Zənglərə Gec Cavab verilir - NİYƏ?

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • tel: +994 50 797 17 07
    İnstagram: dreminhaqverdiyev
    Digər RUclips kanalımız: / @yorgunginekoloq327
    Zənglər edirik cavab verilmir, vatsapa (Whatsapp) yazırıq cavab verilmir - deyə yazırsınız.
    Dəyərli pasientlər, komanda bununla bağlı ciddi məşğuldur. Etdiyiniz hər zəngə, atdığınız hər mesaja ilk fürsətdə cavab verirlər, hətta biz sizə 7/24 bir həkim xidməti də vermiş oluruq. Nə vaxt zəng eləsəniz sizə cavab verən bir həkim yoldaşımız mütləq olur. Bu çox önəmli məsələdir, çünki hamiləsinizsə, ya da süni mayalanma prosesindəsinizsə, ağlınıza müəyyən suallar gələ bilər, o sualların cavablandırılmasını istəyirsiniz. Amma bəzən də bu cavabları yetəri qədər vaxtında almırsınız, buna görə alternativ nömrələrimiz var. Onların hər hansı biri ilə əlaqə saxlaya bilərsiniz, çünki əməkdaşlarımızın tək işi oturub telefonu cavablandırmaq deyil, özünüz bura gələnlər görmüsünüz. Xəstə müayinəsi əsnasında telefonlar cavablandırılmaya bilir. Ona görə də təcili nömrələrimiz var. Qeydiyyat nömrələrimiz var, bu nömrələrin hamısı sizin telefonunuzun yaddaşında saxlanılsın. Nə vaxt ehtiyacınız olsa, əlaqə saxlayın.

Комментарии •