BEYİNƏ Zərərli və Faydalı Qidalar - Beyin Gücünü BELƏ ARTIRIN

Поделиться
HTML-код
  • Опубликовано: 4 окт 2024
  • #BirBax #xalqtəbabəti #beyin
    Beyin üçün 3 ən zərərli və 4 ən faydalı qida
    Hamımız qaraciyərimizin, böyrəklərimizin, mədəmizin, ürəyimizin, damarlarımızın, dərimizin sağlamlığını düşünürük. Bəs beynimizin bioloji baxımdan sağlamlığı haqqında düşünürükmü? Araşdırmalar göstərir ki, bəzi qidalar bizi, sözün əsl mənasında, axmağa çevirir. Bəli, beyin üçün zərərli olan qidaları mütəmadi istifadə etdiyimiz zaman çox ciddi problemlər yaşaya bilirik. Bəs hansı qidalar beyin üçün zərərlidir? Nələri yeməməliyik? Bu videomuzda biləcəksiniz.
    Beynimizi necə qoruyacağımız haqqında ipucularla tanış olaq... Əvvəlcə, beyin üçün ən zərərli 3 qidadan bəhs edəcəyəm:
    İçkilər. Beyin üçün ən zərərli içki spirtli içkidir. Spirt təkcə qaraciyərimizə deyil, sinir sisteminə, xüsusən də, beyinə mənfi təsir göstərir. Araşdırmalar aşkarlayıb ki, spirt beyin hüceyrələrini məhv edir. Təbii, hər şey nə qədər içdiyinizə bağlıdır. Yeniyetməlik dövründə beyin daha həssas olur. Bu yaşlarda içilən spirt orqanizmə böyük zərər verə bilər. Əvvəllər belə bir fikir vardı ki, 20 qramadək təmiz spirt təhlükəsiz dozadır, hətta xeyirlidir. Lakin son tədqiqatlar göstərir ki, ümumiyyətlə, spirtin təhlükəsiz dozası yoxdur; istənilən doza zərərlidir.
    Şirniyyatlar. Buraya şirin xəmir məmulatları, əksər qənnadı məmulatları, qazlı içkilər daxildir. Beyin qlükozanı sevir, çünki qlükoza ilə qidalanır. Amma şəkər, nəinki, damarlarımızı, beynimizi də məhv edir. Məsələ ondadır ki, şirniyyatlar bədənimizin, demək olar ki, bütün toxumalarında daimi mikroiltihab yaradır. Yeri gəlmişkən, qan damarlarına zərərli olan bütün qidalar avtomatik olaraq beyinə də zərərlidir. Zədələnmiş damarlar nəticəsində beyinə qan tədarükü pisləşir. Sonrası idrak qabiliyyətinin, düşünmə qabiliyyətinin aşağı düşməsidir.
    Trans yağlar. Növbəti zərərli qida trans yağlardır. Fast-food qidalarda, lazım olduğundan çox qızardılmış yeməklərdə, əksər yarımfabrikatlarda, şirniyyatlarda və qənnadı məhsullarında trans yağlar bol miqdardadır. Trans yağlar, əslində, dövrümüzün ən böyük zərərli qidalarındandır. Xolesterol profilimizin vəziyyətini pisləşdirir, qan damarları və beyin ilə bağlı problemlərə səbəb olur. Trans yağların istehlakının artması Alzheimer xəstəliyi riskini də yüksəldir.
    İstəsək də, istəməsək də hamımızın rasionuna müəyyən miqdarda alkoqollu içkilər, şirniyyatlar, trans yağlar daxil olur. Tamamilə qarşısını almaq mümkünsüzdür... Bununla belə, bəzi qidaları yeməklə beynimizə dəstək ola bilərik.
    Qoz. Omeqa-3 mənbəyi olan qozda A və E vitaminləri bol miqdardadır. Mütəxəssislər tövsiyə edir ki, hər gün kiçik dozada, təxminən, 5 ədəd qoz yeyək. Normanı keçməməliyik, çünki qoz orqanizm üçün ağır qida sayılır. Qoz alarkən onun vəziyyətinə, yararlılıq müddətinə baxmaq lazımdır. Əgər qozun bir az çürüdüyünü, qaraldığını görsəniz, uzaq durun. Yalnız təzə, gözəl və yüngül olanları götürməyə çalışın.
    Balıq. Beyin üçün növbəti faydalı qida yağlı dəniz balığıdır. Xüsusi yeri qızılbalıq tutur. Çünki qızılbalıqda Omeqa-3 daha çoxdur. Omeqa-3 birbaşa düşüncə proseslərimizə, yaddaşımızın vəziyyətinə, motor bacarıqlarımıza faydalı təsir göstərir. Həmçinin, Omeqa-3-ün müntəzəm istehlakı Alzheimer xəstəliyinin inkişaf ehtimalını azaldır. Omeqa-3-ü təkcə qızılbalıqda deyil, skumbriya və alabalıqda da tapa bilərsiniz. Yaxşı olar ki, həftədə 2-3 porsiya balıq yeyəsiniz. Porsiya miqdarı, təxminən, 100 qramdır.
    Şokolad. Növbəti faydalı qida tünd şokoladdır. Tünd şokolad o deməkdir ki, tərkibindəki kakao 60%-dən çoxdur. Digər növ şokoladlar-xaşxaşlı şokolad, meyvəli şokolad və ağ şokoladda kakao azdır, üstəlik, onlarda palma yağına da rast gələ bilərsiniz. Trans yağları orqanizmə daxil etməyin mənfiliyindən hamımız xəbərdarıq... Kakao ilə zəngin olan tünd şokoladın tərkibindəki flavonol güclü antioksidantdır. Beyin aktivliyini dəstəkləyən bu aktioksidantı qəbul etmək faydalıdır. Tünd şokoladdakı maqnezium beynimiz üçün, xüsusən, yaddaşımızın inkişafı üçün çox faydalıdır. Gündə 30 qram tünd şokolad yemək kifayətdir.
    Mərcimək. Mərci paxlalılardandır. Dadlıdır, bitki mənşəli protein mənbəyidir. Həmçinin, dəmir, fol turşusu və B vitaminləri ilə zəngindir. Bu elementlər birlikdə beynimizdəki biokimyəvi proseslərin baş tutmasında önəmli rol oynayır. Nəticədə, yaddaşımız yaxşılaşır, düşüncəmizin sürəti artır. Ümumiyyətlə, dietoloqlar rasionumuza hər gün paxlalılardan nəsə daxil etməyi tövsiyə edirlər.
    #yaddaş #başağrısı #baş

Комментарии • 60

  • @birbaxkanal
    @birbaxkanal  3 месяца назад +4

    Bizi haradan izləyirsiniz? Zəhmət olmasa şərhə yazın🥰

    • @telmanwabanov9792
      @telmanwabanov9792 3 месяца назад

      sizi Zaqataladan izleyirem

    • @KamalaAliyeva-n6f
      @KamalaAliyeva-n6f 3 месяца назад

      Salam sizi piterden qerib elden izleyirem

    • @DenizEliyeva-fe6oi
      @DenizEliyeva-fe6oi 3 месяца назад

      Salam sizi Bərdədən izləhirəm.

    • @asifesgerov3284
      @asifesgerov3284 3 месяца назад +1

      Mən sizi Geranboy r -n dan izləyirəm .Hər kəsə məsləhət görūrəm paylaşıram.

    • @kovakadini88
      @kovakadini88 3 месяца назад +1

      Khalbajar ♥️✌️

  • @UlviMemmedov-ff5cz
    @UlviMemmedov-ff5cz 3 месяца назад +2

    ❤❤❤Coxlu Coxlu sag olun.❤❤❤

  • @SiyavusArazov-gk1tn
    @SiyavusArazov-gk1tn 3 месяца назад +1

    Allah-təala sizləri saxlasın faydalı məsləhətlər verdiyiniz üçün təşəkkürlər

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад

      İzlədiyiniz üçün təşəkkür edirik🌹

  • @QsngMovsumov
    @QsngMovsumov 3 месяца назад

    Çox sağ olun məlumatlar üçün

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад

      İzlədiyiniz üçün biz təşəkkür edirik

  • @rvansfrzad3767
    @rvansfrzad3767 3 месяца назад

    Çox təşəkkürlər,faydalı və gözəl məlumatdı,videonu bəyəndim

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад +1

      İzlədiyiniz üçün biz təşəkkür edirik

  • @asifesgerov3284
    @asifesgerov3284 3 месяца назад +2

    Coxlu -coxlu sag olun. Insanları qırmagın ən asan yolu trans yaglarıdı.

  • @sadaqetsadaqet8083
    @sadaqetsadaqet8083 3 месяца назад +1

    Sizi aran rayonlarından biri olan Hacıqabul rayonundan izləyirəm.

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад

      İzlədiyiniz üçün biz təşəkkür edirik

  • @oyunkanalm6714
    @oyunkanalm6714 3 месяца назад

    yaxşl məsləhətlərinə görə çox sağ olun xlrdalan

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад

      İzlədiyiniz üçün təşəkkür edirik🌹

  • @Abdullah-u3e5m
    @Abdullah-u3e5m 3 месяца назад +1

    TƏŞƏKKÜRLƏR.

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад

      İzlədiyiniz üçün təşəkkür edirik🌹

  • @kovakadini88
    @kovakadini88 3 месяца назад +1

    Təşəkkürlər❤ Gözəl Qız 🌹🍀✨🙏✌️

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад +1

      İzlədiyiniz üçün təşəkkür edirik🌹

  • @clilovarubab4780
    @clilovarubab4780 3 месяца назад

    Təşəkkürlər 🙏❤️🌹

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад

      İzlədiyiniz üçün biz təşəkkür edirik

  • @qarbagazerbaycandir9680
    @qarbagazerbaycandir9680 3 месяца назад

    Qarabağdan salamlar olsun
    Dəyərli məsləhətiniz üçün təşəkkürlər

  • @f.xanoglu.9999
    @f.xanoglu.9999 3 месяца назад

    Çox sağ ol
    Allah razı olsun

  • @Ləyaqət
    @Ləyaqət 3 месяца назад

    Çox sagolun

  • @SeyranKrimova
    @SeyranKrimova 3 месяца назад

    Çox sağ olun❤

  • @Aidliyeva-ft2ye
    @Aidliyeva-ft2ye 3 месяца назад +1

    Goranboydan

  • @gulbeyimakbarov1874
    @gulbeyimakbarov1874 3 месяца назад

    Super❤❤

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад

      İzlədiyiniz üçün təşəkkür edirik🌹

  • @Turan405
    @Turan405 3 месяца назад

    👍👍👍

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад +1

      İzlədiyiniz üçün təşəkkür edirik🌹

  • @Vusal-hq1ms
    @Vusal-hq1ms 3 месяца назад

    Bir mərcini görəndə sevindim😂kasıbın cibinə azda olsa uyğun o gəldi.

  • @ГаджарАбиева
    @ГаджарАбиева 3 месяца назад

    Тешеккурлер❤

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад

      İzlədiyiniz üçün biz təşəkkür edirik

  • @aybukeqelenderli7114
    @aybukeqelenderli7114 3 месяца назад

    superf

  • @kamalaaliyeva489
    @kamalaaliyeva489 3 месяца назад

    Çox zağ okun 👍🙏❤️🥰

    • @birbaxkanal
      @birbaxkanal  3 месяца назад

      İzlədiyiniz üçün təşəkkür edirik🌹

  • @elchinaliyev774
    @elchinaliyev774 3 месяца назад

    17 ildir içkidən uzağam

  • @lemanquliyeva1064
    @lemanquliyeva1064 3 месяца назад

    Çox danışırsınız hövsrle çatmır bacmaga

  • @ShirinMammadov
    @ShirinMammadov 3 месяца назад

    RUclips

  • @ВугарИманов-ь5ж
    @ВугарИманов-ь5ж 3 месяца назад

    Hamsi yalandi😂😂 belede biz bunlari coxdan dilirik .teze soz de ,gotun catirsa

  • @NurşərəfBayramiva
    @NurşərəfBayramiva 3 месяца назад

    Çox sağ olun😊