Uşaqlarda saç tökülməsi hansı xəstəliklərin əlamətidir?

Поделиться
HTML-код
  • Опубликовано: 11 апр 2021
  • (STUDIYA) Böyüklərdə tez-tez rast gəldiyimiz saç tökülməsi uşaqlarda da müşahidə olunur. Uşaqlarda hər gün 2- 3 saçın düşməsi norma sayılır. Amma gözə çarpacaq dərəcədə saç tökülməsi müşahidə olunursa bu artıq narahatlıq doğurmalıdır. Təssüf ki, bəzən bu problemə normal saç tökülməsi kimi baxırıq . Amma adi saç tökülməsi kimi baxdığımız bu problem hər hansı xəstəlikdən də xəbər verə bilər.
    K/M Follikulların fəaliyyəti, istər uşaqlarda istərs də böyüklərdə insanlarda eynidir. Saçlar zədələnə, onların böyümə dövrü pozula bilər ki, bu da başda tüklərin tökülməsinə səbəb olur. Bir yaşına qədər uşaqlarda fizioloji keçəlləşmə təbii prosesdir. Alın və ənsə nahiyəsində saçların tökülməsi stabil sürtünmə ilə əlaqədardır. Belə olan halda saçların inkişafı tədricən, heç bir xüsusi müalicə aparmadan bərpa olunur. Pediatr Ulduzə Ələsgərli deyir ki, uşağın saçlarının əhəmiyyətli dərəcədə seyrəlməsi və ya tamamilə tökülməsi, bir çox hallarda normal proses olsa da, bəzən hansısa xəstəliyin siqnalı da ola bilər.
    SİNXRON: ULDUZƏ ƏLƏSGƏRLİ PEDİATR
    K/M Həkim deyir ki, bu patologiya irsi xarakter daşıya bilər. Alopesiyalı uşağın valideynləri erkən yaşlarda saç tökülməsindən əziyyət çəkərsə, bu, keçəlliyin ailə formasından xəbər verir. Uşaqlarda alopesiya uzun müddətə müalicə olunan xəstəlikdir. Xəstəliyin ocağı dəqiq və vaxtında araşdırılarsa asanlıqla da müalicə tabe olar.

Комментарии •