Это видео недоступно.
Сожалеем об этом.

MURAD MİRZƏYEVİN XATİRƏSİ ƏBƏDİLƏŞDİRİLİB

Поделиться
HTML-код
  • Опубликовано: 11 апр 2017
  • “O, özünü Mehdi Hüseynzadəyə oxşadırdı. Onun kimi hərəkət etmək, onun kimi ölmək istəyirdi. İstəyinə, muradına çatdı”. Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyevin yaxınları onun barəsində belə deyirlər. Artıq Murad Mirzəyevin şəhidliyə qovuşmasından bir il keçir. Azərbaycan xalqının qəhrəman oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə Bakı şəhərində yaşadığı binaya barelyefi vurulub.
    Xatirə lövhəsinin açılış mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri və onun döyüş yoldaşları iştirak ediblər. Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani Milli qəhrəman Murad Mirzəyevin həyat və döyüş yoluna nəzər salıb. Bildirib ki, o, ABŞ-da Rencer kursunu bitirən ilk və yeganə azərbaycanlıdır. Müdafiə Nazirliyinin idarə rəisi, general mayor Rasim Əliyev deyib ki, aprel döyüşləri Azərbaycanda qələbənin başlanğıcı olub. Çünki məhz bundan sonra ordumuz Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Füzuli rayonu istiqamətində yerləşən "Lələtəpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirib. Qeyd olunub ki, aprel döyüşləri Azərbaycan xalqında qələbəyə inam yaradıb.
    Muradın döyüş yoldaşları bildiriblər ki, onlar bundan sonra da vətən, xalq və dövlət qarşısında borclarını şərəflə yerinə yetirəcək, torpaqlarımızı mərdliklə qoruyacaqlar.
    Milli Qəhrəmanın xatirə lövhəsi qarşısına gül dəstələri düzülüb. Mərasim iştirakçıları sonra Murad Mirzəyevin məzarını ziyarət ediblər. Onun dəfn olunduğu ikinci Fəxri Xiyabanda aprel döyüşlərində həlak olan digər qəhrəman şəhidlərin məzarları da ziyarət edilib, onların ruhuna dualar oxunub.

Комментарии •