Ramiz Rövşən bu şerin ilhamını haradan alıb?

Поделиться
HTML-код
  • Опубликовано: 23 фев 2024
  • Mən sənin oğlunam bu yer üzündə,
    həsrətinlə göyə çox baxdım, Allah.
    Axır ki, arzuma çatdım deyəsən,
    ayağım üzüldü torpaqdan, Allah.
    Daha yerlə göyün arasındayam,
    çarmıxa çəkilib qalmışam daha.
    Mismarlanıb ayaqlarım, əllərim,
    özüm öz tabutum olmuşam daha.
    Gəzir, qarışqatək gəzir canımda,
    dalayır canımı bu gün işığı.
    Qıyıb gözlərini baxır xanımlar,
    baxır, süzür məni beldən aşağı.
    Ölüm deyilən şey son yuxudursa,
    əgər yatmışamsa -
    yuxum ağrıyır.
    Çarmıxa çəkilən quru canımdı,
    bəs niyə görəsən ruhum ağrıyır?!
    Bu ağrı uzanır bir kəndir kimi,
    bağlayır ruhumu canıma, Allah.
    Ruhum bədənimdən ayrıla bilmir,
    uçub gələ bilmir yanına, Allah.
    Bu ağrı -
    canımın əziyyətidi,
    Ruhuma atılan qarmaqdı yoxsa?
    Bu ağrı -
    dünyanın son ləzzətidi,
    Bu ağrı -
    sonuncu günahdı yoxsa?
    Yox, mən bu ləzzətə dözmürəm daha,
    mənə bu çarmıxdan qaçmağa güc ver.
    Güc ver bu ağrıdan can qurtarmağa,
    quş olub yanına uçmağa güc ver.
    Dostlar göz yaşını silir gizlicə,
    onlar qaranlığı gözləyəcəklər.
    Çarmıxdan qurtarıb məni bu gecə
    bəlkə də, hardasa gizləyəcəklər.
    Harda?
    Niyə?
    Kimdən?
    Necə gizlənim?
    Mən öz taleyimdən
    necə gizlənim?!
    Yüz yol əllərimlə örtsəm də, - heç vaxt
    gizləyə bilmərəm üz-gözümü mən.
    Hamı görər məni ovuclarımda
    qaralan o mismar deşiklərindən.
    Mən o cür yaşayıb ölə bilmərəm -
    azardan,
    bezardan,
    ya qocalıqdan.
    Yox, mən bu çarmıxdan enə bilmərəm,
    mən enə bilmərəm bu ucalıqdan.
    Amma dözəmmirəm, - ya canımı al,
    ya da al canımdan ağrını, Allah.
    Yada sal, yada sal, məni yada sal,
    yoxsa unutmusan oğlunu, Allah?!
    …Qəflətən gün batdı, dünya qaraldı,
    amma səni gördüm birdən-birə mən.
    Əllərin ruhumu çarmıxdan aldı,
    tapşırdım ruhumu o əllərə mən.
    Gördüm -
    qaranlığın içində sənin
    əllərin ay kimi, günəş kimidi.
    Gördüm -
    mənim ruhum ovcunda sənin
    özünə dən gəzən bir quş kimidi.
    Daha bu çarmıxdan azaddı ruhum,
    daha bu canım da ağrımır, Allah.
    Ovcunda gör necə rahatdı ruhum,
    bəs niyə ovcundan qan damır, Allah?!..
  • ВидеоклипыВидеоклипы

Комментарии • 18

  • @ramizebdulrhmanova8292
    @ramizebdulrhmanova8292 4 месяца назад +3

    Allah sizə saglam can və uzun ömür versin dəyərli şairimiz .Siz Tanrının yer üzünə göndərdiyi xilasgarın yer üzündə qurbanlıq misyasını qələmə almısınız. Var olan var olmuş xilasgara həmdlər izzətlər olsun.,🤲🤲🤲

  • @rinatqafarovic7845
    @rinatqafarovic7845 4 месяца назад +4

    Salam olsun Allahın Peyğəmbərine

  • @nuradinkazimov6068
    @nuradinkazimov6068 4 месяца назад +2

    REBBIN XEYR-DUASI VE HEYATI
    UZERINIZDE EBEDI OLSUN
    YA ALLAH
    🌅❤️
    🤲

  • @mushvigazizov5755
    @mushvigazizov5755 Час назад +1

    İSA MƏSİH DEYİR : YOL VƏ HƏQİQƏT VƏ HƏYAT MƏNƏM. MƏNİM VASİTƏM OLMADAN HEC KİM TANRININ YANINA GƏLƏ BİLMƏZ . BUNU HEC BİR peyğəmbər deməyib cünki bizim kimi insanlar günahlı bəşər olublar.AMMA İSA MƏSİH GÖYÇƏRDƏN GƏLƏN RƏBBDİR .DİN İNSANI XİLAS ETMİR YALNIZ 1 YOL VAR İSA ..

  • @amilmeherrem3049
    @amilmeherrem3049 2 дня назад +1

    Bu dünyada özünə yer tapa bilməyən şair,fikirlərini ifadə etməyə necə söz tapır?

    • @TaranaNLindsay
      @TaranaNLindsay  2 дня назад +1

      Söz özü yoxfan var edəndir, xiridarı üçün

  • @mushvigazizov5755
    @mushvigazizov5755 Час назад +1

    YEGANƏ İSA MƏSİH ĞÖYLƏRDƏN GƏLDİ . BİZƏ GÖRƏ BÜTÜN İNSANIARA GÖRƏ ÖLDÜ QURBAN OLDU Kİ BİZ ONUN QANINA BAĞIŞLANAQ.MÜGEDDES TƏMİZ VƏ GÜNAHSIZ OLA OLA .DÜŞÜNÜN VƏ ARAŞDIRIN İLK KİTABLARDA HƏQİQƏT VAR .YEGANƏ HƏQİQƏT YOL İSA MƏSİHİN YOLUDU.

  • @user-yu6dj6kn8s
    @user-yu6dj6kn8s 4 месяца назад +2

    ALLAHUMƏSƏLLU ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏD..., 124 MİN PEYĞƏMBƏRƏ ALLAHIN SALAM VƏ SALAVATI OLSUN... RAMİZ RÖVŞƏNƏ DƏ.., NURƏDDİNƏ DƏ TƏŞƏKKÜRLƏR.. AMMA BİRCƏ İRADIM VAR.., ALLAH HEÇ NƏDƏN TÖRƏMƏYİB.., ONUN DA ÖVLADI YOXDUR... TANRI -- İLKLƏRİN İLKİ..., SONLARIN SONUDUR..., BİZƏ ÇATAN 4 KİTABDAN DƏYİŞMƏYƏNİ QURANİ -- KƏRİMDİR..., VƏ ORDA -- BU FİKİR AYDIN İFADƏSİNİ TAPMIŞDIR....

    • @TaranaNLindsay
      @TaranaNLindsay  4 месяца назад +1

      Baxin burada burada ruhani mənada gedir söhbət bioloji deyil

    • @user-yu6dj6kn8s
      @user-yu6dj6kn8s 4 месяца назад +1

      @@TaranaNLindsay MƏN BUNU BİLİRƏM Kİ., SÖZLƏR MƏCAZDIR., AMMA HƏRFİ MƏNADA QƏBUL EDƏ BİLƏNLƏR VAR., ÇÜNKİ, XAÇPƏRƏSTLƏR DUALARINDA - ATA, OĞUL XATİRİNƏ -- DEYİRLƏR..., ONA GÖRƏ YAZDIM.... YOXSA RAMİZ RÖVŞƏNİN BİRCƏ MİSRASI KİFAYƏTDİR Kİ, ONU "TANIYASAN"..., ŞERLƏRİNİN MƏNA DƏRİNLİYİSƏ BAŞQA ALƏMDİR...

    • @TaranaNLindsay
      @TaranaNLindsay  4 месяца назад +1

      @@user-yu6dj6kn8s Mən xaçpərəst deyiləm, amma dua edirəm belə, söz oyunlarını heç sevmirəm, əgər bizi yaradadan, bəşəri yaradan Allahdırsa, Allah sözünün mənası el al qüvvə deməkdir, bizim hamımızın əsil atası Allahdır, Oğul Allahın Ruhundan yaranan İsa Məsihdir ki, İsa sözünün mənası xilaskardır sözün əsil mənasında, Yerə insan formasında gəlməsinin və bu el qüvvəsinin təzahürüdür, qüvənin sağ əlidi, göndərdi və özünə çəkdi, Allahın Ruhu Müqəddəs Ruhu da təkzib etmək özü bir günahdır. Müxtəlif dinlərin müxtəlif təriqətlərin burada müxtəlif fikirləri ola bilrə. Amma ən əsası odur ki, insanlıq olsun. Mənim, sizin inanmadığımız inanca qarşı qalxmaq bir nöz mübahisələr doğurur ki, mən bundan uzaq adamam. Əsas odur ki, sizlərin canı sağ, işiniz avand olsun, çox sağ olun ki, .ərh yazdınız.

    • @user-yu6dj6kn8s
      @user-yu6dj6kn8s 4 месяца назад +1

      @@TaranaNLindsay İSA MƏSİHİN DÜNYAYA GƏLİŞİNİ QURANİ - KƏRİMİ OXUYANLARIN HƏR BİRİ BİLİR., İNANMADIĞINIZ İNANC NƏDİR., BELƏ ÇIXIR Kİ, SİZ ALLAHA ŞƏRİK QOŞURSUZ., VƏ BU YAZINIZDAN ONU ANLADIM., ADƏMDƏN XATƏMƏ HƏR PEYĞƏMBƏR TANRININ YARATDIĞI VƏ SEÇDİYİDİR., BU BİRMƏNALIDIR., VƏ MƏN DƏ HEÇ VAXT BAŞQA DİNƏ SİTAYİŞ EDƏNLƏRİ XOR GÖRMÜRƏM. AMMA YARADILIŞIN BİRİNİ (BU PEYĞƏMBƏR OLSA BELƏ) MƏCAZDA DA ALLAHIN OĞLU ADLANDIRMAQ İNSANLARIN SƏHF FİKİRLƏRİNƏ RƏVAC VERMƏK DEMƏKDİR...

    • @user-yu6dj6kn8s
      @user-yu6dj6kn8s 4 месяца назад

      @@TaranaNLindsay VƏ SON SÖZÜM - MƏN FİKRİMİ DEDİM., SİZ VƏ YA BAŞQASI MƏNİ MÜBAHİSƏYƏ ÇƏKİB ƏSASI DƏYİŞDİRİLƏN 3 KİTABDAN ( BİZƏ YOLLANAN 12 KİTABDAN 4 -ÜNÜN SURƏTİ ÇATIB. VƏ DƏYİŞDİRİLMƏYƏN QURANİ KƏRİMDİR) MİSALLARLA SÖZ OYUNU OYNAYA BİLMƏZSİZ., BƏDİİLƏŞDİRMƏK ƏDƏBİYATÇILARIN İŞİDİR., RAMİZ RÖVŞƏNİ DƏ MƏNİ QƏDƏR SEVİB TANIYA BİLMƏZSİZ., ÖZÜNÜ YOX.., ƏDƏBİ POTENSİALINI..