Это видео недоступно.
Сожалеем об этом.

QÜDS niyə bu qədər önəmlidir? Və kimlərindir? / Araşdırma

Поделиться
HTML-код
  • Опубликовано: 14 май 2021
  • Ərəb dilində Əl Qüds, İbrani dilində Yerusəlim adlanan Qüds dünyanın ən qədim şəhərlərindən biridir. Yerinə görə Qüds İsrail və Fələstin dövlətləri ərazisinin tam ortasında yerləşir. Qüds, üç səmavi din olan İslam, Yəhudilik və Xristianlıq üçün müqəddəs sayılan yerlərə ev sahibliyi edir. Bu müqəddəs yerlərin əksəriyyəti Şərqi Qüdsdə yerləşir. Buna görə də hər iki ölkə üçün böyük əhəmiyyətə malikdir.
    Tarix boyu bir çox müharibələrə şahid olmuş Qüds şəhəri bir çox müqəddəs quruluşlara da ev sahibliyi etdiyi üçün dəfələrlə məhv edilmiş və yenidən qurulmuşdur.
    Osmanlı İmperatorluğu, 1517-ci ildə işğal etdiyi Qüdsü 1917-ci ilə qədər idarə etmişdir.
    Min illərlə tarixə sahib olan Qüdsün, qalın daş divarlarla əhatə olunmuş, dar küçələrlə dolu olan, İçəri Şəhəri, dörd əsas hissədən ibarətdir. Bunlar müsəlman, yəhudi, xristian və erməni məhəllələri olaraq sıralanır.
    Müsəlmanlar üçün ən müqəddəs yerlərdən biri sayılan Məscidül-Əqsa və Qubbətül-Səhranın yerləşdiyi Hərəm-üş-Şərif, Şərqi Qüdsdə yerləşir. Məhəmməd peyğəmbərin buradan göyə yüksəldiyinə inanılır.
    Yəhudilərə görə isə Məscidül-Əqsanın bir az altında, Süleyman Peyğəmbərin dövründə tikilən məbədə aid olduğu düşünülən Ağlama Divarı yerləşir. Bura Yəhudiliyin ən müqəddəs yeridir.
    Xristianlar isə İsa peyğəmbərin Qüdsdəki Müqəddəs Qəbr Kilsəsində çarmıxa çəkildiyinə və məzara qoyulduğuna inanırlar. Bu kilsə, Yunan Ortodoks Patriarxlığı və Roma Katolik Kilsəsi də daxil olmaqla müxtəlif məzhəblərin nümayəndələri tərəfindən idarə olunur.
    Bəs Məscidül-Əqsanın əhəmiyyəti nədir.
    Məscidül-Əqsa sözü "ən uzaq" mənasını verir. Məscidül-Əqsa Məkkədən uzaq olduğu üçün, belə adlandırılmışdır. Bu "ən uzaq məscid" deməkdir. Hərəm-i Şərifin içərisində Həzrəti Süleymanın məbədinin qərb divarına bitişik olan bu düzbucaqlı formalı məscid, 638-ci ildə, Həzrəti Ömər dövründə, Qüdsün fəthindən sonra inşa edilmişdir. Məscid-i Əqsa daha sonra Əməvi xəlifəsi Əbdülməlik bin Mərvanın hakimiyyəti dövründə böyüdülmüşdür.
    Məscidül Əqsa və Qubbətül-Səhra eyni ərazidə yerləşməkdədirlər. Qubbətül-Səhranın çox görkəmli və möhtəşəm günbəzə sahib olması səbəbilə Məscidül Əqsa olduğu düşünülür. Qubbətül-Əqsanın qızılla örtülmüş günbəzi Qüdsün hər yerindən görünür. Qubbətül-Səhranı zəbt edərək bir müddət əlində saxlayan Xaçlılar onu kilsəyə çevirmişdilər. Daha sonra Səlahəddin Eyyubi, Qüdsü fəth etdikdən sonra onun Kilsə olaraq fəaliyyətinə son qoymuş və məscid olaraq ziyarətçilərə açmışdır. Məscidin indiki görünüşü Osmanlı sultanları tərəfindən dəfələrlə edilən təmir və əlavələrdən sonra formalaşaraq ərsəyə gəlmişdir.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Hörmətli izləyicilər, Onlayn İnformasiya Mərkəzi, Azərbaycan dilli, müstəqil və özəl “RUclips” kanalı olaraq, Onlayn İnfo adı altında, bütün sahələr üzrə ölkə və dünya mətbuatından gündəlik baş verən ən vacib, ən maraqlı hadisələrlə bağlı xəbərləri toplayıb, onlardan video rolik hazırlayaraq, operativ şəkildə izləyicilərə çatdırır.
    Bundan əlavə, bir çox sahələr üzrə də maraqlı və marifləndirici məlumatlar araşdırılaraq onlar əsasında hazırlanmış video roliklər də kanalın “PlayLİst” bölməsində kateqoriyaya uyğun olaraq yerləşdirilir.
    Məqsədimiz izləyicilərin rahatlığını düşünərək, onların yeni məlumatlar əldə etmək üçün bir çox xəbər saytlarında, sərf etdikləri saatlarla vaxt itgisinin qarşısını almaq, onlara maralı, faydalı və keyfiyyətli informasiyalar təqdim etməkdir.
    🌐 Siz də, ölkədə və dünyada baş verən ən vacib hadisələrdən, daha tez xəbər tutmaq istəyirsinizsə, kanala "Abunə" olun və bildiriş butonunu (🔔) aktivləşdirin.
    Kanala Abunə Ol! ⇨ shorturl.at/wEFW3

Комментарии • 31

  • @Turan_Birliyi
    @Turan_Birliyi Год назад +12

    Allahın izniylə İslamiyyət Küdüsə və keçmiş ərazilərinə və belə müqəddəs yerlərinə sahiblənəcək bu əsir Türkün İslamiyyətin güclənmə dirçəlmə əsri olacaq

    • @user-ll4zh9ei5w
      @user-ll4zh9ei5w Год назад

      Yox ora özgə torpağıdır

    • @Turan_Birliyi
      @Turan_Birliyi Год назад

      @@user-ll4zh9ei5w İslamiyyət torpagıdır İlk Qibləmiz

  • @OnlineInfoaz
    @OnlineInfoaz  3 года назад +6

    Dəstək olmaq üçün videonu bəyənib, kanala abunə olun.

  • @user-vh5sh5vv2e
    @user-vh5sh5vv2e 11 месяцев назад +3

    Qədım ınsanlarin uca yaradanla əlaqəlı olduğu bır yer.

  • @Jamaloff_62
    @Jamaloff_62 10 месяцев назад +12

    Qüds Müsəlmanlarındır !!!!!!!!

  • @sbuhisultan9521
    @sbuhisultan9521 Год назад +7

    Qüds və Fələstin torpağı Süleyman peyğəmbərə aid olub

  • @saidshaqverdiyev-pq6hh
    @saidshaqverdiyev-pq6hh 5 месяцев назад +1

    Siz özünüzü nə qədər clrırslz cırln o həzrəti ömərdi və bütün dünya ona həzrət deyir Allah ondan razı olsun və bütün müsəlmanlar kəbədə onu ziyarət edir istəsədə istəməsədə abu bakr r.a ömər r.a peyğəbbərlə bur yerdə basdırılıblar Allaha həmd olsun

  • @meracusshadt37
    @meracusshadt37 9 месяцев назад +1

    Əqsa Zühurun sirli açarıdır.Ağamın Zühuruda Əqsa məsçidinin azadlığınnan sonra baş verəcək.İnŞəƏllah

  • @Rufatmovlanov-vi6uq
    @Rufatmovlanov-vi6uq 2 месяца назад

    Qüts ❤❤❤❤

  • @sadiqaslanov8641
    @sadiqaslanov8641 3 месяца назад

    Muhemmed peygemberin burdan goye yukseldiyi nedi bawa duwmedim

  • @gunayismayilova408
    @gunayismayilova408 16 дней назад

    ALLAH BİZ MUSLUMAN MUMİN MUTTƏQİ TƏQVA ƏHLİNƏ İLK QİBLƏMİZ OLARAQ QÜTSDƏ MƏSCİDUL ƏKSANI QƏRAR VERMİŞDİR CANIMIZ FƏDA OLSUN QİBLƏMİZƏ

  • @huseyinnohu
    @huseyinnohu 2 года назад +1

    💒🕇🛐Sevgim yaranıb arawdırma edirəm sonda istədiyim olar🙏Amin🙏

    • @elsenmemmedov9840
      @elsenmemmedov9840 Год назад +1

      Salam Aleykum siz bawlayin sora dogru yola geleceksiz mende sizin kimi olmuwam

    • @allahuekber2249
      @allahuekber2249 4 месяца назад +1

      Müselman ol haqq yol Şiədir hec bir şupen olmasin

  • @Azerbaycan0
    @Azerbaycan0 2 года назад +11

    Həzrəti ömər yox.Sadəcə ömər

    • @rfailsukurlu8382
      @rfailsukurlu8382 Год назад

      SƏNİN KİMİ ZINDIQLAR ÜÇÜN HƏƏ.ÇÜNKİ BABALARINIZIN ANALARINI AĞLAR QOYUB NƏNƏLƏRİNİZİ DƏ CARİYƏ GÖTÜRÜB AXI ONA GÖRƏ.

    • @vusalabdullayev9939
      @vusalabdullayev9939 9 месяцев назад +2

      Ömüşdə demek olar😂

    • @Azerbaycan0
      @Azerbaycan0 9 месяцев назад

      @@vusalabdullayev9939 😀

    • @allahuekber2249
      @allahuekber2249 4 месяца назад

      Allah lenet etsin ömere

  • @vahidrzayev9613
    @vahidrzayev9613 Год назад +2

    Fəlsdindi qüds isryil kimdi

  • @konulzade9387
    @konulzade9387 9 месяцев назад +1

    Səlahəddin Əyyubi kim idi - Kürd, Ərəb, yoxsa Azərbaycan türkü? 🇦🇿
    İbn Hellikan yazır: “Şirkuh demişdir ki, bizim nəsəbimiz (soykökümüz) Göy Börüdür (boz qurd/göy qurd)!”. Səlahəddinin atası Eyyub Azərbaycanda Urmiya, Xoy, Zəngəzur və İrəvan boylarında, Kərkük boylarında, Naxçıvanda, Göyçədə geniş bir şəkildə yayılmış Göy börü, Qara börü, Boz börü tayfalarından, bir sözlə, Qurdlar tayfasından çıxmışdır. Hazırda da bu adları daşıyan yer, məhəllə, kənd, oba, dağ, tayfa və nəsillərə bu bölgələrdə tez-tez rast gəlinir.
    Bu məsələnin - orta əsrlərdə “qurd” sözü ilə “kürd” sözünün ərəb əlifbası ilə yazılışındakı uygunluğundan doğan qarışıqlığın başqa bir bənzəri Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı olmuşdur. Bu mövzuda Azərbaycan ədəbiyyat alimləri təkrar-təkrar yazmışlar. Onların dediyini burada qeyd etməyi lazımlı sayıram. Belə ki, Nizami əsərlərinin birində “mənim qurd sifətli anam” yazmış (Gər maderi-mən Rəiseyi-qord/ Madər sefətane pişe mən mord - Mənim anam qurd Rəisə/Ana sifətində qarşımda öldü - red.), tədqiqatçılar bunu “Mənim anam kürd Rəisə” olaraq oxuyub, səhv təqdim etmişlər (orta çağda “qurd” sözü ilə “kürd” eyni şəkildə yazılardı).
    (Qeyd edək ki, Nizaminin anası Rəisə haqda yazdığı sözün “kürd” kimi oxunması şeirin poetikası və kontrastına da ziddir. Şair burda təzad yaradır: mənim qurd sifətli, mərd anam ana sifətində (zərif, zəif, mələk kimi) qarşımda öldü - red.)
    İbn Hellikan (Hallikan) eyni əsərində tarixdə bərabərinə az rast gəlinən komandirlərdən olan, “xəlifələri yıxıb xəlifələri taxta çıxaran”, Əməvilər xilafətinə son verən Əbu Müslim haqqında ayrıca yazmış, onun da əslən Azərbaycandan olduğunu göstərmişdi. İbn Hellikan yazır ki, Əbu Müslim Azərbaycanda bir əmirin oğlu idi. Atası öldüyündə anası başqa bir əmir ilə evlənmiş, yeni əmir oğulluğu Əbu Müslimə özü təlim-tərbiyə vermiş, yanında büyütmüşdü. Sonra o əmiri Xorasana xidmətə göndərdilər, ailəsi ilə birlikdə getdi. Əbu Müslimi də özü ilə apardı.
    Yeni əmir Xorasanda öldüyündə onun vəzifəsinə oğulluğu Əbu Müslim təyin edildi. Əbu Müslim sonralar Xorasani adı ilə tanındı.
    Qiymətli oxucu-vətəndaş, Azərbaycan gəncləri, gəlin Ərəb Xilafətinin tarixində ötəri də olsa, bir göz gəzdirin: Məhəmməd peyğəmbərin ölümündən sonra dövləti idarə edənlərə xəlifə, yəni peyğəmbərin davamcısı deyirdilar. Buradan da dövlətə “xilafət” adı qoymuşdular. İlk dörd xəlifə - Əbubəkr, Ömər, Osman və Əli müsəlman icması tərəfindən seçildikləri üçün onlara “xulefau ər-Raşidin” - “seçilmiş, bəyənilmiş xəlifələr” deyirdilər. 661-ci ildə Əməvilər (Bəni Üməyya) şuraya icazə vermədən xilafəti qan və qılıncla ələ keçirdi. Onların hakimiyyəti 750-ci ilə qədər davam etdi. Bu haqsız, qəddar rejimə qarşı başını qaldıranlar amansızca məhv edildi, üsyanlar, çıxışlar qan dəryasında boğuldu, kütləvi edamlar yaşandı. Bu zalım sülalədən xilas olmaq sanki qeyri-mümkün idi. Belə bir vəziyyətdə Azərbaycan türkü Əbu Müslim Azərbaycan, Xorasan, Baktriya və Xarəzm türklərini başına toplayıb, «hakimiyyət peyğəmbər evinə» deyərək Xorasanda üsyan bayrağını qaldırdı. Bir ilin içində Türküstandan Mərakeşə (Məğrib) qədər bütün ölkələrdə Əməvilər darmadağın edildi, onlardan yalnız bir adam canını qurtarıb Əndəlüsə (İspaniyaya) sığına bildi və orada Əməvilərin hakimiyyətini davam etdirdi. Peyğəmbərin əmisi Abbasın oğulları (nəsli) hakimiyyətə gəldi. 750-ci ildə Abbasilər Xilafəti quruldu. Xilafətin paytaxtı Şamdan (Suriyadan) Bağdada (İraqa) daşındı. Bu səbəblə xilafətə “Bağdad xilafəti” də deyilir. Abbasi hakim sülaləsinin ikinci nümayəndəsi hiyləgər Mənsur şan və şöhrəti bütün xilafəti bürümüş Əbu Müslimi həccə getməyə təşviq etdi. Əbu Müslim öz ordusundan ayrıldı, yanında bir neçə dostu və köməkçisi ilə Həcc ziyarətinə gedərkən Bağdad sarayına dəvət edilərək şərəfinə ziyafətlər verildi. Mənsur Əbu Müslimi və yoldaşlarını xaincəsinə sarayda qətlə yetirdi.
    Tarix bu xəyanəti bağışlaya bilməzdi; IX əsrin birinci yarısında Azərbaycan türkü Babək bütün Azərbaycanı ayağa qaldırdı, Abbasi ordularını darmadağın edib onların hakimiyyətini tənəzzül etdirdi. O zamanın tarixçiləri yazırdı ki, Babək Əbu Müslimin intiqamını alırdı. Tarixdə sadə xalq içərisindən çıxmış üç böyük belə sərkərdə ən yüksək qəhrəmanlıq zirvəsinə çıxmışdır: Spartak, Babək, Xuan Çao (IX əsr, Çində). Qətiyyətlə deyə bilərik ki, Babək bunların içərisində daha böyük, daha cəsur, daha istedadlı komandir idi.
    Abbasi imperatorluğuna qarşı Azərbaycan xalqının azadlıq mübarizəsini təşkil və ona başçılıq edən, Azərbaycanın və “bütün İran xalqlarının milli iftixarı” (Said nəfs) Babək imperatorluğu diz çökdürdü.
    Abbasilər imperatorluğu itirsə də, sülalə hakimiyyəti yalnız İraq ərazisini əhatə etsə də, nominal, oyuncaq hakimiyyətləri sürürdü. 1258-ci ildə Azərbaycanın dahi alimi Nəsrəddin Tusinin məsləhəti əsasında (o, Hülakünün baş vəziri idi) Hülakü Bağdadı alıb, Abbasi xəlifəsini hovuzda boğdurdu və bununla da Bağdad xilafətinə son verildi. 1177-ci ildə Azərbaycan türkü Səlahəddin Misirdə Fatimilərin xilafətinə son verərək atası Əyyubun (Əyyüb Səlahəddinin atası Yusifin və əmisi Şirkuhun ataları idi) adı ilə öz sülaləsini hakimiyyətə gətirdi.🇦🇿

  • @meracusshadt37
    @meracusshadt37 9 месяцев назад +3

    Xəstəsiz siz?hızrəti ömər komdir.lənətullah öməri hara soxursuz?Əqsa müsəlmanların ilk qibləsidir.Peyğəmbər(s.ə.v.s) Cəbrail(ə.s) dan vəhy gəldi üzünü məsçidül Əqsadan məsçidül Hərama çevir.onda ömər nə qələt edirdi?

    • @user-ot5iv7dy4m
      @user-ot5iv7dy4m 6 месяцев назад +1

      Düzdür əhsən sənə 👍 əsil şiə sizin kimi olmalıdır

    • @allahuekber2249
      @allahuekber2249 4 месяца назад

      Ehsen🤲

  • @fariz.huseynov961
    @fariz.huseynov961 2 года назад +2

    ruclips.net/video/CgLlfR-yQ6Q/видео.html
    Fitrə zəkatını ödəməmək əcəli yaxınlaşdırır

  • @aygunxelilova3579
    @aygunxelilova3579 4 месяца назад

    Isa peygember carmixa cekilmeyib axi qeyb olub 😮

    • @allahuekber2249
      @allahuekber2249 4 месяца назад

      Müselmanlara göre qeyb olub (düzgün olanda budur Quranda tesdiq edir)
      Xristiyanlara gore çarmixa çekilib