Seyyid Taleh - Mən ağlıram, balam gülür / Mənim balam qəhrəmandır

Поделиться
HTML-код
  • Опубликовано: 6 фев 2025
  • Seyyid Taleh - Mən ağlıram balam gülür / Mənim balam qəhrəmandır
    Mircəlal Qurbanovun layihəsi
    Söz : Ustad Kəlami
    Mus : Ustad Hacı Nasir Məddah
    Aranjiman : Fəriborz Xatəmi
    Sözləri ⬇️
    İlahi, şahid ol özün, mən ağlıram balam gülür
    Yavaş-yavaş yumur gözün, mən ağlıram balam gülür
    Atıbdı Hərmələ oxun, kamanı saldı çiyninə
    Əlimdə bənzədi balam, yaralı bir göyərçinə
    Salar ölüncə bu yara Rubabi qəm kəməndinə
    Anası öldürür özün, mən ağlıram balam gülür
    Çəkib anası altı ay, bu nazidanə nazını
    Gətirdi Kərbəlaya ta, ala öz imtiyazını
    Necə açar qəmatini, necə öpər boğazını
    Desəm çətindir ox sözün, mən ağlıram balam gülür
    Mən oğlumu gətirmişəm, nigarıma fəda edəm
    Gərək əzizimin qanın, göyə səpəm dua edəm
    Ki ta tamami aləmi, bu eşqə aşina edəm
    Deyəm bəlalara dözün, mən ağlıram balam gülür
    Nə su veribdi Hərmələ, nə də tərəhhüm eylədi
    Çəməndə bağibanilən gülü təcəssüm eylədi
    Eşitdi Fatimə səsin, balam təbəssüm eylədi
    Behiştə döndərib üzün, mən ağlıram balam gülür
    Mən ağlıram bu illətə, anası müntəzir qalıb
    Balam gülür buna görə, behiştdən ətrini alıb
    Hərəm quşu qanad çalıb, qolunu boynuma salıb
    Görübdür eşq möcüzün, mən ağlıram balam gülür
    Kəlami tikmədi gözün, cahanda şer ümidinə
    Balası getdi yaralı, şehidi eşq dininə
    Özü gözünü bağladı, kəfən biçib Səidinə
    Dedi balamdan əl üzün, mən ağlıram balam gülür
    Rəsmi kanalımıza abunə olun 👇
    wedia.link/UPbm1
    Facebook 👇
    wedia.link/7uUqF
    instagram 👇
    wedia.link/p3N5X
    Tiktok 👇
    wedia.link/C7OzV
    Twitter 👇
    wedia.link/ZuDU3
    (tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
    ”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
    Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
    #SeyyidTalehBoradigahi #Menaglirambalamgulur #EliEsgerMersiyyesi

Комментарии • 1,9 тыс.