Kamran M. YuniS - Hərdən də bağla qapıları...

Поделиться
HTML-код
  • Опубликовано: 29 июн 2024
  • #kamranmyunis #kamranyunis #xəyyammirzəzadə #şeirlər
    #poeziyateatrı #şiirler #sevgişeirləri #poeziya #cızmaqara
    Kamran M. YuniS - Hərdən də bağla qapıları...
    Bəstəkar - Xəyyam Mirzəzadə - "Yeddi oğul istərəm" filmindən musiqi
    Hərdən də bağla qapıları,
    pəncərələri,
    Tək qal özün özünlə.
    Dərdləş özünlə.
    Bəlkə elə dərdin var
    kimsəyə deyə bilməyəcəyin…
    Barı özünə de,
    eşit özünü, az da olsa, nazını çək.
    İllərlə onun-bunun nazını çəkdin,
    yetmədimi?,
    Bir gün də öz nazını çək,
    çünki,
    özünün də o sevgiyə, sığala,
    ehtiyacın var.
    Var, mən elə duyuram, özümdən.
    Hərdən də özünü sev,
    az, laaap az
    təkəbbürlük olmasın deyə.
    Amma sev…
    sev özünü
    Çünki,
    “özünü sevməyəni kimsə də sevməz.”
    “özünə dəyər verməyənə, kimsə də dəyər verməz”
    Hərdən…
    Hərdən də bağla qapıları, pəncərələri…
    dərdləş özünlə,
    yoldaş, sirdaş ol özünə… hərdən.
  • КиноКино

Комментарии • 24

  • @cickyags4191
    @cickyags4191 11 дней назад +6

    Bir gün də öz nazını çək, çünki özünün də o sevgiyə, sığala ehtiyacı var.
    🌺🌺🌺🌺🌺👏👏

  • @behbudovamanzar
    @behbudovamanzar 11 дней назад +2

    "Cox təkəbbürlü olma ki,tək qalarsan,cox sadə olma ki,ayaqlar altinda qalarsan!"(İmam Əli(ə))

  • @elzaasgarovapasayeva5296
    @elzaasgarovapasayeva5296 11 дней назад +4

    Sevilən,seçilən sənətkarımız💙

  • @ramilnerimanzade8251
    @ramilnerimanzade8251 11 дней назад +3

    Yaşa sənətkar

  • @yeganequliyeva664
    @yeganequliyeva664 11 дней назад +4

    Axşamınız xeyir olsun sevimli Sənətkarımız!🤲

  • @zemfirababayeva4926
    @zemfirababayeva4926 11 дней назад +6

    Deyirlər özünə nə dəyər verirsənsə qiymətin də odur😔İnsan özünü sevməlidir vay halına yaşlananda anlayıb özünndən küsənlərin.

  • @dnizdniz7523
    @dnizdniz7523 11 дней назад +3

    Axşamınız xeyir olsun.

  • @nurlanamammedova8026
    @nurlanamammedova8026 10 дней назад +1

    Yoldaş,sirdaş ol özünə hərdən..

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 11 дней назад +2

    Tamamilə doğrudur

  • @YaqutOsmanov
    @YaqutOsmanov 8 дней назад +1

    Ürəyiniz ..ruhunuz qəm görməsin Ustad

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 11 дней назад +2

    Axşamınız xeyir dəyərli sənətkarımız

  • @zemfirababayeva4926
    @zemfirababayeva4926 11 дней назад +4

    👍🎧

  • @Əbülfəzqızı
    @Əbülfəzqızı 10 дней назад +1

    Qələminizə, səsinizə qüvvət, dəyərli Ustadımız!

  • @raulagayev1657
    @raulagayev1657 11 дней назад +3

    🙏🙏

  • @YaqutOsmanov
    @YaqutOsmanov 8 дней назад +1

    Sevə sevə dinlədim yenidən bu möhtəşəmliyi Var olun Kamran Bəy.

  • @elmarammmdova882
    @elmarammmdova882 11 дней назад +3

    Axşamınız xeyir,dəyərli sənətçi.

  • @vusalemelik.8108
    @vusalemelik.8108 10 дней назад +1

    Var olun çox dəyərli Kamran bəy🙏✨️

  • @xatirebaxsaliyeva9507
    @xatirebaxsaliyeva9507 11 дней назад +1

    Təşəkkür edirəm .

  • @behbudovamanzar
    @behbudovamanzar 10 дней назад +1

    Salamlar! Kamran bəy!O, nazını çəkdiklərimiz elə nazimizla oynayırlar ki...baba_ nənədən düz nəvə_ nəticəyə qədər!Heç bizə ehtiyac qalmır!Üstümüzdə yarpaq kimi əsirlər,bizim üçün elə narahat olurlar ki???Heç biz özümüzə onlar qədər dəyər vermirik!Və ...yadlar da onun kimi!Ona görə də...Bu Allahin bizə: tənha deyilən insanlara bəxs elədiyi ən böyük lütfüdür!Hamının qapıları hər zaman üzümüzə açıqdır!Hər yerdə arzu olunan insanlarıq!Biz hara getsək, özümuzlə bir dünya sevinc aparırıq!Ona görə də bizim nə dərdimiz ola bilər?Allah bir də sevdiyi insanlara dərd verir,onu sınağa çəkir,sonra da mükafatlandırır!Xəstəliklə canından etdiyi günahların əvəzini çıxarır və onu paklasdirir!Ən böyük dərdimiz torpaq dərdi idi!Şükür ki, torpaqlarımız şəhidlərimiz,qazilərimiz, əsgərlərimizin sayəsində azaddır!Qaldı o xırda problemlərə?...Onlar elə də əhəmiyyət kəsb eləmir!Biz çox xoşbəxt insanlarıq ki,ölkəmizin ərazi bütövlüyü təmin olunub!Burada da bir vətəndaş kimi hamımızın əməyi var!Və...Sizin kimi dəyərli insanlarla ,ölkəmizi dünyada tanıdan insanlarla bir ölkədə yaşayırıq!Bir insana lazım olan hər şeyimiz var!Ən böyük sərvət insanın özüdür!Ona görə də çalışaq, özümüzü qoruyaq!Birinci göydə Allah bizi qoruyur!Sonra da...bir az özümüz,bir azca da ,bəlkə də bizdən də çox ətrafımız!Hamıya dəyər verək,əvəzini də alaq!Əvəzi mütləq gələcək! Sadəcə,bir az geci _ tezi var!Elə ki,bir az dərd üstün gəldi,tez qaçaq təbiətə,dostların,sevdiklərimizin yanına!Onlar bizə elə gözəl sevgi ötürəcəklər ki...Getməsəkdə,elə bir telefon zəngi bəs edər!Və ... sevdiyimiz kanallara bir nəzər salaq! Sizin ifanızda bir gözəl şeir dinləyək!Təbiət gözəlliklərinə baxaq!Yoxsa???Qapını ,pəncərəni bağlayaq,özümüzlə baş _ başa qalaq???Mənim ürəyim partlayar,onda!😞😞"Gərək məni tərifləsinlər,gözəlsən !_desinlər,özü də qadınlar!"🤣🤣Bax,onda dünyanın xoşbəxti oluram! Pessimist olmayaq! Özümüzü şən notlara kökləyək!Siz demişkən,bir simamiz var,onu nə qədər gozəlləşdirsək də,eyni adamıq da.a!Sizə gozəl əhval_ ruhiyyə arzu edirəm!🌹🌹🌹🌹🌹Həmişə hamının sevdiyi bir İNSAN kimi olasınız! İnşallah!🤲💯🤲

  • @nezaketletifova1118
    @nezaketletifova1118 11 дней назад +2

    Geceniz xeyir deyerli senetkar

  • @shahlaibrahimli5600
    @shahlaibrahimli5600 11 дней назад +1

    🙏🙏🙏

  • @nanasefereliyeva3334
    @nanasefereliyeva3334 2 дня назад +1

    Cavanlığda anlamadım,indi artığ gecdi.

  • @useruser5401
    @useruser5401 11 дней назад +2

    🙏