DİQQƏT! Saçlarınız tökülürsə, Çarəsi budur - Saç tökülməsinə son

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Saç tökülməsi problemi haqqında bilməmiz gərəkənlər
    Saç tökülməsi yaşadığımız dövürdə hər gün tez-tez rastlaşdığımız çox ciddi problemlərdən biridir. Əvvəlcə bu vəziyətin nə qədər ciddi olub-olmadığın dəqiqləşdirməliyik. Bilməyiniz vacib olan bir neçə məlumatları sizlərlə bölüşürük.
    Saç tökülməsi haqqında ümumi anlayışlar
    Əslində saç tökülməsi təbii bir prosesdir, çünkü gün ərzində 70-120 saç teli tökülürsə bu zaman bu hal problem sayılmır, çünkü hər bir insanda gün ərzində maksimum 120 saç teli tökülüb yerinə yenisi inkişaf edir.bu val demek olar bütün zamanlarda davamedir. Adətən tökülən və yeni çıxan saçların sayı eyni səviyyədə olur, amma bəzi vəziyyətlərdə tökülən saçların miqdarı artır. Bu zamanda tökülən saçlar ciddi keçəlləşməyə gətirib çıxarır.
    İlk öncə bunu bilməliyikki bir saç telinin ömrü normalda 3-7 il olur. Bu hal fizioloji bir prosesdir. Bunu unutmamalıyıq saç tökülməsi ciddi formadadırsa bu zaman problem yalnız saç dərisi xəstəlikləri ilə əlaqəli deyil.
    Normal bir insanda saçlı dəridə 150.000 saç follikulu mövcuddur. Ama 10%-i telogen dövrdədir. Bu nə deməkdir?
    Saç telinin 3 yaşama dövrü var: anagen (böyümə), katogen (kökdən ayrılma) və telogen (istirahət).
    Böyümə dövrü tük ömrünün ən uzun mərhələsidir, 3-6 il dir, tam saçların 85% məhz bu dövrdə olmalıdır və bu dövrdə saç ortalama ayda 1.5 sm uzanır. Kökdən ayrılma dövrdə tük follikulu öz kökündən qopur ki, yeni tük əmələ gəlsin və bu proses 1-3 həftə dəvam edir. Kökündən qopan tel bir neçə ay (2-4 ay) istirahət dediyimiz dövrdə saçlı dəridə ömrünü sürür.
    Trixologiya - saç problemləri ilə məşğul olan ve onuda qeyd edəkki tibb elminin ən gənc sahələrindən biridir.
    Saç tökülmələri hansı səbəbdən yaranır?
    Əsasən saç tökülməsi 2 qrupa bölünür:
    Telogen alopesiya (saçlar zamanla tökülür)
    Anogen alopesiya (qısa zamanda dazlaşma)
    Telogen saç tökülməsi xroniki və kəskin formalara bölünür. Aralarındakı fərq budur ki, kəskin tökülmə 6 ay davam etdikdən sonra dayanır. Xroniki forma isə 6 aydan çox sürür və bəzən illərlə dayanmır. Telogen alopesiyada tam keçəllik yaranmır.
    Telogen saç tökülməsinin səbəbləri:
    ciddi dəmir və sink çatışmazlığı
    pəhriz və qeyri-düzgün qidalanma
    hormonal fonun dəyişməsi. Doğuşdan 1-5 həftə sonra saç tökülməsi müşahidə olunur. Belə vəziyyət bir neçə ay davam edir. Lakin ciddi narahat olmağa əsas yoxdur. Bu, hormonal fondakı dəyişikliklər, stress, qan itkisi ilə əlaqəlidir. 6-12 ay sonra sağalma baş verir.
    keçirilmiş əməliyyat və ya travmalar
    kəskin infeksiyalar
    güclü stress
    qeyri-düzgün baxım, tez-tez saç yumaq ve fen istifadəsi, düzləşdirmə.
    Təbii ki, nəticə etibarı ilə həm keçəlləşmə, həm də saç tökülməsi insanın xeyli miqdarda saç itirməsinə gətirib çıxarır bu proseslərin səbəbləri gördüyünüz kimi müxtəlifdir.
    Əsəb və stres zamanı yaranan saç tökülməsi
    Stress vəziyyətləri və vegetativ sinir sisteminin pozulmaları baş dərisinin damarlarının daralmasına gətirib çıxarır. Davamlı streslər zamanı damarlar normaya qayıda bilmir; bu isə saçların ciddi şəkildə tökülməsinə səbəb olur, bu səbəbdən saç follikllarının qidalanması pisləşir.

Комментарии • 211