Elnur Quliyev - Sehid balam XUDAYAR

Поделиться
HTML-код
  • Опубликовано: 13 сен 2024
  • Söz: Cavid Qurbanov
    Musiqi: Bəhruz Əliyev
    Rejissor: Rüfət Ali İmran
    Aranjiman: Teymur Şahmarov
    Ləqəbi Xudu
    Doğum tarixi 15 iyul 1998
    Doğum yeri Bərdə, Azərbaycan
    Vəfat tarixi 22 oktyabr 2020 (22 yaşında)
    Vəfat yeri Ağbənd, Zəngilan, Azərbaycan
    Dəfn yeri Bərdə Şəhidlər Xiyabanı
    Vətəndaşlığı Azərbaycan
    Hərbi fəaliyyəti: Mənsubiyyəti Azərbaycan Ordusu
    Qoşun növü Sərhəd Qoşunları
    Xidmət illəri 2016-2018 / 2020
    Rütbə OR-8 AZE ARMY.svg Gizir
    Döyüşlər Vətən müharibəsi
    • Cəbrayıl döyüşləri
    • Zəngilan döyüşləri
    Təltifləri "Azərbaycan Bayrağı" ordeni - 2020
    "Vətən uğrunda" medalı - 2020
    "Zəngilanın azad olunmasına görə" medalı - 2020
    Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub.[1] Atası - Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası - Rada Yusifzadə isə evdar xanım idi. Ailədə dörd uşaq olublar - üç qardaş və bir bacı. Xudayar Yusifzadənin doğumundan 24 gün sonra atası vəfat edib.
    Xudayar Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. Subay idi.
    Hərbi xidməti
    Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlühəsizliyi Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət elədi və "gizir" hərbi rütbəsi aldı.
    2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.
    Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
    Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
    Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
    Fenomenə çevrilməsi
    Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl Əliağa Vahidin "Vətən yaxşıdır" şeirini ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Həmin video qısa müddət ərzində sosial medialarda dasdana dönüb. Onun şəhid olmasından sonra isə həmin video daha geniş vüsət aldı və Xudayar Yusifzadə qısa müddət ərzində Dasdana döndü
    ALLAH bütün Şəhidlərimizə rəhmət etsin

Комментарии • 13

  • @rufataliyev706
    @rufataliyev706 Год назад +1

    Allah butun səhidlərmizə rəhmət etsin.

  • @PROGAMER_0616
    @PROGAMER_0616 Год назад +1

    ALLah Rəhmət eyləsin

  •  2 года назад +5

    Allah cəmi şəhidlərimizə rəhmət eləsin amin

  • @ekbernesibzade6256
    @ekbernesibzade6256 2 года назад +4

    Allah rehmet elesin sehitlerimize

  • @dunya9157
    @dunya9157 2 года назад +3

    Allah rəhmət eləsin can şəhidim

  • @samirbeshirov8043
    @samirbeshirov8043 Год назад +1

    Çox tesrli alınıb😢

  • @mehpareemirov207
    @mehpareemirov207 2 года назад +2

    😭😭😭😭😭 Xudayara Bibisi qurban ay bala😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @mehpareemirov207
    @mehpareemirov207 2 года назад +2

    CANBALA CAN😭😭😭😭😭

  • @elcanbrdli4575
    @elcanbrdli4575 2 года назад +2

    Yenə xaiş edirəm aktyorun adını deyin nolar

  • @elcanbrdli4575
    @elcanbrdli4575 2 года назад +4

    Aktyorun adı nədir ?

    • @turanemiraslanli3301
      @turanemiraslanli3301 2 года назад +1

      Aktyorun adi Elsevərdi.Mahnini ifa eden Elnur Quliyevin ogludu.

  • @elcanbrdli4575
    @elcanbrdli4575 2 года назад +2

    Aktyorun adı nədir dayı deməsəzdə təkrar təkrar soruçacam 🙏🙏🙏

  • @elcanbrdli4575
    @elcanbrdli4575 2 года назад +2

    Nolar xaiş edirəm yalvarıram aktyorun adını deyin nolar 🙏🙏💔💔🇦🇿🇦🇿