Kamran M. YuniS - Hər cürə adam görmüşəm

Поделиться
HTML-код
  • Опубликовано: 18 июн 2024
  • #kamranmyunis #kamranyunis #eminsabitoğlu #şeirlər
    #poeziyateatrı #şiirler #sevgişeirləri #poeziya
    Kamran M. YuniS - Hər cürə adam görmüşəm
    Bəstəkar - Emin Sabitoğlu - "Dörd bazar günü" filmindən musiqi
    Sən heç böyük adam görmüsənmi?,
    Bəlkə də buludlardan uca...
    Amma hərdən buludlar kimi yağan.
    Bəlkə də göylərdən də uca...
    Amma hərdən də göylər kimi çaxan...
    Sən heç pozğun adam görmüsənmi?
    Belə bədənini yox,
    Ailəsini, elini, obasını, millətini satan.
    Sən heç oğru adam görmüsənmi?
    Pul-para yox,,,
    Gülüşləri, sevgiləri, xoş günləri oğurlayan.
    Sən heç böyük adam görmüsənmi?
    O böyük adamı görəndə,
    Adamsan - demisənmi?...
    Mən görmüşəm...
    Hər cürə adam görmüşəm
    ...amma nədənsə hamısına da
    Adam demişəm,
    O bunu haqq eləsə də, eləməsə də.
    Bilirsən?,
    Hərdən abrımızdan, həyamızdan
    Adam olmayana da adam deyirik.
    ...təəssüf... həm də çox təəssüf...
  • КиноКино

Комментарии • 21

  • @yeganequliyeva664
    @yeganequliyeva664 22 дня назад +3

    Axşamınız xeyir olsun sevimli Sənətkarımız!🤲

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 21 день назад +1

    Çox doğrudur.Təəssüf..........

  • @lolaazeri3917
    @lolaazeri3917 22 дня назад +2

    Zamanla i hər gurəsindən görmüşük.Yaxsida ki, görmüşük Pisine də, yaxşısına da, varmışıq.
    Çox var olun.
    DƏYƏRLİ SƏNƏTKARIMIZ 👏👏👏

  • @vusalemelik.8108
    @vusalemelik.8108 22 дня назад +3

    Həyatdı, bəli üzücüdür, amma hər cürə adam çıxsa da rastımıza, yolculuğumuza böyük adamlarla davam edək təki.
    Var olun dəyərli Kamran bəy🙏

  • @raulagayev1657
    @raulagayev1657 21 день назад +2

    🙏🙏

  • @VusalBdlova-xu7tb
    @VusalBdlova-xu7tb 22 дня назад +2

    Bəli çox təəssüf, amma yenə də arzu edək ki, Allah bizi vicdanli, mərhəmətli insanlarla qarşilaşdirsin, ürəyinizə sağliq dəyərlimiz Kamran bəy.

  • @elmarammmdova882
    @elmarammmdova882 22 дня назад +2

    Hər vaxtınız xeyir,dəyərli sənətçi.

  • @Əbülfəzqızı
    @Əbülfəzqızı 21 день назад +1

    Gözəl cümlələr, təsirli səs.
    Var olun, əziz Ustadımız!
    Mövzularınız qəlbimizi eşidir sanki...
    Adam adına bürünən cahil, saxtakar, yalan aşiqləri tez- tez yollarımıza çıxır, yolumuzu vaxtında dəyişsək, bu bəlaları zərərsizləşdirmiş sayılırıq.

  • @behbudovamanzar
    @behbudovamanzar 21 день назад +1

    Sabahınız xeyir!Kamran bəy!Çox düşündürücü mövzudur!Şəhər mühitində yaşayanlar adamları başqa cür görürlər,kənddə yaşayanlar da başqa cür!Bir də hər yaş dövrünün insanlara öz baxışları olur! Uşaqlar, gənclər,orta yaşlılar və qocalar adamlara öz nöqteyi _ nəzərindən baxırlar!Sevənlər isə?Onların gözündə ancaq sevdiyindən gözəli olmur!Və...onu bütün mənfi və müsbət cəhətləri ilə sevir !Bəzən o"Böyük " dediklərımızı də sonradan tanıyandan sonra "böyük" olmadığı aşkara cixir!Yəni bizim gözlərimiz necə görürsə,elə bilirik!Biz həm kənddə yaşamışıq,həm də şəhərdə!Ən saf,böyük adamları mən kənddə görmüşəm!Şəhərdə də ...adamları tanımaq üçün 31 il vaxt keçirmişəm!Və ... özümüz böyüdük burada !Yaşımız kənddə gördüklərinizinkindən çox oldu!Və...adamlara böyük kimi baxmağa başladıq!Hər cür adam gördük!Hamısı da bizə məcburi köçkün gələndə "adam kimi" baxmadı!Hər şeydə bizi günahkar bildi,yerli əhali!Sonra da ,bizə bəxtəvər lik etdilər,dövlət arxamızda durduğu üçün!Dövlət bizə yardım edir,bizə evlər tikir,təhsil haqqımizi ödəyir,biz gəlib onların yerlərini əllərindən almışıq,biz "heyvandan bir az fərqli məxluquq, öz yurdumuzu qoyub qaçmışiq və s.lər!Amma,,biz ozumuzu subut etdik,o adam olmayanlara!Ona gorə də,bizə sonradan adam ki mi baxanlara biz siz deyən kimi baxırıq!Və...çox şükür ki,yenə də öz adam olduğumuz yurdumuza dönüb orada adam kimi yaşayacağıq!Sizə də can sağlığı!Siz də elə "böyük insansınız"!💯🤲🌹Bir də mənə deyilən"Böyüklükdən əskik olmayasınız!"cumləsini sizə də aiddir!Bu qədər insani bir yerə toplayib, hər mövzuda onları maarifləndirirsiniz!Var olasınız!Amin!🤲

  • @nezaketletifova1118
    @nezaketletifova1118 22 дня назад +6

    Teessüf...hemde çox teessüf😔

  • @zemfirababayeva4926
    @zemfirababayeva4926 20 дней назад +1

    👍🎧

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 21 день назад +2

    SABAHINIZ XEYİRLİ OLSUN...

  • @VetenEsqi
    @VetenEsqi 21 день назад +1

    Nə qəribə dünyadı...Bu dünyada 1 qarışqanı bilməyərəkdən öldürəndə vicdan əzəbı çəkən insan da yaşayır,bilərəkdən neçə-neçə canlını öldürüb ləzzət alanda...

  • @behbudovamanzar
    @behbudovamanzar 21 день назад +1

    Kamran bəy!Bu mövzu məni çox düşündürdü!O qədər sözlər yığılıb qalıb ürəyimdə!Heç kimə açıb deyə bilmədiyim! Çünki,hamı məndən özünə pozitiv enerji almaq istəyib!Mən öz dərdimi " içimde boğub" onların istədiyi kimi olmağa çalışmışam!Hər şeyə gülər üzlə cavab verən,hamının dərdinə məlhəm olan,hamını keçmişdəki kimi yadda saxlayan və ...bilmirəm ki necə deyim!İnsanlar məni görəndə elə sevinirlər ki...Mən də onların sevincini əllərindən almaq istəmirəm!Elə onlar kimi sevinib, gülürəm!Əslində isə?O "Axırıncı aşırım"da Kərbəlayi İsmayıl deyən kimi Abasqulu bəyə:"Bəy,mənə dəyən təpik,kimə dəysəydi???"Mən hələ dözüb qalmisam!O adam olmayanların əməllərindən və özlərindən!

  • @vkilzkizad7200
    @vkilzkizad7200 19 дней назад +1

    Rəsul da yaxşı deyir:
    İnsan var ki, dedikləri həqiqətdir,
    Acı olsa sözü belə,
    Qədir bilən insanlara bir nemətdir.
    ...Adam var, tünd bibər nəsib olmuş,
    Adam var, simu-zər nəsib olmuş,
    Adam var ki, nə çarıqdır, nə də köşə,
    Tut qıçından at dalına, ağzı hara düşə-düşə.

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 21 день назад +2

    HÜZUR OĞRUSUNU DA YAZARDINIZ KAŞ Kİ...HÜZUR OĞRUSU DA GÖRDÜM MƏN...

  • @lnara656
    @lnara656 22 дня назад +2

    "Gülüşləri,sevgiləri,xoş günləri oğurlayan..."

  • @dnizdniz7523
    @dnizdniz7523 22 дня назад +2

    Təəssüf...həm də çox təəssüf...

  • @behbudovamanzar
    @behbudovamanzar 22 дня назад +1

    Salamlar!O "Adam"dediyimiz var ha a!O, adam da özü bilir adam olmadığını!Biz onun adam olmadığını bilsək də...onun səviyyəsinə enə bilmirik və öz tərbiyəmiz daxilində bunu dilimizə gətirməyə utanıriq,bəlkə də gələcəkdə kimsə deyəcək ona...Biz demesek də...Mən bəzən düz bildiklərimi deməkden cəkinmirəm! Çünki...bir insan tərbiyəçisi olduğum üçün bu mənim işimdir!Və ???Heç qorxmuram da!Gərək deyəndən sonra,nəticəsini də gözləyəsən!Amma?Elə leri var ki,sözsüz də anlayır,bilir , özünün kim olduğunu!.Yad adamlara demək asan olur,hər gün rastlaşdığına isə?Demək düzgün deyil!Etika xatirinə ,olmaz!Amma?Adama elə hörmətlə yanasir o" adam qrafa"sinda hesab etmədiklerimiz,onda ... susmağa üstünlük veririk!Deməli,hələ gec deyil!Və..bəzən onların elə tərbiyəli uşaqları olur ki...adam məətəəəl qalır!Ona görə də əsas mühitdir!Mühit insanı adam da edə bilər,etməyə də!Ona görə də...Çox da dərinə getməyin!Hər şeyi zamana buraxın!Zaman özü ən böyük tərbiyəçi dir! Təşəkkürlər!🙏🌹Gözəl mövzuya toxunmusunuz!👍👏💯🤲

  • @useruser5401
    @useruser5401 22 дня назад +1

    🙏