Это видео недоступно.
Сожалеем об этом.

TƏCİLİ! Onlarla istefa - erməni yalanları ifşa olundu... Xeberler / Armenia Azerbaijan / Tovuz

Поделиться
HTML-код
  • Опубликовано: 31 июл 2020
  • Məlum olduğu kimi, iyulun 21-də yüzlərlə radikal erməni daşnakları Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun qarşısında azsaylı azərbaycanlılara vəhşicəsinə hücum edərək onlara xəsarətlər yetirib. Los Anceles Polis İdarəsi hazırda azərbycanlılara qarşı həyata keçirilmiş bu zorakılığı nifrət zəmnində törədilən cinayət maddəsi üzrə araşdırır.
    Azərbaycanın buradakı Baş Konsulluğundan Modern.az-a bildirilib ki, bu cinayətdən diqqəti yayındırmaq məqsədilə aksiyanın təşkilatçıları olan Amerika Erməni Milli Komitəsi və Erməni Gənclər Federasiyası sosial media platformalarında guya azərbaycanlıların aksiya yerinə müxtəlif silahlarla gəldiklərini iddia ediblər. Təşkilatçılar azərbaycanlıların aksiyanın əvvəlindən silahlı olduqlarını, bununla bağlı polisə məlumat verdiklərini, polisin onların silahlarını müsadirə etdiyini. ancaq aksiya gedə-gedə onlara geri qaytardığını iddia ediblər. Göründüyü kimi, Azərbaycan icmasının üzvlərinə qarşı zorakılıq törətmiş erməni quldurlarını alçaqcasına müdafiə edən və məsuliyyətdən yayınmağa çalışan erməni lobbisi özlərini bu hadisədə də qurban kimi təqdim etməyə çalışırlar.
    Bu yalan iddialar səsləndirilən kimi, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və buradakı Azərbaycan icmasının apardığı dəqiq və detallı araşdırma nəticəsində, iddia olunan mişar, çəkic və digər alətlərin məhz bir radikal erməni daşnağı tərəfindən aksiya yerinə gətirildiyi məlum olub. Həmin erməninin öz maşını ilə bir neçə dəfə azərbaycanlı nümayişçilərin dayandığı yerdən keçdiyi və təxribat törətmək məqsədilə onların üzərinə həmin alətləri atdığı aşkar edilib. Baş Konsulluq həmin şəxsin bu hərəkətləri və onun maşınının əks olunduğu video görüntüləri dərhal qısa film şəklində hazırlayaraq sosial şəbəkə hesablarında paylaşıb.
    Baş Konsulluq həmçinin bu məlumatı və həmin maşının nömrəsini Amerika Polisinə bildirib.
    Bundan əlavə, baş konsul Nəsimi Ağayev erməni lobbisinin azərbaycanlı icma üzvlərimizə qarşı qaldırdığı yalan iddialarla bağlı Los Anceles Polis İdarəsinə müraciət edərək onlardan məsələ ilə bağlı açıqlama istəyib. Buna cavab olaraq, 21 iyul hadisəsi zamanı polis qüvvələrinə rəhbərlik etmiş, idarənin Qərbi Los Anceles bölməsinin rəisi Rendi Qodard Tviter sosial şəbəkəsində guya azərbaycanlı icma üzvlərimizin mişar, çəkic, bıçaq və metal çubuq kimi alətlərlə silahlanmalarına dair iddiaları nəzərdən keçirdiyini və bunun qəti şəkildə doğru olmadığını vurğulayıb. O, polis əməkdaşlarının azərbaycanlılar üzərində hər hansı silah görmədiklərini və onlardan heç bir silahı müsadirə etmədiklərini də diqqətə çatdırıb. O həmçinin polisin adına ləkə gətirən bu iddialardan məyus olduğunu dilə gətirib.
    Beləliklə, radikal erməni lobbisinin daha bir yalanının üstü açılıb.
    Göründüyü kimi, erməni lobbisi nə qədər çalışsa da, həqiqəti dəyişə bilmirlər. erməni daşnakları Azərbaycan icmasının üzvlərinə hücum edərək, onlara qarşı açıq-aşkar nifrət zəminində cinayət törədiblər.
    Bütün bunlardan sonra Ermənistanın Diasporla İş üzrə Komissarlığının 10-dan çox şöbə müdiri istefaya göndərilib.
    Yerli jurnalistlər bu istefaların Tovuz döyüşlərindən dərhal sonra baş verməsini təsadüf hesab etmir. Onlar bunun arxasında uğursuz diaspor siyasətini, ayrı-ayır ölkələrdə Ermənistan diplomatiyasının və icmalarının uğursuzluğa düçar olmalarını əsas göstərir.
    Erməni diasporunun olduğu ölkələrdə azsaylı nümayişlər, yerli hökumətlərin Yerevanın mövqeyini dəstəkləməməsi və Paşinyan hökumətinin diplomatik təcrid vəziyyətinə düşməsi rəsmi Yerevanın ciddi narazılığına, hakimiyyət dairələrində isə söz-söhbətə səbəb olub.
    Diasporun potensialından tam istifadə olunmadığı qənaətində olan Paşinyan komisar Zare Sinanyanla emosional söhbət edib, ondan icmalarla əlaqələri aktivləşdirməyi, narazılıq və soyuqluq doğuran məqamları aydınlaşdırmağı tələb edib.
    Bütün bu hadisələrin fonunda isə, Azərbaycan diasporunun aktivliyi, xüsusən önəmli siyasət mərkəzi olan şəhərlərdə izdihamlı aksiyalar keçirməsi Paşinyan üçün “soyuq duş” effekti doğurub.
    _____________________________________________________
    modern.az/az/n...
    _____________________________________________________
    modern.az/az/n...
    _____________________________________________________
    s xeberler teze, son xeberler, son xeberler bugunson xeberler azerbaycanda, son xeberler bakida, az xeberler bugunsiyasi xeberler yeni, kriminal xeberler yeni, siyasi xeberler yeni, maraqli xeberler yeni, yeni xeberler azerbaycanda, son xeberler kriminal, azerbaycanda son xeberler bugun, teze xeberler azerbaycanda, teze xeberler bugun, azerbaycan son xeberler 2020, son deqiqe xeberler bugun, son deqiqe tecili xeberler, en son dunya xeberleri, tecili xeberler, xeber var, xeberler en son xeberler, trend, təcavüz, işğal armenia azerbaijan, tovuz armenia azerbaijan tovuz news xeberler

Комментарии •