Deyirlər ki, qız bibiyə oxşayar, Mənim balam xalasına bənzəyib. Anasının bacıları bir deyil, Üzündəki xal hansına bənzəyib? Dam dolusu toyu çəkib - birinə, Şirinlikdə suyu çəkib - birinə. Ucalıqda boyu çəkib - birinə, - Balaca Qız qalasına bənzəyib. Anasını çıxarmayıb yadından, Od alıbdır gözlərimin odundan. Ad alıbdır nənəsinin adından, Şirin-şəkər laylasına bənzəyib. Gəlişindən evimizə gün düşüb, Qonşulara haray düşüb, ün düşüb. Hansı alma budağından gen düşüb?! Körpə ceyran balasına bənzəyib. Kirpikləri yaranışdan hörgüdür, Təbiətin təşbehidir, görküdür. İkimizin arasında körpüdür, Bir az mənə, bir az ona bənzəyib. Nə az, nə çox, on ay keçib ilindən, Təzə-təzə sözlər bitir dilindən. "Yanıqlıyam" anasının əlindən, - Nə yaxşı ki, xalasına bənzəyib…
Senetkar allah rehmet elesin
👏👏👏
👑👑👑👏👏👏
👏👏👏👏👑👏👏👏👏👏👏👏👏
Deyirlər ki, qız bibiyə oxşayar,
Mənim balam xalasına bənzəyib.
Anasının bacıları bir deyil,
Üzündəki xal hansına bənzəyib?
Dam dolusu toyu çəkib - birinə,
Şirinlikdə suyu çəkib - birinə.
Ucalıqda boyu çəkib - birinə, -
Balaca Qız qalasına bənzəyib.
Anasını çıxarmayıb yadından,
Od alıbdır gözlərimin odundan.
Ad alıbdır nənəsinin adından,
Şirin-şəkər laylasına bənzəyib.
Gəlişindən evimizə gün düşüb,
Qonşulara haray düşüb, ün düşüb.
Hansı alma budağından gen düşüb?!
Körpə ceyran balasına bənzəyib.
Kirpikləri yaranışdan hörgüdür,
Təbiətin təşbehidir, görküdür.
İkimizin arasında körpüdür,
Bir az mənə, bir az ona bənzəyib.
Nə az, nə çox, on ay keçib ilindən,
Təzə-təzə sözlər bitir dilindən.
"Yanıqlıyam" anasının əlindən, -
Nə yaxşı ki, xalasına bənzəyib…
Var olun