Kamran M. YuniS - Ölüm, işdir gəlsən...

Поделиться
HTML-код
  • Опубликовано: 15 июн 2024
  • #kamranmyunis #kamranyunis #eminsabitoğlu #şeirlər
    #poeziyateatrı #şiirler #sevgişeirləri #poeziya #cızmaqara
    Kamran M. YuniS - Ölüm, İşdir gəlsən...
    Bəstəkar - Emin Sabitoğlu - "Dörd bazar günü" filmindən musiqi
    Ölüm...
    işdi gəlsən, qapını döymə!
    Mən gecə döyülən qapılardan diksinirəm.
    Işdi gəlsən...
    astaca, sakitcə, yuxu kimi gəl.
    Gəl, gir yuxuma,“Gəl gedək” de, və gedək.
    Ölüm...
    işdi gəlsən,
    astaca, barmaqlarının ucunda gəl,
    nəfəsinin üstündə gəl.
    Gəl, əl-ələ tutaq gedək.
    Gedək astaca, sakitcə.
    ...nə dil bilsin, nə dodaq.
    Gedək üzü günbatandan, gündoğana.
    Ölüm... işdi gəlsən...
    Yəni... onsuz da gələcəksən nə vaxtsa
    istəsəm də, istəməsəm də.
    Odur ki, gəlsən
    Ölüm kimi yox,
    O dünyaya doğum kimi gəl.
  • КиноКино

Комментарии • 24

  • @lolaazeri3917
    @lolaazeri3917 25 дней назад +4

    Gecindən gəlsin.
    Var olun.
    DƏYƏRLİ SƏNƏTKARIMIZ.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 25 дней назад +4

    Axşamınız xeyir olsun sevimli Sənətkarımız!🤲

  • @yaghmurluroya8358
    @yaghmurluroya8358 25 дней назад +3

    Ustad🎧👏👏👏👏👏👏👏👏

  • @user-qd5jv1ki5r
    @user-qd5jv1ki5r 25 дней назад +3

    Allah sizə ömür versin Sənətkar

  • @user-mb8xc5xc4t
    @user-mb8xc5xc4t 3 дня назад +1

    Çooox saq olun bu gözəl şerlər üçün. O qədər sevə sevə dinləyirəm. O qədər gözəl söyləyirsiniz.təşəkkür edirəm🙏🙏🙏🙏

  • @cickyags4191
    @cickyags4191 25 дней назад +2

    Allah vaxtsız ölüm, itimdən kənar etsin Ustad! Yazın, yaradın, yaşayın! Var olun! 👏👏👏👏👏👏👏

  • @VusalBdlova-xu7tb
    @VusalBdlova-xu7tb 25 дней назад +1

    Dəyərli insan, Allah gecindən versin, uzun illər bizi sevindirin, qəlbiniz, üzünüz daim gülsün.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 25 дней назад +3

    Allah sağlıq dolu, gözəl ömür nəsib etsin Ustad! 🤲🤲🤲🤲🤲

  • @yeganemustafayeva8939
    @yeganemustafayeva8939 25 дней назад +3

    Gecindən gəl...

  • @vusalemelik.8108
    @vusalemelik.8108 25 дней назад +2

    Səsiniz həmişə gəlsin, qələminiz iti olsun. Yazın, yaradın. Var olun dəyərli Kamran bəy🙏✨️

  • @xuramanisayev5173
    @xuramanisayev5173 25 дней назад +2

    ALLAH UZUN ÖMŪR CAN SAĞLIĞI VERSİN SİZƏ YAZIN YARADIN GÖZƏL SƏNƏTKAR ✍️🎙👏👏👏

  • @yaghmurluroya8358
    @yaghmurluroya8358 25 дней назад +3

    Mən gecə döyülən qapılardan diksinirəm.....

  • @xatirebaxsaliyeva9507
    @xatirebaxsaliyeva9507 25 дней назад +1

    Təşəkkür edirəm dəyərli sənətçimiz .Xeyirli gecələr .

  • @raulagayev1657
    @raulagayev1657 25 дней назад +2

    🙏🙏

  • @elmarammmdova882
    @elmarammmdova882 25 дней назад +2

    Hər vaxtınız xeyir,dəyərli sənətçi.Allah sizə sağlıqlı uzun ömür versin.

  • @nurcahan6353
    @nurcahan6353 25 дней назад +4

    Xeyirli axşamlar Bəy! Allah qorusun sizi

  • @Əbülfəzqızı
    @Əbülfəzqızı 24 дня назад +1

    Səsinizə, qələminizə qüvvət, əziz Ustadımız!
    Ölüm ölümsüzlük qapısından içəri daxil olmaqdı.
    Ölüm, bəlkə də, ölümsüz olmaqdı, elə isə gəlirsə, gəlsin😊

  • @yaghmurluroya8358
    @yaghmurluroya8358 24 дня назад +1

    Sabahlarınız xeyir olsun.... Mən hələ də dinləyirəm və kövrəlmişəm.......

  • @nezaketletifova1118
    @nezaketletifova1118 25 дней назад +3

    Axşamınız xeyir deyerli insan

  • @sevdababayeva6225
    @sevdababayeva6225 25 дней назад +1

    👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @zemfirababayeva4926
    @zemfirababayeva4926 25 дней назад +1

    👍🎧

  • @behbudovamanzar
    @behbudovamanzar 25 дней назад +2

    Salamlar!Siz deyəsən başqa mövzu tapmirsiniz! Ölümu elə gözəl tərif edib, çağırırsiniz ki...May ayında yazmısınız!Yaxşı ki...deməli keçmiş zamandir!Bundan sonra ..yəqin ki,daha yazmazsınız!!!Nə vaxtsa gələcək bilirik,bizə xəbər vermədən!Amma?Nikbin olaq!Yaxşı şeylər haqda düşünək!Uzun ömür yaşayaq! Etmədiklərimizi edək!Bu dünyadan rahat gedək!Hələ görüləsi çox işlər bizi gözləyir! Düzdür ki,mənim heç bir işim qalmayıb!Mənim sinif yoldaşımın nəticəsi də var!Mən isə???Bu haqda hec təsəvvürü m belə yoxdur!Siz isə?.??Hələ nə yaşınız var?Həyatdan elə küskün sunuz ki....Hələ bizim qədər yaşayın,sonra həyatın necə şirin olduğunu biləcəksiniz!Heç nə deyə bilmirəm!Əlimdə o qədər tutarlı faktlarım var ki... Bilmirəm,necə sizə həyati sevdirim?Bəs siz sizi sevən dostları, doğmaları,yadları belə heç düşünmürsünüz?Məsələn ,heç kəs mənim nə vaxtsa öləcəyimi yadına salmır!Elə mən də!😂 Sizin 30 yaşınizdakı "Hamlet"tamaşasında ki oyununuz hele xəyalımdadir!Bəs o vaxt ölüm haqda heç düşünürdünüz?Yox!Mən də gənc olanda elə cavan idim ki...Heç qocalıq haqda belə düşünmürdüm!Elə bilirdim ki ..elə həmişə cavan olacam!🤣Və ...illər keçdi...heç ölümü özümə yaxın buraxmadım!Nə vaxtsa gələcək də.ə!Durub ölməyimin dərdini çəkəcəm?Onsuz da heç kəs bilmir!Aşıq Ali gör necə deyib:"Havaya baxıram,hava məğşuşdu Gəzdiyim oýlaqlar yadıma düşdü !Bir gün eşidər siz Ali da köçdü Sındı telli sazı,tazanə qaldı!"Sizə də üzün ömürlər! İnşallah,tezliklə pozitiv notlara köklenərsiniz!"Yuxu kimi" də sizi görüb,çox sevindim!Sizdən gözəl nur yayılır ətrafa!İstərdim bunu da biləsiniz! Bu qədər insanların zövqünü oxşayan video lar düzəldirsiniz!Sonra da... ölüm u arzulayırsiniz!Bütün bunlar necə zəhmətlə başa gəlir,bilirəm!Və??? Təşəkkürlər!🙏🌹💯🤲

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 24 дня назад +1

    Yəni onsuz da gələcəksən

  • @behbudovamanzar
    @behbudovamanzar 24 дня назад +1

    Ölümü elə gözəl təsvir edib çağırırsiniz ki,elə bil ki,o vəsf elədiyiniz"Bircəciyim", "Sevdiciyim" dediyiniz bir gozellə danışırsınız,sonra da əl _ ələ tutub gedirsiniz!Keçmişdə türklərin bir cizgi filminə baxmışdım!Kənddə olanda !Əzrayil(ə)gəlib bir cavan oğlanın canını almaq istəyir!O da ən çox sevdiyi qoca valideynlərinin onun əvəzinə ölməsini bildiyi üçün öz əvəzindən onların birinin canını almasını deyir!Və...Əzrayil(ə)gedir onların yanına ,nə ata,nə də anası oğlunun əvəzinə ölmək istəmir!Onda oğlan deyir ki,mənim sevdiyim bir qız var!Və...onun yanına get!Qız bir andaca razı olur!Və ...yad bir adam doğmalardan etibarlı çıxır!Öz əziz canindan kecmek istəyir!Bunu gorən Əzrayil(ə)onlarin hec birinin canini almır,, gedir o qoca canini cox istəyən valideynlərin canını alır!İndi ...Mən də sizə məəttəl qalmışam!Bu yaşda siz ölümu neyləyirsiniz?O rəhmətlik 38 yaşında ölən Nəzakət belə oxuyurdu:"Eşqə yurd isə sinəm Qocalıb gəlsən əgər? Dönərəm gənclərəm mən Təki sən səslə məni!Sənsən ,eşqim əməlim,Gəlsə, bir gün də ölüm!Vermərəm ,can ay gülüm!Təki sən səslə məni!"(Elə mən də ,kimi çağırsam,qocaligina baxmayaraq,qaçıb gələr!🤣)Həyat çox şirindir, ölüm isə?O gələndə cavana, qocaya baxmayaraq, gələcək, çağırdın, çağırmadin!Sizə uzun ömürlər!Özü də elə gözəl oturub ölümlə söhbət eləyirsinuz ki...Adam baxmaq istəyir sizə!Necə də maraqlı nağıl danışırsınız!!!Çox maraqlı!👏