Esmira Mehiqızı - Film bitdi, hamı getdi...- Kamran M. YuniS

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • #kamranmyunis #kamranyunis #esmiramehiqızı #poeziyateatrı
    #şeirlər #şiirler #sevgişeirləri #poeziya #vətənşeirləri
    Esmira Mehiqızı - Film bitdi, hamı getdi
    Bəstəkar - Vasif Adıgözəlov - Şərikli Çörək
    film bitdi, hamı getdi, ocaq yeri dağıldı.
    bir də baxdım...gördüklərim, sevdiklərim nağıldı.
    o yox,
    bu yox,
    quşlar uçub, budaqlar da quruyub.
    tək qalmışam bu sonrada çilələri çəkməyə.
    ömür də yük, yaşam da yük, mən də yüklərdən böyük,
    elə yükəm, elə yükəm... yüklənmişəm şələləri çəkməyə.
    kimə desəm gördüyümü necə gözəl görmüşəm,
    həyatımda nənəm kimi,
    babam kimi neçə gözəl görmüşəm.
    kimə desəm gözəlləri sonra xəzəl görmüşəm-
    durub, durub dəli kimi gözəllərə ağlayar,
    sonra belə yarpaq-yarpaq havalara sovrulan
    o gözəlim xəzəllərə ağlayar.
    kimə desəm təpələrdə bir qız qoyub gəlmişəm,
    desəm əgər oralarda bir yaz qoyub gəlmişəm,
    hələ gülü bənöyşədən bir söz qoyub gəlmişəm...
    deyər, hayıf o günlərə...
    deyər, qayıt o günlərə.
    mən də belə sevincək başıaçıq, ayaqyalın qaçaram,
    uçaram, eyyyyyy uçaram.
    sonra qəfil duruxaram, görərəm ki, qayıtmağa yer hanı.
    çığıraram, bağıraram,
    -axı mənim üz tutduğum o çöl hanı, göy hanı.
    baxaram ki, film bitib, hamı gedib, ocaq yeri dağılıb.
    bir balaca qız da gəlib xatirəmin köşəsində əllərini qızdırır.
    mən də elə zənnlə qıza baxaram,
    baxaram ki, görüm bu qız mənim qoyub gəldiyim
    o dəlixay qızdımı,,,
    qəfil sanki ayılaram,
    görərəm ki, qız da yox,
    əllərimə o köşədən iki damla yaş düşər.
    ahhh,,,
    nə gözəl film idi, deyərəm,
    o filmdən sonra da..
    yaşamağa başqa film-
    ömür adlı qış düşər.

Комментарии • 110

  • @azize4
    @azize4 2 года назад +3

    Bu gün sığındığım şeir deyərdim..ən acı günümdə bu şeiri dinləyirəm..bütün uşaqlıq xatirələrimi özüylə aparan babam, nənəm üçün dinləyirəm..dünyada ən ağır acı ölümdü..ən böyük ayrılıq ölümdü..Kənd evimiz bu dünyada Cənnətimdir..indi o kənd evində nə nənəm, var nə babam..boş divarlara baxıram və divarlardan gələn səslər..bu gün qocaldım və bu şeiri təkrar təkrar nece dəfə dinləmişəm sayısın itirmişəm artıq..sizə təşəkkürlər, Ustad..Sizin sayənizdə gənc şairlərimizin şeirlərini dinləyirəm..Allah sizə sağlıqlı uzun ömürlər versin..

  • @rafailtagizade3820
    @rafailtagizade3820 2 года назад +2

    Esmira Məhiqızının bütün şeirləri gözəldi. Kamran bəy, siz də var olun ki, onun şeirlərini sevə-sevə səsləndirirsiz.

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 года назад +6

    Çığıraram, bağıraram
    Axı mənim üz tutduğum o çöl hanı, göy hanı.... 😢😢

  • @yaghmurluroya8358
    @yaghmurluroya8358 2 года назад +2

    🎧🍁🍂🥺😥😞hər iki sənətkara dərin dərin təşəkkürümü bildirirəm....ağkatdınlz🥺😥😞🍂🍁ömür də yük, yaşam da yük, mən də yüklərdən böyük......😥😞🥺🍂🍁

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 года назад +3

    Çox-çox sevdiyim Şeir, video görüntülü ifa, musiqi! ❤️❤️❤️❤️❤️

  • @yeganequliyeva664
    @yeganequliyeva664 5 лет назад +11

    Film bitib, hamı gedib, ocaq yeri dağılıb. Bir balaca qızda gəlib xatirəmin köşəsində əllərini qızdırır....... Qəlbinizə ruhunuza,səsinizə sağlıq Esmira xanım, Kamran bəy. Amin.

    • @esmiraeliyeva2428
      @esmiraeliyeva2428 5 лет назад +3

      sağlıq içində olun, əziz Yeganə xanım. təşəkkürlər

  • @behbudovamanzar
    @behbudovamanzar 4 месяца назад +1

    Salamlar!Eynen mənim həyatim!Mənim usaqligim,gəncliyim və qoyub gəldiyim kəndim!Cox təşəkkürlər!Biz də kənddə olanda belə filmlərə baxmaga gedirdik, sonra gəlib " muzakirə edirdik!"Sonra...artiq filmlərə baxmırıq o gözəl gunlər də yoxdur,o gozəllər də!Hamisi xəzəl oldu,qocaldi,getdi!...İndi nə kənd var,nə də film gosterilən yer,nə biz!Hamisi bu seirdəki kimi...xatirədir!😞😞

  • @fatimulusoy4228
    @fatimulusoy4228 5 лет назад +3

    Bü gün bu şeiri ağlayaraq dinıəyirəm və hər gün belə olacaq.😢😢😢😢😢😢hər gün dualarımda olacaqsız gozəl qardaşım

  • @janmeisner8701
    @janmeisner8701 5 лет назад +13

    Mən Polşada yaşayıram vətəndən çox çox uzaqlarda başqa dövlət başqa dil hərdən iş arası deyirəm bir oturum Kamran bəyin duyğulu səsindən o gözəl misraları dinləyin ruhum dincəlsin qulaqlarım nəhayət ki gözəl səs eşitsin sakit həzin və hüzünlü...Yaxşı ki varsınız heç özünüzdə bilmədən ən yaxın sirdaş İmam cevrilmisiniz var olun əziz Kamran bəy☺

  • @gunelesedova4800
    @gunelesedova4800 2 года назад +2

    Çox tesirli , çox! Hamımızın itirdiyi insanların xatireleri her biri bir filmdi! Teşekkürler🙏🏻

  • @lolaazeri3917
    @lolaazeri3917 4 года назад +2

    Nə gözəl şeir idi......
    .

  • @QLTAZ
    @QLTAZ Год назад +2

    Esmira xanim ve Kamiran bey bu gun ugurlu insansiz, axiretinizde ugurlu ve gozel olsun!!!!!!!!

  • @hemidhemid8677
    @hemidhemid8677 3 года назад +2

    Allah sizə ömür versin,can sağlığı versin, var olasınız

  • @ifritlrshzadsi4870
    @ifritlrshzadsi4870 2 года назад +2

    Nə..Gözəl..Filim..İdi..Deyəcəm..❤

  • @lolaazeri3917
    @lolaazeri3917 4 года назад +4

    Film bitdi, hamı getdi, ocaq yeri dağıldı...Amma bizim şeirlər, sizin səsiniz, ifanız, və bu ocağımız hər zaman daimi olsun....İnşallah...Amin deyən dillər var olsun.🙏

  • @renaagabekova1741
    @renaagabekova1741 4 года назад +2

    Sabaxlarınız xeırlı və uhurlu olsun. Çox kədərlı şeırdı ..Bu şeyrı oxuyanda .gözəl səslı Akıf Isalamzadənın .ço sevdıyım maxnısı gəldı göxümün gabahına ....... KEÇƏN GÜNLƏRIMI GAYTARATDILAR .GƏLƏN GÜNLƏRIML .GURBAN VERƏRDIM ....AMMA BU ŞEYRƏ .ÇAVABIM BUDU ... ÇEÇƏN ILLƏRIMI GAYTARAYDILAR .GƏLƏN ILLƏRIMI .GURBAN VERƏRDIM . MƏNIM ƏN ÇOX SEVDIYIM MAXNIDI .AKIF ISLAMZADƏNIN .MAXNILARINDA .....

  • @yeganequliyeva664
    @yeganequliyeva664 4 года назад +5

    Deyər qayıt o günlərə..😔👍gözəl❤️Varlığınıza şükürlər Ustad🙏

  • @fatimulusoy4228
    @fatimulusoy4228 4 года назад +2

    hayıf o günlərə😢😢😢

  • @lolaazeri3917
    @lolaazeri3917 4 года назад +2

    O filmdən sonra da...
    yaşamağa başqa film
    Ömür adlı qış düşər.......

  • @faiqvaliyev5064
    @faiqvaliyev5064 3 года назад +1

    Of of of. Həyat niyə fanidir? Kecmişimi mum işığında arar olmuşam 😥😥😥😥

  • @_dozu1989_
    @_dozu1989_ 3 года назад +1

    Kaş...
    Nənəmin nəfəsi gələn o günlərə qayıda biləydim.Mənim ən xoş, ən şıltaq, ən xoşbət çağlarım onunla getdi.🥀

  • @solmazjafarova338
    @solmazjafarova338 5 лет назад +3

    Biz dogulanda artiq ssenarimiz yazilmiw olur. Ustad, sizin ssenarinizi hep mutluluklarla bezesin Tanrim.

  • @lolaazeri3917
    @lolaazeri3917 4 года назад +2

    Vallah dinlədikcə aglımda tək bir fikir dolaşır.Düşünmürəm ki, bu səs kimi məni hansısa bir ifa gecələr dinləməyə məcbur qoyar. Bu bir vərdiş yoxx...bu bu səsin vurğunu, şeirin sevgisidir.

  • @samxalabbasov2639
    @samxalabbasov2639 Год назад +1

    Həqiqətəndə gözəl film idi 🥺🥺

  • @hicranqafarova153
    @hicranqafarova153 5 лет назад +3

    Sesinize quvvet siz meni sizladirsiz

  • @lolaazeri3917
    @lolaazeri3917 5 лет назад +10

    Mukəmməl olduqca mukəmməl.Gegə-gecə aldı apardı bu şeir, bu səs ,bu musiqi məni məndən.Ürəyinizə sağlıq milyonların sevimlisi.Gözəl sənətkar.

  • @shamilmemmedov3198
    @shamilmemmedov3198 5 лет назад +5

    Kamran M.Yunis mən sizi çox heyf ki gec tanımışam.Yenə də şadam ki sizi tanıdım.Alqışlar sizə və böyük sayğı,sevgi.

    • @fatimulusoy4228
      @fatimulusoy4228 5 лет назад +1

      Mende cox heyif gec tanidim Kamran mellimi.ama artiq Kamran mellimle bagli her verlisi, her seiri izleyirem,dinleyirem

    • @eliyevaruqeyya3758
      @eliyevaruqeyya3758 4 года назад +1

      Gec tanımışıq,amma gözəl insan kimi tanımışıq. Əsas budur !

  • @AlmazCefrova-fk4fi
    @AlmazCefrova-fk4fi Год назад +2

    Mükəmməl

  • @mlyinm959
    @mlyinm959 5 лет назад +5

    *film bitti hamı getdi.....*
    *.......mən qaldım.....*

  • @elmirahsnova4672
    @elmirahsnova4672 3 года назад +2

    Möhtəşəm!

  • @ruslanfamilov819
    @ruslanfamilov819 5 лет назад +8

    Nece iller evvele apardiz bizi.Esmira xanimda,sizde var olun.

  • @SS-pk7qj
    @SS-pk7qj 4 года назад +1

    Sesinize guvvet Gozel Insan❤

  • @fatimulusoy4228
    @fatimulusoy4228 5 лет назад +4

    Hayıf ogünlere😔

  • @tvjony488
    @tvjony488 5 лет назад +3

    Ureyimden kecenleri dillendirdiz.var olun.

  • @hemidhemid8677
    @hemidhemid8677 3 года назад +1

    Bu möhtəşəmliyi,bu gözəlliyi ,belə gec gördüyüm üçün,məni bağışlayın

  • @sebrsebr9683
    @sebrsebr9683 5 лет назад +3

    Kamran bey sesinizi unuda bilmirəm 😔😔

  • @mirvarihumbatova7027
    @mirvarihumbatova7027 5 лет назад +2

    Esmira Mehiqızı sanki ürəyimdədir,düşündüklərimi yazır❤️
    Sizsə sanki bitmş ruhma qida verirsiz,var olun❤️

  • @akifhagverdiyev9643
    @akifhagverdiyev9643 5 лет назад +2

    Yoruluram tükənirəm sanki uçurumun qırağında dayanıram məhv oluram.Bə birdən sənin səsini dinləyirəm...ayılıram yaşamaq istəyirəm bu səsi dinləmək üçün

  • @smrhuseynxan5468
    @smrhuseynxan5468 3 года назад +1

    Kimə desəm təpələrdə bir qız qoyub gəlmişəm, inanmaz.... Qayıt o günlərə...

  • @renaagabekova1741
    @renaagabekova1741 3 года назад +1

    NƏ GÖZƏL FILM IDI, DEYƏRƏM. O FILMNƏN SONRADA, YAŞAMAHA .BAŞGA FILM ..........ÖMÜR ADLI..... .GIŞ DÜŞƏR !

  • @lalaamirova7034
    @lalaamirova7034 4 года назад +1

    Birde gordum gorduklerim,sevdiklerim nagildi....

  • @sebrsebr9683
    @sebrsebr9683 4 года назад +2

    Həyatımın filimi 2014de bitdi hemde sen getdin ozude hec geri dönmədən ehh...

  • @mrhuseynxan1209
    @mrhuseynxan1209 5 лет назад +10

    İndicə bildirim gəldi siz bu şeri yüklədiyiniz saatdan indiyə düz 78 dəfə dinləmişəm mən bunu(((( Hər misrasında yaşadığınız yaşatdığınız o aktyorsuz rollar ki var hamısını yaşadım mən gördüm, izlədim.. canlandı gözümdə baba, nənə, balaca qız hətta bənövşə də... Səsinizlə bu cür hədsiz gözəl misralar birləşəndə mənim kimi neçələri bu dünyadan ayrılır görəsən.. Esmira xanımın xoşbəxtliyini təsəvvür edirəm.. şerlərinin sizin səsinizdə can bulması ilə... Arzusunda olan hər kəsə qismət olsun inşallah.. əəənnn axırda da mənə.. o qədər yəni..

    • @fatimulusoy4228
      @fatimulusoy4228 5 лет назад +1

      He Əsmərim.mende defalarla dinledim.

    • @smrhuseynxan5468
      @smrhuseynxan5468 5 лет назад +2

      @@fatimulusoy4228 can əzizim. Hər adda hər imzada mən burdayam.. tək niyyətim bir nebzə də olsa bəyə dəstəkdir.

    • @smrhuseynxan5468
      @smrhuseynxan5468 5 лет назад +2

      Bəy sizə minnətdaram. Yaşadım o xoşbəxtliyi. Yaşatdınız.

    • @fatimulusoy4228
      @fatimulusoy4228 5 лет назад +1

      @@smrhuseynxan5468 👍👏

    • @smrhuseynxan5468
      @smrhuseynxan5468 5 лет назад

      @@fatimulusoy4228 😘

  • @sevdasalmanova9287
    @sevdasalmanova9287 5 лет назад +4

    Həyatımızda yaşananlar illər, aylar ötdükcə bir yuxu kimi gələr xatirələrimizə..sanki bir ilğıma bənzər..həm varmış həm də yoxmuş kimi..

  • @slalmrahova6966
    @slalmrahova6966 Месяц назад +1

    FILMIN BOLMELERI DAVAM ETDIRMEK ARZUSUNDAYAM,INWAALAH🤲

  • @sevincnovruzova9686
    @sevincnovruzova9686 5 лет назад +5

    Cooox gözel ifa ve mukemmel bir wer👏Esmira xanimin cox boyuk ureyi var ve özunemexsus desti xetti var.Allah ureyine quvvet versin bu gozel wair xanimimizin!Sizse.......ne deyim ki,hisslerimi ifade ede bilim,onu bilmirem.Susuram ve dinleyirem....Her gun Sizi ewitmek dileyi ile🤗

  • @MuslimAZE1985
    @MuslimAZE1985 5 лет назад +3

    Film bitdi
    Bir xosbext ailenin ayrilmasina benzedirem😔😓
    Seire biraz qulaq asan kimi koment yaziram
    Sanki evvelceden bilirem neye isare olunur.

  • @yagmurqasmova8041
    @yagmurqasmova8041 5 лет назад +3

    Sevdiklərim Nağıldı....🌙

  • @ulviyyahajili9267
    @ulviyyahajili9267 5 лет назад +4

    Həyatımda nənəm kimi Babam kimi neçə gözəl görmüşəm .nə gözəl ifaydı deyərəm.Allah sizi qorusun sevimli aktyorumuz və şeirin müəllifinə xüsusi təşəkkür edirəm

  • @rovsenceferov8830
    @rovsenceferov8830 5 лет назад +3

    Qayıdası ...qayıtmaq istənilən bir keçmiş yoxdusa bu deməli dünyanın insana ya sonsuz mərhəmətsizliyi ya da kələyidir...qayıtmaq istədiyin keçmişin olması isə dünyanın insana ərməğanıdır....hər kəsənə nəsib olmur....

  • @minayeazimova6597
    @minayeazimova6597 5 лет назад +6

    Salam. Cox sagolun sesiniz meni haralara apardi... Kenddemi filmimiz bitib daha oz filmimi gozleyirem. Koks ogurmelerine qurban veten oglu... Bilesen ne qeder koks otururem anamin beli qirilib pastel xestesidir ne durur ne saniwir 6aydir menimde sozum qurtarib... Susuram koks otururem. Sesine nefesi e qurban olum veten oglu...

  • @rufatmammadov5112
    @rufatmammadov5112 5 лет назад +3

    Sag ol SENETKAR ,Sözün esil menasinda 👏❤...

  • @admindomen7054
    @admindomen7054 5 лет назад +2

    ses möhteşem intanaçiya gözel . teşekkür ediren

  • @muskofteacher3197
    @muskofteacher3197 5 лет назад +6

    Bu dəfə səsinizə birgə məni cəlb edən duruşunuz oldu. Əvvəl şəkil bildim. Siz dahisiniz Vallah.
    Allah qorusun sizi SƏNƏTKAR
    💖💖💖💖💖💖💖💖💖

  • @aynurnezerli6819
    @aynurnezerli6819 5 лет назад +2

    Coooox sagolun sizde Kamran muellim

  • @kmalm3909
    @kmalm3909 5 лет назад +17

    Allah sizi qorusun nəzərdən, hər cür pisliklərdən Kamran Yunis .Esmira xanımın şeirləri başqa aləm...nələr düşünürük sizi dinlədikcə......

  • @azrail-freefire6812
    @azrail-freefire6812 5 лет назад +3

    Təşəkkürlər...

  • @gunelesedova3667
    @gunelesedova3667 5 лет назад +2

    Çooox teşekkürler! Men de öz filmimi izledim, sayenizde!🙏🏻🌹

  • @rvanmutllimli5176
    @rvanmutllimli5176 5 лет назад +3

    Super

  • @melekqizz6544
    @melekqizz6544 5 лет назад +4

    Gozel senetkarim bu gece ureyimi sizlatdiz mohtesemdi hr zamanki kimi uzurlu sayin serlerinizi hergun dinleyirem sadece serh yazmiramm

  • @volkvolk2049
    @volkvolk2049 5 лет назад +4

    👏👏👏👏

  • @wefayolcuyeva7207
    @wefayolcuyeva7207 3 года назад +1

    Heyf ki,film bitdi

  • @namename8371
    @namename8371 5 лет назад +2

    HAYIF O GÜNLERE...😢😢

  • @validamamedova2237
    @validamamedova2237 5 лет назад +3

    İlahi nə gözəl səs, nə gözəl sözlər.Allah çox görməsin.Həmişə var olasınız. Ruhumu oxşayan ikinci bir sakitıəlşdirici axtarıb tapmaq çox çətindir.Sanki həsrət qaldığım yurdumu, nənəli-babalı,atalı-analı, qayğısız, bəxtəvər günlərimi yaşadım...Ömrün qışı yaman ayaq alıb eyyy üstümə.

  • @rvanmutllimli5113
    @rvanmutllimli5113 5 лет назад +3

    Super Allah köməyiniz olsun

  • @melekqizz6544
    @melekqizz6544 5 лет назад +4

    Filim kimi her sey bitdi ve heyif ogunlerden qayitmaga yer yerinde durur sadece hami gedib atam evi bumbuzz olub bu gece meni yenede aglatdiz heqiqetende hersey bitib ve omur adli qis dusubb

  • @metanetnurmemmedova7900
    @metanetnurmemmedova7900 5 лет назад +2

    💞

  • @xalidequliyeva9449
    @xalidequliyeva9449 3 года назад +2

    😥

  • @rovsneminbyli5177
    @rovsneminbyli5177 5 лет назад +6

    👍

  • @cavidqeribov3347
    @cavidqeribov3347 4 года назад +1

    Yüklərimiz ağırdı hec gedəmmiriy atam oğlu yükümüzdən bir gül düşüb yerə onu da mən itirmişəm o gülkü qoxusu vurur çox çox uzağlardan ardına düşüb gedəmmirəm küləy vurub qoxusun sağa sola iz itir gedəmmirəm ona sari

  • @adilazay1962
    @adilazay1962 5 лет назад +4

    ...BRAVO!.......BU...ELƏ...ODUUU!!!.............
    ...SAĞ OL SƏNƏTKAR!!!...........

    • @kamranmyunis
      @kamranmyunis  5 лет назад +3

      ................Var olun bəy....

  • @babekbayramov6875
    @babekbayramov6875 5 лет назад +2

    Sağ ol qardaş nə gözəl şer dedin, Allah sənə can sağlığı versin.
    Çox ürəyimə toxundu.

  • @mehribansixiyeva6290
    @mehribansixiyeva6290 5 лет назад +3

    Cox gozel. Sesinize sagliq.

  • @aygunagakisiyeva2293
    @aygunagakisiyeva2293 4 года назад +1

    Sag olun.hec bilmirem ureyimden keceni nece ifade edim.hormetle Aygun muel.

  • @zaminmemmedov8795
    @zaminmemmedov8795 5 лет назад +2

    Gördüyü ən gözəl.ANA.

  • @esmirakerimova3244
    @esmirakerimova3244 5 лет назад +3

    Elaa.mohtesem....davamli olsun.

  • @sebrsebr9683
    @sebrsebr9683 5 лет назад +3

    Kas sizinlə yene danisa bilsəydim

  • @vvvvvvvvvvvvv5661
    @vvvvvvvvvvvvv5661 5 лет назад +3

    Super 👍👍👍

  • @nata3927
    @nata3927 5 лет назад +2

    Möhtəşəm! 💕💕

  • @kishadem8546
    @kishadem8546 5 лет назад +1

    👍👍👍👍👍

  • @vusalliyeva8152
    @vusalliyeva8152 4 года назад +1

    😳😳😳👍👍👍

  • @renac1276
    @renac1276 5 лет назад +4

    (( o Yox bu Yox.

  • @aqil79sevaliyevlr27
    @aqil79sevaliyevlr27 5 лет назад +3

    Kamran Müəllim əməyinizə sağlıq👍, sesiniz var olsun👍. Şairə xanımın da qeleminə sağlıq.Həyat film deyil təsüf ki , başa sarıb hər şeyi geri qaytarmaq mümkün olsun.. Filmləri senaristlər yazır, taleyimizi isə Allah... Mənim ən gözəl filmim berke də dünyaya gəlməyim olub, amma , çox erkən də bitib.. Anamın saçına düşən hər dən, yaşadıqları ağrıları, itirdikləri həyatımın bu günə qədər ən acı filmi olub..
    Həyatım film olsa , mən də rejissor
    Atamın ölmünü kəsib atardım
    Əgər kəsib atmaq olmasa mümkün
    Kinonu o yerdə sonlandırardım.

  • @sevilismayilova977
    @sevilismayilova977 5 лет назад +2

    Sizin ifamızda bu şeri dinləmək xoş olardı, Kamran müəllim!
    --Men,bir Sehidi sevdim,
    Dodaqinda donan sozunu,
    baxisi donan gozunu sevdim.
    Hec vaxt dinmeyecek dilini sevdim
    Elimi tutmayacaq elini sevdim
    Nefesini sevdim,
    Sesini sevdim
    Dunya gozuyle
    Onu taniyan
    her kesini sevdim.
    Arzularini sevdim
    qebinde qalan
    Nurlu uzun sevdim
    gul kimi solan
    Sevdim Sehid olan
    anini sevdim
    Sevdim,
    axib torpaqa
    qarisan qanini sevdim,
    Sevdim vetencanli
    canini sevdim,
    Sevdim,
    onu boyuden
    atasin,anasin sevdim,
    Sevdim,
    onsuz qalan
    balasin sevdim,
    Sevdim,
    soyuq qalan
    yuvasin sevdim.
    Sevdim,
    elin sevdim,
    obasin sevdim
    Sevdim ,
    qarabaq yarasin sevdim,
    Sevdim,
    bu dunyada gormediyimin
    "o dunya" -sin sevdim...
    Men bir sehidi sevdim......
    Sahibe Reshid.

  • @mlyinm959
    @mlyinm959 5 лет назад +6

    ............
    *həyatımı oxuduz ....*

  • @vafasuperfilmallahyarova7507
    @vafasuperfilmallahyarova7507 5 лет назад +2

    Bəh bəh

  • @imanquluburciyev8173
    @imanquluburciyev8173 5 лет назад +1

    Sürüb öz atını ağ atlı getdi,
    Uşaqlıq dünyamı qanatdı getdi...
    N.Kəsəmənli

  • @fatimefatime8870
    @fatimefatime8870 4 года назад +2

    🎧 344👍 👏

  • @asafiruslan771
    @asafiruslan771 5 лет назад +2

    Qayıt o günlərə...

  • @cickyags4191
    @cickyags4191 3 года назад +2

    ❤️446❤️

  • @aygunagakisiyeva2293
    @aygunagakisiyeva2293 4 года назад +1

    Siz allah eger imkan olsa mene bu xanim wairenin nomresini veresiz .eger bilirsizse.qabaqcadan minnetdaram.belke cox cavandi.belke orta yawlidi .menim kimi.

  • @deryadeniz3095
    @deryadeniz3095 5 лет назад +2

    Yawwwaa

  • @aligocayev5135
    @aligocayev5135 5 лет назад +2

    Salam. Fon musiqisinin adını nədir?

  • @vugaragkaya3593
    @vugaragkaya3593 5 лет назад +2

    Bir sezen aksu sarkisi,bir az halil sezai zumzumesi ,birde sizin serleriniz dunya kecerde kecer(

  • @rukhsarababai8328
    @rukhsarababai8328 3 года назад +1

    Qayıtmaq mumkünmü?????

  • @esmirakrimova1315
    @esmirakrimova1315 5 лет назад +3

    Mükəmməl

  • @c3yhun_editz
    @c3yhun_editz 4 года назад +2

    💖