Musa Yaqub - Atamın xatirəsinə - Kamran M. YuniS

Поделиться
HTML-код
  • Опубликовано: 28 мар 2021
  • #kamranmyunis #musayaqub #kamranyunis #şeirlər #poeziyateatrı
    #sevgişeirləri #cavanşirquliyev #şiirler #poeziya
    Musa Yaqub - Atamın xatirəsinə
    Bəstəkar - Cavanşir Quliyev - " Cavid ömrü " film musiqisi
    "Bu həyətdən itdi kölgən,
    qaraltın da…
    Başsız qoyub getdin bizi,
    Ürəyimiz qaldı bu gün
    qar altında.
    Çörəyimiz qaldı bu gün
    qar altında
    O köməkli günlərimiz
    dönməz geri,
    Sənsiz necə böyüdərəm
    körpələri?!
    Tək ayaqla
    Bu körpüdən necə keçim?
    Tək əl ilə
    Bu zəmini necə biçim?"
    Yuxudaydım,
    Diksindirdi bu səs məni,
    Yandırdı bu nəfəs məni.
    Yuxum qaçdı,
    Dərdim aşdı,
    Qulaq verdim, anam idi
    Dərdi böyük, gözü yaşlı.
    Mən eyvana çıxan kimi
    Məni görüb susdu anam.
    Sübh çağıydı, dan yerinə
    Qar yağırdı aram - aram.
    Budaqların beli bükük,
    Həyətlər ağ varaq idi.
    Kənd yatırdı,
    təkcə bizim
    Eyvanımız oyaq idi.
    Qar yağırdı atamın da
    məzarına,
    birinci qar...
    Ya atamın
    Buz bağlamış barmaqları,
    Ya qar basmış
    Çılpaq gilas budaqları
    nə fərqi var
    Dəhlizə qar sovrulduqca,
    Ağarırdı daş pilləkən;
    Asılqanda
    Atamın boş pencəyinə
    qar yağırdı.
    Samanlığın qapısında
    düşüb qalan
    Dəryazının əlcəyinə
    qar yağırdı.
    Orağının dəstəyi də
    döndü buza,
    Qar yağırdı ruzumuza
    Xırman üstə gedib-gələn
    Yol da, iz də üşüyürdü.
    Ələkdən qar ədəndikcə
    Təknəmiz də üşüyürdü.
    Qış görmüşdüm,
    Hava belə qaralmazdı.
    Qar görmüşdüm,
    Belə soyuq qar olmazdı.
    Xiyabanın, Uzunxiyin
    Üstü zərif duman idi…
    Bir az ağır zaman idi…
    Oyuncağım, uşaqlığım
    O gün qaldı qar altında.
    İşdən-gücdən qaçaqlığım
    O gün qaldı qar altında.
    Ondan sonra neçə dəfə
    Haçalanıb təzə-təzə
    Qar altından
    Yaşıl otlar çıxdı üzə.
    Amma mənim daha heç vaxt
    Oyuncağım göyərmədi,
    Mənim uşaq istəklərim
    göyərmədi.
    Atamın öz əlləriylə
    alınacaq
    Köynəklərim göyərmədi;
    Elə qaldı qar altında…
    O günlərim çıxmaz yaddan,
    Çıxmaz yaddan o intizar.
    İndi də ilk qar gələndə,
    Sanıram ki, birinci qar
    Atamın buz məzarından
    başlar əvvəl,
    Sonra keçər o eyvandan,
    Anamın o
    dumanlanmış baxışından;
    O ələkdən ələndikcə
    toza dönüb,
    Təknəmizdə buza dönüb
    yağar,yağar,
    Birinci qar, birinci qar…
  • КиноКино

Комментарии • 124

  • @gunelesedova4800
    @gunelesedova4800 Год назад +2

    Allah Ata ve Ananıza rehmet elesin! Bütün dünyasını deyişen Ata ve Analara Allah rahmet elesin! Çox teşekkür edirem!

  • @kamranmyunis
    @kamranmyunis  3 года назад +35

    Atam - Aydın M. Yunis, Anam - Ulduz Rza Xəlilbəyli nin işıqlı xatirəsinə ithaf edirəm.
    Bütün dünyasın dəyişən Ata- Analarımıza Allahdan rəhmət diləyirəm!!!

    • @axireheyderova7603
      @axireheyderova7603 3 года назад +5

      Allah dünyasını dəyişən ata-analarımıza rəhmət eləsin!Məkanları cənnət olsun İNŞALLAH🙏🙏🙏

    • @yeganequliyeva664
      @yeganequliyeva664 3 года назад +4

      Allah rəhmət eləsin. Allah o dünyaların versin. Ruhları şad olsun daima, gözəl Ata, Ananızın. Amin🙏

    • @konulbayramova3514
      @konulbayramova3514 3 года назад +4

      Mekanlari cennet olsun deyerlimiz.
      Nur icinde uyusunlar.AMIN🤲🤲

    • @kamashemsa.8435
      @kamashemsa.8435 3 года назад +4

      Allah rəhmət eləsin.
      Allah məkanların cənnət, ruhlarını şad etsin.

    • @validammmdova1213
      @validammmdova1213 3 года назад +3

      Allah dünyasını dəyişən bütün ata-analara rəhmət eləsin.Amin!

  • @sabinaidayatova2130
    @sabinaidayatova2130 2 года назад +3

    Bu şeir dehşetdi, gözel ifa, gözel musiqi 🙏🙏🙏❤️❤️

  • @sadiakperov2791
    @sadiakperov2791 2 года назад +2

    Allah bütun atalara rəhmət eləsin!
    Sag olun ,var olun sənətkar!

  • @vusalabsov2917
    @vusalabsov2917 19 дней назад +1

    Allah rehmet elesin boyuk sair Musa yaquba

  • @ceyhunbabayev2589
    @ceyhunbabayev2589 Год назад +2

    Atalar çörəyçin döyüşə getdi.
    Gatlanıb hər sözə sòyüşə getdi.
    Neçə cavan ömür yarımçıg bitdi.
    Daha gəlməyəcək xəyal tək itdi.

  • @cickyags4191
    @cickyags4191 3 года назад +5

    Bu həyətdən itdi kölgən
    Qaraltında.... 😢😢😢
    Allah heç bir evi böyüksüz qoymasın. Dünyasın dəyişən Ata, Ananızın ruhu şad olsun Amin🙏

  • @vuskanecef
    @vuskanecef Год назад +2

    Allah rəhmət eləsin məkanı cənnət olsun Atanızın.

  • @adilazay1962
    @adilazay1962 3 года назад +2

    .....................Var ol SƏNƏTKAR!................

  • @aygunaygun8263
    @aygunaygun8263 3 года назад +6

    Allah butun dunyasini deyiwen ana atalarimiza rehmet elesin.Amin

  • @sabinaidayatova2130
    @sabinaidayatova2130 2 года назад +2

    En sevdiyim, defelerle qulaq asdiğım(((❤️🙏🙏🙏🙏

  • @validammmdova1213
    @validammmdova1213 3 года назад +2

    Necə deyərlər, gözlərimin önündə adama həmişə əyləncə kimi ləzzət edən qarın yağması, indi nə qədər sərt, qəddar, amansız bir düşmənə çevrilmişdir.İfanızla gözlərim qarşısında canlanan bu mənzərə nə qədər soyuq, qorxunc, rəhmsiz, zalım və qəddardır...

  • @smrhuseynxan5468
    @smrhuseynxan5468 3 года назад +7

    Sümüklərim üşüdü.. Sözə də, səsə də... baxışa da.. baxışdakı yaşa da...

  • @hemidhemid8677
    @hemidhemid8677 3 года назад +2

    Atam,Anam 😢😢😢😢

  • @arzumehdiyeva1744
    @arzumehdiyeva1744 3 года назад +4

    😢😢😢😢 Allah dünyasını dəyişən atalarımıza rəhmət eləsin 🤲🤲🤲

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 года назад +7

    Allah bir daha siz övladlara səbr, dözüm sağlıq versin Ustad! Tanrı sizə bir daha acı yaşatmasın Amin🙏

  • @qatibadjafarova7357
    @qatibadjafarova7357 7 месяцев назад +2

    Cooooox saq olun 😢

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 года назад +6

    Ürəyimiz qaldı bu gün qar altında
    Çörəyimiz qaldı bu gün qar altında... 😥😢

  • @qatibadjafarova7357
    @qatibadjafarova7357 7 месяцев назад +2

    Siz var olun

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 года назад +4

    .. Qulaq verdim Anam idi,
    Dərdi böyük, gözü yaşlı,... 😢😥

  • @frandhtmov6353
    @frandhtmov6353 Год назад +2

    Çox gözəl. Çox təsirli.

  • @gulbaharr
    @gulbaharr 3 года назад +3

    Qar yağırdı ruhumuza
    Uşaqlığım o gün qaldı qar altında..😢😢

  • @sardarbabayev2127
    @sardarbabayev2127 3 года назад +5

    Atalar ailelerin sütunudur.!
    Ölen valideyinlere Uca Yaradandan rehmet dileyirem.Qalanlara sağlam ömür arzu edirem.
    Sizde var olun,yaşayın,yaradın eziz insan, Azerbaycanımın deyerli oğlu ve senetkarı.🇦🇿🇹🇷✊✌️

  • @eldarrkerimofcmm6548
    @eldarrkerimofcmm6548 3 года назад +4

    Allah olenlerimizin hamisina rehmet elesin.Qebrleri nurla dolsun nur isinde yatsinlar.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 года назад +6

    Bu həyətdən itdi kölgən, qaraltın da... 😢
    Allah heç bir evi vaxtsız böyüksüz qoymasın. Allah cəmi Dünyasın dəyişən Doğmalarımıza rəhmət eləsin. Nə qədər körpələrimiz Atasız gözü yaşlı qaldı. Allah hər bir yol gözləyən Ata, Analara səbr versin. Allah bütün Şəhidlərimizə rəhmət eləsin🙏Çoxx təsirli oldu😢

    • @axireheyderova7603
      @axireheyderova7603 3 года назад +1

      Amin!!!Rəbim hec bir ata-ananın və evladların gözünü yolda qoymasın!!!

    • @yeganequliyeva664
      @yeganequliyeva664 3 года назад +1

      @@axireheyderova7603 Amin! Allah🙏

  • @sadiakperov2791
    @sadiakperov2791 3 года назад +3

    Allah dünyasını dəyişən butun atalara rəhmət eləsin! Siz in səsinizlə bir daha qəlbimiz titrədi valideyn həsrətində.Var olun!

  • @shura7711
    @shura7711 3 года назад +2

    Səsinizə aşiq oldum ...

  • @arzumehmana.m7639
    @arzumehmana.m7639 3 года назад +3

    Allah rəhmət eləsin yeri məkanı cənnət olsun cəmi dünyasını dəyişən valideyinlərə Ata Analara 💔😥🥀🥀💔😥

  • @yaqutosmanl5593
    @yaqutosmanl5593 3 года назад +4

    Kamran bəy. Dəyərli sənətkarımız.. Musa Yaqub. Dəyərli şairimiz. Rəbbim sizi qorusun
    Ruhunuza ürəyinizə sağlıq.

  • @validammmdova1213
    @validammmdova1213 3 года назад +3

    Qış görmüşdüm hava belə qaralmazdı
    Qar görmüşdüm belə soyuq qar olmazdı.

  • @user-tc6qr5ll3l
    @user-tc6qr5ll3l 6 месяцев назад +2

    34 ildir ATASIZAM duz 34 il. Menim 34 yawim var, Atamin dunyani terk etdiyi il de 34. Yanvarda doqum gunum, Aprelde Atamin olum gunu. Hec sevmedim bayramlari, en Cox da doqum gunlerimi💔🥺. Mekanin Cennet olsun CANIMDAN CAN Alanim💔😰

  • @rufatmammadov5112
    @rufatmammadov5112 3 года назад +4

    👍♥️50♥️👍✍️😔Allah bu dunyada bizi qoyub özleri o dunyaya köc eden valideyinlerimize min rehmet elesin 🙏🌹🌹

  • @elladasamsungduos.6959
    @elladasamsungduos.6959 3 года назад +3

    Musa Yaqub yerlim möhteşem .şeiri ile Kamran beyin möhteşem ifasinda

  • @smrhuseynxan5468
    @smrhuseynxan5468 3 года назад +7

    Onda da qar yağırdı. Fevralın 2si idi... Məzarına qurban olum ay atam.. Ruhumu aldığım adam.. Qaranlığa işığım.. Aydınlığım.. Varlığım.. Məkanın cənnət olsun Fəxrim..

    • @rufatmammadov5112
      @rufatmammadov5112 3 года назад +1

      Yerleri Cennet olsun inwallah butun valideyinlerimizin ,🙏🌹🌹

    • @smrhuseynxan5468
      @smrhuseynxan5468 3 года назад

      @@rufatmammadov5112 Əziz insan. Cəmi ölənlərinizə rəhmət olsun

    • @esmirakrimova1315
      @esmirakrimova1315 3 года назад +2

      Esmer xanim hemin gun,hemin il bizim evdede atam dunyasini deyismisdi...😥😥😥

    • @validammmdova1213
      @validammmdova1213 3 года назад

      Allah rəhmət eləsin

  • @zumrudhajiyeva5271
    @zumrudhajiyeva5271 3 года назад +2

    Allah rehmet etsin valideynlerinize...😔

  • @behbudovamanzar
    @behbudovamanzar 2 месяца назад +1

    Çox təsirləndim!Sizin goz yaşlarıniza mənimki də qarışdı!😞😞😞😞😭😭😭😭Sanki valideynlerimi indicə itirdim!!!Korpə usaq kimi məsum idiniz!Atasiz, anasız biz yetimlər!!!Yetim elə yetim dir!Her yaşda!Goz yaşlarım bulaq olub... axır!Mən ki.aglamagi "unutmusdum!"Ozume söz vermisdim!!!😭😭😭😭Artiq hec ne yaza bilmirəm!Anasizam düz 23 il,atasizam18 il!... Allah rəhmet eləsin valideynlərimizə! Bizim göz yaşlarımizin axmasina hec razi olardılar??? Heç vsxt! Ata _ ananin qocasi _ cavani olmur! Elə yetimin də!Yetimin başına min sığal cəksən də...yenə də əlini çəkən kimi yetim olacaq!Dərd insanlari birləşdirir! Şeirə qulaq asmağıma peşiman oldum! Gozlərinizə muncuq kimi goz yaşları qonanda... özümü unutdum!!!Allah necə də məsum korpə kimi pak bir insan oldunuz! Kişilərin aglamagini sevmirdim!Sizə heç dozəmmədim!😭😞Allah sizə səbr versin!İnsanin görünmeyen tərəfini də bir daha gösterdiniz! Ağlamağ zəiflik deyil, məsumluq əlamətidir!Sizə sevinc göz yaşları arzu edirəm!Hələ də goz yaşlarım imkan vermir, yazmağa..."Goz yaş larim bulaq olub, Ağlamasın salxım söyüd"....,😞😞😭😭🥀🥀

  • @sevdasalayeva9482
    @sevdasalayeva9482 3 года назад +3

    bu sualları özümə verə verə.... yaşlaşdım.unutmadım...ancaq öyrəşdim onsuz yaşamağa.hər şey yerini aldı.körpələr böyüdü..sabahlar açıldı...gecələr düşdü..yağan qarlar əridi..gerçək olan bircə odu ki, Atam gəlmədi.mənim övlad istəklərim qaldı qar altında💔💔💔💔💔

  • @shlbgulu6614
    @shlbgulu6614 3 года назад +4

    Allah rəhmət etsin cəmisinə. Məndə bir qış günü atamı itirdim hələdə üşüyürəm o qış günü keçmirki keçmir..😢😢😢

  • @qatibadjafarova7357
    @qatibadjafarova7357 7 месяцев назад +2

    Bu gün Atamln vefatlnln 10ili oldu 😢qarslma clxan bu şeir bütün keçmişimi dilə gətirdi 😢

  • @ulviyyehacili6232
    @ulviyyehacili6232 3 года назад +2

    Çox ağır şeir oldu

  • @ilqarquliyev997
    @ilqarquliyev997 3 года назад +3

    Sozun esl menasinda coox sagolun !yasayin .var olun .yaradin .Allah sizi qorusun

  • @kamashemsa.8435
    @kamashemsa.8435 3 года назад +4

    Rəhmətlik Atam həmişə deyərdi---80-90, bir gün yoxsan...
    ...biz böyüdük, böyüklər getdi bizdən...(((((((
    Allah dünyasın dəyişən atalarımıza rəhmət eləsin, qalanlara can sağlığı, uzun ömür versin inşaAllah.

    • @yeganequliyeva664
      @yeganequliyeva664 3 года назад +2

      Allah rəhmət eləsin! Amin🙏

    • @kamashemsa.8435
      @kamashemsa.8435 3 года назад +1

      @@yeganequliyeva664 Amin. Allah Dünyasın dəyişənlərinizə rəhmət eləsin.

    • @yeganequliyeva664
      @yeganequliyeva664 3 года назад +1

      @@kamashemsa.8435 Amin Canım! Amin🙏

  • @qatibadjafarova7357
    @qatibadjafarova7357 7 месяцев назад +2

    40 axşamlna hazlrlaslrdlq kəndimizdə seher durduqki Kamran bəy sizin bu ifanlz bizim həyətdəidi nə qeribedi ki mən bu şeiri yaşamışam 😢

    • @kamranmyunis
      @kamranmyunis  7 месяцев назад +1

      Ruhu şad olsun atanızın...

  • @natavanrzayeva237
    @natavanrzayeva237 3 года назад +2

    Çox gözəl şeir, mükəmməl ifa. Atamı itirəndən sonra bütün düzənimiz pozuldu...hər şey dəyişdi..Dünya gözümdə adiləşdi...

  • @nurcahan6353
    @nurcahan6353 3 года назад +3

    Allah Musa Yaquba Sağlığlı ömür versin AMİN 😘

  • @konulbayramova3514
    @konulbayramova3514 3 года назад +3

    DEYERLIMIZ ❤️🙏❤️
    UREYINIZDE OLAN O AGRI ACI GOZUNUZDEN,SIMANIZDAN BELLI 😔
    SUSACAM USTAD..
    GOZUNUZDEN AXAN O YAWLAR YANDIRIR YANAQLARI...
    SUSACAM.SUSACAM...

  • @elladasamsungduos.6959
    @elladasamsungduos.6959 3 года назад +3

    Butun valideylere Allahdan rehmet dileyirem Kaşki onlar yanimizda lap coxx qalaydilar

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 года назад +3

    Böyük Şairimizə Allah can sağlığı versin🙏 Elə bil hər bir insanın öz dərdin köçürüb misralara😢😢

    • @yaqutosmanl5593
      @yaqutosmanl5593 3 года назад +1

      Amin canım. Musa Yaqub qələmi. Möhtəşəm

    • @yeganequliyeva664
      @yeganequliyeva664 3 года назад

      @@yaqutosmanl5593 Allah hər iki Sevimlimizi qorusun! 🙏

  • @smrhuseynxan5468
    @smrhuseynxan5468 3 года назад +5

    Bəy sizə ömrümün axırına qədər minnətdar olacağam. Bunu bilin istəyirəm. Poeziyamızın bilmədiyimiz inciləri var ki bu kimi inciləri, onları ənginliklərdən bir inci axtarıcısı kimi tapıb çıxarır, cilalayır, ən gözəl halıyla bizə təqdim edirsiniz. Siz var olun böyük insan. Vallah siz böyük adamsınız... Bir insan ki, ömrünü şam edə, əridə qaranlığa işıq üçün, cəmiyyətə dərs üçün, cahilliyə son üçün, o adam dünya durduqca yaşayacaq... Yaşasın... Bəlkə də oxuyanlar düşünər ki, tərif üçün yazılıb bu sözlər. And olsun inandığımıza ki, bu yazdıqlarım düşündüyümün mində biri deyil.. Çünki mən dinləyəndə sizi boğazım düyümlənir, tarifi imkansız bir duyğudur bu.. Çünki təmənnasız ədəbiyyat fədaisisiniz hansı parlaq söz sizi ifadə edə bilər ki? Hansı tərif sizə nümunədir... Mən şəxsən öz adımdan deyirəm sırf sizin şeirə olan məhəbbətinizin bənzərini başqa heç yerdə və heç kimdə görməmişəm... Allah sizi bizə qorusun gözəl ürəkli böyük adam. Allah sizi qorusun

    • @yaqutosmanl5593
      @yaqutosmanl5593 3 года назад

      Əsmər hər kəsin ürəyindən keçən sözləri yazmısız. Var olun
      Kamran bəyin ocağı.pak, təmiz bir ocaqdir bizlərdə onun işığına yığışıb istisinə qızınmaq nəsib olub
      Şükürlər olsun Rəbbimə.

    • @yaqutosmanl5593
      @yaqutosmanl5593 3 года назад

      @Sema YagmurSema xanım xoş gəldiniz necəsız. Sizi burada görmək nə gözəl.

  • @smrhuseynxan5468
    @smrhuseynxan5468 3 года назад +4

    Atasını itirmiş qız haqqında hekayə...
    Bu qışın sayyəsində
    Mən, daha yaxşı bilirəm qışın nə olduğunu
    Bu günün istisində,
    Bəlkədə ondandır əritmir günəş
    Qışın dondurduğunu..
    Mən sən boyda yoxluğu axı harda gizlədim
    Gəl öyüd ver ay Ata
    Axı necə güvənim bu varlığın,
    Yox olduğu həyata..
    Mən sən boyda boşluğu axı harda gizlədim..
    Kitabların deyirəm...
    Kimsəsiz rəflərdən boylanan kitabların,
    Yetim körpələr kimi
    Əllərini axtarır ağlayan kitabların..
    Hər cümləsini əzbər bildiyin o səhifələrdə,
    Heç bəhs edilmişdimi ölümdən?
    Sətirlərdə..
    Bəhs etdimi ayrılıqdan?
    Ağır qara daş kimi
    Bir qərib ölkədəki,
    Qışa düşmüş quş kimi..
    Günəşli bir bahar səhərində
    İşıqlı sabahların birində
    Bir hekayyə oxumusan
    Atasını itirmiş qız haqqında hekayyə...
    Ürəyin yanıb ona..
    İlk ağlına bacım gəlib,
    Sonra mən..
    Ölən ata yerində
    Özünü fikirləşmisən..
    Bəlkədə gözümün içinə baxıb ürəyində demisən
    “ölərmi sənin atan?”..
    Sonra demisən bəlkə:
    “ Nəhlət sənə kor şeytan” ...
    Əsmər Hüseyn Xan

    • @yaqutosmanl5593
      @yaqutosmanl5593 3 года назад +1

      Əsmər xanım ürəyinizə sağlıq . Rəbbim dünyadan köçünü çəkən əzizlərimizə rəhmət eləsin məkanları cənnət olsun

  • @sebrsebr9683
    @sebrsebr9683 3 года назад +2

    🥺🥺😥😭😭😭Allah rehmete geden valideynlərimize rehmet qalanlara cansağlığı versin, kamran bəy size necə təşəkkür edeceyimi bilmirəm ureyim ele parçalanırki dinlədikcə Allahim atamı xatirlayiram ölüb bitirəm heyat durub mənimçün

  • @user-ny1gh6xj3h
    @user-ny1gh6xj3h Год назад +2

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @samireesedova7508
    @samireesedova7508 3 года назад +2

    Allah rehmet elesin

  • @yeganequliyeva664
    @yeganequliyeva664 3 года назад +5

    ❤️5❤️

  • @esmirakrimova1315
    @esmirakrimova1315 3 года назад +3

    Teknemizde buza donub..😔😔😔

  • @xatirebaxsaliyeva9507
    @xatirebaxsaliyeva9507 3 года назад +2

    😥😥😥

  • @ranababanli4535
    @ranababanli4535 3 года назад +2

    Aqlamadan dinleye bilmedim,hele de korpe kimi hicqiriram,😥 ata itkisini kecirtdiyim gunden nece iller kecmesine baxmayaraq sanki bu gun itirdim onu😥 iki il qabaq ovladlarim atalarini itirende bir daha kimsesiz,arxa,dayaqsiz qalmaqimi xatirladim( yadimdan cixmayan deqiqeler bele olmasa da ve cox boyuj bir qohum eqraba,qardawlarim olmasina reqmen)
    Wair! Bu hissleri vereqe kocuren ureyinuze saqliq!
    Kamran bey! Oqlum!, Susuram,cunki ifaniz qarwisinda demeye soz tapa bilmirem! Allah sizi qorusun! Amin! 👏👏👏👏👏👏👏

  • @nurcahan6353
    @nurcahan6353 3 года назад +3

    Allah sizi qorusun Bəy 🌹🌹🌹🌹🌹

  • @sayaraimanli2393
    @sayaraimanli2393 3 года назад +2

    Allah rehmet elesin😔🙏🏻

  • @nezaketletifova1118
    @nezaketletifova1118 3 года назад +3

    🎧👍👍👍

  • @seymurkrimov8712
    @seymurkrimov8712 3 года назад +2

    Əllərinlə tellərimə sığal çəkəydin dönə dönə , həsrətini çəkdiyim Ata 🌹🌹🌹

  • @yaqutosmanl5593
    @yaqutosmanl5593 3 года назад +2

    Asılqanda atamın boş pencəyinə qar yağırdı...

  • @azersela7605
    @azersela7605 3 года назад +2

    Sözùn bitdiyi an...Bu hissleri qeleme alan şairin ,sizin ifanızın qarşısında sözler acizdir...sehrili sesiniz her şeyi tamamlayır, her şey olduğu kimi ...ruhunuz var olsun!!!Allah atanıza, ananıza rehmet elesin.❤🙏

  • @axireheyderova7603
    @axireheyderova7603 3 года назад +3

    Bir səhər yuxudan durub
    Özünü uşaq görəsən.
    Görəsən hamı evdədi,
    Ölənləri sag görəsən.......😌

    • @yeganequliyeva664
      @yeganequliyeva664 3 года назад +1

      İnanırsız Ustadın ifasında ən çox ürək ağrısı ilə dinlədiyim şeirlərdən! 😢

    • @axireheyderova7603
      @axireheyderova7603 3 года назад

      @@yeganequliyeva664 Elə mənimdə Yeganə xanım😢😌

    • @yaqutosmanl5593
      @yaqutosmanl5593 3 года назад

      Hər kəsin ürəyini yandırdı bu gecə Usdad.

    • @axireheyderova7603
      @axireheyderova7603 3 года назад

      @@yaqutosmanl5593 Bəliii.Cox kövrəldik😔

  • @slalmrahova6966
    @slalmrahova6966 6 месяцев назад +1

    12 FEVRAL....ELƏ BİLDİM,MƏN DƏ ÖLƏCƏYƏM.29 İL KECDİ.HƏMİN İL DƏ İŞ YERİM BAĞLANDI.ƏN ƏSASLARDAN BİRİ OLAN HƏM DƏ ATAMLA OLAN BƏRƏKƏTİM GETDİ,SAĞLIĞIM GETDİ,QOHUMLUQLARIN BİR COXU GETDİ,.....😢

  • @cickyags4191
    @cickyags4191 3 года назад +2

    🥀115🥀

  • @lolaazeri3917
    @lolaazeri3917 3 года назад +2

    🎧......🙇‍♀️

  • @userzemfira8022
    @userzemfira8022 3 года назад +2

    22👍🎧

    • @yaqutosmanl5593
      @yaqutosmanl5593 3 года назад +1

      Zema xanım axşamınız xeyirli olsun əzizim 🌹🌺💐

  • @useruser5401
    @useruser5401 3 года назад +2

    Uşaqlıqda itirdim ğözəl anamı 30 il həsrətlə gözlədim məzarını görmək ücün.Lakin dağılmış, şumlanmış ,silinmiş elə bil heç olmayıb 💔😢

    • @yeganequliyeva664
      @yeganequliyeva664 3 года назад +1

      Can! Allah lənət eləsin murdar məxluqlara. Dərdimiz eynidi! Mənim də Atam yatan qəbiristanlıqda salamat məzar qalmayıb😢 Allah hamısına rəhmət eləsin🙏😢

    • @useruser5401
      @useruser5401 3 года назад +2

      @@yeganequliyeva664 Allah rəhmət eyləsin .