BƏDƏN DİLİ NƏDİR | Body language | язык тела

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • MÜTƏXƏSSİS - CƏLALƏ NƏZƏROĞLU
    Bədən dilindən istifadə etməyin bir neçə faydası var. Bu sahənin mütəxəssisləri deyirlər ki, səbəb bir yox, bir neçədir. Bunları sadalayaq:
    1.Başqaları üzərində müsbət bir təsir yaradaraq məqsədimizə çatmaq;
    2.Qarşımızdakıları daha yaxşı anlayaraq təsirli bir ünsiyyət qurmaq;
    3. Öz bədən hərəkətlərimizə nəzarət edərək ictimai mühitə daha tez uyğunlaşmanı təmin etmək;
    4.Başqalarının əslində nə söyləmək istədiyini anlamaq.
    Amma unutmayın ki, ünsiyyətdə əsas mövqe səmimilikdir. Çalışın biliklərinizi tətbiq edərkən hərəkətləriniz süni, qeyri-təbii görünməsin.
    1. “Açıq əllər” jesti səmimilik deməkdir. Söhbət zamanı bəzən bir və ya hər iki əl ovuc içi açıq vəziyyətdə olur. Sanki insan sizə qəlbini açır. Əgər çalışsanız bu jesti süni, yəni şüurlu ifadə edəsiniz, razılaşın ki, kənardan gülməli görünə bilər.
    2. Pencəyinizin düymələrini açmaqla və ya onu çıxartmaqla siz həmsöhbətinizə qarşı rəğbət bəslədiyinizi bildirirsiniz.
    3. İnsanın sakit, rahat, arxayın özünü hiss etməsinə onun əllərinin boşalmış vəziyyəti qoyulduğu işarə edir.
    4. Söhbətə diqqətlə qulaq asanda adamın başı qeyri-ixtiyari olaraq yana əyilir.
    5. Əgər kimsə danışanda açıq əllərini (evcik şəklində) bir-birinə dirəyibsə, onda siz əmin ola bilərsiniz ki, bu insan fikirlərinə əməl edib, sözünün üstündə durandı. Ona etibar etmək olar.
    Amma mütəxəssislər məsləhət verir. Hər bir jesti etməzdən əvvəl yüz ölçüb, bir dəfə düşünün. Tövsiyələr aşağıdakılardır:
    1 - Qollarınızı və qıçlarınızı çarpazlamayın: Bu hərəkət müdafiə deməkdir. Qollarınızı da qıçlarınızı da sərbəst buraxmalısınız. Çox yayılmadan, təbii ki!
    2 - Göz kontaktı qurun, amma gözünüzü dikib baxmadan: Danışdığınız insanların gözlərinə baxın. Bu, onların sizə inanmasını təmin edir. Amma çox diqqətli və gözünüzü ayırmadan baxmamağa çalışın; çünki bu, həmsöhbətinizi narahat edə bilər.
    3 - Özünüzə aid bir yeriniz olmasından çəkinməyin: Rahat oturun, köşənizdə büzülməyin, “oturduğum, ya da gözlədiyim bu yer hələlik mənimdir” imici yaradın. Qollarınız, qıçlarınız, qamətiniz süni deyil, rahat olsun.
    4 - Çiyinlərinizi rahat buraxın: Gərgin olduğumuz zaman ağır bir yük götürmüş kimi çiynimizi aşağı salarıq. Bu bitmiş, tükənmiş və çarəsiz görünməyimizə səbəb olar. Çiyinlərinizi bir müddət önə - arxaya hərəkət etdirərək rahatlaşdırın, çiyinləriniz və boynunuz dik olsun. Təbii ki, həddini aşmadan və süniliyə qaçmadan …
    5 - Həmsöhbətinizi anladığınızı göstərin: Qarşınızdakı adam danışarkən onu dinlədiyinizi göstərmək üçün başınızla təsdiqləyin. Amma şişirtməyin, yoxsa Ağacdələn Woody damğası yeyərsiniz.
    6 - Başınızı dik saxlayın: Amma süni deyil rahat və təbii bir şəkildə …
    7 - Həmsöhbətinizə yönəlin: Qarşınızdakı adamın sözlərinə əhəmiyyət verdiyinizi müəyyən etmək üçün ona yönəlin və yüngülcə ona doğru əyilin. Bu əsnada rahat olduğunuzu göstərmək üçün də ara-sıra arxanıza söykənin. Çox önə əyilməyiniz təsdiq gözlədiyiniz və ya çarəsiz olduğunuz, çox arxaya yaslanmağınız da tərs və məsafəli olduğunuz mesajını verər.
    8 - Gülümsəyin: Bəzi şeyləri xəfifə almağı bilin; hadisələrin arxa üzündəki yumor istiqamətini görün. Rahat olun, gülümsəyin. Müsbət olsanız insanlar sizi dinləməyə daha könüllü olarlar. Amma öz zarafatlarınıza gülən ilk adam siz olmayın. Bu, çarəsiz və narahat olduğunuzu göstərir. Bir adamla tanış olduğunuzda da gülümsəməyə laqeyd yanaşmayın, amma bu gülümsəmə üzünüzə yapışmasın, əks halda səmimi görünməz.
    9 - Üzünüzə toxunmayın: Bu narahat olduğunuzu, eyni zamanda diqqətinizin dağıldığını göstərir.
    10 - Gözləriniz yerə deyil, qarşıya baxsın: Yerə və ya həmsöhbətiniz xaricində ətrafdakı başqa şeylərə baxmayın. Başınız dik, gözləriniz qarşıda olsun; amma önünüzü görə bilməyəcək qədər də uzaqda deyil …
    11 - Sakit olun, tələskən davranmayın: sürətiniz çox şeyi izah edər. Məsələn, yavaş-yavaş gəzirsinizsə bu, sizi sakit, özünə inamlı və stressiz göstərir. Deyək ki, birisi sizə səslənir, boynunuzu sürətlə birdən o yana çevirmək yerinə yavaş və sakit bir şəkildə yönəlsəniz, daha özündən əmin bir duruş sərgiləyərsiniz.
    12- Çox tərpənməyin: Barmaqlarınızı və boynunuzu şaqqıldatmaq, ya da masaya vurmaq, qıçlarınızı yelləmək kimi gərginliyinizi müəyyən edən bu tip hərəkətlərdən çəkinin. Bu imicinizi zədələməklə qalmaz, qarşınızdakı adamın diqqətinin dağılıb narahat olmasına gətirib çıxarar.
    __________________________________
    Bizi sosial şəbəkələrdə izləyin:
    RUclips I bit.ly/2KF8uLP
    İnstagram I bit.ly/2Ior3Cy
    Facebook I bit.ly/2x2MAtX

Комментарии • 2