Это видео недоступно.
Сожалеем об этом.

Gürcüstanda Azərbaycanlılara hücüm / SON DƏQİQƏ! / KÜTLƏVİ DAVA

Поделиться
HTML-код
  • Опубликовано: 16 май 2021
  • Gürcüstanın Dmanisi rayonunda (Azərbaycalılar bu ərazini 92-ci ilə qədər Baş Keçid adlandırıb) azərbaycanlılarla svanlar arasında kütləvi dava düşüb. Milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib. Hadisə zamanı bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir.
    Gürcüstanın Daxili İşlər Nazirliyi insidentdə iştirak edən 8 nəfərin saxlanıldığını açıqlayıb. Amma yerli mətbuata danışan azərbaycanlılar bununla problemin həllini tapmayacağını deyib. Onlar bölgədə svanlara münasibətdə cəzasızlıq mühitinin olduğunu bildirib.
    Gürcüstan mətbuatı yazır ki, jurnalistlərə münasibət yaxşı deyil. Birinci Kanalın əməkdaşına hücum olub. “Mtavari Arxi” telekanalının əməkdaşlarından biri xəsarət alıb. Jurnalistlərə konkret kimlərin hücum etməsi açıqlanmır. Amma polis idarəsinə soxulmaq istəyənlərin svanlar olduğu yazılıb. Onlar dünən axşam saxlanılanlara dəstək ifadə edirlər.
    Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelauri və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Qriqol Liluaşvili təcili Dmanisiyə gedib. Qomelauri cinayətkarların cəzalanacağına söz verib. O, baş verənlərə görə çox məyusuq. İstintaqa başlamışıq. Bu adamların kim olması vacib deyil. Belə hadisənin baş verməsi çox pis faktdır. Hansısa qüvvələr və qruplar insidenti millətlərarası münaqişəyə çevirməyə çalışır. Azərbaycanlılar və gürcülər bizim vətəndaşlardır. Əsrlərlə birlikdə yaşamışıq, biz qardaşıq. Problem etnik qarşıdurmaya çevrilməməlidir, deyə bildirib.
    Qomelauri vəziyyətin sabitləşdirilməsi üçün əvvəlcə 150 polis əməkdaşı prosesə cəlb olunub. Amma onların rayon mərkəzinə toplananların qarşısını almağa gücü çatmayıb. Bundan sonra bölgəyə əlavə qüvvə və xüsusi təyinatlılar gətirilib. Dmanisiyə giriş-çıxış bağlanıb. Bura yalnız xüsusi icazə ilə gəlmək mümkündür.
    Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanda baş verən hadisələrlə bağlı açıqlama yayıb. Qurum Azərbaycanın Qarabağ müharibəsindəki uğurunun bəzi qüvvələri narahat etdiyini bildirib. Dövlət Komitəsinin açıqlamasında Gürcüstanla dostluq münasibətini pozmaq planından danışılır.
    Hadisə yerindən yayılan videoda svanların 20-30 nəfərlik qrupla azərbaycanlılara hücum etməsi görünür. Onlar taxta parçası, çəkiclə mağazanın qarşısında dayananlara xəsarət yetirir. Yaşlı adamın çox böyük zərbələr aldığı aşkar nəzərə çarpır. 9 aprel küçəsində yerləşən mağazanın sahibinin Qəşəm Şamilov adlı azərbaycanlı olduğu qeyd edilir.
    Gürcüstan mətbuatına danışan azərbaycanlılar svanların dəfələrlə mağazadan aldığı məhsulun pulunu ödəməkdən boyun qaçırdığını danışıb. Növbəti belə cəhd qalmaqalla nəticələnib. Pulsuz spirtli içki əldə etmək istəyən svan gənclərdən biri rədd cavabı alınca söyüşə keçib. Mağazada təhqirə məruz qalmış atasını müdafiə edən azərbaycanlı qızın başına zərbə endirilib. Hadisənin iştirakçısı olan bir neçə svan gənc tezliklə bura daha böyük qüvvə ilə gəlib. Bu dəfə mağazanın qarşısındakı azərbaycanlılara ciddi xəsarət yetirilib.
    Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi, Mübariz Göyüşlü hesab edir ki, bu hadisənin indiki vaxtda ortaya çıxması da təsadüfi sayıla bilməz, bu bir təxribatdır.
    Dmanisidə baş verən hadisə Gürcüstan daxilində etnik qarşıdurma yaratmaq, etnik problemləri qızışdırmaq, ölkəni qarşıdurmaya sürükləmək cəhdidir. Bu çox təhlükəli məsələdir. Bu məsələdə məhz azərbaycanlıların hədəfə alınması Gürcüstan-Azərbaycan münasibətlərində də gərginlik yaratmağa hesablanıb. Gürcüstan hakimiyyəti, hüquq-mühafizə orqanları həmin şəxslərin cəzalandırılması işini dərhal həyata keçirməli, problemin böyüməsinə qətiyyən yol verməməli, gələcəkdə də bu kimi halların baş verməməsi üçün sərt tədbirlər görməlidir.
    Əks təqdirdə, Gürcüstan dövləti ciddi ziyan görə bilər. Torpaqları işğal altında olan, pandemiyanın darmadağın etdiyi zəif iqtisadiyyatlı bir ölkənin əlavə olaraq etnik münaqişələrlə yüklənməsi onun məhvinə gətirib çıxara bilər. Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan və Türkiyə üçün Gürcüstanın mühüm kommunikasiya qovşağına malik olan dövlət statusu xeyli dərəcədə zəifləyəcək. Gürcüstan bəzi hallarda Qarabağ problemindən, torpaqlarımızın işğal altında olmasından yararlanaraq bu statusundan sui-istifadə etməyə cəhdlər göstərirdi. Artıq bu kimi halların da sona çatmasına az qalıb. Azərbaycan dövləti, hətta Türkiyə dövləti də baş vermiş insidentə mümkün olduğu qədər müdaxilə etməli, soydaşlarını tək buraxmamalıdırlar.

Комментарии • 14

  • @bestihesenova9265
    @bestihesenova9265 3 года назад +4

    İnanıram ki burda da erməni əli var

  • @rufataxmedov4349
    @rufataxmedov4349 3 года назад +5

    Ele bunun dalnda en birinci azerbaycanln qarabagda ugrudu ona gorde sinire bilmiler

  • @OnlineInfoaz
    @OnlineInfoaz  3 года назад +3

    Kanala dəstək olmaq üçün videonu bəyənib, abunə olun.

  • @turalqocayev466
    @turalqocayev466 3 года назад +3

    Gücüstan sözüm budur gürcülər Rusiyanın əlinə versek Olacaxını bilirsen siz Gürcüsdan Azercan Türkiyə şotuna yaşayırsız

    • @srxan.8143
      @srxan.8143 3 года назад

      Əvvəla Salam Aleykum məsələni bilib bilmədən yorumlamıyın bu qrup milliyətçə ermeni olub ispan yox

    • @srxan.8143
      @srxan.8143 3 года назад

      Gürcüstanın bu məsələdə heç bir əli yoxdu

  • @mirimsimov4285
    @mirimsimov4285 3 года назад +1

    torbaqlarmizda oturduqlari bes deyol kelede atilar qudurdiq bu gurculeri

  • @takhargurbanov6523
    @takhargurbanov6523 3 года назад

    Dmaniside bu günde vəziyyət ağırdır

  • @aslanqarayev5148
    @aslanqarayev5148 3 года назад +1

    Birlik olun Azerbaycanlilar o demirleri olarin dalina calin

  • @yaallah3983
    @yaallah3983 3 года назад +1

    Qoca dayı vurdular Gürcülər

  • @idrishuseyinov3694
    @idrishuseyinov3694 3 года назад +1

    Qeribedir