Asan üsulla və bütün incəlikləriylə SƏMƏNİ HALVASI RESEPTİ.UĞUT TATLISI TARİFİ. Cavanlıq iksiri

Поделиться
HTML-код
  • Опубликовано: 7 сен 2024
  • Buğdanın orqanizmə faydaları çox qədim zamanlardan məlumdur. Lakin onun faydaları onun hansı formada istifadə ediləcəyinə bağlıdır. Çünki buğdanın işlənməsi zamanı faydalı maddələrin 40%-i itir.
    Buğdanın tərkibi A, C, E, K, B6 və B12 vitaminləri, dəmir, kalsium,fosfor ilə zəngindir. Bu səbəblərdən də onun orqanzmə faydası böyükdür. Enerji deposu olan buğda saç sağlamlığına xidmət edir, ürək əzələsini möhkəmləndirir, gözünü görmə qabiliyyətini yaxşılaşdırır.Adi buğda ilə müqayisədə cücərdilmiş buğdanın kimyəvi tərkibi xeyli dəyişilir. Cücərdilmiş buğda zülallar, E, B qrupu vitaminləri, sink, dəmir, kalium və s. mikro- və makroelementlərlə çox zəngindir.
    E vitamini (tokoferol) orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır, bərpa proseslərini sürətləndirir. Təbii tokoferol infarkt olma riskini azaldır.
    Həmçinin cücərdilmiş buğda B vitaminləri qrupu ilə zəngindir. Bu vitaminlər bizim sinir və mədə-bağırsaq sistemimiz üçün çox vacibdir.
    Cücərdilmiş buğdanın tərkibində olan fol turşusu orqanizmin qanyaradan funksiyası üçün çox vacibdir. Həmçinin fol turşusu hamilə qadınların əsas vitamini sayılır. Fol turşusu döldə sinir sisteminin qusurlarının qarşısını alan əsas vasitə kimi tanınır. Məhz bu səbəbdən hamilə qadınların hamısına həkimlər fol turşusunu təyin edirlər.
    Sink insanın immun sisteminə çox müsbət təsir edir, dərini qocalmaqdan saxlayır.
    Səməni halvasının resepti:
    --500qr təzə, sağlam buğda
    --3 litr təmiz su
    --1 kq un (mən 500qr buğdanı əl dəyirmanından çəkib un hazırladım+500qr adi un əlavə etdim.)
    --150qr badam, fındıq və ya qoz ləpəsi.
    NUŞ OLSUN.

Комментарии • 431