İlhame Quliyeva (ilk) - Budu bu (Qaşları kaman) - Emin Sabitoğlu

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • İlhame Quliyeva (ilk) - Budu bu (Qaşları kaman) - Emin Sabitoğlu
    Budu bu!
    Musiqi / Music : Emin Sabitoğlu (1937-2000)
    Sözləri / Lyrics : Zeynal Cabbarzadə (1920-1977)
    Qaşların Ayın parası,
    Gözləri qətran qarası,
    Bir canlar alan gülüşü
    Bütün dərdlərin çarası.
    Ay qaşı kaman, budu bu!
    Canımı alan budu bu!..
    Buluda bax ey, buluda,
    Yar məni salıb duruda,
    Mən onu heç unutmaram,
    Qorxuram, məni unuda.
    Əlimdən alan budu bu!
    Qaşları kaman budu bu!
    Dağlarda sular süzülər,
    Ulduzlar göyə düzülər,
    Yara bir acı söz desəm,
    Mərcan dodağı büzülər.
    Dodağın büzən budu bu!
    Canımı üzən budu bu!
    Başımda qarım-dumanım,
    Var görüşünə gumanım,
    Yar məni salıb oda,
    Mən gərək dözüm, dayanım.
    Qaşı kamanım budu bu!
    Dəli ceyranım budu bu!

Комментарии • 90