoş səslənmir.Yenə də xoş oldu,təşəkkürlər❤
Maraqlıdır təşəkkür edirik,zəhməti keçən hər kəsə.Amma aparıcı qonaqlara çox danışmağı üçün vaxt ayırsa əla olar. Fikrin sona qədər çatdırmağa mane olur. Və adamı yorur.
Bilirsiz belə elmi psixi verilişləin çox olmagina sevinmək lazimdi çunki buna çox ehtiyac var həmdə çox senindiricidir ki bele verilişlere baxan gənclər gat gat çoxdu sizə çox teşekkür edirik ki Orxan kimi elmli savadlı derin fikirli insanı verilişe çagirirsiniz aparıcı gızımıza teşekkür edirik
Bu tip podcastların davamı gəlsin, Aynur xanım, normal olaraq bütün fikirlərlə tam razı olmasam da bu tip keyfiyyətli buraxılışlar daha çox düşünməyimizə, fərqindəliyimizi artırmağımıza səbəb olur, uğurlar!🤍
Hər birinizin izləyicisiyəm uzun zamandır.Situasiyaların xırdalıqlarını mükəmməl izah etdiniz,bircə ağlıma ilişib qalan Orxan Şahbazın fikri oldu.Deyir ki,”kim danışmağından asılı olmayaraq bacım qızları etirazları varsa dərhal kısib öz fikirlərin bildirir və mən də onların arxasında dayanıram”.Maraqlıdır ki,bu insanda kiminsə sözünü kəsmək vərdişini formalaşdırmırmı?Çünki,mənim uşaqlarımda da bu var,hal hazırda əziyyət çəkirəm onların bu vərdişindən.Təşəkkürlər,sevgilər❤
Orxan özü də cavab verər. Amma öncə mən yazım. Düşünürəm ki, uşaqlara kiminsə səhv olduqda onun sözünü kəsərək fikir bildirməsinin öyrədilməsi "sən uşaqsan, sən bilməzsən, səsini kəs!" sözlərinə öyrəşməklərindən daha yaxşıdır.
Mence biz usaglarimiza yerinde ve duzgun sekilde fikirlerini ifade etmeyi , ya da etiraz etmeyi oyretmeliyik- eks halda onlar bilmeden bezen cox kobud ,olurlar. Menim de usahlarima oyretmeye calisdigim budur.
Fikir ayrılıqları bölümü daha da gözəlləşdirdi. Maraqlı idi. 1. Özünü ifadə etmək üçün məkanı düzgün seçmək lazımdır. Bu fikirdə Orxan bəy ilə razılaşıram. 2. Öz düşüncənə, həyat tərzinə güvənirsənsə insanların fikirləri sənin üçün önəm daşımamalıdır. Bu barədə Aynur xanımı dəstəkləyirəm. Təşəkkürlər. Zövq aldıq. Boş olan kimi açıb bir bölüm izləyirəm. Belə keyfiyyətli kontentlərin çox olmasını arzulayıram.
57:18 Aynur xanımla razılaşıram. Ancaq başqa bir nümunə də var buna. Bəyaz Zambaqlar əsəri Finlandiyanın işğalı və təhsil yoluna girişini göstərən böyük əsərdir. Finlandiya da işğalda olub, ancaq bu gün ən xoşbəxt və təhsil səviyyəsi ən güclü ölkələr sırasında ilk 5'likdədir.
Belə verlisler gormek bizim ucun xosdu.Xanim soz kesmese daha yaxsi olar.Qarsindakinin fikrini tamamlamaga furset tanimaq lazimdi.Herkes herseyi bilecek deyə birsey yoxdu.Bezen susmaq yaxsdi.Ugurlarinizin davami gelsin. Gelecek qonaqlariniz ucun mence numeroloji,Kuantum,oyanış ile bagli qonaqlari gormek isteyerik.Tesekkurler
Cox ela.meselenin her iki terefini de gostere bilmek ve anlaya bilmek onun helli yolunu da ortaya cixardir.mence her birimiz ozumuzden bir parca tapdiq.
Çox maraqlı debat idi təşəkkürlər . Hər ikinizə uğurlar diləyirəm. Orxan bəyin bir çox fikirləri ilə razıyam lakin Orxan bəyə xatırlatmaq istərdim ki, Azərbaycanlı olan Lütfi Zadənin ortaya qoyduğu qeyri-səlis məntiq həmçinin qeyri-səlis çoxluq nəzəriyyəsi sayəsində bir çox cihazın o cümlədən, texnikaların istehsalında nəinki Almaniya, bütün dünya istifadə edir. Təəssüflə bildirmək istəyirəm ki, bu nəzəriyyənin faydasını bizdən daha çox xarici dövlətlər görür.
Əvvəla gələn qonağın sözünü dəfələrlə kəsib öz fikrini yeritməyə çalışmaq etik deyil, Orxan bəy öz fikirlərini çox gözəl ifadə edir , istər dərin mənalı fikirləri , istərsə də çəkdiyi misallarla. Aynur xanım digər videolarınızdada diqqət etmişəm öz fikrinizi yeritməyə çalışmayın və imkan verin qarşınızdaki şəxs sözünü cümləsini fikrini bitirsin.
Tam razıyam.defelerle qonağın hər sözünü kəsib gebul etmiyib öz sözünü haqlı çıxardır ne derecede düzgün idi((( da niye çağırmışdın özün danışardında)))😂😂
İlk öncə hər iki tərəfə bu cür marifləndirici, maraqlı və birazda yaxşı anlamda qıcıqlandırıcı podcast üçün təşəkkür edirəm. Hər iki tərəfdə həm qəbul etmədiyim və eyni zamanda bəyəndiyim fikrlər oldu, çox sevindirici haldır ki, fikrlər zidd olsa belə bunu normal şəkildə ifadə edə bilirlər. Dünyagörüşümə əlavə düşüncələr, faydalı məlumatlar qatmış olduz, bunun üçün bir daha təşəkkür edirəm. Daha fərqli qonaqlarınızı dinləməyi gözləyirəm 😊 gələcəkdə daha böyük zalda izləyicilərlə fikr mübadiləsi aparılaraq keçirilməsini diləyirəm, bir daha təşəkkür edirəm ! ☺️
Salam menim 38 yaşım var 3 övladım var. Tecrubemden görürəm ki, bacarıqlı övladların olması üçün mehz keçmiş dövrün valideyni kimi olmaq daha yaxşıdı. Nece ki sizler eziyyetler çəkərək bele savadli və sağlam düşüncəli olmusuz . Bunun üçün valideynlerinize təşəkkür edin.
Maraqlı mövzulardır, lakin xanım imkan versə ki qarşı tərəf danışsın çox yaxşı olar. Artıq bir neçə müsahibəyə baxmışam xanım imkan vermir qarşı tərəfə
Başdan sona qədər izlədim. Rəylərin çox hissəsini də oxudum. Birincisi mənim prizmamdan, subyektivimə görə, Aynur xanım da özünə və təfəkkürünə qəbullandıra bilmədiyi, linç yeməkdən çəkindiyi lakin fərqində olduğu bir eqo var. ( çox insana görə çox eqoist ola bilər, amma mənə görə normaldı o səvviyyədə). Bildiyimə görə aparıcılıq fəaliyyəti yeni olduğu üçün də qonaqlarla söhbət zamanı araya girmək, sözünü kəsmək də normaldı. Bəlkə on buraxılışdan sonra başqa cür olar. İdeal insan olmadığı kimi ideal aparıcı və dinləyici də yoxdur. Orxan bəy isə fikirkərinin az hissəsi ilə razılaşmadığım tək-tük insanlardan biridir. Bir saat on dörd dəqiqə izləməyim mənə bir şey qatdımı? Bəli düşüncələrimə nələrsə əlavə olundumu, yenə bəli. Təşəkkür edirəm bunun üçün də. Davamlı sağlam debatların olması diləyi ilə. Çox sağ olun.
Her ikinize cox cox tesekkur edirem oz adimdan deyiremki cox sey oyrenirem analiz edirem ve etrafada sozumu fikrimi coc gozel swkilde ifade edirem Ve xais edirem insanlardan gic gic videolara baxmaqdansa mariflenfirici ve heyatadaki realliqdan danisirlar gorurler paylassinlar insan baxib kimiseni yox ozu ozunu muzakire etsin ne duzdu ne sehfdi neyi tekmillesdirmeliyem.Orxan beyin lap evvelki videolarinada baxmisam cox gozel sekilde Hem nitqinde Hem fikirlerinde ozunu cox inkisaf etdirib ugurlari bol olsun
Səni sevdiyi üçün qalır. ❤ Necə doğru bir cümlədir. Həqiqətən də maddi asılılıq olmasa, hər kəsin əli pula çatsa cəmiyyətdə məncə boşanmalar daha da artacaq. Dözüb oturan da o qədər qadın tanıyıram ki. Əsl sevgi hər iki tərəfin də iqtisadı asılılığı olmadığı təqdirdə bir-biriylə birlikdə qalmaq istəməsidir.
Xanlm dəfələrlə Orxan Şahbaza pula çevirirsən deyir. Qonağa deyilə biləcək heç xoşa gələn ifadə deyil. Orxan Şahbazın ən azından təhsilli, əsaslara dayanan cox savadll danışıqları var.Ağzından çıxan heç bir sözü öz şəxsi fikirləri ilə demir. Amma Aynur xanım şəxsi fikirlərini götürüb gəlib oturub pul qazanır)) gülməlidi. Dərin suallar verməyə çallşır amma söz çoxluğundan bir şey olmur.Qonağın davamlı davamlı sözünü kəsib,davamlı öz düşüncəsini yeritməyə çalışan,davamlı aha aha deyib amma deyilən sözü olduğu kimi yox öz tərəfindən başa düşməyə çalışan “tərəf” ilə nə dərəcə maraqlı öyrədici podcas ola bilərdisə o qədər oldu😁sual verir amma cavaba qulaq asmadan taak deyə növbəti əlaqəsiz sual.guya susdurur öz aləmində. Heç etik belə deyil. bu nədi Allah eşqinə.Əsəblərim pozuldu.
Öncəliklə bu buraxılışda əməyi keçən hər kəsə təşəkkür edirəm 🎉əməyinizə sağlıq ❤ Aynur xanım bu cür savadlı və yerli yerində verilən suallarla dolu debat buraxılışınız, son saniyəsinə kimi dinləməyə vadar etdi məni. Və bu cür səlis, savadlı və yerində düşünüb anında cavab vermək qabiliyyətini inkişaf etdirmək üçün bizə tövsiyə edəcəyiniz kitablara möhtacıq)))bu tövsiyənizi kanalda görmək ümidi ilə neçə belə gözəl buraxılışlara.....
Maraqlı debat oldu. Təşəkkür edirəm hər ikinizə. Amma mənim düşüncəmlə mənfiliklərlə yaşamaq lazım deyil. Azərbaycan artıq usanır, qusmağı gəlir, Azərbaycanı və azərbaycanlını sevən insana həsrətdi.
Cox maraqli movzuya toxunmusuz. Cox heyfki Orxan bey kimi inkisaf edib deysmek isteyen kisiler bizim cemiyyetde azdi. Ele oz evimin icini misal ceke bilerem.Ve bizimde kecmis zehiniyyetle boyutmek istemediyimiz ogullarimizi ozlerine benzetmek isteyirler.
Marağlı movzuyu müzakirə etdiz. Özünü inkişaf etdirmək hər yaşda gözəldir. Təəsüf ki sizin kimi düşünən, düzgün başa düşüb, düzgün qiymətləndirən adamlar çox azdir. Sizi hər zaman izləyirəm. Həm modellərinizi həm söhbətlərinizi. Həm kanalda həm RUclips- da. Hər dəfə marağlı movzulari müzakirə edirsiz. Belə də davam edin. Uğurlar sizə.
salam.cox mohteshem..seve -seve , zovqle dinledim.genclere cox gozel tesir ede biler bele podcastlar. teshekkur edirem,bu tip layihelerin ishiqlandirilmasi ucun eziyyeti olan komandaniza... tak derjat))) muzakirelerde bir nuansi cox gozledim, Aynur deyende ki 25 yashli qiz,hec ne bilmir,oxumaga da vaxti yoxdur,oz guvenini nece yarada biler,Orxan dedi bunnan sonra yeqin ki hec vaxt.. neeccebse Aynur bashqa suala kecdi.gozleyirdim ki Aynur deyecek ki hec ne ucun hec vaxt gec deyil.her yashda nelerise derk etmek olar.cunki 18 yawdaki gencle 25 yashdaki bash o bash deyil.ve ya 5il sonra tam ferqli dushuncelerdi.. mence insan istediyi vaxt heyatini,baxish terzini ve dushuncelerini koklu deyishe biler.. ozunuz de qonaqlariniz da cox hormetli ve sevilen deyerli olanlardi.. ugurlar..❤
Çox maraqlı söhbətlərə görə təşəkkür edirəm. Maraqla dinlədim. Ammma Orxan bəy bizim mentalitetimizə görə cinsi əlaqə evlənməmişdən qabaq olmur dediniz,bu heç düzgün yanaşma deyil,axı Məsələ sadəcə,biz yox.Bir müsəlman olaraq haram sayılan insanla yaxın münasibət qurmaq olmaz. Bu günahdır. Təmizlik,saflıq və sadiqlikdir.
Orxanin səbrinə həyran qaldım, yazıq tamam başqa mövzudan danışır aparıcı oz bildiyi kimi sırf haqlı çıxmaq üçün mövzunu "yönləndirir" . Və burda ölkəmin ən böyük kompleksi üzə çıxır; bəzən anlamadığın mövzuda öz dar düşüncəni müdafiə etməkdənsə başqa prizmadan baxa bilmək ehtimalını da sınaya bilərsən
Bunu da qeyd edim ki , çox keyfiyyətli muzakirədir. dinləyərkən bəzən səbrirsizlik etsəm də yekun olaraq zövq aldım. Uğurlar
eyni fikirdeyem.
Orxan bey müdaxileye baxmayaraq özünü çox gözel ifade edir 👍🏻
Cəmiyyətdə o qədər kirli düşüncələr var ki, sizi dinlədikcə müəyyən qədər təsəlli tapıram. Çox təşəkkür edirəm. Bu məlumatlandırıcı podcast 3-4 nəfərə belə müsbət təsir göstərirsə, bu əsl uğurdur.
Aynur xanıma təşəkkür eləyirəm bu podcast üçün. Və demək istəyirəm ki, Orxan Şahbazın bütün fikirləri ilə razıyam. Kaş ki belə düşünən insanlarımız çox olsun!
Bəzən Aynur xanımın argumentasiyası qonağın yanında çoox uduzur. Və diskussiyanı daha çox hövsələ ilə aparmasının, qonağı dinləmək xüsusiyyətinin səviyyəsini artırmaq arzusu ilə.
Mən Aynur x.dan daha agilli dusuncə gozləyirdim.Biz doguldugumuz cografiyaya gorə bu cur olmaliyiq və ya biz Azərbaycanliyiq.(Ən zəhləm gedən sozdur.)Cunki Azərbaycanliya sərait yaradan olsa,bizim qədər bacariqli insa yer uzundə bəlkə də təkdir.bizim alimlərin yaratdigi və ua icat etdiklətini dunyaya cixaran olsa hər il Nobel mukafatini Azərbaycan alimləri alar.bizim ən boyuk bədbəxciliyimiz borakratizm və qohumculuqdur.Muharibələr və cografiya deyil.Orxan m.isə cox savaadli və dunyagoruslu bir şəxsdir.ugurlar hamimiza.
Eslinde sizde eynisini deyirsiz.Olsaydi... ama olmadi.neticede yene cografiya ve dusunce terzimiz sebeb oldu.
Orxan bəyin fikirləri və düşüncələri əla❤tamda qəlbimdən,beynimdən keçənlərdi
Çox sağolun ela buraxılış idi. Orxan bəy Unsiyyet bacarıqları Auditoriya qarşısında danışmaq və s. kimi təlimlərini verdiyi mövzuları rəsmən sübut elədi bu videoda. Aynur xanımın müdaxilələrini hətta mövzunu yayındıraraq dəf etdi. Həmçinin mimikalar, jestlər videonun ahəngini artırdı. Azərbaycanlı olmaq isə bəzən öz tənbəlliyimizi coğrafiyanın üstünə atmaqdır. Sovet vaxtında general-kosmonavt olan Kərim Kərimov da elə bu torpaqlardan olub. Almaniyada və ya döyüşsuz şəraitdə yaşamamışdır. Belə çox misallar vardır. Yəni özümüzə təsəlli verməyək ki biz azərbaycanlıyıq belə doğulmuşuq belə gədəcəyik. Hər zaman məqsedlərimiz yüksək olsun
Mohteshemsiniz Aynur xanim ve Orxan bey! Yaxshi ki sizin dushunce de olan insanlar var, cahil cemiyyetnen savashmagimiza guc verirsiniz bize!
Şokda izləyirəm. Necə gözəl yanaşmalarınız cümlələriniz var əriyirəm rəsmən. Möhtəşəmdir. Gələcək nəsil çox gözəl gələcək. Bizlərdə sizlərə baxıb övladlarımızı keçmişdəki kimi yox bu gunə özəl böyüdəcik❤
Çox maraqlı verlişdir,bizim hər sahədə savadlı insanlarımız olub,var və olacaq .Sadəcə onların pillələrlə yuxarı qalxmalarına mane olmamalıyıq.Eksinə bacarırıqsa dəstək olmalıyıq.
Zovq alaraq dinledim..maraqli debat-hemfikir ve kecmiwini medeni formada ortada muzakire eden 2 formalawmiw insan👏👏👏👏👏
Çox sağ olun ki, ərinməyib rəy də yazdınız.
Orxan bəy çox gözəl ifadə etdiniz.Qaya yazı dəftəri deyil.Qayda mütləq olmalıdl
Təşəkkür edirəm 💎
Biz bütün komandamız adından təşəkkür edirik, Orxan.
Psixoloji qəlib olmadan fiziki qəlib ortaya çıxa bilmir 👍👍👍👍👍
Orxan bey , siz neye gore daga, dasha nese yazmagi , qadinlarin plastic emel etmeklerini , oralarinj buralarini deyishdirmeklerini negativ kimi gorursunuz, ozunu duzgun ifade etmek yeri kimi gormursunuz, amma bedene tatoo etmeyi negativ gormursunuz? Sizce bedene tatoo etdirmek ozunu ifade etmek deyil? Sizce bedene tatoo etmek , qadinlarin plastic emel etmeyinden ve ya daga dasha nese yazmaqdan ne ile ferglenir?
@@tagiyevazerniyarəlaqə?
Çox maraqlı mövzuya toxunmusuz. Əməyi keçən hər bir kəsə təşəkkürlər.
Təşəkkür edirəm, Sərvər.
Möhtəşəm!!! Çox təşəkkür edirəm bu cür keyfiyyətli podkastlar üçün! Bir gənc olaraq bir çox insight aldım. Baboşa ehtiyac yoxdu, belə də davam!!!
O qeder gozel keyfiyyetli sohbetler muzakire olunur ki, serhsiz.....🥰👍 Davamli olsun........
Çox gözəl buraxılışdır, qonaqda çox dəyərli bir insandır. Sadəcə Aynur xanım çox xahiş edirəm icazə verin gələn qonaqlar danışsın. Mən ancaq sizə, sizin danışdığınız təcrübələrə qulaq asdım
Çox maraqlı debat üçün çox sağ olun. Belə podkastların sayının artması ümid yaradır. ❤
Aynur xanım,sizin fikirlərinizi,özünüzü inkişaf etdirmə sevginizi sevirəm.Sadəcə bu buraxılışda dəfələrlə Orxan bəyə travmalarından pul qazanırsan deməyiniz məyusluq hissi yaratdı.Şübhəsiz ki, hər kəsin şəxsi fikri var və hörmətlə yanaşıram.Amma xoş səslənmir.Yenə də xoş oldu,təşəkkürlər❤
Maraqlıdır təşəkkür edirik,zəhməti keçən hər kəsə.Amma aparıcı qonaqlara çox danışmağı üçün vaxt ayırsa əla olar. Fikrin sona qədər çatdırmağa mane olur. Və adamı yorur.
Bilirsiz belə elmi psixi verilişləin çox olmagina sevinmək lazimdi çunki buna çox ehtiyac var həmdə çox senindiricidir ki bele verilişlere baxan gənclər gat gat çoxdu sizə çox teşekkür edirik ki Orxan kimi elmli savadlı derin fikirli insanı verilişe çagirirsiniz aparıcı gızımıza teşekkür edirik
Bu tip podcastların davamı gəlsin, Aynur xanım, normal olaraq bütün fikirlərlə tam razı olmasam da bu tip keyfiyyətli buraxılışlar daha çox düşünməyimizə, fərqindəliyimizi artırmağımıza səbəb olur, uğurlar!🤍
Hər birinizin izləyicisiyəm uzun zamandır.Situasiyaların xırdalıqlarını mükəmməl izah etdiniz,bircə ağlıma ilişib qalan Orxan Şahbazın fikri oldu.Deyir ki,”kim danışmağından asılı olmayaraq bacım qızları etirazları varsa dərhal kısib öz fikirlərin bildirir və mən də onların arxasında dayanıram”.Maraqlıdır ki,bu insanda kiminsə sözünü kəsmək vərdişini formalaşdırmırmı?Çünki,mənim uşaqlarımda da bu var,hal hazırda əziyyət çəkirəm onların bu vərdişindən.Təşəkkürlər,sevgilər❤
Orxan özü də cavab verər. Amma öncə mən yazım. Düşünürəm ki, uşaqlara kiminsə səhv olduqda onun sözünü kəsərək fikir bildirməsinin öyrədilməsi "sən uşaqsan, sən bilməzsən, səsini kəs!" sözlərinə öyrəşməklərindən daha yaxşıdır.
Sizə rəyinizə görə təşəkkür etməyi unutdum! Var olun ki, vaxtınızı ayırıb baxdınız!
Mence biz usaglarimiza yerinde ve duzgun sekilde fikirlerini ifade etmeyi , ya da etiraz etmeyi oyretmeliyik- eks halda onlar bilmeden bezen cox kobud ,olurlar. Menim de usahlarima oyretmeye calisdigim budur.
əlbəttə ki, haqlısınız. amma bəzən bəzi adamların sözünü kəsmək zərurətə çevrilir. gərək uşaqlarımıza bunu da təlqin edək.
Qonaginizi coxx bəyəndim 👍Sohbətlərinizi,movzularinizda maraqli oldu👏Yeni qonaginizla və Aynur x.sizinlə görusmək umudu ilə😊
Fikir ayrılıqları bölümü daha da gözəlləşdirdi. Maraqlı idi.
1. Özünü ifadə etmək üçün məkanı düzgün seçmək lazımdır. Bu fikirdə Orxan bəy ilə razılaşıram.
2. Öz düşüncənə, həyat tərzinə güvənirsənsə insanların fikirləri sənin üçün önəm daşımamalıdır. Bu barədə Aynur xanımı dəstəkləyirəm.
Təşəkkürlər. Zövq aldıq. Boş olan kimi açıb bir bölüm izləyirəm. Belə keyfiyyətli kontentlərin çox olmasını arzulayıram.
Zövq alaraq dinlədim fikirləriniz doğrudur ,daimi valideynlərə ovladlarina geləcək üçün şənət və tehsil verməyi təblik etmişəm
Həvəslə sona qədər baxdım, çox sağ olun əməyinizə görə, Orxan bəyi bizə tanıtdığına görə❤
Mövzudan kənar olsa da, üz dərinizin parıltısı çox gözəldir
Can.herweywunas klubdan derhal qaçib size ve komandaniza ve bele intellektual qonaginzada tewekkurlerki çayi dagitsamm bele oturub maraqla izledim🫶
Aynur xanım başda olmaqal butun kollektive teşekkür.Çox maraqlı ,çox faydalı,lazımlı mövzulara toxunursuz,supersiz.Bele davam edin.❤❤❤❤❤❤❤❤
Maraqlı verlişlərə görə təşəkkür edirəm!
səbrsizliklə gözləyirdim, əməyi keçən hər kəsə təşəkkürlər❤
İlk defedirki reklam olarag qarşıma cıxan verlişe sonuna kımı maraqla baxdım☺️emeyınıze sağlıq
Orxan bey mukemmeldi tsk
57:18 Aynur xanımla razılaşıram. Ancaq başqa bir nümunə də var buna. Bəyaz Zambaqlar əsəri Finlandiyanın işğalı və təhsil yoluna girişini göstərən böyük əsərdir. Finlandiya da işğalda olub, ancaq bu gün ən xoşbəxt və təhsil səviyyəsi ən güclü ölkələr sırasında ilk 5'likdədir.
Çox gözəl mövzulara toxunursunuz. Hər zaman keyfiyyətli qalın👍
Orxan beyi devet etdiyinize gore cox sag olun.Severek her buraxilisinizi dinleyirem❤
Belə verlisler gormek bizim ucun xosdu.Xanim soz kesmese daha yaxsi olar.Qarsindakinin fikrini tamamlamaga furset tanimaq lazimdi.Herkes herseyi bilecek deyə birsey yoxdu.Bezen susmaq yaxsdi.Ugurlarinizin davami gelsin.
Gelecek qonaqlariniz ucun mence numeroloji,Kuantum,oyanış ile bagli qonaqlari gormek isteyerik.Tesekkurler
Size ugurlar arzu edirem Orxan sahbazi cox beyenirem
Orxan bey hər mövzunu çox gözel izzah etdi təşəkkür edirik
Cox sag olun bele seviyyeli verilise gore
Fərqli maraqlı mövzülara toxundunuz təşəkkürlər 👏🏻 müzakirəsi dəhşət geniş olan mövzular idi dinlədiqcə zövq aldım🫠
❤
Cox ela.meselenin her iki terefini de gostere bilmek ve anlaya bilmek onun helli yolunu da ortaya cixardir.mence her birimiz ozumuzden bir parca tapdiq.
Çox maraqlı debat idi təşəkkürlər . Hər ikinizə uğurlar diləyirəm. Orxan bəyin bir çox fikirləri ilə razıyam lakin Orxan bəyə xatırlatmaq istərdim ki, Azərbaycanlı olan Lütfi Zadənin ortaya qoyduğu qeyri-səlis məntiq həmçinin qeyri-səlis çoxluq nəzəriyyəsi sayəsində bir çox cihazın o cümlədən, texnikaların istehsalında nəinki Almaniya, bütün dünya istifadə edir. Təəssüflə bildirmək istəyirəm ki, bu nəzəriyyənin faydasını bizdən daha çox xarici dövlətlər görür.
Indiki cemiyyetin bu cür düshünen beyinlere çox ehtiyaci var.Davamli olsun inshallah🥰
Möhtəşəm debat idi.
Əvvəla gələn qonağın sözünü dəfələrlə kəsib öz fikrini yeritməyə çalışmaq etik deyil, Orxan bəy öz fikirlərini çox gözəl ifadə edir , istər dərin mənalı fikirləri , istərsə də çəkdiyi misallarla. Aynur xanım digər videolarınızdada diqqət etmişəm öz fikrinizi yeritməyə çalışmayın və imkan verin qarşınızdaki şəxs sözünü cümləsini fikrini bitirsin.
Tam razıyam.defelerle qonağın hər sözünü kəsib gebul etmiyib öz sözünü haqlı çıxardır ne derecede düzgün idi((( da niye çağırmışdın özün danışardında)))😂😂
Keyfiyyətli podcast, keyfiyyətli söhbət , keyfiyyətli qonaq seçimləri 👍 uğurlar.
İlk öncə hər iki tərəfə bu cür marifləndirici, maraqlı və birazda yaxşı anlamda qıcıqlandırıcı podcast üçün təşəkkür edirəm. Hər iki tərəfdə həm qəbul etmədiyim və eyni zamanda bəyəndiyim fikrlər oldu, çox sevindirici haldır ki, fikrlər zidd olsa belə bunu normal şəkildə ifadə edə bilirlər. Dünyagörüşümə əlavə düşüncələr, faydalı məlumatlar qatmış olduz, bunun üçün bir daha təşəkkür edirəm. Daha fərqli qonaqlarınızı dinləməyi gözləyirəm 😊 gələcəkdə daha böyük zalda izləyicilərlə fikr mübadiləsi aparılaraq keçirilməsini diləyirəm, bir daha təşəkkür edirəm ! ☺️
Təşəkkür edirəm, Nərmin.
Səbrsizliklə gözlədiyim o buraxılış. Çox zövq aldım 🫠 Top 3lüyümdən uzun müddət düşməyəcək buraxılışlarındandır. ❤️
Sizi yeni kəşv etmişəm, çox gözəl idi, daha da aydınlandım, təşəkkür edirəm hər birinizə❤
Salam menim 38 yaşım var 3 övladım var. Tecrubemden görürəm ki, bacarıqlı övladların olması üçün mehz keçmiş dövrün valideyni kimi olmaq daha yaxşıdı. Nece ki sizler eziyyetler çəkərək bele savadli və sağlam düşüncəli olmusuz . Bunun üçün valideynlerinize təşəkkür edin.
Sebirsizlikle gozleyirdim
Davami gelsin...Cox maraqlidi
Keyfiyyətli olmağı bacarırsınız 👍👍 və alınır , daim olsun uğurlarınız 🎉
Təşəkkürlər, Tərlan bəy.
@@AynurKhalilova *Tərlan xanım 😂❤
Maraqlı mövzulardır, lakin xanım imkan versə ki qarşı tərəf danışsın çox yaxşı olar. Artıq bir neçə müsahibəyə baxmışam xanım imkan vermir qarşı tərəfə
Belə davam edin superdi
Başdan sona qədər izlədim. Rəylərin çox hissəsini də oxudum. Birincisi mənim prizmamdan, subyektivimə görə, Aynur xanım da özünə və təfəkkürünə qəbullandıra bilmədiyi, linç yeməkdən çəkindiyi lakin fərqində olduğu bir eqo var. ( çox insana görə çox eqoist ola bilər, amma mənə görə normaldı o səvviyyədə). Bildiyimə görə aparıcılıq fəaliyyəti yeni olduğu üçün də qonaqlarla söhbət zamanı araya girmək, sözünü kəsmək də normaldı. Bəlkə on buraxılışdan sonra başqa cür olar. İdeal insan olmadığı kimi ideal aparıcı və dinləyici də yoxdur. Orxan bəy isə fikirkərinin az hissəsi ilə razılaşmadığım tək-tük insanlardan biridir. Bir saat on dörd dəqiqə izləməyim mənə bir şey qatdımı? Bəli düşüncələrimə nələrsə əlavə olundumu, yenə bəli. Təşəkkür edirəm bunun üçün də. Davamlı sağlam debatların olması diləyi ilə. Çox sağ olun.
Çox mükəmməl və maarifləndirici verliş oldu , təşəkkürlər 🙏🏼🙏🏼❤️
Çooox maraqlı idi. Bütün podcastları dinləyirəm. Dəvamlı olsun ❤❤❤
Super söhbət.Təşəkkür edirəm hər ikinizə
Çox maraqlı verliş idi. A+O deməyidə diqqətimdən qaçmadı)
cox gozel meqamlara toxunmusuz teshekkur edirem❤
Orxan bəy sizi alqış layıram .hərtərəfli izah edirsiz .
Her ikinize cox cox tesekkur edirem oz adimdan deyiremki cox sey oyrenirem analiz edirem ve etrafada sozumu fikrimi coc gozel swkilde ifade edirem
Ve xais edirem insanlardan gic gic videolara baxmaqdansa mariflenfirici ve heyatadaki realliqdan danisirlar gorurler paylassinlar insan baxib kimiseni yox ozu ozunu muzakire etsin ne duzdu ne sehfdi neyi tekmillesdirmeliyem.Orxan beyin lap evvelki videolarinada baxmisam cox gozel sekilde
Hem nitqinde
Hem fikirlerinde ozunu cox inkisaf etdirib ugurlari bol olsun
Bəh bəhhhh Ürəyimdən tikan çıxdıyeeeee Orxan bəyə gözəl cavablar verdiniz. Möhtəşəm Aynur xanım ❤
Mənə görə, gördüyüm ən səviyyəli debatlardandı!❤️
Orxan beyin butun danishdiqlarini bir metali sekilde sevdim!
Maraqlı fikirlər səslənir👏🏻
Çoox gözəl,,Əməyi keçən hər bir kesə təşəkkürlər.Davamlı olsun👍
Səni sevdiyi üçün qalır. ❤ Necə doğru bir cümlədir. Həqiqətən də maddi asılılıq olmasa, hər kəsin əli pula çatsa cəmiyyətdə məncə boşanmalar daha da artacaq. Dözüb oturan da o qədər qadın tanıyıram ki. Əsl sevgi hər iki tərəfin də iqtisadı asılılığı olmadığı təqdirdə bir-biriylə birlikdə qalmaq istəməsidir.
Gözəl xanlm❤❤
Təşəkkürlər, maraqlı fikir mübadiləsi aparılıb 🍀
Yorulmadan axra qeder baxdim ve dinledim👍🏼👌🏻
Xanlm dəfələrlə Orxan Şahbaza pula çevirirsən deyir. Qonağa deyilə biləcək heç xoşa gələn ifadə deyil. Orxan Şahbazın ən azından təhsilli, əsaslara dayanan cox savadll danışıqları var.Ağzından çıxan heç bir sözü öz şəxsi fikirləri ilə demir. Amma Aynur xanım şəxsi fikirlərini götürüb gəlib oturub pul qazanır)) gülməlidi. Dərin suallar verməyə çallşır amma söz çoxluğundan bir şey olmur.Qonağın davamlı davamlı sözünü kəsib,davamlı öz düşüncəsini yeritməyə çalışan,davamlı aha aha deyib amma deyilən sözü olduğu kimi yox öz tərəfindən başa düşməyə çalışan “tərəf” ilə nə dərəcə maraqlı öyrədici podcas ola bilərdisə o qədər oldu😁sual verir amma cavaba qulaq asmadan taak deyə növbəti əlaqəsiz sual.guya susdurur öz aləmində. Heç etik belə deyil. bu nədi Allah eşqinə.Əsəblərim pozuldu.
Bəyənib gonag çağırır sorada beyenmemis kimi özünü aparır hər sözünü əzməyə calisir😮
Təşəkkürlər 😊
Öncəliklə bu buraxılışda əməyi keçən hər kəsə təşəkkür edirəm 🎉əməyinizə sağlıq ❤
Aynur xanım bu cür savadlı və yerli yerində verilən suallarla dolu debat buraxılışınız, son saniyəsinə kimi dinləməyə vadar etdi məni.
Və bu cür səlis, savadlı və yerində düşünüb anında cavab vermək qabiliyyətini inkişaf etdirmək üçün bizə tövsiyə edəcəyiniz kitablara möhtacıq)))bu tövsiyənizi kanalda görmək ümidi ilə neçə belə gözəl buraxılışlara.....
hər şey çox əladı lakin xanımın özünündə demək istədiyi çox şey var deyə dinləmə mooduna keçə bilmir.❤❤❤
Orxan beyin özünü ifade etmeyi mükemmel . coğrafi problemin mence özündə hell eden insandir öz təfəkkürurun insan dəyişib.
Maraqlı debat oldu. Təşəkkür edirəm hər ikinizə. Amma mənim düşüncəmlə mənfiliklərlə yaşamaq lazım deyil. Azərbaycan artıq usanır, qusmağı gəlir, Azərbaycanı və azərbaycanlını sevən insana həsrətdi.
Aynur halal olsun ! Cox gozel debat ; hem de gozel sohbet gedir (hele bitirmemisem bu arada) Babusu zadi cagirmadigvi dusunurem amin 😅
Səbrsizliklə gözlədiyim və gözlərimin tam haqqın verən 1 buraxılış idi...Orxan bəy və Aynur xanım sevilirsiniz🩶🩶
Cox sag olun tesekkurler ❤
Super söhbet.Uğurlar
Təşəkkürlər bu cür möhtəşəm podkast üçün😊
Canım Qızımmmm halal olsun sene üreyımden xeber verdın 🤲🏻🙅♀️💯
Hemisheki kimi choox maragli 👏
Çox gözəl fikirlərdir
Cox maraqli movzuya toxunmusuz. Cox heyfki Orxan bey kimi inkisaf edib deysmek isteyen kisiler bizim cemiyyetde azdi. Ele oz evimin icini misal ceke bilerem.Ve bizimde kecmis zehiniyyetle boyutmek istemediyimiz ogullarimizi ozlerine benzetmek isteyirler.
Hər şey sizdən başlayır, Ramilə xanım. Mütləq dəyişməyə və dəyişdirməyə çalışın.
Cox gozel debat idi. Orxan bey fikirleri eladir amma travmalarini cox bildirir. Aynur xanim mohtesemsiz
Çox sağ olun.
Çox maraqlidi 👍🏼👍🏼
Salam hər vaxtınız xeyir olsun sizcə faydalı və xeyirli insan necə olur necə olmalıdır
Çox maraqlı bir söhbət alınıb.
1 nefese izledim, tesekkurler ❤
Mən xanımam 56ıl düşnüürdüm amma gerekki hamı sizin düşndüynüz kimi düşnə əla . Sevırəm sizi❤❤
Marağlı movzuyu müzakirə etdiz. Özünü inkişaf etdirmək hər yaşda gözəldir. Təəsüf ki sizin kimi düşünən, düzgün başa düşüb, düzgün qiymətləndirən adamlar çox azdir. Sizi hər zaman izləyirəm. Həm modellərinizi həm söhbətlərinizi. Həm kanalda həm RUclips- da. Hər dəfə marağlı movzulari müzakirə edirsiz. Belə də davam edin. Uğurlar sizə.
çox sağ olun!
Təzadlı fikirlərlə dolu maraqlı bir hərşeyşünas oldu. Teşekkür edirəm hər ikinizə👍
Təşəkkürlər, İlhamə ❤
@@AynurKhalilova İlahə 😊
Bravooo ❤
Möhtəşəm debat❤
salam.cox mohteshem..seve -seve , zovqle dinledim.genclere cox gozel tesir ede biler bele podcastlar. teshekkur edirem,bu tip layihelerin ishiqlandirilmasi ucun eziyyeti olan komandaniza... tak derjat))) muzakirelerde bir nuansi cox gozledim, Aynur deyende ki 25 yashli qiz,hec ne bilmir,oxumaga da vaxti yoxdur,oz guvenini nece yarada biler,Orxan dedi bunnan sonra yeqin ki hec vaxt.. neeccebse Aynur bashqa suala kecdi.gozleyirdim ki Aynur deyecek ki hec ne ucun hec vaxt gec deyil.her yashda nelerise derk etmek olar.cunki 18 yawdaki gencle 25 yashdaki bash o bash deyil.ve ya 5il sonra tam ferqli dushuncelerdi.. mence insan istediyi vaxt heyatini,baxish terzini ve dushuncelerini koklu deyishe biler.. ozunuz de qonaqlariniz da cox hormetli ve sevilen deyerli olanlardi.. ugurlar..❤
Отличный диалог получился. Саг олун!
Çox maraqlı söhbətlərə görə təşəkkür edirəm. Maraqla dinlədim.
Ammma Orxan bəy bizim mentalitetimizə görə cinsi əlaqə evlənməmişdən qabaq olmur dediniz,bu heç düzgün yanaşma deyil,axı Məsələ sadəcə,biz yox.Bir müsəlman olaraq haram sayılan insanla yaxın münasibət qurmaq olmaz. Bu günahdır. Təmizlik,saflıq və sadiqlikdir.